Ntizamın Gücü Brian Tracy



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix01.10.2023
ölçüsü1,53 Mb.
#125227
1   2   3   4   5   6   7   8   9   ...   23
Brayan-Treysi-Bəhanələrə-Yox

iki canavar oturub. Sol çiynimdəki qara canavardı və məni daim 
pis əməllərə təhrik edir. Sağ çiynimdəki isə ağ canavardı və mə-
ni yaxşı işlərə ruhlandırır.” Onda şagird soruşur: “Onlardan 
hansı daha güclüdür” Müəllim cavab verir: “Daha çox bəslədi-
yim!” 
Konsentrasiya qanununa uyğun olaraq diqqətinizi 
nəyin üzərində çox cəmləyirsinizsə o inkişaf edir. Dəyər 
verdiyiniz prinsiplər haqda düşündükcə onlar sizin alt-
şüurunuza nüfuz edir və sonda siz özünüzdən asılı olma-
yaraq həmin prinsiplərə uyğun hərəkət edirsiniz. Xarak-
terinizi prinsiplərinizə uyğun formalaşdırmaq üçün hər 
dəfə daxili-intizam və iradənizi sınağa çəkdikdə siz daha 
güclü və parlaq şəxs olmaq istiqamətində sürətlə irəlilə-
miş olursunuz.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
49 
Tapşırıqlar: 
1.
Sağ və ya ölü olmasından asılı olmayaraq pərəstiş et-
diyiniz 3 şəxsin adını yazın və onların hər birində ən 
çox qiymətləndirdiyiniz 1 xüsusiyyəti deyin. 
2.
Özünüzdə ən çox formalaşdırmaq istədiyiniz xüsusiy-
yəti müəyyən edin. 
3.
Özünüzü ən rahat hiss etdiyiniz və olmaq istədiyiniz 
şəxs kimi apardığınız situasiyaları qeyd edin. 
4.
Hansı hallarda özünüzü daha çox qiymətləndirirsi-
niz? 
5.
Artıq istədiyiniz xarakterə malik olmuş olsaydınız in-
diki hərəkətlərinizdən nəylə fərqlənərdiniz. 
6.
Adınız çəkilərkən insanların yadına hansı xüsusiyyə-
tinizlə düşmək istərdiniz və bunun baş verməsi üçün 
nə lazımdır? 
7.
Hansı sahədə daha etibarlı və güclü olmaq istərdiniz? 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
50 
III HİSSƏ 
Daxili-İntizam və Cavabdehlik 
“Biznesdə uğur qazanmaq istəyən şəxs adətlərin gücünü 
və təsirini başa düşməlidir. İşinə mane olan adətləri tərgitməyə 
və uğur qazanması üçün tələb olunan adətləri özündə aşılama-
ğa hazır olmalıdır.” 
Pol Qetti 
Öz həyatınız üçün cavabdehliyi üzərinizə götürmək 
bacarığı və iradəsi uğur, nailiyyət, sağlamlıq və xoşbəxtlik 
üçün son dərəcə vacib amildir. Həyatınızdakı uğursuz-
luqlarda digər insanları, cəmiyyəti, təşkilatları, şəraiti və 
bir sözlə özünüzdən başqa hər kəsi və hər şeyi günahlan-
dırmaq mənəviyyatınızı kasadlaşdırır, iradənizi zəiflədir 
və xarakterinizi məhv edir. Sonsuz bəhanələr axtarışına 
gətirib çıxarır. Siz diqqətinizi uğur qazanmaq üzərində 
cəmləşdirmək əvəzinə bəhanələr axtarmaqla məşğul olur-
sunuz.
Mənim nəhəng kəşfim. 
İyirmi-bir yaşım olarkən mən kiçik bir mənzildə ya-
şayır və tikintidə fəhlə işləyirdim. Səhər saat 5-də yuxu-
dan qalxırdım ki, üç avtobus dəyişərək saat 8-də işə ça-
tım. Evə axşam 7-dən tez gələ bilmirdim. Qazandığım pul 
məvacibdən-məvacibə güclə çatırdı, şəxsi maşın haqda 
söhbət belə gedə bilməzdi, paltarım yalnız ehtiyacım olan 
qədər idi, pul toplamaq isə demək olar mümkün olmur-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
51 
du. Evdə nə radio, nə də televizorum var idi. Qışın oğlan 
çağı idi, havanın temperaturu mənfi 10 dərəcəyə yaxın idi 
və mən nadir hallarda axşam çölə çıxırdım. Ölümcül yor-
ğun olmadığım hallarda kiçik mətbəxdə oturub kitab oxu-
yaraq mürgü vururdum. Və belə bir axşamların birində, 
yenə də mətbəxdə kitab oxuyarkən qəfil mənə aydın oldu 
ki, “Bu mənim həyatımdır!” Hansısa teatr tamaşasının 
məşqi deyil, Mənim Həyatımdır. Tamaşa artıq səhnədədir 
və mən də baş rolun ifaçısıyam. Bu fikir beynimdə qığıl-
cım kimi alışdı. Mən ətrafıma, darısqal mənzilimə və özü-
mə baxdım və ali təhsilə malik olmadığımı xatırladım. İx-
tisaslaşdığım yeganə sahə fiziki iş idi. Qazancım yalnız 
əsas tələbatımı ödəməyə yetirdi. Və anladım ki, mən 
özüm dəyişməyənə kimi heç nə dəyişməyəcək. Bunu kim-
sə başqası mənim yerimə etməyəcək. Daha dəqiq desək 
bu, məndən başqa heç kimi maraqlandırmırdı. Həmin an-
dan öz həyatım və həyatımda baş verən hər şeyə görə mə-
suliyyətin yalnız öz üzərimə düşdüyünü anladım. MƏN 
cavabdehəm! İndi olduğum vəziyyətə görə çətin uşaqlıq 
keçirməyi və ya nə isə başqa bir şeyi günahlandıra bil-
məzdim. Cavabdeh mən özüməm. Sükan mənim əlimdə-
dir. Bu mənim həyatımdır və mən nə isə dəyişmək üçün 
hərəkətə keçməsəm həyatım ətalət qüvvəsi hesabına yu-
varlanıb gedəcək. Bunu dərk etməklə mənim həyatım də-
yişdi. Bir daha əvvəlki adam olmadım. Həmin andan eti-
barəm get-gedə həyatıma görə daha çox cavabdehlik gö-
türməyə başladım. İşimi qovulmamaq xatirinə yalnız mi-
nimum səviyyədə deyil, bütün bacarığımı sərf edərək 
görmək cavabdehliyini götürdüm. Maliyyə vəziyyətim, 
sağlamlığım və xüsusən də gələcəyimə görə cavabdehliyi 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
52 
qəbul etdim. Ertəsi gün nahar fasiləsində yaxınlıqdakı ki-
tab dükanına getdim və mənə faydası dəyəcək kitabları 
almaq adətinə start verdim. Həyatımı şəxsi inkişaf və 
mümkün olan bütün sahələrdə daimi təhsilə həsr etdim. 
Biznes həyatımın yerdə qalan hissəsini, indinin özünə ki-
mi nə isə öyrənmək lazım gəldikdə dərhal kitablara, 
audio materiallara, seminarlara və s. bu kimi vasitələrə 
müraciət edirəm. Mənə aydın oldu ki, qarşıya qoyulan 
məqsədə nail olmaq üçün lazim olan hər şeyi öyrənmək 
olar.
Zamanla dərk etdim ki, insanların tam 80 faizi öz 
həyatlarına görə cavabdehliyi öz üzərlərinə götürmürlər. 
Onlar həyatlarında xoşları gəlməyən hər şeyə görə digər-
lərini günahlandırır, şikayət edir və bəhanələr gətirirlər. 
Bu yolla onlar, bütün potensiallarını və uğur şanslarını 
məhv edirlər.
Uşaqlıqdan yetkinliyə. 
Uşaq yaşlarından insanlar öz həyatlarına görə 
cavabdehliyi digərlərində görməyə adət edirlər. Bu təbii-
dir. Uşaqlara görə cavabdehliyi valideynlər daşıyır. Uşaq-
ların yerinə bütün qərarları onlar verirlər. Uşağın nə ye-
yəcəyi, nə geyinəcəyi, hansı oyuncaqlarla oynayacağı, 
hansı məktəbə gedəcəyi, boş vaxtını nəyə sərf edəcəyi 
haqda qərarları valideyn verir. Uşaqlar sadəlövh, təcrübə-
siz və biliksiz olduqlarından valideyn tərəfindən idarə 
edilməkləri daha yaxşıdır.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
53 
İnsanların çoxu böyüdükdə belə həyatlarında baş 
verənlərə görə digərlərini cavabdeh hesab edirlər. Günah 
onların deyil, başqasınındır. Səhvi onlar deyil, kimsə baş-
qası edib. Onlar başqa adamın səhvinin qurbanı olublar. 
Nəticədə, insanların əksəriyyəti həyatlarında baş verən 
yalnışlıqlara görə başqasını günahlandırır və bəhanələr 
gətirirlər.
Valideynlərinizin səhvlərini adlayın. 
Uşaq vaxtı valideynləriniz sizi etdiyiniz hansısa səh-
və görə tənbeh edəndə bu günahkarlıq hissi sizin alt-şüu-
runuza çökür. Valideynləriniz sizi fiziki və ya mənəvi cə-
hətdən cəzalandırarkən siz özünüzü dəyərsiz və yararsız 
hiss edirsiniz. Onlar məhəbbətlərini boğub sizi sözə bax-
madığınız üçün cəzalandırarkən siz ozünüzü nalayiq və 
qiymətsiz sayırsınız. Və sonunda bütün bu neqativ hisslər 
sizin xarakterinizə hopur, özünüzü qurban kimi hiss et-
məyinizə və həyatınıza görə digərlərini cavabdeh bilmə-
yinizə səbəb olur. Kritikaya çox yer verilən evdə böyüyən 
uşaqların əksəriyyətində “Mən kifayət qədər yaxşı deyi-
ləm” hissi formalaşır. Bu hissə görə biz özümüzü digərlə-
ri ilə müqayisə edirik. Biz, daha xoşbəxt və inamlı görü-
nən insanları özümüzdən üstün hesab edirik. Bizdə də-
yərsizlik hissi formalaşır. Bu emosional tələ ola bilər.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
54 
Ölümcül səhv. 
Əgər biz hər hansısa bir səbəbdən digərlərinin biz-
dən yaxşı olmasını düşünürüksə onda uyğun olaraq özü-
müzü onlardan pis hesab edirik. Onları özümüzdən “də-
yərli” hesab etdikdə, özümüzü “dəyərsiz” hesab etmiş 
oluruq. Bu dəyərsizlik və ya qiymətsizlik hissi şəxsi prob-
lemlər kimi bir çox siyasi və sosial problemlərində əsasını 
təşkil edir.
Uşaqlıqda məruz qaldığımız kritikanın dağıdıcı təsi-
rinin nəticəsi olan günahkarlıq və dəyərsizlik hissini boğ-
maq üçün biz digər insanların və şəraitin üzərinə cuma-
raq onları günahlandırırıq. Həyatımızda hər hansısa bir 
uğursuzluq baş verdikdə biz dərhal ətrafımıza baxaraq, 
“Kimi günahlandırmaq olar?” deyə axtarırıq.
Əksər dinlər günah konsepti öyrədirlər ki, onlara 
əsasən nə isə yalnışlıq olduqda kim isə günahkardır. Kim-
sə cəzalandırılmalıdır. Bütün bu günah və cəzalandırma 
ideyası qəzəb, kin və məsuliyyətsizliyin artmasına səbəb 
olur.
Məsuliyyətsizlik mövqeyi. 
Bu gün məhkəmələr, həyatlarında baş vermiş yal-
nışlıqlara görə təzminat tələb edən insanlarla doludur. 
Ambisialı vəkillərin köməyinə arxalanaraq insanlar məh-
kəmələrə müraciət edərək, özləri günahkar olduqları hal-
da belə kompensasia tələb edirlər.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
55 
İnsanlar məsuliyyət götürmək istəmirlər. Onlar isti 
kofeni üstlərinə dağıdır və buna görə onlara isti kofe sat-
mış kafeni günahlandırırlar. Sərxoş vəziyyətdə sükana əy-
ləşib qəza törədirlər və bunun günahını avtomobil isteh-
salçısında görürlər. Bütün hallarda insanlar məsuliyyət-
dən qaçır, günahı başqasının üzərinə yıxır və bu azmış 
kimi təzminatda tələb edirlər.
Neqativ emosiyaların ləgv edilməsi. 
İnsanların çoxunun müəyyənləşdirici faktoru xoş-
bəxt olmaq istəyirdir. Xoşbəxtliyin əsası neqativ emosiya-
ların olmamasıdır. Neqativ emosiya olmadıqda qəlbimiz 
pozitiv emosiyalarla dolu olur. Beləliklə, siz həqiqətən 
xoşbəxt olmaq istəyirsinizsə bütün həyatınızın əsas məq-
sədi və işi neqativ emosiyaların ləğv edilməsi olmalıdır.
Neqativ emosiyalar həddən artıq çoxdur. Ən geniş 
yayılmışları günahkarlıq, paxıllıq, qısqanclıq, qorxu və 
düşmənçilikdir ki, onlarında hamısı birlikdə, daxili və ya 
xarici olmasından asılı olmayaraq qəzəbi formalaşdırır. 
Qəzəb, başqalarına ifadə edilmədikdə, qəlbinizdə saxlan-
dıqda daxili, başqalarını tənqid etmək və hücum etmək 
formasında biruzə verildikdə isə xarici olur.
Psixoloji xəstəlik. 
Psixoloji xəstəliyin əsas səbəbi neqativ emosiyalar-
dır. Bu, beynin bədəni xəstə etdiyi hallardır. Neqativ emo-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
56 
siyalar, xüsusən qəzəb şəklində ifadə edildikdə, immun 
sistemini zəiflədir və adamı soyuq, zökəm və digər xəstə-
liklərə qarşı zəif edir. İdarəedilməz qəzəb partlayışı in-
farkt, beyinə qansızması və nevroza səbəb ola bilir.
Möhtəşəm kəşf: Neqativ emosiyaların, xüsusən qə-
zəbin mövcudluğu insanların həyatlarındakı yalnışlıqlara 
görə başqa bir insanı və ya şəraiti günahlandırmaq adə-
tindən qaynaqlanır. 
Özünü, həyatındakı problemlərinə görə digərlərini 
günahlandırmaqdan çəkindirmək güclü daxili-intizam tə-
ləb edir.
Kim olmağınız, nəyə malik olmağınız və həyatınız-
da baş verən hər şeyə görə bütün məsuliyyəti öz üzərini-
zə götürmək güclü daxili-intizam tələb edir. Fırtına və 
zəlzələ kimi sizdən asılı olmayan hadisələrdə belə, siz bu 
hadisələrə verdiyiniz reaksiyaya görə cavabdehsiniz. Şü-
urlu şəkildə neqativ emosiyaları qovaraq həyatınızı yaxşı 
məcraya yönəldəcək və insanlarla münasibətlərinizi yax-
şılaşdıracaq pozitiv şeylər düşünmək güclü özünüidarə 
və daxili-intizam tələb edir. Əvəzində əldə edəcəyiniz nə-
ticə möhtəşəm olacaq.
Günahlandırmaq asandır. 
Az müqavimətli yolla gedərkən ən geniş yayılmış 
düşüncəsiz hərəkət hansısa bir səbəbdən baş vermiş yal-
nışlığa görə başqasını günahlandırmaqdır. Başqalarını gü-
nahlandırmağa adət etmiş insanlar tez-tez nəyəsə görə qə-
zəblənirlər. Gözlənildiyi kimi işləmədiyinə görə hansısa 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
57 
cansız əşyanı günahlandırmaq o qədər absurddur ki, bu-
nu dəliliyin bir addımlığı hesab etmək olar. Bəziləri ilişən 
qapıya əsəbləşir. Bəziləri iş görərkən səhvə yol verdikdə 
əllərindəki alətlərini lənətləyir. Digərləri avtomobilin işə 
düşməməsinə əsəbiləşir.
Neqativ emosiyalar əleyhinə zərdab. 
Neqativ emosiyaların ləğv edilməsinin ən asan və 
qısa üsulu “Mən məsuliyyətliyəm!” deməkdir. Qəzəbinizi 
işə salacaq ya da neqativ emosiya oyadacaq bir şey baş 
verən kimi onun təsirini neytrallaşdırmaq üçün dərhal öz-
özünüzə deyin: “Mən məsuliyyətliyəm!” Əvəzetmə qanu-
nuna əsasən siz neqativ emosiyaları pozitivlə əvəz edə bi-
lərsiniz. “Mən məsuliyyətliyəm” dedikdə, iki emosiya ey-
ni vaxta mövcud ola bilmədiyindən, siz avtomatik olaraq 
neqativ emosiyanı qovmuş olursunuz. Məsuliyyəti öz 
üzərinə götürərək eyni vaxtda qəzəbli qalmaq mümkün 
deyil. Sakitləşmədən və soyuqqanlılıqla diqqətini işin 
üzərinə yönəltmədən cavabdehliyi öz üzərinə götürmək 
mümkün deyil.
Nə qədər ki, həyatınızdakı uğursuzluqlara görə baş-
qalarını günahlandırırsınız siz “Psixoloji uşaq” olaraq qa-
lacaqsınız. Özünüzü kiçik və köməksiz uşaq kimi gör-
məkdə davam edəcəksiniz. Və əksinə, başınıza gələn hər 
bir işə görə məsuliyyəti öz üzərinizə götürdüyünüz za-
man “Psixoloji yetkin”ə çevriləcəksiniz. Artıq özünüzü 
qurban kimi deyil, lazım olan imkanlara malik cavabdeh 
insan kimi görəcəksiniz.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
58 
Anonim alkoqolik görüşlərində, alkoqol aludəçiliyi 
problemini yaşayan insanlar yığıncaq təşkil edirlər. Və bu 
yığıncaqlar zamanı bir fakt aydın olur ki, onlar alkoqol 
asılılıqları və həyatlarındakı digər problemlərə görə mə-
suliyyəti öz üzərlərinə götürməyənə kimi vəziyyəti dü-
zəltmək mümkün deyil. Bu fakt yalnız alkoqol asılılığı 
problemi yaşayan insanlar üçün deyil, həyatında istənilən 
cür problemlə üzləşən hər kəs üçün doğrudur.
Pul və Emosiyalar. 
Həyatımızdakı problemlərin əksəriyyəti pul ilə bağ-
lıdır: pulu qazanmaq, xərcləmək, yatırım etmək və ya itir-
mək. Və uyğun olaraq neqativ emosiyalarımızın da çoxu 
pulla bağlıdır. Fakt isə ondan ibarətdir ki, maliyyə vəziy-
yətinizə görə siz özünüz cavabdehsiniz. Seçim də, Qərar 
da sizindir. Maliyyə vəziyyətinizin pis olmasına görə baş-
qalarını günahlandıra bilməzsiniz. Sükan sizin əlinizdə-
dir. Yalnız, qazancınıza (peşəni siz özünüz seçirsiniz), 
ödəniləcək hesablara (hesablar sizin xərclərinizə uyğun 
gəlir) və yatırımlarınıza görə cavabdehliyi öz üzərinizə 
götürdükdən sonra “iqdisadi uşaqlıqdan” , “iqdisadi yet-
kinliyə” keçə bilərsiniz.
Cavabdehlik və Kontrol 
Öhdənizə götürdüyünüz cavabdehlik və həyatınız 
üzərindəki şəxsi kontrolunuz arasında birbaşa əlaqə var. 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
59 
Daha çox cavabdehlik götürdükcə daha çox kontrola ma-
lik olursunuz. Və daha çox kontrola malik olduqca özü-
nüzü daha xoşbəxt hiss edirsiniz. Cavabdehliyiniz çoxal-
dıqca özünüzü daha güclü, bacarıqlı və həyatınızı mənalı 
hiss edirsiniz. Hərəkətlərinizə görə cavabdehliyi öz üzəri-
nizə götürmək, sizi xoşbəxtlikdən uzaq salan neqativ 
emosiyaları məhv edir. 
“Mən cavabdehəm” demək istənilən situasiyada ne-
qativ emosiyalara qarşı zərdab rolunu oynayır. Sonra isə 
baş verən hadisədə nəyə görə cavabdeh olduğunuzu ay-
dınlaşdırın. Ağlınız, hər iki tərəfi iti olan qılınc kimidir. 
Hər iki istiqamətdə kəsə bilər. Ağlınızı baş vermiş hadisə-
də günahkar axtarmağa və yaxud da nə də səhv etdiyinizi 
və vəziyyəti düzəltmək üçün yollar axtarmağa sərf edə bi-
lərsiniz. Siz ya bəhanə edə bilərsiniz ya da inkişaf edə bi-
lərsiniz. Seçim özünüzündür! Hətta siz işdə olduğunuz 
zamanı kim isə avtomobilinizi zədələmişsə, siz hadisəyə 
görə bilavasitə cavabdehlik daşımasanızda, ona verəcəyi-
niz reaksiyaya görə cavabdehlik daşıyırsınız.
Şikayət etməyin, izah etməyin. 
Lideri, həqiqi üstün şəxsi fərqləndirən cəhət vəziy-
yətə görə tam cavabdehlik götürmək bacarığıdır. Prob-
lem və çətinliklə üzləşdikdə məsələnin həlli yolunu axtar-
maq əvəzinə şikayət edən və günahlandırmaq üçün adam 
axtaran birini həqiqi lider kimi təsəvvür etmək çətindir. 
“Cavabdehlik götürmək bacarığı” yüksək inkişafa malik 
şəxslərin nişanəsidir. Sizin ixtiyarınızda olmayan şeylərə 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
60 
hirslənməyəcəyinizə və ruhdan düşməyəcəyinizə təminat 
verməklə öz həyatınız üçün cavabdehliyi bütünlüklə öz 
üzərinizə götürürsünüz. Havanın necə olmasına əsəbiləş-
mədiyiniz kimi, həyatınızda kontrol edə bilmədiyiniz ha-
disələr baş verdikdə də əsəbiləşmirsiniz. Bundan başqa, 
keçmişdə baş vermiş hadisələrə görə bu gün əsəbiləşmə-
yinizə və narahatçılıq keçirməyinizə də yol vermirsiniz. 
Öz-özünüzə deməlisiniz: “Dəyişdirilə bilməyən şeyə döz-
mək lazımdı”. Keçmişdə, hətta illər öncə baş vermiş hadi-
sələrə görə insanların kədərlənməsi və əziyyət çəkməsi 
heyrətamizdir. Hər dəfə həmin hadisələri xatırlayarkən 
neqativ hisslərə qapılır, əsəbiləşir və depressiyaya düşür-
lər. Amma xoş xəbər də var, istənilən an həmin hadisələr 
haqda düşünməyi və narahatlıq keçirməyi dayandırmaq 
olar. Siz keçmişdə baş vermiş hadisələri unudub əvəzində 
gələcək məqsədləriniz haqda düşünə və planlar qura bi-
lərsiniz. Elen Kellerin dediyi kimi: “Üzünü günəşə çevi-
rəndə kölgələr arxada qalır”. 
Özünüidarə. 
İstənilən cür özünüidarə emosiyalara görə cavab-
dehlik götürmək sayəsində əldə edilir. Həyatınızda baş 
verən hadisələrə görə məsuliyyəti tam öz üzərinizə götür-
məklə emosiyalarınızı nəzarət altına almış olursunuz. Bə-
hanələr axtarmaq, şikayət etmək və kənarda günahkar bir 
adam axtarmağı rədd edirsiniz. Əvəzində, “Mən cavabde-
həm” deyib vəziyyəti düzəltmək üçün hərəkətə keçirsi-
niz.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
61 
Yeganə zərdab fəaliyyətdir. 
Qəzəb və narahatlıq əleyhinə əsl zərdab, gələcək 
məqsədlər istiqamətində əməli fəaliyyətdir ki, bu da növ-
bəti hissənin mövzusudur. Düşüncə və hissləri cilovlaya-
raq gələcək məqsədlər istiqamətində əməli fəaliyyətə ke-
çib o qədər məşğul olmaq lazımdır ki, keçmiş narahatlıq-
lar haqda düşünüb neqativ emosiyaların baş qaldırmasına 
yol verməyə vaxt olmasın. İradə və daxili-intizamınızı sə-
fərbər edərək həyatınıza görə cavabdehliyi öz üzərinizə 
götürdükdə siz düşüncə və hisslərinizi tam nəzarətə al-
mış olursunuz.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
62 
Tapşırıq: 
1.
Həyatınıza görə tam cavabdehlik götürün. Şikayət et-
məyin. 
2.
Keçmişinizə nəzər salın və sizi hələ də narahat edən 
şəxs və ya hadisəni seçin. Neqativ hisslərinizi “eşələ-
mək” əvəzinə baş vermiş hadisədə nə səbəbdən ca-
vabdeh olduğunuzu aydınlaşdırın. 
3.
Keçmişdə sizə mənfi təsir göstərən münasibəti seçin 
və baş verənlərdə nə üçün cavabdeh olduğunuza üç 
dəlil gətirin.
4.
Keçmişinizdən, sizi hələ də narahat edən bir şəxs se-
çin və onu sizə vurduğu ziyana görə tamamilə bağış-
layın. Bu sizə emosional azadlıq verəcək. 
5.
Maliyyə vəziyyətinizə görə tam cavabdehlik götürün 
və maliyyə vəziyyətinə görə kimisə günahlandırmaq-
dan vaz keçin. 
6.
Ailənizə görə tam cavabdehlik götürün və əgər hansı-
sa problem varsa dərhal onun həllinə başlayın.
7.
Sağlamlığınıza görə tam cavabdehlik götürün. Dərhal, 
tam sağlamlıq əldə etmək istiqamətində fəaliyyətə ke-
çin. 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
63 
IV HİSSƏ 
Daxili-İntizam və Məqsədlər 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə