Ntizamın Gücü Brian Tracy



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix01.10.2023
ölçüsü1,53 Mb.
#125227
1   2   3   4   5   6   7   8   9   ...   23
Brayan-Treysi-Bəhanələrə-Yox

“Ən böyük qələbə özünə qalib gəlməkdir” 
Platon 
Nə üçün bəziləri həyatda digərlərindən daha çox 
nailiyyət əldə edirlər? Bu sual, insanlıq tarixi boyunca 
bütün yaxşı beyinləri zəbt etmişdir. 2300 il öncə Aristotel 
yazmışdır ki, insanın ən böyük məqsədi xoşbəxt olmaq-
dır. O demişdir ki, bizim cavab verəcəyimiz ən əsas sual 
“Xoşbəxt olmaq üçün necə yaşamalıyam?” sualı olmalı-
dır. Sizin özünüzə bu sualı vermək və düzgün cavablan-
dırmaq və cavabın müəyyən etdiyi istiqamətdə getmək 
bacarığınız sizin xoşbəxt olub-olmayacağınızı müəyyən 
edəcəkdir. Öz bildiyinizdən başlayın. Uğur dedikdə nə 
başa düşürsünüz? Əlinizdə sehrli çubuq olsaydı və siz 
onun köməyi ilə həyatınızı istədiyiniz kimi qurmağa qa-
dir olsaydınız onda həyatınız necə olardı?
İdeal hesab etdiyiniz həyatı təsvir edin. 
Biznesiniz, işiniz və karyeranız ideal olsaydı necə 
görünərdi və ya necə olardı? Hansı vəzifənin sahibi olar-
dınız? Gəliriniz nə qədər olardı? Necə insanlarla işləyər-
diniz? Və ən əsası ideal karyeranı qurmaq üçün nə etmək 
lazım gələrdi?
Ailə həyatınız hər mənada ideal olsaydı o necə 
olardı? Harada və necə yaşayardınız? Ailə üzvlərinizlə nə 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
23 
ilə məşğul olmaq istərdiniz, vaxtınızı nəyə sərf edərdiniz? 
Əlinizdəki sehrli çubuğu tərpətməklə bugünkü ailə həya-
tınızda nəyi dəyişmək istərdiniz?
Əgər sağlamlığınız ideal olsaydı o necə olardı? Özü-
nüzü necə təsəvvür edərdiniz? Çəkiniz nə qədər olardı, 
atletik göstəriciləriniz necə olardı, bugünkündən necə 
fərqlənərdi? Və ən əsası həmin ideal sağlamlığa malik 
olmaq üçün bu gündən fəaliyyətə başlasaydınız hansı 
işləri görmək lazım olardı? 
Maliyyə vəziyyətiniz ideal olsaydı bank hesabınız-
da nə qədər pul olardı? İllik gəliriniz nə qədər olardı? 
Bank hesabınızda nə qədər pul olsaydı maliyyə problemi 
haqda narahat olmazdınız? Və ideal maliyyə vəziyyətinə 
malik olmaq üçün bu gundən fəaliyyətə başlasaydınız 
hansı işləri görməli olardınız?
Özünüzə aid olan işləri görün. 
Uğurun məşhur açıqlaması belədir: “Həyatını istə-
diyin kimi yaşamaq, istədiyin işlə məşğul olmaq, yalnız 
öz seçdiyin insanlarla və istədiyin şəraitdə işləmək 
imkanı”. İstənilən halda, “uğurun” nə demək olduğunu 
izah etmək istədikdə, dərhal gözünüzün önündə, edil-
məsi və edilməməsi vacib olan işlər canlanacaq ki, onlar 
da sizin ideal həyatınızı qurmaq üçün lazımdır. Və sizi 
arzularınıza doğru irəliləməkdən saxlayan əsas işlər 
adətən sizin sevimli bəhanələriniz və daxili intizamın 
azlığıdır. Məsələ sizin nə etmək lazım olduğunu bilmə-
məyinizdə yox, istəyinizdən asılı olmayaraq özünüzü 
Примечание [E42]: 
Face-de sual 
Примечание [E43]: 
STATUS 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
24 
həmin işləri görməyə vadar etmək üçün daxili intiza-
mınızın çatışmamasındadır. 
Zirvədəki 20 faizə qoşulun. 
Bizim cəmiyyətdə zirvədəki 20 faiz insan pulların 
80 faizini qazanır. 1895-ci ildə Vilfredo Pareto tərəfindən 
müəyyənləşdirilmiş “Pareto Prinsipi” o vaxtdan bura də-
fələrlə öz təsdiqini tapmışdır. Sizin karyeradakı birinci 
məqsədiniz, seçdiyiniz sahənin zirvədə dayanan 20 faiz-
inə qatılmaq olmalıdır.
İyirmi birinci əsrdə üstünlük təhsil və bacarıqdadır. 
Daha çox bilik və bacarığa yiyələnməklə daha kompitent 
və qiymətli kadr olursunuz. Öz sahənizdə püxtələşdikcə 
gəliriniz də artır. Təəssüf ki, insanların çox hissəsi, aşağı-
dakı 80 faiz, bilik və bacarıqlarını artırmaq üçün ya çox az 
ya da ümumiyyətlə heç bir zəhmət sərf etmir. Goffrey 
Kolvinin 2009-cu ildə nəşr edilmiş "İstedadın Dərəcəsi 
artırılmışdır" kitabına əsasən, insanların çoxu öz peşələri-
ni işə düzəldikləri birinci ildə öyrənir və bundan sonra 
heç bir irəliləyiş etmirlər. Yalnız zirvədəki insanlar daimi 
inkişaflarına fikir verirlər. Bacarıq, bilik və zəhmətkeşliyə 
əsaslanan məhsuldarlıq bacarığının qeyri-bərabərliyinə 
görə Amerikanın maliyyə sahəsinin 33 faizi zirvədəki 1 
faiz insan tərəfindən idarə olunur. 
Примечание [E44]: 
STATUS 
Примечание [E45]: 
STATUS 
Примечание [E46]: 
STATUS 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
25 
Heç nəylə başlamaq. 
Maraqlı bir fakt, demək olar hamı həyata eyni cür 
başlayır – heç nəylə, yada çox az bir şeylə. Amerikanın 
(və bütün dünyanın) demək olar bütün uğurlu adamları 
birinci nəsildən olanlardır. Bu o deməkdir ki, bəzi adam-
lar həyata heç nəylə ya da çox az bir şeylə başlamaqlarına 
rəğmən istədikləri hər şeyə nail olmuşdurlar.
Amerikanın ən varlı insanlarının demək olar hamısı 
birinci nəsildirlər. Misal üçün Bill Qeyts, Vorren Baffett, 
Larri Ellison, Mişel Dell, Pol Allen və s. Milyonçuların 
tam 80 faizi çox az pulla, qəpiksiz və yaxud da borc içində 
başlamışlar və Sem Voltonda olduğu kimi həyatlarını 
dəyişərkən 100 milyard dollarlıq sərvətə malik olmuşdur-
lar. Bütün hamının orta səviyyədən yuxarı qalxa bilmə-
diyi halda bu insanlar zirvəyə necə yüksələ bildilər? 
Tomas Stenli və Vilyam Danko “Qonşu Milyonçu” 
kitabında, 25 il ərzində 500 milyonçudan müsahibə götür-
müş və 11 000 dən çoxunu müşahidə etmişdirlər. Onların 
hamısından, nə üçün onlarla eyni səviyyədə başlayan 
insanların maliyyə problemləri ilə mübarizə apardıqları 
bir vaxtda, onlar maliyyə azadlığı əldə edəcəklərinə bu 
qədər əmindirlər deyə soruşmuşdurlar. Birinci nəsildən 
olan milyonçuların tam 85 faizinin cavabı təxminən belə 
olmuşdur:”Mənim nə təhsilim nə də ağlım digərlərindən 
üstün olmuşdur, sadəcə digərlərindən daha çox zəhmət 
çəkməyə hazır olmuşam”.
Примечание [E47]: 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
26 
Zəhmətkeşlik açardır. 
Daxili intizamın mübahisəsiz tələbi zəhmətdir. Uğ-
ur yalnız, asan yolu seçmək kimi təbii tendensiyanı üstə-
ləməklə əldə edilə bilər. Davamlı uğura yalnız, özünü 
uzun müddət ağır zəhmət çəkməyə vadar etməklə nail ol-
maq olar.
Girişdə qeyd etdiyim kimi mən həyata pulsuz və 
heç bir üstünlüyə malik olmadan başlamışam. Uzun 
müddət fəhlə işləmişəm və gəlirim yalnız minimum tələ-
batımı ödəməyə güclə bəs edirdi. Artıq fəhlə işi də tapma-
dıqda satış sahəsinə keçməli oldum və özümdən “Nə 
üçün bəziləri digərlərindən daha uğurlu satıcıdırlar?” 
deyə soruşana kimi yerimdə addımlamalı oldum. Bir gün 
isə ən yaxşı satıcılardan biri mənə dedi ki, satıcıların 20 
faizi pulun 80 faizini qazanır. Bunu ilk dəfə idi ki, 
eşidirdim. Bu o demək idi ki, yerdə qalan 80 faiz satıcı pu-
lun yalnız 20 faizi ilə kifayətlənməlidir. Və mən zirvədəki 
20 faizə qoşulmaq qərarına gəldim. Bu qərar mənim 
həyatımı dəyişdi.
Böyük qanun. 
Sonra mən zirvədəki 20 faizə qoşulmağı mümkün 
edən, “Kainatın dəmir qanunu”nu öyrəndim. Bu, Səbəb 
və Nəticə və ya Əkin və Biçin qanunu idi. Bu qanuna əsa-
sən, “Hər bir nəticənin müəyyən bir və ya bir neçə səbəbi 
var”.
Примечание [E48]: 
STATUS 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
27 
Bu qanuna əsasən, müəyyən bir sahədə nailiyyət əl-
də etmək üçün öncə həmin sahədə nailiyyətin hansı baca-
rıq və vərdişlər hesabına əldə edildiyini öyrənmək və 
sonra nailiyyət əldə edilənə kimi həmin vərdişləri təkrar-
lamaq lazımdır. Qayda budur: “Uğurlu adamların etdik-
lərini usanmadan təkrarlasanız, sonunda sizin də, uğurlu 
insanların əldə etdikləri nailiyyəti əldə etməyinizə heç nə 
mane ola bilməz. Yox, əgər siz uğurlu insanların etdikləri-
ni təkrarlamasanız onda sizə heç nə kömək edə bilməz”.
Qədim əsatirlərdən gələn Əkin və Biçin qanunu, Sə-
bəb və Nəticə qanununun bir formasıdır. Bu qanuna əsa-
sən insan bu gün nə əkirsə sabah mütləq onu da biç-
məlidir. Və yaxud da bu gün biçdiyimiz məhsul əkdiyi-
miz əkinin nəticəsidir. Beləliklə, bugünkü məhsulunuz 
sizi qane etmirsə onda dərhal yeni toxumlar əkmək, uğu-
ra aparan vərdişlər əldə etmək yalnız sizdən asılıdır.
Uğuru öncədən proqnozlaşdırmaq
mümkündür. 
Uğur heç vaxt təsadüf olmur. Təəssüf ki, uğursuz-
luq da təsadüf deyil. Uğurlu insanların etdiklərini adət 
halina çevirənə kimi dəfələrlə təkrar etdikdən sonra siz də 
uğur qazanırsınız. Və əksinə, uğurlu insanların etdiklərini 
etmədikdə siz uğursuzluğa düçar olursunuz. Və hər iki 
halda fələk bitərəf qalır. O, heç kimin tərəfini tutmur. On-
un üçün fərqi yoxdur. Sizin başınıza gələn sadəcə qanu-
nauyğunluqdur – Səbəb və Nəticə qanunu.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
28 
Siz özünüzə hazır mexanizmli bir qurğu kimi yana-
şa bilərsiniz. Sizin hazır mexanizminiz, yuxarıda söhbət 
açdığımız, asan və ya az müqavimətli yolu seçmək istəyi-
dir. Daxili intizam olmadıqda sizin hazır mexanizminiz 
işə düşür. Uğursuzluğunuzun və potensialınızdan tam 
istifadə edə bilməməyinizin əsas səbəbi məhz budur.
Siz uğur əldə etmək üçün lazım olan işlərdə məq-
sədyönlü, şüurlu və davamlı olmadıqda hazır mexaniz-
miniz işə düşür. Gələcəkdə uğursuzluq, təəssüf və maliy-
yə problemlərinə gətirib çıxaracaq, asan və bu gün əylən-
cəli görünən dəyərsiz işlərə başınızı qatırsınız.
Uğurun sirrləri. 
Sıfırdan işə başlayaraq bir zamanlar dünyanın ən 
zəngin neft maqnatı olmuş H.L.Hantdan uğurun sirrlərini 
soruşduqda o cavab vermişdir: “Uğur üçün yalnız üç şey 
tələb olunur. Birincisi, həyatdan nə istədiyinizi müəyyən 
etmək. İkincisi, bu istəyə nail olmaq üçün ödəniləcək 
haqqı müəyyən etmək. Üçüncüsü və ən vacibi, bu haqqı 
ödəmək qətiyyəti”. Nə istədiyinizi müəyyən etdikdən 
sonra uğur qazanmaq üçün lazım olan ən əsas amillərdən 
biri nə qədər qətiyyətli olmanızdır. Uğurlu adamlar, 
məqsədlərinə nail olana kimi lazım olan haqqı sonuna 
qədər ödəməyə hazır olurlar.
Hər kəs uğurlu olmaq istəyir. Hər kəs sağlam, gözəl 
və zəngin olmaq istəyir. Lakin lazım olan haqqı ödəməyə 
hər kəsin gücü çatmır. Ola bilsin ki, haqqın bir hissəsini 
ödəyirlər lakin hamısını ödəməyə qətiyyətləri çatmır. Hə-
Примечание [E49]: 
STATUS 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
29 
mişə yarı yolda usanırlar. Məqsədlərinə nail olmaq üçün 
lazımi daxili intizam nümayiş etdirmədikləri üçün daim 
hansısa bəhanələri və səbəbləri olur. 
Haqqını ödə. 
Uğur üçün tələb olunan haqqı tam ödədiyinizi necə 
müəyyən edə bilərsiniz? Çox sadə, ətrafınıza baxın. İndiki 
həyat tərzinizə və bank hesabınıza baxaraq, tələb olunan 
haqqın nə qədərini ödədiyinizi asanlıqla müəyyən edə 
bilərsiniz. Xarici aləminiz, əks etmə qanunu vasitəsilə siz-
in necə şəxsiyyət olduğunuzu və nə qədər ödədiyinizi 
güzgü kimi göstərəcək.
Uğurun dəyəri haqda maraqlı məqam var: Uğurun
dəyəri mütləq tam və əvvəlcədən ödənilməlidir. Uğurun 
haqqı, yeməkdən sonra ödədiyiniz restoran hesabına bən-
zəməz. Bu kafeteriyaya bənzəyir, istədiyinizi seçə bilər-
siniz amma haqqını yeməzdən öncə ödəməlisiniz.
Motivator natiq Ziq Ziqların dediyi kimi: “Uğura 
aparan elevator xarab olub, pilləkənlər isə hələdə açıq-
dır”.
Mütəxəssislərdən öyrənin. 
Giriş hissədə adını çəkdiyim Kop Kopmeyer, daxili 
intizamdan sonra uğurun başqa bir prinsipi kimi “mütə-
xəssislərdən öyrənməyi” qeyd etmişdir. “Hər şeyi özünüz 
öyrənmək üçün ömrünüz çatmayacaq”. 
Примечание [E410]: 
STATUS 
Примечание [E411]: 
STATUS 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
30 
Uğurlu olmaq üçün görəcəyiniz birinci iş, istədiyi-
nizə nail olmaq üçün lazım olanları öyrənmək olmalıdır. 
Mütəxəssislərdən öyrənin. Onların kitablarını oxuyun, 
audio proqramlarına qulaq asın, mühazirələrində iştirak 
edin. Yaxinlaşın ya da yazıb məsləhət istəyin. Bəzən həya-
tınızı dəyişmək üçün bircə ideya bəs edir. İcazə verin 
buna misal çəkim: 
“Bir neçə il öncə dostumun məsləhət gördüyü peşə-
kar bir stomatoloqun yanina getmişdim. Sonralar həmin 
həkimin çox yüksək səviyyəli həkim olduğunu öyrəndim. 
Ona “Stomatoloqların stomatoloqu” deyirdilər. Digər sto-
matoloqlar özləri onun yanına gedirdilər. Özü dediyinə 
görə, bacardığı bütün konfranslara gedirdi. Bütün semi-
narlarda iştirak edir, ölkənin və dünyanın müxtəlif yer-
lərindən gəlmiş həmkarları ilə görüşüb fikir mübadiləsi 
edir və yeniliklər haqda məlumat öyrənirdi. Bir dəfə 
böyük pul və vaxt sərf edərək Honq Konqda keçirilən 
konfransa qatılır. Həmin konfransda, yeni kosmetik cərra-
hiyyə sahəsində, dişlərin daha gözəl görsənməsini təmin 
edən texnologiya kəşf etmiş Yapon stomatoloqun semi-
narında iştirak edirdi. O, San Dieqoya qayıdır və dərhal 
həmin texnologiyanı tətbiq etməyə başlayır. Tezliklə bu 
sahədə peşəkarlaşır və ad-san qazanır. Cəmisi bir neçə il-
in içində o kifayət qədər məşhurlaşır və Amerikanın digər 
ştatlarından da insanlar bu cərrahiyyə üçün onun yanına 
axışırlar. Və məntiqi nəticə olaraq o öz xidmətinin qiymə-
tini də qaldırır. Sonun da o qədər varlandı ki, əlli beş yaşı-
nda təqaüdə çıxıb vaxtını ailəsinə və gəzintiyə sərf etmək 
imkanı qazandı”. 
Примечание [E412]: 
STATUS 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
31 
Bu rəvayətin məğzi ondan ibarətdir ki, həkim daim 
yeni ideyalar və fikirlər axtararaq sonunda ona vaxtından 
daha tez təqaüdə çıxmaq və maliyyə müstəqilliyi əldə et-
mək imkanı qazandıran texnologiyaya rast gəldi. Eyni ha-
disə sizin də başınıza gələ bilər, yalnız bir şərtlə ki, ömür-
lük tələbə olasınız.
Əqli və Fiziki hazırlıq daim davam
edən olmalıdır. 
Uğur qazanmaq fiziki hazırlığa bənzəyir. Hər səhər 
yuyunmaq, dişlərini fırçalamaq və ya yemək yeməyə bən-
zəyir. Bunu hər gün ardıcıl olaraq etmək lazımdır. Başla-
dıqdan sonra, karyeran bitənə və həyatda istədiyin hər 
şeyə nail olmayana kimi dayana bilmirsən.
Bu yaxınlarda Sietlda seminarım var idi. Fasilədən 
az öncə dinləyicilərimə Satış, Vaxtın idarə edilməsi və 
Şəxsi inkişafa dair audio proqramlarımı alıb dinləməkləri-
ni məsləhət gördüm. Fasilə zamanı dinləyicilərdən bəzi-
ləri mənim ətrafıma toplaşıb seminar mövzusuna dair 
müxtəlif suallar verirdilər. Satış işi ilə məşğul olan bir nə-
fər ətrafımdakı adamları aralayaraq mənə yaxınlaşdı: “Siz 
insanları audio proqramlar almağa ruhlandırarkən onlara 
düzünü deməlisiniz!” Mən: “Nəyi nəzərdə tutursunuz?” 
deyə soruşdum. Və o daha da ruhlanaraq: “Siz audio 
proqramlar haqda hər şeyi olduğu kimi demirsiz. Bu 
proqramlar yalnız müəyyən müddət işə yarayır, sonra 
heç bir effektə malik olmurlar.” Mən bayaqkı sualı olduğu 
kimi təkrar etdim: “Nəyi nəzərdə tutursunuz?” “Beş il 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
32 
öncə mən sizin seminarınıza gəlmişdim və prezentasiya-
nız məni çox ruhlandırmışdı. Sizin proqramlarınızı aldım 
və hər gün qulaq asmağa başladım. Hər gün satış haqda 
kitablar oxuyurdum. Və eynən siz deyən kimi üç ildən 
sonra mənim gəlirim üç qat artdı və mən şirkətimizin ən 
yaxşı satıcısı oldum. Sonrakı iki ili isə gəlirim azalmağa 
başladı. İş orasındadır ki, sizin proqram müəyyən bir 
vaxtdan sonra effektini itirir.” Onda mən soruşdum: “İki 
il öncə, sizin gəlirləriniz azalmağa başlayan vaxt nə baş 
vermişdi?” O bir az düşünüb cavab verdi: “Mən başqa 
şirkət tərəfindən işə dəvət edildim və o vaxtdan da gəlir-
im azalmağa başladı.” Mən növbəti sualı verdim: “Bəs siz, 
əvvəlki işinizlə müqayisədə nəyi fərqli edirdiniz?” Cavab 
vermək üçün ağzını açdı, amma cavab vermədən susdu 
və fikrə getdi. Sonra keçirdiyi daxili şok üzündə əks olun-
du və nəhayət boğuq səslə dilləndi: “Aman Allah, mən 
daha qulaq asmırdım. Mən daha bunu etmirdim! Satışa 
dair kitablar oxumurdum. O biri şirkətə keçdikdən sonra 
audio proqramlara qulaq asmadım, seminarlara getmə-
dim. Mən daha bunları etmirdim!” O başını bulayaraq fi-
kirli şəkildə bizdən uzaqlaşdı.
Müəyyən bir sahədə mütəxəssis olmaq, beşinci baş-
lıqda bəhs açacağımız, daim bacarığı təzələmək fiziki ha-
zırlıq kimidir. Təlimlərə ara versəniz, əvvəlki formada qa-
la bilməzsiniz. Zəifləməyə başlayacaqsınız. Bədəniniz və 
əzələləriniz yumşalacaq və gücdən düşəcək. Gücünüzü 
və çevikliyinizi itirəcəksiniz. Onlara daim malik olmaq 
üçün, hər gün təlimlər etməlisiniz.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
33 
Ola biləcəyin qədər yüksək ol. 
Sizi uğura aparacaq daxili intizam aşılamanız üçün 
çox vacib səbəbiniz var. Daxili intizam aşılamaq xarakteri-
nizi dəyişir, sizi daha güclü və uğurlu şəxsiyyətə çevirir. 
Daxili intizamınızı inkişaf etdirmək düşüncə və emosi-
yalarınıza təsir edərək sizi fərqli şəxsiyyətə çevirir. Özü-
nüzü kimya laboratoriyasında təsəvvür edin. Bir neçə 
kimyəvi maddəni kolbada qarışdırır və odun üstünə qo-
yursunuz. Maddələr qızdıqca formalarını dəyişir və nəha-
yət müəyyən bir temperaturda kristallaşaraq bərk hala 
keçirlər. Və kristallaşıb bərkimiş bu maddələri artıq yeni-
dən maye hala çevirmək mümkün olmayacaq. Sizin şəxsi-
yyətiniz də eynən bu maddələr kimi öncə maye halda, 
formasız və yumşaq olur. Daxili intizam odundan istifadə 
edib qızdırdıqca, özünüzü asan və əyləncəli olanı deyil, 
çətin və lazımlı olanı etməyə məcbur etdikcə xarakteriniz 
bərkiyir və mürəkkəb quruluşlu kristala çevrilir. Daxili 
intizamdan istifadə edərək özünüzü məqsədinizə doğru 
getməyə vadar etməyin ən maraqlı tərəfi sizin başqa şəxsə 
çevrilməyinizdir. Daha güclü, qətiyyətli, intizamlı və 
məqsədyönlü olursunuz. Siz şəxsiyyətinizi başqa formaya 
salaraq gücləndirir və daha yaxşı keyfiyyətlər qazanır-
sınız. Belə bir qayda var: “Əvvəlkindən fərqli bir adam ol-
maq üçün əvvəl etmədiyiniz işləri etməlisiniz”. Bu o de-
məkdir ki, daha güclü şəxsiyyət olmaq üçün daha inti-
zamlı olmaq lazımdır. Özünüzü, adi adamların xoşlama-
dıqları işləri görməyə vadar etməyi bacarmalısınız.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
34 
Uğurun digər prinsipi, “əvvəllər əldə etmədiyiniz 
nailiyyətləri əldə etmək üçün bilik və bacarığınızı əvvəl-
kindən daha üstün etmək” zərurətidir.
Daxili intizam aşılamaqla siz yeni bir şəxs olursu-
nuz. Daha yaxşı, güclü və məqsədyönlü olursunuz. Özü-
nüzə inamınız artır və özünüzlə fəxr edirsiniz. İnsan tə-
rəqqisi pilləsində daha yüksək pillələrə qalxır, dərin xa-
rakter və düşüncəyə malik olursunuz.
Uğurun özü mükafatdır. 
Uğur qazanmaq üçün göstərilən fəaliyyətin ən yaxşı 
cəhəti odur ki, bu istiqamətdə atılan hər bir addım özü 
özlüyündə mükafatdır. Daha yaxşı şəxsiyyət olmaq istiqa-
mətində atılan hər bir addım və əvvəlkindən daha yaxşı 
bilik və bacarıqlara yiyələnmək sizi daha xoşbəxt, inamlı 
və cəsarətli edir. Uğurun ən böyük mükafatı qazandığı-
nız pul və sərvət deyil, Uğur qazanmaq uğrunda apardı-
ğınız mübarizə nəticəsində daha yaxşı və fərqli bir insana 
çevrilmənizdir.
Növbəti hissədə, potensialınızın imkan verdiyi ən 
mükəmməl insan olmaq bacarığı haqda danışacağıq. 
Примечание [E413]: 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
35 
Tapşırıq: 
Qələm götürün və aşağıdakı suallara cavab yazın; 
1.
İş şəraitiniz və ümumilikdə karyeranız olsaydı necə 
görsənərdi və ya bunu təsəvvürünüzdə necə canlandı-
rırsınız? Və bunu əldə etmək üçün özünüzdə hansı in-
tizamı inkişaf etdirməlisiniz? 
2.
Xəyalınızdakı ideal ailə şəraitini canlandırın və bunu 
əldə etmək üçün hansı intizama malik olmanız tələb 
olunduğunu aydınlaşdırın (yazın).
3.
Sağlamlığınızın ideal olması üçün hansı intizama ma-
lik olmalısınız? 
4.
Maliyyə vəziyyətinizin ideal olması üçün sizə hansı 
intizam lazımdır? 
5.
Nə üçün hələ də istədiyiniz qədər uğurlu deyilsiniz və 
istədiklərinizə nail olmaq üçün sizə hansı intizam la-
zımdır? 
6.
Məqsədlərinizə nail olmaq üçün hansı intizamlara – 
xüsusiyyətlərə malik olmalısınız? 
7.
Sehrli çubuğunuz olsaydı və siz bir intizam – xüsusiy-
yət qazana bilsəydiniz, bu nə olardı? 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
36 
II HİSSƏ 
Daxili-İntizam və Xarakter. 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə