Ntizamın Gücü Brian Tracy



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix01.10.2023
ölçüsü1,53 Mb.
#125227
1   ...   10   11   12   13   14   15   16   17   ...   23
Brayan-Treysi-Bəhanələrə-Yox

“Dahi insanların bioqrafiyası ilə tanış olduqda onların 
hamısının ilk qələbəsinin özləri üzərində olduğunu aşkar etdim; 
daxili-intizam onların hamısı üçün birinci olmuşdur.” 
Harri S. Truman 
Sığorta sənayesinin, iyirmi bir yaşından işləməyə 
başlamış yüz min insanın sorğusuna əsaslanan statistika-
sına əsasən, altmış beş yaşında onlardan biri zəngin, dör-
dü maliyyə cəhətdən müstəqil, on beşi müəyyən qədər 
pula malik yerdə qalanları isə ya hələ də işləyəcək, ya tə-
qaüddən asılı, ya da dünyasını dəyişmiş olacaq.
Bu gün insanların çoxu yetmiş yaşlarına kimi işlə-
məyi planlaşdırır. Nə üçün? Çünki onlara təqaüdə çıxma-
ğa imkan verəcək qədər pul toplaya bilməmişlər. Maliyyə 
problemlərinin əsas səbəbi, daxili-intizam və özünükon-
trol qabiliyyətinin çatışmazlığıdır. Bu, qısa müddətli məq-
sədləri qurban verə bilməməkdən irəli gəlir. İnsanlar üç-
ün qazandıqları bütün pulu və hətta əlavə olaraq kre-
ditləri də xərcləmək normal hala çevrilmişdir.
Bu gün, maliyyə müstəqilliyi qazanmaq üçün Ame-
rikanlar çox az qənaət edirlər. Bir ömürlük işin sonunda 
orta səviyyəli Amerikan ailəsi sadəcə 8 000 dollara məx-
sus olur. İnsanlar, sabahları haqda qətiyyən düşünməyə-
rək bütün pullarını xərcləyir və hətta əlavə borc götürür-
lər.
Yaxşı xəbər isə ondan ibarətdir ki, biz tarixin ən 
yaxşı zamanında yaşayırıq. Yaşadığımız dövrdə adi insa-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
169 
nın zənginləşməsi və həyatda uğur əldə etməsi üçün tari-
xin bütün digər dövrlərdəkindən qat-qat artıq imkanlar 
vardır. Maliyyə müstəqilliyi əldə etmək indiki qədər asan 
olmamışdır. Lakin bunun üçün siz qərar verməli və bu 
qərarınızı həyata keçirmək üçün fəaliyyət göstərməlisiniz.
Maliyyə uğursuzluğunun səbəbi. 
Yetkin insanların əksəriyyətinin maliyyə problemlə-
ri ilə üzləşməsinin səbəbi az qazanc deyil. “Qonşu evdəki 
milyoner” kitabının müəllifləri Tomas Stenli və Villiam 
Danko bu kitabda, eyni küçədə qonşu evlərdə yaşamaqla-
rına və eyni işlə məşğul olmaqlarına baxmayaraq iki ailə-
nin müxtəlif maliyyə vəziyyətinə malik ola bildikləri haq-
da yazmışdırlar. Qırx beş yaşlarına çatanda ailələrdən biri 
maliyyə müstəqilliyi əldə etdiyi halda digər ailə borcların 
öhdəsindən gəlmək üçün səylər göstərir. Bunun səbəbi 
qazandıqları pulun məbləğində deyil. Səbəb daxili-inti-
zam və yaxın məqsədləri təxirə salmaq bacarığının ol-
mamasındadır. Nə üçün yetkin insanların çoxu bu xüsu-
siyyətlərin olmamasından əziyyət çəkir? Səbəb uşaqlıq 
illərində gizlənir. Uşaq vaxtı əlinizə pul düşərkən birinci 
istəyiniz dərhal dükana qaçıb dondurma almaq olub. 
Dondurma ləzzətlidir. Uşaq ikən və elə indidə dondur-
manı çox xoşlamısınız və heç vaxt ondan doymaq bilmir-
diniz. Uşaqların çoxu dondurmanı çox sevir və boğazları 
ağrıyana kimi dayanmadan yeyirlər. Yaşa dolduqca siz 
mənbəyindən asılı olmayaraq əlinizə gələn pula, psixo-
loqların “kondisiyalaşdırılmış cavab” adlandırdığı reaksi-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
170 
yanı formalaşdırırsınız. Pavlovun itlərində olduğu kimi 
(Məşhur təcrübə: Pavlov hər dəfə itlərini yemləyərkən 
zəng çalır və müəyyən müddət sonra o sadəcə zəng səsi-
nin itlərin mədəsində şirə ifraz olunmasına səbəb olduğu-
nu müəyyən edir) siz əlinizə pul gələn kimi onu xoşunu-
za gələn bir şeyə sərf etməyə can atırsınız.
Xərcləmək sizi xoşbəxt edir. 
Siz yetkin insan olub pul qazanmağa başladıqda da 
bu avtomatik reaksiya davam edir. Birinci düşüncəniz: 
“Bu pulu məni sevindirəcək nəyə xərcləyə bilərəm?” fikri 
olur. İlk dəfə işə düzələrkən həvəslə düşündüyünüz ilk iş, 
əmək haqqınızı və hətta əlavə olaraq kredit kartınızdakı 
pulları hansı geyim dükanında, avtosalonda, kosmetik 
dükanda və ya bahalı turizm bölgəsində xərcləyəcəyiniz 
olur. Zehni bərabərliyiniz: pul = əyləncə. 
Hansısa turizm bölgəsinə getdikdə orada, evinizdə 
olarkən almayacağınız mənasız suvenir və müxtəlif hə-
diyyə dükanlarının çoxluğu sizi təəccübləndirəcək. Nə 
üçün? Cavab sadədir. Gəzməyə getdikdə özünüzü xoş-
bəxt hiss edirsiniz. Daxilinizdə bu xoşbəxtliyə pul xərclə-
məklə cavab verəcək hazır mexanizm var. Xoşbəxtliyini-
zin dərəcəsi artdıqca xərcləməyə hazır olduğunuz pulun 
da məbləği artır.
Bəzi adamlar üçün, əsəbi olduqda bazarlığa getmək 
adi haldır. Bunun köməyi olmadıqda onlar bazarlığın hə-
cmini artırırlar. Və çox zaman aldıqları məhsulların əksə-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
171 
riyyətindən istifadə etmirlər, çünki bazarlığı kor-koranə 
etmişdilər.
Pula olan reaksiyanızı dəyişin. 
Maliyyə müstəqilliyi əldə etmək üçün başlanğıc 
nöqtə özünüzü pula olan münasibətinizi dəyişməyə va-
dar etməkdir. Əliniz alt şüurunuza kimi uzanmalı və ora-
da “xərcləmək” və “xoşbəxtlik” anlayışlarını birləşdirən 
naqili qırmalıdır. Sonra bu naqil vasitəsi ilə “xoşbəxtliyi” 
“qənaət və yatırım” anlayışları ilə birləşdirməlisiniz. Bun-
dan sonra siz “Pul xərcləmək məni sevindirir” əvəzinə 
“Qənaət etmək məni sevindirir” deyəcəksiniz.
Düşüncənizdəki bu dəyişikliyi gücləndirmək üçün 
bankda “maliyyə müstəqilliyi hesabı” açın. Bu hesaba 
uzun müddətli yatırımlar edin. Özünüzə söz verməlisiniz 
ki, bu hesaba yatırdığınız pulları maliyyə müstəqilliyi əl-
də etməkdən başqa heç bir məqsədə xərcləməyəcəksiniz. 
Avtomobil və ya bu kimi başqa bir şey almaq istəyirsiniz-
sə bunun üçün ayrıca hesab açın. “Maliyyə müstəqilliyi 
hesabı”na yatırdığınız pulları yalnız yüksək gəlir əldə et-
mək üçün xərcləyə bilərsiniz.
Xoşbəxtliyi qənaətlə birləşdirin. 
Siz bu yolla qənaət etdikdə sizdə möcüzə baş verir. 
Bankda toxunulmaz pulunuzun olması faktı sizi sevin-
dirir. Hesabınızda cəmisi 10 dollar olsa belə, özünüzü bu 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
172 
işə vadar edə bilməyiniz sizi qürrələndirəcək. Özünüzdən 
razı qalacaqsınız. Özünüzü lazım olan işi görməyə vadar 
edəcək qədər intizamlı olmağınız sizə həyatınıza daha 
yaxşı nəzarət etmək hissi verəcək. Hər dəfə qənaət edə 
bildiyiniz pulu bu hesaba qoyacaqsınız. Bunun nəticəsin-
də də “maliyyə müstəqilliyi hesabı”nız durmadan arta-
caq. Və hesabınız artdıqca siz iki qanunu işə salacaqsınız: 
Cəlbetmə və Cəmləmə qanunu.
Siz daim bank hesabınızın artması haqda real dü-
şündüyünüzdən hesab özlüyündə pul cəlb etməyə baş-
layır. Misal üçün bu hesaba hər ay 10 dollar qoymağa söz 
vermisinizsə ilin sonunda qənaət etdiyiniz əlavə pullar 
hesabına bankda 120 deyil, 200 dollar pulunuz olacaq. 
Cəlbetmə qanunu praktikada məhz bu şəkildə təzahür 
edir.
Cəmləmə qanununa əsasən, hər bir böyük nailiyyət 
kiçik nailiyyətlərin cəmidir. Bu qanun deyir ki: “siz həya-
tınıza əsas məqsədinizlə harmoniya təşkil edən şeyləri 
cəlb edirsiniz”. Cəmləmə qanununun işə düşməsi bank 
hesabınızın möcüzəli şəkildə artımı ilə müşayət olunur. 
Bank hesabınız böyüdükcə cəlbetmə qüvvəsidə böyüyür 
və həyatınıza daha çox pul cəlb edir. Yəqin ki, “pul pul 
gətirər” ifadəsini eşitmisiniz. Bu həqiqətən də belədir. Pu-
la qənaət edib bank hesabınızı artırdıqca fələk sizə daha 
çox pul yetirir.
Pula qarşı münasibətinizi dəyişdikdən sonra maliy-
yə müstəqilliyinin növbəti qanunu “birinci özünüzü mü-
kafatlandırın”dır. Çox adam aylıq xərclərindən qalan pu-
lu yığır - əlbəttəki əgər yığmağa bir şey qalırsa. Əsas mə-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
173 
sələ isə hesabınıza qoyacağınız pulu əvvəlcədən ayırmaq-
dır.
Ömür boyu qənaət edin. 
Gəlirinizin 10 faizinə qənaət etsəniz təqaüd yaşınıza 
kimi zəngin olmasanız da maliyyə müstəqilliyi əldə etmiş 
olacaqsınız. Lakin maliyyə məsləhətçiləri bütün maliyyə 
məqsədlərinizə nail olmaq üçün gəlirin 15 – 20 faizinə qə-
naət etməyi məsləhət görürlər. Bundan az məbləğ gələ-
cəkdə, uzaq qocalığınızda pulsuz qalmaq riski yaradır. 
Biz insanlara gəlirlərinin 10 faizinə qənaət etməyi məslə-
hət görəndə onlar başlarını bulayırlar. Onların çoxu qa-
zandıqları pulun hamısını xərcləyirlər. Birqəpiyə belə qə-
naət edə bilmirlər. Bəziləri borc içində boğulurlar. Əmək 
haqqını xərcləməyə başlamazdan 10 faizini banka qoy-
maq fikri onlara qeyri-mümkün görünür. Lakin bunun 
həlli yolu vardır.
Bir faiz formulundan istifadə edin. 
Gəlirinizin 1 faizinə qənaət etməyi və yerdə qalan 
99 faizlə yaşamağı öyrənin. Bunun öhdəsindən asanlıqla 
gəlmək olar. Uzun müddətli mükafata istiqamətlənmiş bu 
qənaət güclü iradə və daxili-intizam tələb etmir. Aylıq 
gəliriniz 1000 dollardırsa onun bir faizi 10 dollar və ya 
günə təxminən 35 qəpik. Hər axşam evə gəldikdə həmin 
35 qəpiyi daxıla atın. Və hər ayın sonunda daxıldakı pul-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
174 
ları banka aparın və “maliyyə müstəqilliyi hesabı”nıza 
qoyun. Bu məbləğ çox kiçik görünə bilər lakin unutma-
yın, 
"
uzun yolçuluq kiçik addımlarla başlayır
". 
Tezliklə 
siz əlinizdə qalan 99 faizlə asanlıqla dolanmağı öyrənə-
cəksiniz. Bu zaman hesaba ayırdığınız məbləği 2 faizə 
qaldırın. Sonra siz 98 faizlə də dolanmağı öyrənəcəksiniz.
Bu minvalla qənaət etdiyiniz məbləği hər ay bir faiz artı-
rın. Və ilin sonuna siz aylıq gəlirinizin 10 faizinə asanlıqla 
qənaət edə biləcəksiniz. Borclarınız azalmağa başlayacaq. 
Bank hesabınızda müəyyən qədər pul topladıqdan və 
maliyyə müstəqilliyinə doğru real addımlar atmağa başla-
dıqdan sonra siz xərclərinizə qarşı daha diqqətli və qəna-
ətcil olacaqsınız. Aybaay artıq xərclərinizi azaltdığınızı 
müşahidə edəcəksiniz.
Nəticə heyrətamizdir. 
Qənaət və yatırım etməyin mükafatı məhsuldar olur. 
Deyirlər, “xoşbəxtlik dəyərli idealın proqressiv realizasi-
yasıdır”. Hər dəfə bir dollarınıza qənaət etdikdə və ya 
borcunuzu qaytardıqda özünüzü xoşbəxt hiss edirsiniz. 
Daha pozitiv olur və həyatınızı nəzarətdə saxlamış olur-
sunuz. Beyniniz, sizə sakitlik və xoşbəxtlik bəxş edən en-
dorfin istehsal edir. Bu prosesə başladıqdan ikicə il sonra 
siz borclardan qurtulmuş və müəyyən qədər maliyyə və-
saitinə malik olacaqsınız. Bank hesabınız artdıqca daha 
çox pul cəlb edəcək və siz bu pulları əlavə gəlir əldə et-
mək üçün ağıllı yatırım yerləri tapacaqsınız. Eyni zaman-
da sizin pula və onu xərcləməyə olan münasibətiniz də 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
175 
dəyişəcək. Daha intizamlı və şüurlu olacaqsınız. Hansısa 
bir işə yatırım etməzdən öncə onu yaxşı-yaxşı öyrənəcək-
siniz. Qarşınıza çıxan imkanı və ya potensial biznesi diq-
qətlə araşdıracaqsınız. Ağır zəhmət hesabına topladığınız 
pulu nəyə xərclədiyinizə və hansı işə yatırdığınıza qarşı 
çox diqqətli olacaqsınız. Tezliklə pula olan münasibətinizi 
müsbət istiqamətə dəyişəcəksiniz.
Gəlir artımı kömək etmir. 
Bəzən dinləyicilərimdən kimin maliyyə müstəqilliyi 
əldə etmək istədiyini soruşuram. Təbii ki, onlar hamısı əl-
lərini qaldırırlar. Sonra mən başqa bir sual verirəm: “Əgər 
mənim sehrli çubuğum olsaydı və onun köməyi ilə sizin 
gəlirinizi iki dəfə artıra bilsəydim bunun sizə köməyi də-
yərdimi?” Onlar hamısı həvəslə təsdiq edirlər “Əlbəttə!” 
Və mən növbəti sualımı verirəm: “Sizlərdən neçə nəfər ilk 
dəfə işə düzələndən indiyə kimi gəlirini iki dəfə artırıb?” 
Yenə də onlar hamısı əllərini qaldırırlar. Sonunda mən 
nəticə çıxarıram: “Siz artıq belə bir möcüzə ilə rastlaşmısı-
nız, gəliriniz iki dəfə artıb amma heç bir köməyi olmayıb. 
Sadəcə gəlirin artması maliyyə müstəqilliyinə təminat 
vermir. Səbəb Parkinson Qanunudur: “Gəlir artdıqca 
xərclər də artır.” Nə qədər qazanmağınızdan asılı olmaya-
raq siz bütün gəlirinizi xərcləyir və hətta borc da almalı 
olursunuz.”


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
176 
Paz prinsipindən istifadə edin. 
Maliyyə müstəqilliyi əldə etmək üçün Parkinson qa-
nununu məhv etməlisiniz. Bunun üçün “Paz Prinsipin-
dən” istifadə etməlisiniz. Gəliriniz artdıqca, gəliriniz və 
xərcləriniz arasına paz vurun. Gəlirin hamısını xərcləmək 
əvəzinə onun 50 faizinə qənaət etməyi qərara alın. Gəliri-
niz 100 dollar artdıqda onun 50 dollarını əvvəlcədən bank 
hesabına qoyun. Yerdə qalan 50 dolları ailənizə və özünü-
zə xərcləyə bilərsiniz. Hər dəfə gəliriniz artdıqda onun 
yarısını hesabınıza yatırın. Gəlirinizin 10-15 faizini və 
üztəlik hər artımın 50 faizini hesabınıza yatırsanız tezliklə 
maliyyə müstəqilliyi əldə edə bilərsiniz. Bir daha pul haq-
da narahat olmayacaqsınız. 
Qarşılıqlı maraqlar möcüzəsi. 
Albert Eynşeyn demişdir: “Qarşılıqlı maraqlar kai-
natın ən güclü qüvvəsidir” 
İyirmi bir yaşınızdan altmış beş yaşınıza kimi hər ay 
100 dollar hesabınıza yatırsaniz və həmin pulu, ilə 7 - 10% 
gəlir gətirən hansisa maliyyə fonduna yatırsanız ümumi 
kapitalınız milyon dollardan artıq olar. Aylıq gəlirinizin 
100 dollarının avtomatik olaraq başqa toxunulmaz hesaba 
yatırılmasına nail ola bilsəydiniz Amerikanın ən varlı in-
sanları siyahısına düşərdiniz. Bu o deməkdir ki, sizin ma-
liyyə müstəqilliyi əldə etmək istəyiniz qəti olduğu halda 
sizə lazım olan sadəcə yaxın müddətli məqsədlərinizi tə-
xirə salmaq bacarığı və qənaət etmək intizamıdır. Özünü-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
177 
zü idarə etmək və nəyisə qurban vermək bacarığınız sizə 
sadəcə maliyyə müstəqilliyi deyil həyatınızın bütün sahə-
lərində xoşbəxtlik bəxş edəcək.
Növbəti hissədə biz, həyatınızda hər şeyin sizin xe-
yrinizə işləməsi haqda; vaxtın idarə edilməsi haqda danı-
şacağıq. Hamı həyatını az pul və çox vaxtla başlayır. Yet-
kinlik illərinizdə vaxtınızı necə sərf etməyiniz həyatınızın 
keyfiyyətini müəyyən edir.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
178 
Tapşırıq: 
1.
Günü bu gün, maliyyə müstəqilliyi əldə etmək, borc-
lardan yaxa qurtarmaq və bütün maliyyə məsələlərini-
zi nəzarətə almaq qərarı verin. 
2.
Bugünkü varidatınızı müəyyən edin. Eviniz və bu kimi 
digər dəyərli şeylərinizin qiymətini toplayın, alınan 
məbləğdən borclarınızı və xərclərinizi çıxın və nəyə 
malik olduğunuzu dəqiq müəyyən edin. 
3.
Ayrıca bank hesabı açın və aylıq gəlirinizin ən azı 1 fai-
zini ora yatırın.
4.
Borclarınızın siyahısını tutun və bu gündən onları ödə-
məyə başlayın.
5.
Təqaüdə çıxana kimi sizə maliyyə müstəqilliyi imkanı 
verəcək məbləği dəqiq müəyyən edin və həmin məblə-
ği qarşınıza məqsəd qoyun. 
6.
Aylıq və illik toplayacağınız məbləği qarşınıza məqsəd 
qoyun. 
7.
Bacardığınız qədər çox qənaət etməyi öyrənin. 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
179 
XIII HİSSƏ 
Daxili-İntizam və Vaxtın idarə edilməsi 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə