Ntizamın Gücü Brian Tracy



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix01.10.2023
ölçüsü1,53 Mb.
#125227
1   ...   8   9   10   11   12   13   14   15   ...   23
Brayan-Treysi-Bəhanələrə-Yox

“Uzun müddətli məqsədlərə nail olmaq üçün özünü nə-
dənsə məhrum etmək bacarığı və sözsüz bu bacarığı təmin 
edəcək iradə idarə heyəti üçün mükəmməl treninqdir.” 
Jon Viney 
İnsanların çox hissəsi ya biznesə malikdir, ya da 
kiminsə biznesi üçün işləyir. Biznesdə uğur qazanmaq 
üçün, biznesin böyüklüyündən və kiçikliyindən asılı ol-
mayaraq hər bir sahəsində intizam tələb edir. Daxili-
intizam və özünənəzarət olmadan heç bir biznes uğurun-
dan söhbət gedə bilməz. İndiki iqdisadi vəziyyətdə, uğur-
lu biznesə başlamaq və davam etdirmək kimi daxili – 
intizam tələbedən ikinci bir fəaliyyət sahəsi yoxdur.
İqtisadiyyatın birinci qanunu çatışmazlıqdır. Bir 
qayda olaraq, heç nə hamıya kifayət edəcək qədər olmur. 
Xüsusəndə müştəri kifayət qədər olmur. Heç vaxt, pulla 
bağlı bütün məqsədlərinizə nail olacaq qədər satış dövriy-
yəsi etmək mümkün deyil. Biznesinizi istədiyiniz kimi 
genişləndirməyə kifayət edəcək qədər gəlir əldə etmək 
mümkün deyil. Xüsusəndə heç vaxt, tərəfdaşlıq etmək və 
biznesinizə dəvət etmək üçün kifayət qədər insan tapmaq 
mümkün deyil.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
148 
Yarışma qanunu. 
Əgər biznesin birinci qanunu çatışmazlıqdırsa, ikin-
ci qanunu yarışdır. Müştərinin pullarını özünüzə və ya öz 
biznesinizə cəlb etmək üçün tələb olunan işləri görmək 
güclü diqqət və intizam tələb edir. Sadəcə baş çıxarmaq 
deyil, həm də müəyyən nailiyyətlər əldə etmək üçün sizin 
səviyyənizdə olan rəqiblərinizlə daim yarışma ruhunda 
olmalısınız.
Biznes uğurunun əsas qaydası insanlara lazım olan 
və istədikləri məhsulu, onlara sərf edəcək qiymətə - hə-
min müştərinin pulunu əldə etmək niyyətində olan digər 
şirkətlərlə rəqabətə davam gətirəcək qiymətə təklif etmək-
dir. Bazardakı vəziyyətə tam uyğun gəlməsi üçün siz 
məhsul və xidmətinizə qarşı tam səmimi olmalısınız. 
Məhz bu fakt, məhsul və xidməti lazımınca qiymətləndir-
məmək (öz təklifin haqda həddən artıq yüksək fikirdə 
olmaq) və ya yalnış hesablamalar biznesin uğursuzluğu-
na səbəb olur. Qiymətləndirmə və hesablamalardakı fərqi 
müştəri məhsulda hiss edir.
Müştəri həmişə haqlıdır. 
Mən hər həftə, satış və gəlirdən narazı biznesmen-
lərlə ünsiyyətdə oluram. Onlar, məhsul və xidmətlərinin 
mükəmməl olmasını və müştərilərin məhz onlara müra-
ciət etməli olduqlarını iddia edirlər. Hər dəfə mən onlara 
nəzakətlə xatırlatmalı oluram ki, onların məhsul və xid-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
149 
mətləri mükəmməl olsaydı müştəri daim onlara müraciət 
edər və dostlarınada məsləhət görərdilər.
Ekspertlərin fikrincə biznes sahəsində verilən qərar-
ların 70%-i müəyyən zamandan sonra yalnış olur. Bu orta 
rəqəmdir. Əgər siz biznesdə yenisinizsə və ya sizin üçün 
yeni olan bir sahədə biznesə başlayırsınızsa onda siz daha 
çox səhvlər edirsiniz. İşə yeni başlayan bir adam üçün 
90% səhv etmək qeyri-adi deyil. Ən dəqiq bildiyiniz mə-
sələlərdə belə səhv etmək ehtimalını qəbul etmək üçün 
güclü intizam və xarakter lazımdır. Buna baxmayaraq, 
səhvlərinizin qarşısını almaq, müştərinin ehtiyacını və 
bazarda təklif edilən oxşar məhsulları yaxşı öyrənərək 
rəqabətə davamlı təklif etmək üçün həmin bu intizam və 
güclü xarakter mütləq lazımdır.
Hər növ yatırım və biznes başlanğıcı yüksək səviy-
yəli optimizm tələb edir. Siz, biznesinizin, məhsul və xid-
mətinizin gələcəyinə inanmalısınız. Uğura o qədər inan-
malısınız ki, heç bir təminat olmadan bu işə hər şeyinizi 
qoymağa və illərlə zəhmət çəkməyə hazır olmalısınız. Ey-
ni zamanda siz bu inamı ram edəcək və vəziyyətə obyek-
tiv qiymət verəcək qədər obyektiv olmalısınız. Biznesdə 
həddindən artıq inam səhvlərə, maliyyə itkilərinə və hətta 
müflisliyə səbəb ola bilir.
Siz daha yaxşı olmalısınız. 
Yarışın aqressiv və qətiyyətli təbiətinə görə siz ən 
azı baş çıxarmaq üçün özünüzü rəqiblərinizə bərabər və 
ya onlardan daha yaxşı olmağa vadar etməlisiniz. Çünki 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
150 
rəqibləriniz hər səhər yuxudan oyanıb bütün günü sizi bu 
biznesdən uzaqlaşdırmaq üçün vasitələr axtarırlar. Onlar 
sizin müştəri və satış dövriyyənizi əlinizdən almağa can 
atırlar. Payınızın mümkün qədər çox hissəsinə sahib ol-
maq istəyirlər. Bu cür maneələrə və rəqabətə rəğmən baş 
çıxarmaq və uğur əldə etmək üçün siz onların (rəqibləri-
nizin) düşüncələrini qabaqlamalısınız.
Yeni biznesə başladıqda, “ev tapşırığı”nızı öncədən 
yüksək keyfiyyətlə yerinə yetirmək üçün kifayət qədər 
intizamlı olmalısınız. İşə başlamazdan öncə biznes plan 
tərtib etəli və gələcəkdə bütün fəaliyyətiniz dövründə onu 
nəzərdən keçirərək yeniləməlisiniz. Öncədən planlaşdır-
ma bacarığı uğur və uğursuzluq arasındakı fərqi müəy-
yən edir.
Ehtimallarınızı sınağa çəkin. 
Biznes ideyaların çoxu praktikada işə yaramır, ən 
azından öz ilkin formalarında. Piter Drukerin dediyi kimi: 
“Uğursuzluqların çoxunun əsasında qeyri-müəyyən ehti-
mallar dayanır”. Biznes uğursuzluqlarının əsas səbəbi sa-
hibkarların və ya icraçı direktorların yoxlanılmamış ehti-
mallara arxayın olmaqlarıdır. Onlar məhsul və ya xidmət-
lərinin digərləri ilə müqayisədə yaxşı olmasını ehtimal 
edirlər. Və bu məhsul və ya xidmətin hesabına iri həcmli 
dövriyyə edib yüksək gəlir əldə edəcəklər. Onlar daha ar-
tıq ehtimal edərək bu gəlirin sərf edilmiş kapital və vaxtın 
ən səmərəli yatırım olduğunu düşünürlər. Bütün bu ehti-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
151 
mallar praktikada tətbiq edilməzdən öncə diqqətlə yoxla-
nılmalıdır.
Kaufmanın Sahibkarlar fondunun təhqiqatlarına 
əsasən Amerikanın orta səviyyəli sahibkarları və kiçik 
biznesmenlərın 95% - nin illik gəliri 50 000 $ - dan az olur. 
Nə üçün? Səbəb onların enerji, intellekt və ya qazanmaq 
qabiliyyətlərinin azlığı deyil. Bir insanın yeni biznesə baş-
lamaq üçün cəsarət və resurslarının olması faktı özü artıq 
onun orta səviyyədən yüksək istedada malik olduğunu 
göstərir. Bu qədər sahibkarın kifayət qədər uğur qazana 
bilməməsinin səbəbi intizamın lazımi səviyyədə olmamsı-
dır. Onlar, biznes fəaliyyətinə başlamazdan öncə həmin 
sahəni lazımi dərəcədə öyrənəcək qədər intizamlı deyil-
lər. Dərhal işə girişməzdən və ən yaxşı nəticəyə sadəcə 
ümid etməzdən öncə ehtimallarını yoxlayacaq qədər 
intizamlı deyillər. Bunun sizin də başınıza gəlməsinə yol 
verməyin.
İdeal müştərinizi müəyyən edin. 
İdeal müştərinizi müəyyən etmək üçün sizə intizam 
lazımdır: məhsul və ya xidmətinizi sizə sərf edəcək qiy-
mətə lazım olan miqdarda alacaq adam sizin ideal müştə-
rinizdir.
Biznesinizin davamlı inkişafını təmin edəcək biznes-
plan qurmaq və onun əsasında işləmək üçün intizam la-
zımdır. Effektiv marketinq üçün, digər şirkətlərlə rəqabət-
dəki üstünlüyünüzü və özünəməxsus satış taktikanızı 
aydın bilməlisiniz. Sizin məhsul və ya xidmətinizi müştə-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
152 
rilər üçün digərlərinin təqdim etdiyi məhsul və xidmət-
dən üstün edən cəhət nədir?
Bütün detallarına kimi hesablanmış satış planı ya-
ratmaq üçün intizam lazımdır. Nə qədər biznesmenin, 
məhsulun sadəcə öz-özünə satılacağını ehtimal etməsi 
heyrətamizdir.
Əsl xərclərinizi bilin. 
Məhsul və xidmətinizin real qiymətini müəyyən et-
mək üçün xərclərinizi dəqiq bilməlisiniz. Məhz bu sahəni 
mükəmməl bilmək sayəsində Val – Mart pərakəndə satış 
tarixinin ən böyük dövriyyəsinə malik olmuşdur. Nə qə-
dər şirkətin, məhsulun satışa çıxarılması prosesindəki 
xərclərini dəqiq hesablamadığından bu məhsulu zərərlə 
satması heyrətamizdir. Yəqin ki, belə bir deyim eşitmiş-
siniz: “Biz satdığımız hər bir malda ziyana gedirik, lakin 
bu ziyanı dövriyyə hesabına örtməyə çalışırıq”. Aydın 
məsələdir ki, bu mümkün deyil! 
Müştərilərin daim sizin məhsuldan razı qalaraq al-
maları və dostlarına məsləhət görmələrini təmin etmək 
üçün keyfiyyət nəzarəti sisteminiz olmalıdır. Müştəri xid-
məti siyasəti tətbiq etmək üçün intizam lazımdır ki, bu 
sistem hesabına müştərilərinizə yaxşı xidmət göstərəsiniz 
və onlar da sizin rəqiblərinizin yanından ötüb məhz sizin 
məhsulu almağa gəlsinlər.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
153 
Əziz qadınlar Sizi 8 Mart qadınlar günü münasibəti ilə 
təbrik edirik. Can sağlığı, xoşbəxtlik, uğur arzulayırıq! 
Biznesin məqsədi müştəriləri razı
salmaqdır. 
Biznesin məqsədi nədir? Biznesin məqsədi sərfəli 
müştərilər qazanmaq və əldə saxlamaqdır. Gəlir, malını-
zın təqdim etdiyiniz qiymətə alacaq müştərilərin qazanıl-
ması və onların əldə saxlanmasının nəticəsidir.
Biznes uğurunun həlledici ölçü vahidi nədir? Cavab 
müştərinın razı qalmasıdır. Biznesinizin bütün fəaliyyəti, 
müştəriyə rəqiblərinizdən daha yaxşı xidmət göstərməyə 
yönəlməlidir.
Bəs müştərinin razı qalmasının ölçüsü nədir? Cavab 
onun yenidən sizə müraciət etməsidir. Yalnız müştəri 
ikinci dəfə sizə müraciət etdikdə, sizin ona birinci dəfə 
vəd etdiyiniz keyfiyyətin doğru olması təsdiqlənir. Razı 
qalmış daimi müştəriyə qulluq etmək yeni müştəriyə qul-
luq etməkdən on dəfə ucuz başa gəlir. Bütün uğurlu biz-
neslər, yüksək səviyyəli xidmətin nəticəsi olan daimi 
müştərilərə əsaslanır. Bu güclü intizamın nəticəsidir.
Üzunömürlü səmərənin həlledici amili nədir? Ca-
vab digərlərinin rekamendasiya və məsləhətidir. Bütün 
bu iş sadə bir sualın əsasındadır: “Siz bizi dostlarınıza və 
tanışlarınıza məsləhət görərdinizmi?” Biznesinizin da-
vamlı uğuru yalnız, müştərilərinizin sizin xidmətdən, 
dost-tanışlarına da məsləhət görəcək qədər razı qaldıqları 
halda təmin edilir. Razı qalmış müştərinin məsləhəti ilə 
müraciət etmiş müştəriyə qulluq etmək “soyuq zəng” 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
154 
müştərisinə qulluq etməkdən əlli dəfə sərfəlidir. Daim 
sizə müraciət edəcək və sizi dostlarına da məsləhət gö-
rəcək müştərilərin əldə edilməsini təmin edən müştəri 
xidməti siyasəti formalaşdırmaq nəhəng diqqət və inti-
zam tələb edir.
Yüksək standartlar qoyun. 
Biznesinizin hər bir sahəsində yüksək standartlar 
qoymaq və onlara nail olmaq üçün səylə işləyəcək intiza-
ma malik olmalısınız. AHTİ formulundan istifadə etməli-
siniz ki, bunun da açıqlaması “Aramsız və Heç zaman 
Tükənməyən İnkişaf”dır. Məhsulunuzun nə qədər keyfiy-
yətli olmasından asılı olmayaraq siz buna qane olmamalı-
sınız. Siz daim standartları qaldırmalısınız.
Biznesinizdə ən yaxşı olmaq üçün aylar və hətta il-
lərlə ağır zəhmət çəkəcək qədər intizamlı olmalısınız. 
Amerikada hər bir uğurlu biznesmen və öz hesabına mil-
yoner olmuş adam həftədə əlli beş saat işləyir. Bəziləri isə 
biznesin ilk illərində yetmiş və hətta səksən saat işləyirlər. 
Ən yaxşılardan olmaq üçün siz də özünüzü bu qədər zəh-
mət çəkməyə vadar etməyi bacarmalısınız.
Həlli yolu haqda düşünün. 
Biznesdə uğur qazanmaq üçün reaktiv deyil, aktiv 
olmaq lazımdır. Diqqətinizi problemlər deyil, həlli yolları 
üzərində cəmləşdirməlisiniz. Diqqətinizi mənasız işlər de-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
155 
yil, hər gün hər saat görməli olduğunuz, xeyir verəcək 
əhəmiyyətli üzərində cəmləşdirməlisiniz.
Ən əsası isə, uzun müddətli məqsədlər qoymaq inti-
zamına malik olmaq, biznesinizin gələcək perspektivləri-
ni müəyyən etməkdir. Yarışmanın intensivliyinə görə, 
biznesdə uğur illərlə ağır zəhmət nəticəsində qazanılır. Bu 
işin kəsə yolu yoxdur. Uğur qazanmaq heç vaxt asan ol-
mur. Yalnız bir yol var ki, bu da ağır zəhmət, intizam və 
iradə hesabına keçilir.
Yeni biznesi tam hərəkətə gətirmək üçün orta hesab-
la iki il lazımdır. Sonrakı iki ilin gəlirini əvvəlki illərdə 
borc götürdüyünüz pulları qaytarmağa gedir. Və nəhayət 
uğurlu biznesmen pilləsinə yüksəlmək üçün əlavə üç il 
tələb olunur.
Bu statistikaya baxdıqdan sonra, yeni biznes sizin 
nəyinizə gərəkdir? Çünki vaxt istənilən halda keçəcək! 
Beş ildən sonra siz beş il, on ildən sonra isə on il daha yaş-
lı olacaqsınız. Bu zamanın sonunda isə siz ya öz sahənizin 
yüksək gəlirli 20% - i, ya da hər dollar üçün narahatlıq ke-
çirən az gəlirli 80% - i arasında olacaqsınız. Seçim yalnız 
sizindir. Açar İntizamdır! 
Növbəti hissədə siz, biznesinizin həyat mənbəyini 
oksigenini nizamlayan intizam – satış haqda öyrənəcək-
siniz. Yekun olaraq Piter Drukerin sözlərini yada salmaq 
istərdim: “Biznesin məqsədi müştəriyə yiyələnmək və əl-
də saxlamaqdır.” 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
156 
Tapşırıq:
1.
Kənar müşahidəçi imiş kimi arxaya durun və biznesi-
nizin hər bir sahəsinə nəzər yetirin. Hansı dəyişiklik-
ləri məsləhət görərdiniz? 
2.
Təsəvvür edin ki, biznesinizi yenidən başlayırsınız. 
İndiki bazara çıxarmayacağınız hansısa məhsul və ya 
xidmət varmı?
3.
Satış və gəlirinizin 80 % - ni təşkil edən 20 % məhsulu-
nuzu müəyyən edin. Daha çox onlardan satmaq üçün 
nə edə bilərsiniz? 
4.
Biznesinizi bir, iki və beş il sonra təsəvvür edin. Və-
ziyyət necə olacaq? Müştəriləriniz gələcəkdə nə ala-
caqlar? 
5.
Müştərilərinizin sizə qayıtmasını və sizin məhsulları-
nızı dostlarına məsləhət görmələrini təmin etmək üç-
ün müştəri xitmətini yaxşılaşdıracaq üç vasitə sadala-
yın. 
6.
Reklam və Marketinq sahəsində daha çox və aparıcı 
mütəxəssisləri cəlb etmək üçün üç vasitə sadalayın. 
7.
Satış dövriyyəsini artırmağa imkan verəcək üç üsul 
sadalayın.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
157 
XI HİSSƏ 
Daxili – İntizam və Satış 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə