Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   26   27   28   29   30   31   32   33   ...   83

 
92
-Sığırçınlar  və  qarğalar  kənd  və  şəhər  ətrafına  toplaşarsa  qar  yağacağı 
gözlənilir. 
-Dekabrda günəş çox görünərsə qış şaxtalı, yay isə isti keçər. 
Rollu  oyunlar:  Öyrənilən  tədris  materialının  şüurlu  başa  düşülməsinə  və 
möhkəm  yadda  qalmasına  xidmət  edən  üsullardan  biri  də  rollu  oyunlardır.  Rollu 
oyunlardan  istifadəyə  ən  çox  Azərbaycan  dili,  oxu,  həyat  bilgisi  dərslərində  rast 
gəlmək  olur.  Rollu  oyunların  təşkilinə  “Oxu”  dərslikləri  daha  geniş  imkanlar 
yaradır. Məsələn, IV sinif “Oxu” dərsliyindəki “Balıqçı və balıq” nağılını şagirdlər 
çox  böyük  həvəslə  səhnələşdirirlər.  Balıqçını  bir  şagird,  onun  arvadı  qoca  qarını 
digər  şagird,  balığı  üçüncü  şagir,  dənizi  dördüncü  şagird,  müəllifin  sözlərini  isə 
beşinci şagird ifa edir. Səhnələşdirmədə faydalı cəhət həm də odur ki, rollar tez-tez 
dəyişdirilir,  nəticədə  şagirdlərin  xeyli  hissəsi  fəal  icraçı  olur.  O  da  maraqlıdır  ki, 
şagirdlər ifa etdikləri rolların sözlərini əzbərdən deyirlər. 
Səhnələşdirilərək  öyrənilən  mövzulardan  biri  də  yenə  IV  sinifin  “Oxu” 
dərsliyindəki  “Ağacların  bəhsi”  adlы  Mirzə  Ələkbər  Sabirin  şeиridir.  Şeиrdə 
mübahisəyə  girişən  palıdın  sözlərini  bir  şagird,  alma  ağacının  sözlərini  başqa 
şagird,  şam  ağacının  sözlərini  üçüncü  şagird,  müəllifin  sözlərini  isə  dördüncü 
şagird ifa edir və şeиrin həm məzmunu, həm də ideyaсы şagirdlər tərəfindən yüksək 
səviyyədə mənimsənilir. 
Rollu  oyunların  başqa  formalarından  istifadə  etmək  halları  da  var.  Məsələn, 
həyat bilgisi fənni üzrə müəllim şagirdlər qarşısında sual qoyur: 
-Təsəvvür  edin  ki,  yolla  gedirsiniz.  Birdən  görürsünüz  ki,  maşın  uşağı  vurub 
yerə sərdi. Bu anda siz nə edərдiniz? 
Sual ətrafında şagirdlər öz fikirlərini söyləyir, geniş müzkirə keçirilir. 
Başqa  bir  misal.  Uşaqlar  meşəyə  gəzməyə  gedirlər.  Xeyli  keçəndən  sonra 
məlum olur ki,  yoldaşlarından  biri  yoxdur. İtən  uşaq o anda  hansı  hisslər keçirər? 
Bu sual ətrafında da fikir mübadiləsi keçirmək olur. 
Loto  oyunları:  Müxtəlif  məzmunlu  və  formalı  loto  oyunlarına  rast  gəlmək 
olur.  Onlardan  birinə  diqqət  yetirək.  III  sinifdə  dərs  ilinin  sonunda  Azərbaycan 
dilindən  il  boyu  öyrənilmiş  mövzuların  təkrarı  keçirilirdi.  Müəllim  üstündə 
tapşırıqlar yazılmış bir neçə kağız parçasını torbaya salır. Kağızların hərəsində bir 
tapşırıq yazılmışdır. Tapşırıqlar belə idi: 
1.  Əlifbanı əzbər deyin. 
2.  Saitlərlə başlayan sözləri tapın. 
3.  Qalın və incə saitləri sadalayın. 
4.  Dodaqlanan və dodaqlanmayan saitləri yazın. 
5.  Qoşasaitli və qoşasamitli sözlər tapıb yazın. 
6.  Bir neçə söz yazıb, onları kök və şəkilçiyə ayыrın. 
Müəllim  sinifdəki  şagirdləri  altı  qrupa  ayrır  və  hər  qrupdan  bir  nəfər  gəlib 
torbadan bir kağız çıxartmasını xahiş edir. Düşünmək üçün beş dəqiqə vaxt ayırır.  
Cavablar hazır olandan sonra bir-bir elan edilir və müzakirə olunur. 
Əqli  hücum:  şəkil  əsaında  əqli  hücuma  aid  bir  misal  nümayiş  etdirək. 
Azərbaycan dili fənni üzrə III sinifdə Mövzu: 68-ci səhifədəki şəkillər. Əvvəlcədən 
lövhədə  altı  tapşırıq  yazılır.  Sinifdəki  şagirdlər  altı  qrupa  bölünür.  Qruplar  da 


 
93
nömrələnir.  Qruplar  öz  nömrələrinə  uyğun  gələn  tapşırıq  üzərində  düşünüb  fikir 
söyləməli olurlar. Tapşırıqlar belə idi. 
1.  Uşaq nə üçün yaşlı qadına yaxınlaşır? 
2.  Uşaq arxadan həmin qadını nə üçün səsləyir? 
3.  Şagird dayanıb yaşlı qadınla nə barədə danışır? 
4.  Şagird qadının zənbilini hara aparır? 
5.  Qadın və uşaq əllərini nə üçün yuxarı qaldırıb? 
6.  Siz yaşlılara nələrdə kömək edirsiniz? 
Qruplar  sıra  nömrəsinə  uyğun  tapşırıqları  cavablandırırlar.  Nəticədə  kollektivin 
səyi ilə kiçik bir hekayə alınır. 
 
 
Yönəldici və düşündürücü çalışmalar. 
1.  Öyrənilən  biliyin  həyаtda  əhəmiyyəti  şagirdlərə  başa  salınmasa  nə  ilə 
nəticələnər? 
2.  Dərs zamanı şagirdləri fəallığa həvəsləndirmək nə üçün zəruridir? 
3.  Dərs zamanı öyrənməyi şagirdlərə öyrətməyi necə başa düşürsünüz? 
4.  Öyrənməyi sizə hansı yollarla öyrədiblər? 
5.  Sizin özünüz gələcəkdə öyrənməyi şagirdlərə necə öyrədəcяksiniz? 
6.  Siz şagirdlərinizi öyrənməyə hansı motivlərlə həvəsləndirəcяksiniz? 
7.  Gələcəkdə  sinif  müəllimi  işləyərkən  hansı  yeni  fəal  təlim  üsullarından 
istifadə etmək fikrindəsiniz? 
8.  Yeni fəal təlim üsullarının adlarını sadalayın. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
94
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
FƏSİL 11 
TƏLİMİN QANUNAUYĞUNLUQLARINDAN AŞAĞI SİNİFLƏRDƏ 
İSTİFADƏ TƏCRÜBƏSİ 
1. Təlimin qanunauyğunluğu anlayışı və bunu bilməyin müəllim üçün 
praktik əhəmiyyəti 
Özünü  gələcək  sinif  müəllimliyi  fəaliyyətinə  hazırlayan  tələbə  bilməlidir 
ki,  onun  tələbəlik  fəaliyyəti  də,  qarşıdakı  fəaliyyəti  də  pedaqoji  proseslə 
bağlıdır. Bilməlidir ki, pedaqoji proseslə əlaqədar  bir çox qanunauyğunluqlar 
üzə çıxarыlmışdır. 
Müəyyənləşdirilmiş pedaqoji qanunauyğunluqlar iki iri qrupa bölünür və 
belə  adlanır:  pedaqoji  elmin  inkişafını  səciyyələndirən  qanunauyğunluqlar  və 
pedaqoji prosesin qanunauyğunluqları. 
Pedaqoji prosesin qanunauyğunluqları da öz növbəsində üç qrupa ayrılır 
və  belə  adlanır:  pedaqoji  prosesin  ümumi  qanunauyğunluqları,  təlimin 
qanunauyğunluqları və tərbiyənin qanunauyğunluqları. 
Pedaqoji  proses  deyəndə  təlim,  tərbiyə,  təhsil  və  psixoloji  inkişafın 
vəhdəti nəzərdə tutulur. 
Pedaqoji  qanunauyğunluğun  nə  demək  olduğunu  da  bilməyin  tələbə 
üçün  əhəmiyyəti  az  deyil.  Çünki  bu  gün  tələbə  kimi  fəaliyyət  göstərən  şəxs 
sabah  müəllim  kimi  işə  başlamlı  olacaq.  İndiki  dövr  isə  fəaliyyətdə  olan  hər 
kəsdən,  xüsusən  müəllimdən  yaradıcılıq  tələb  edir,  öz  işinə,  öz  fəaliyyətinə 
tənqidi  münasibət,  onu  daim  təkmilləşdirmək  tələb  edir.  Öz  fəaliyyətində 
uğurlarının  səbəbini,  yaxud  uğursuzluğunun  səbəbini  elmi  cəhətdən  təhlil 
etməyə alışan şəxs öyrənə bilər. 
Pedaqoji  qanunauyğunluğun  mahiyyətindən  hali  olan  müəllim  öz 
fəaliyyətinə  həmin  mövqedən  yanaşmaq  imkanı  qazanmış  olur.  Müəllimin 
fəaliyyətində  saysız-hesabsız  hadisələr  cərəyan  edir.  Bir  çox  halda  müəllim 
onlara  alışır,  əhəmiyyət  vermir.  Halbu  ki,  öz  fəaliyyətinin  xüsusiyyətlərini 
öyrənməyə  çalışan  müəllim  yəqin  edə  bilir  ki,  onun  işində  ötəri  cəhətlər  də, 
hərdən  özünü  göstərən  cəhətlər  də,  daim  təkrarlanan,  davmlı  səciyyə  daşıyan 
cəhətlər də olur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə