Нуряддин казымов



Yüklə 5,01 Kb.

səhifə1/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   83


НУРЯДДИН  КАЗЫМОВ 
 
 
 
 
 
 
TƏТBİQİ PEDAQOGİKA 
Дярслик 
 
 
 
(İBTİDAİ TƏHSİLİN PEDAQOGİKASI VƏ METODİKASI 
İXTİSASI ÜZRƏ) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
3
 
 
Елми редактор:      Фяращим Балакиши оьлу Садыгов, 
                              педагожи елмляр доктору, профессор 
 
Ряйчиляр:               Сярдар Муса оьлу Гулийев, педагожи елмляр 
                              доктору, профессор 
                               Видади Ъямил оьлу Хялилов, педагожи елмляр 
                               доктору, профессор 
                                Миръяфяр Щясянов, профессор 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
4
 
BİR NEÇƏ SÖZ 
 
Hörmətli  oxucu!  Müəllif  istərdi  yəqin  biləsiniz  ki,  əvvəla,  Tətbiqi 
pedaqogika  fənni  üzrə  bu  dərslik  üç  başlıca  mənbə  əsasında  hazırlanmışdır: 
1.Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2006-cı  il  30  oktyabr  tarixli 
qərarı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikası  ümumtəhsil  məktəbinin 
kurrikulumu”;  2.Təhsil  sahəsində  həm  xarici  ölkələrin,  həm  də  Azərbaycanın 
qabaqcıl  müəllimlərinin  tətbiq  etdikləri  müasir  iş  üsulları  və  formaları: 
pedaqoji texnologiyalar, pedaqoji innovasiyalar, interaktiv üsullar, o cümlədən 
əqli  hücum,  şaxələnmə,  kublaşdırma,  proqnozlaşdırma,  beşlik  və  s.  tərzlər; 
3.Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyi  şəraitində  formalaşan  Milli 
pedaqogikanın  nailiyyətləri  (təlimin,  tərbiyənin,  təhsil  və  pisxoloji  inkişafın 
vəhdətdə həyata keçirilməsinin faydalılığı; təlimə tamamilə yeni baxış; təlimdə 
müəllimin  və  şagirdin  vəzifələrinin  yeniləşməsi;  şagirdə  öyrənən,  müəllimə  isə 
ənənəvi  mənada  öyrədən  kimi  deyil,  öyrənməni  şagirdlərə  öyrədən  kimi 
baxılması; cəmiyyətdə müəllim fəaliyətinin yeni mövqedən qiymətləndirilməsi; 
pedaqoji  prosesin  üzə  çıxarılmış  qanunauyğunluqlarının  təlim-tərbiyə  zamanı 
nəzərə  alınması  təlimdə  uğurun  nəinki  zəruri  şərti,  həm  də  diqqət,  hafizə, 
təxəyyüл, təfəkkür, iradə, motiв kimi psиxoloji qüvvələrin nəticəsi olması və s.). 
 
İkincisi,  göstərilən  mənbələr  əsasında  hazırlnmış  bu  dərslik  indiyədək 
həm  Azərbaycanda,  həm  də  ondan  kənarlarda  yazılmış  dərs  vəsaitlərindən 
nəinki  adına  görə,  məzmununa  görə  də  prinsipal  олараг  fərqlənir.  Burada 
bütün nəzəri məsələlər praktik təcrübə zəminində təqdim edilir. 
 
Üçüncüsü,  tətbiqi  pedaqogika  fənninin  əhatə  etdiyi  bütün  praktik 
məsələlər  varislik  prinsipi  əsasında  (fənni  tədris  edən  müəllim–tələbə–sinif 
müəllimi–şagird) şərh olunur. 
 
Dördüncüsü, hazırkı kitaba daxil edilmiş fəsillərdəki materialların şərh 
üslubu tələbələrdə – gələcək sinif müəllimlərində təfəkkürün, xüsusən yaradıcı, 
tənqidi  təffəkürün  inkişafına  münasib  şərait  yaradır.  Təbiidir  ki  yaradıcı, 
tənqidi  təfəkkürü  inkişaf  etmiş  müəllimin  şagirdlərində  də  təfəkkürün  inkişaf 
edəcəyi  təbiidir.  Bununla  yanaşı,  hər  fəslin  (mövzunun)  sonunda  verilmiş 
yönəldici  və  düşündürücü  çalışmalar  da  bu  məqsədə  xidmət  edir.  Həmin 
çalışmalar  tələbələrdə  əsasən  hafizənin,  yadasalma  qüvvəsinin  deyil,  müstəqil 
düşünmək, müstəqil mühakimə yürütmək, müzakirə olunan problemə yaradıcı 


 
5
yanaşmaq, 
tənqidi 
fikir 
söyləmək 
bacarıqlarının 
formalşmasına 
istiqamətlənmişdir. 
 
BİRİNCİ BÖLMƏ. 
TƏTBİQİ PEDAQOGİKA, PEDAQOJİ PROSES VƏ CƏMİYYƏT 
FƏSİL 1. 
TƏTBİQİ PEDAQOGİKA FƏNNİ HAQQINDA ÜMUMİ 
MƏLUMAT 
1.Tətbiqi pedaqogika fənni tədrisinin yaxın və uzaq (strateji) məqsədi; bunu 
bilməyin mənası. 
 
Bu  fənnin  tədrisində  yaxın  məqsəd  Azərbaycan  Respublikası 
ümümtəhsil  məktəblərinin  I-ЫV  sinif  şagirdlərində  təhsillilik,  tərbiyəlilik  və 
psixoloji  inkişaf  səviyyəsini  maksimum  dərəcəyə  çatdırmaqdan  ibarətdir. 
Gözlənilən  belə  bir  nəticəyə  nail  olmaq  üçün  tətbiqi  pedaqogika  fənninin 
tədrisi  sayəsində  müstəqil  düşünmək,  müstəqil  mühakimə  yürütmək,  iradəli, 
diqqətli olmaq, daim biliyə can atmaq, öyrənməyin sirlərinə bələd olmaq kimi 
keyfiyyətlərin  əvvəlcə  tələbələrdə,  sonra  onların  vasitəsi  ilə  şagirdlərdə 
formalaşmasına münasib pedaqoji-psixoloji mühit yaranmalıdır. 
 
Azərbaycan  xalqının  və  dövlətinin  şagirdlərimizdə  görmək  istədiyi 
həmin  keyfiyyətlərin  formalaşması  xüsusi  hazırlığa  malik  olan  qabilиyyətli 
müəllimlərdən  də  asılıdır.  Tətbiqi  pedaqogika  fənni  məhz  bu  cür  səriştəli 
müəllimlərin hazırlanmsına yönəlmişdir. 
Unutmayaq  ki,  atalar  demiş:  halva-halva  deməklə  ağız  şirinləşmir. 
Özündə  olmayan  keyfiyyətləri  müəllim  şagirdlərinə  aşılamaqda  aciz  olur. 
Gərək sinif müəllimi olmağa hazırlaşan tələbə gələcəkdə şagirdlərə aşılаyacağı 
yuxarıda  göstərilən  keyfiyyətləri  özündə  formalaşdırsın;  həmin  müəllim  bu 
cəhətdən şagirdлярinə əyani nümunə olsun. 
Deməli, gələcəyin sinif müəllimi olacaq indiki tələbələrdə ibtidai təhsilin 
pedaqogikası  və  metodikası    ixtisası  üzrə  mütəxəsis  hazırlığına,  bu  tələbələrin 
gələcəkdə  tərbiyə  edəcəkləri  şagirdlərdə  uğurlu  ibtidai  təhsil  almalarına 
yardımçı  olmaq,  habelə  keyfiyyətli  təhsil  almağın  vacib  şərtlərindən  olan 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   83


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə