Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   10   11   12   13   14   15   16   17   ...   83

 
44
 
 
 
 
ÜÇÜNCÜ BÖLMƏ. 
Мяктябdə müəllim fəaliyyətinin başlıca istiqamətləri. 
 
FƏSİL 6. 
Təlimə müasir yanaşma müəllimə və şagirdlərə yeni nə verir? 
1.Təlimin 
təhsilləndirici, 
tərbiyələndirici 
və 
inkişafetdirici 
vəzifələrinin vəhdətdə həyata keçirilməsi; bunu bilməyin əhəmiyyəti. 
Müəllim  təlimə  müasir  yanaşmanın  yeniliyini  tələbənin  nəzərinə 
çatdırmaq  üçün  onu  ənənəvi  yanaşma  ilə  müqayisə  edir.  O,  məktəb 
təcrübəsindən  misallar  gətirərək  göstərir  ki,  müəllilmlərimizin  əksəriyəti  dərs 
zamanı yaxşı halda mövzu  üzrə şagirdlərə bilik, bacarıq və vərdiş aşılayır. Bu 
istiqamətdə  müəllimin  istək  və  arzusu  təqdirə  layiqdir.  Lakin  bununla  təlimi 
məhdudlaşdırmaq  istənilən  nəticəni  vermir.  Nə  üçün?  Çünki  belə  halda 
mövzunun  tədrisinin  tərbiyəvi  və  inkişafetdirici  imkanları  müəyyən  dərəcə 
diqqətdən yayınır, kölgədə qalır. 
Милли педагоэикайа эюря тəlimə müasir  yanaşmada iki əsas yeni məqam 
var.  Bu  məqamlardan  birində  fənn  üzrə  mövzunun  tədrisində  bir  deyil,  üç 
başlıca  vəzifənin  həyata  keçirilməsi  nəzərdə  tutulur:  təhsilləndirici, 
tərbiyələndirici  və  inkişafetdirici  vəzifələr.  Fəndən  asыlı  olmayaraq  hər  bir 
mövzunun  öyrənilməsində  usta  müəllim  həmin  üç  əsas  vəzifəni  diqqətdə 
saxlamalı, bu və ya digər dərəcədə həyata keçirməli olur. Nəticəsi müəllimi də, 
şagirdi  də  sevindirir.  Çünki  şagirdlər  belə  təlim  zamanı  fənn  üzrə  nəinki 
koнkret  bilиklər,  bacarıq  və  vərdişlər  mənimsəyir,  həm  də  həmin  biliklərin, 
bacarıq  və  vərdişlərin  mənimsənilməsi  zamanı  tərbiyə  olunur  və  psixoloji 
cəhətdən inkişaf edirlər. 


 
45
Təlimə  müasir  tərzdə  yanaşan  müəllimləriн  təcrübəsindən  məlum 
olubdur  ki,  tərbiyəlilik  səviyyəsi  yüksələn,  psixoloji  qüvвələri  inkişaf  edən 
şagirdlər, bir qayda olaraq, bilik və bacarыqlara daha уğuрла yiyələnirляр. 
Təlimə  müasir  yanaşmadakı  ikinci  məqam  təlim  zamanı  müəllimin 
mövqeyi  və  şagirdin  mövqeyi  ilə  əlaqadardır.  Ənənəvi  anlama  görə  təlim 
zamanı  müəllimin  funksiyası  mövzu  üzrə  bilik  və  bacarıqları  şagirdlərə 
öyrətməkdən,  şagirdlərin  funksiyası  iсə  müəllimin  öyrətmək  istədiyi  bilik  və 
bacarıqları mənimsəməkdən ibarətdir.  Милли педагоэикада мцяййянляшдирилмиш 
тəlimə  müasir  yanaşmada  isə  müəllim  mövzu  üzrə  nəzərdə  tutulan  bilikləri, 
bacarıq  və  vərdişləri  bilavasitə  öyrətmir,  izah  etmir,  onların  şagirdlər 
tərəfindən mənimsənilməsini təşkil edir, ona istiqamət verir; çətinlik olan yerdə 
müəllim  kömək  edir;  başqa  sözlə  desək,  təlim  zamanı  müəllim  öyrənməyi 
şagirdlərə öyrətməyə çalışır. 
Deməli,  təlimə  ənənəvi  yanaşmada  dərs  zamanı  daha  çox  işləyən,  daha 
çox  düşünən,  daha  çox  fəaliyyət  göstərən  şagird  deyil,  müəllim  olur.  Müasir 
yanaşmada  isə,  əksinə,  daha  çox  fəallıq  göstərən,  düşünən,  axatarıb  tapmalı 
olan müəllim deyil, şagird olur.  
Psixoloji  cəhətdən  də  yanaşmalarda  ciddi  fərq  mövcuddur.  Təlimə 
ənənəvi yanaşmada şagirdlərin ən çox eşitmə və yadasalma funksiyaları inkişaf 
edir;  Təlimə  müasir  yanaşmada  isə  şagirdlərdə  ən  çox  təfəkkür  tərzləri, 
düşünmək,  təhlil  etmək,  variantlar  axtarmaq,  mənbələri  araşdırmaq, 
mülahizələr,  fərziyyələr  irəli  sürmək,  dəlil  gətirmək,  öz  fikrini  sübut  etməyə 
çalışmaq,  tapşırığı  müstəqil  həll  etməkdən  zövq  almaq  kimi  faydalı 
keyfiyyətlərin formalaşması üçün münasib şərait yaranır. 
Tətbiqi  pedaqogika  fənninin  tədrisi  gələcəkdə  sinif  müəllimliyinə 
hazırlaşan tələbələrə təlimdə müasir yanaşmanın xüsusiyyətlərini aşılamalıdır. 
Necə? Növbəti fəsillərdə suala cavab verilir. 
2. Təlimdə olan tərbiyəvi imkanların üzə çıxarılması. 
Təlimə  ənənvi  yanaşma  təcrübəsində  dərsin  tərbiyəvi  imkanlarından 
bəzən  istifadə  edilmədiyinin  və  ya  zəif  istifadə  edildiyinin  səbəblərindən  biri 


 
46
dərsdə  tərbiyəvi  imkanların  varlığından  bir  çox  müəllimlərimizin  xəbərsiz 
olmasıdır.  Təlimə  müasir  yanaşma  tərəfdarlarının  təcrübəsi  isə  sübut  edir  ki, 
sinifdən  və  fəndən  asılı  olmayaraq  hər  bir  dərsin  kifayət  qədər  тярбийяви 
imkanлары  olur;  və  bu  imkanlardan  istifadə  arzu  olunan  nəticəni  verir. 
Deyilənləri  nəzərə  alaraq  dərsin  hansı  məqamlarında  tərbiyəvi  imkanların 
olduğunu  açıb  tələbələrimizə  və  müəllimlərimizə  göstərməyi  faydalı  hesab 
edirik.  Dərs  zamanı  öyrənilən  mövzunun  məzmunu,  əlbət  də,  tərbiyəvi  təsir 
cəhətdən aparıcı amil hesab  edilir. Bu, dəрsin hamı tərəfindən qabarıq шякилдя 
duyulan cəhətidir. Dərsin aydın sezilməyən, lakin tərbiyə imkanları geniş olan 
cəhətləri  daha  çoxdur.  Onlardan  yalnız  dördünə:  zənglə  əlaqədar,  ev 
tapşırıqları  ilə,  müəllimin  şərhi  ilə  və  yoldaşın  danışığı  ilə  əlaqədar  cəhətlərə 
qısa nəzər salaq. 
 Zəngdən  –  zəngə  hər  hansı  dərsin  tükənməz  tərbiyəvi  imkanları 
olduğunu birər-birər açmağa çalışaq. 
Dərsin  başlanmasını  və  qurtarmasını  bildirən  zəngə  şagirdlərin 
münasibətlərinə  müəllimin  yanaşma  tərzlərində  tərbiyəvi  imkanlar  var.  Bu  
imkanlar  nədən  ibarətdir?  Təcrübə  göstərir  ki,  zəng  olan  kimi  şagirdlərin 
əksəriyyəti  sinfə  daxil  olur;  bununla  yanaşı,  bir  qədər  gecikən,  müəllimdən 
sonra sinif otağına gələn, hətta dərsə gəlməyən şagirdlər  olur. Sinifə vaxtında 
gələn,  gəlməyən  və  gecikən  şagirdlərə  müəllim  yanaşmalarında  xeyli 
müxtəliflik  müşahidə  olunur.  Tərbiyəvi  təsir  imkanları  məhz  həmin 
müxtəlifliklərяdir. 
Bu cür tərbiyəvi imkanlar dərsin qurtarmasını bildirən zəngə şagirdlərin 
münasibətinə  müəllimin  yanaşma  tərzlərində  də  mövcuddur.  Zəngin 
çalınmasını öz qol saatında və ya cib telefonuнда şagirdin izləməsi, hətta zəng 
çalınmamış  “zəngin  vaxtıdır”  replikasını  ortaya  atmaq,  zəng  olan  kimi  çığır-
bağır  salmaq,  müəllimlərdən  qabaq  sinif  otağını  tərk  etmək  halları  olur; 
şagirdlərin əksəriyyəti müəllimin sinif otağından çıxmasını gözləyir və s. Bu cür 
hallara  müəllimin  münasibətində,  onları  müəllimin  necə  qiymətləndirəcəyиndə 
tərbiyəvi təsir imkanları kifayət qədərdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə