Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   18   19   20   21   22   23   24   25   ...   83

 
70
da  xəbərdar  olmаlıdır.  Faktlara  müraciət  edək.  III  sinifdə  Azərbaycan  dili 
dərsidir. Mövzu “Sözün tərkibi; kök və şəkilçi”. Dərsin əsas məqsədi kökün və 
şəkilçinin  nə  demək  olduğunu  şagirdlərə  başa  salmaqdır.  Müəllim  lövhədə 
aşağıdakı sözləri yazır: Kitab, kitabda, kitabdan, kitabsız, kitabla sözlərini sıra 
ilə yazır və şəkilçilərin altından xətt çəkir. 
Müəllim sinifə müraciət edir: 
-Lövhədə  yazılmış  sözlərdə  dəyişməyən  hissəni  deyin.  Şagirdlərdən  biri 
cavab verir: 
-Kitab. 
Müəllim yenidən sinifə müraciət edir: 
-Bəs həmin sözlərdə dəyişənlər hansılardır? 
Şagirdlərdən biri lövhəyə yaxınlaşıb dəyişən hissələri səsləndirir: da, dan, 
sız, la. 
Müəllim lövhəyə yaxınlaşır, yazılmış sözlərdəki dəyişməyən sözü (kitab) 
hər dəfə təkrar edir və üzünü şagirdlərə tutub deyir: 
-Yadınızda  saxlayın,  sözün  dəyişməyən  hissəsinə  kök  deyilir;  sözün 
dəyişən hissəsi isə şəkilçi adlanır. 
Dərsin  bu  hissəsindən  görüнdüyü  kimi,  müəllim  çalışmalıdır  ki, 
ümumiləşdirmə yolu ilə kök və şəkilçi məfhumlarını şagirdlərinə öyrətsin. 
Başqa bir müəllim həmin mövzunun  öyrədilməsində bir qədər fərqli yol 
seçmişdir. O, üzünü şagirdlərə tutub deyir: 
-Uşaqlar, görəsən biz söz haqqında nə bilirik?! 
Şagirdlər  bir-birinin  üzünə  baxır,  necə  cavab  verəcəklərini  düşünürlər. 
Müəllim şagirdlərin nigaranlığını görüb deyir: 
Gəlin qoyulmuş suala cavab axtaraq. Hər hansı bir söz deyin. 
Şagirdlərdən biri dillənir: 
-Məktəb. 
Müəllim məktəb sözünü lövhədə yazır və əlavə edir: 
-Xahiş edirəm, məktəb sözünü cümlələrdə işlədin. 
Şagirdlər  bir-birinin  ardınca  cümlələr  deyir,  müəllim  isə  onları  lövhədə 
sıra  ilə  yazır:  Mən  məktəbə  gedirəm,  mən  məktəbdən  gəldim,  mən 
məktəbdəyəm, mən məktəbi sevirəm, mən məktəbin kitabxanasına getdim. 
Müəllimin  xahişi  ilə  şagird  cümlələrdə  məktəblə  bağlı  olan  sözləri  seçib 
lövhənin  sağ  tərəfində  alt-alta  yazır.  Müəllim  başqa  şagirddən  xahiş  edir  ki, 


 
71
həmin  sözlərin  dəyişməyən  hissəsinin  altından  bir  xətt,  dəyişən  hissəsinin 
altından isə iki xətt çəksin. Şagird tapşırığı icra edir. Müəllim sual verir: 
-Kim deyər, altından xətt çəkilən hər söz neçə hissədən ibarətdir? 
-İki hissədən ibarətdir: sözün dəyişməyən hissəsi və sözün dəyişən hissəsi. 
-Sizcə, sözün dəyişməyən hissəsi necə adlanır, dəyişən hissəsi necə? 
Şagirdlərdən heç kəs cavab verə bilmir. Müəllim köməyə gəlir və bildirir: 
-Sözün dəyişməyən hissəsi sözün kökü, dəyişən hissəsi isə şəkilçi adlanır. 
Bu  iki  iş  təcrübəsindən  göründüyü  kimi,  ikisində  də  şagirdlər  kök  və 
şəkilçi 
məfhumlarını 
konkret 
faktların 
ümumiləşdirilməsi 
əsasında 
öyrənmişlər. Sinif müəllimi olacaq tələbələrə tapşırıq verilir: 
-Eyni mövzunun tədrisi üzrə iki müəllimin iş təcrübəsini müqayisəli təhlil 
edin  və  belə  bir  suala  cavab  hazırlayın:  hansı  müəllimin  iş  təcrübəsində 
şagirdlər  daha  çox  fəallıq  göstərmiş  və  daha  çox  müstəqil  fikir  söyləyə 
bilmişlər? Nə üçün? Sübуt edin! 
Məktəb  təcrübəsində  bunlara  bənzər  saysız-hesabsız  təcrübə  nüminələri 
var,  özüdə  müxtəlif  variantlı.  Məsələn,  II  sinfin  Azərbaycan  dili  dərsliyində 
təfəkkür  tərzlərindən  biri  olan  qruplaşdırma  əməliyatını  işə  salmaq  üçün  belə 
bir tapşırıq verilir: aşağıdakı sözləri dəftərinizə yazın – camış, canavar, ceyran, 
pişik, pələng, at, ayı, it, inək, tülkü, çaqqal, öküz, kəl, zürafə.  
Şagirdlərdən xahiş olunur ki, ev heyvaнlarının adlarını seçib vərəqin sol 
tərəfində, vəhşi heyvanların adlarını isə - sağ tərəfində yazsınlar. 
Şagirdlər tapşırığa əməl edirlər. Müəllim icranı yoxlayır. Məlum olur ki, 
onların  xeyli  hissəsi  heyvanları  qruplara  ayırmaqda  tək-tək  olsa  da  səhvə  yol 
vermişlər.  Səhv  ən  çox  camış,  kəl  və  zürafə  ilə  əlaqədar  olmuşdur.  Müəllimin 
azacıq izahından sonra bu məsələyə də aydınlıq gətirilmişdir.  
Müəllim  hadisələrin  qruplaşdırılmasına  aid  şagirdlərin  işini  belə 
yekuнlaşdırmışdır: 
-Uşaqlar,  sağ  olun.  Ev  heyvanları  və  vəhşi  heyvanları  qruplaşdıra 
bildiниz; onları ayrı-ayrı qruplara ayırdınız. 
Şagirdlərdə  təfəkkürün  cilalanmasına,  istənilən  tapşırığın  icrası 
yollarının tapılmasına istiqamətləndiriləcək imkanlar bütün fənlərin tədrisində 
var.  II  sinifdə  riyaziyyatın  tədrisinə  aid  misala  diqqət  yetirək.  Toplama  və 
çıxma  əməlləri  üzrə  şagirdlərə  belə  bir  məsələ  təklif  edilir:  Yan-yana  iki  kisə 
qoyulub. Birində 15 alma var. Digərində isə 5 alma çoxdur. Tapın görək ikinci 
kisədə neçə alma var. 


 
72
Şagirdlər fikrən düşünməli, birinci kisədəki alma qədərinin üstünə beşini 
də əlavə edərək tələb olunan cavabı tapırlar. Məsələnin bu cür həlli ikinci sinif 
şagirdləri üçün məntiqi təfəkkürü formalaşdırmağın ilk pilləsi hesab edilə bilər. 
Burаda məntiqi təfəkkürü növbəti pilləyə qaldırmağa çalışmaq  halları  da var. 
 
Bu  məqsədlə  müəllim  məsələnin  həlli  üçün  sual  qoyaraq  həll  etməyi 
öyrədir. O, deyir: 
-  Uşaqlar,  həmin  məslədə  sualı  elə  qoymaq  olarmı  ki,  birinci  və  ikinci 
kisələrdə almaların cəmi tapılsın? Görək kim sualı belə ifadə edə bilər. 
Şagirdlərdən  bəziləri  təklikdə  düşünür,  bəzləri  bir-biri  ilə  məsləhətləşir. 
Nəhayət əllər qalxmağa başlayır. Onlardan birinə söz verilir. O, deyir: 
-  Yan-yana  iki  kisə  qoyulub.  Birndə  15  alma  var.  Digərində  isə  5  alma 
çoxdur. İki kisədə cəmi neçə alma var? 
Şagirdlər  məsələnin  öhtəsindən  gəlirlər.  Onlar  müəllimin  tapşırığı  ilə 
həmin məsələni misal formasında ifadə edirlər. Belə: 15+(15+5)= 
Müəllim şagirdlərin təfəkkür tərzini bir qədər də dəyişdirir. O, şagirdlərə 
deyir: 
-Məsələnin  şərtini  elə  dəyişə  bilərsinizmi  ki,  onun  həlli  15+(15-5) 
formasına  düşsün.  Uşaqlar  yenidən  düşünməyə  başlayırlar.  Tez  bir  zamanda 
əllər qalxır.  
Birinə söz verilir: 
- Yan-yana iki  kisə qoyulub. Birиndə 15 alma var. Digərində isə 5 alma 
azdır. İki kisədə cəmi neçə alma var? 
Şagirdlər bu tapşırığın da öhtəsindən gəlirlər. 
Gətirиlən misallardan göründüyü kimi, tədris materiallarının öyrənilməsi 
zamanı şagirdlərdə təfəkkürü inkişaf etdirmək imkanı genişdir. Bu imkanların 
reallaşdırılması daha çox müəllimlərin hazırlıq səviyyəsindən asыlı олур. 
5.Dərs zamanı şagirdlərdə təxəyyülü inkişaf etdirmək təcrübəsi. 
Təlim  zamanı,  xüsusən  aşağı  siniflərdə  öyrənilən  hadisələrin,  cisimlərin 
heç  də  hamısını  bilavasitə  görmək,  müşahidə  etmək  mümkün  olmur.  Şagird 
çox  halda  oxuduğu  və  eşitdiyi  məlumatlarla  qidalanır.  Bu  səbəbdən  də  aşağı 
sinif  şagirdləri  haqqında  eşitdikləri  hadisələri,  inasanları,  cisimləri  görməyə, 
eşitməyə,  onlarla  təmasda  olmağa  can  atırlar.  Aşağı  sinfə  aid  dərsliklər  bu 
cəhətdən şagirdlərin ehtiyaclarını müəyyən dərəcədə ödəməyə xidmət göstərir: 
Dərsliklər  imkan  daxilində  əyaniləşdirilir.  Öyrənilən  hadisələrə  və  cisimlərə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə