Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   21   22   23   24   25   26   27   28   ...   83

 
79
uşaqların heysiyyətinə toxunmadan, xüsusi həssaslıqla, müstəsna qayğıkeşliklə 
yaranan çətinlikləri həll edə bilsinlər. 
Məktəb  təcrübəsində  bu  cür  problemlər  əksər  halda  qarşılıqlı  anlaşma 
şəraitində yoluna  qoyulur. Fiziki və əqli çatışmazlığın yüngül formalarına aid 
edilənlər  məktəbin  birinci  sinfinə  qəbul  edilir.  Və  şərt  qoyulur  ki,  həmin 
uşaqlar həm sinif müəlliminin, həm də valideynin gündəlik nəzarətində olsun; 
tələb edilən profиlaktik və müalicə tədbirləri davam etdirilsin. 
Anormallığın  orta  və  ağır  hallarına  aid  edilən  uşaqların  isə  müvafiq 
tədris  müəssisələrinə  göndərilməsi  məsləhət  görülür.  Bu  halda  uşağın  xüsusi 
tədris  müəssisəsinə  göndərilməsinin  həm  onun  xeyrinə,  həm  də  valideynlərin 
xeyrinə olduğu barədə onlarda inam yaradılması olduqca vacibdir. Valdeynlər 
məktəbin  rəhbərinin  də,  sinif  müəlliminin  də  məsləhətlərindən  tam  razı 
qalırlar.  Məktəb  tərəfi  fiziki  və  əqli  cəhətdən  məhdud  imkanlı  uşaqlar 
haqqında  dövlətimizin  xüsusui  qanunu  olduğunu,  belə  uşaqlar  üçün  lazımi 
şəraitin  yaradıldığını,  ayrıca  məktəblərin  açıldığını,  orda  uşaqlara  təhsillə 
yanaşı  peşələrin  öyrədildiyini  valdeynlərə  izah  edəndə  onlar  razı  qalır  və 
arxayınlaşırlar. 
Özünü  sinif  müəllimi  vəzifəsinə  həsr  edən  tələbə  valideynlərlə  bu  cür 
söhbətlərə hazır olmalıdır. 
4. Şagirdlər arasında ünsiyyət və bunun təlim-tərbiyə işinə təsiri. 
İnsanlar  arasında,  o  cümlədən  şagirdlər  arasında  ünsiyyət  xarakterin 
formalaşmasına müəyyən təsir göstərir. 
Təlim  zamanı,  xüsusən  onun  əsas  təşkili  forması  olan  dərs  zamanı 
şagirdlər,  isər-istəməz,  özlərindən  asılı  olmayaraq  ünsiyyətdə  olurlar;  biri 
digərinə  təsir  edir,  biri  o  birindən  nəyisə  öyrənir.  Təlim  zamanı  şagirdlər 
arasında  ümumi  faydalı  ünsiyyəti  gücləndirmək  məqsədi  ilə  bəzi  müəllimlər 
müxtəlif  üsullara  əl  atırlar.  Məsələn,  müəllim  şagirdlərə  imkan  verir  ki, 
öyrənilən  və  ya  təkrar  edilən  mövzu  ilə  əlaqədar  dərs  zamanı  bir-birinə  sual 
versin,  danışan  yoldaşın  unutduğunu  ona  xatırlatsın,  dəqiq  demədiyi  fikrə 
düzəliş  etsin,  dərsə  gəlməyən  yoldaşın  evlərinə  getsin  və  öyrənilmiş  məsələляr 
barədə  ona  məlumat  versin,  sinifdə  uşaqların  ad  günləri  qeyd  edilsin,  uşaqlar 


 
80
gül-çiçəklə  bir-birini  təbrik  etsin,  hansı  cəhətdənsə  yardıma  ehtiyacı  olanlara 
köməklik edilsin və s. və i. a. 
Bu  cür  tədbirlər  göstərir  ki,  sinif  şagirdləri  arasında  sağlam  ünsiyyətin 
yaradılmasında  təlimin  yaratdığı  imkanlardan  yaradıcılıqla  istifadə  edən  sinif 
müəllimlərimiz  var.  Belə  sinif  müəllimləri  şagirdlər  arasında  ümumi  ünsiyyət 
yaratmaqla  kifayətlənmirlər.  Bununla  yanaşı,  ayrı-ayrı  şagirdlər  arasında 
formalaşan  məhdud  ünsiyyət  qruplarını  da  diqqət  mərkəzində  saxlayır, 
onların  məhdud  dairədə  birləşərək  ünsiyyətə  girdiklərinin  səbəblərini  öyrənir; 
və  çox  maraqlı  və  faydalı  faktlar  müəyyənləşdirə  bilir.  Məsələn,  bir  müəllim 
öyrənir  ki,  sinifdə  məhdud  dairədə  ünsiyyətə  girən  üç  qrup  var.  Şagirdlərdən 
birinin evlərində kompüter olduğundan üç uşaq boş vaxtlarında orada yığışıb 
kompüterdən  istifadə  etməyi  öyrənirlər.  Başqa  bir  şagirdin  evlərində  çoxlu 
kitab  var.  Kitablar  arаsında  uşaqlara  aid  olanları  çoxluq  təşkil  edir.  Asudə 
vaxtları  olanda  3-4  uşaq  oraya  gedib  maraqlı  kitabları  oxuyurlar.  Üçüncü 
qrupdakı uşaqlar atası rəssam olan şagirdin atasının emalatxanasında toplaşır, 
rəssamlığın  sirlərini  öyrənmək  istəyirlər.  Müəllim  bu  şagirdlərin  fəaliyyətini 
dəsdəkləsə də onlardan soruşur: 
-  Deyin 
görüm, 
siz  yoldaşlarınızgilə  gedəndə  valideynlərinizə 
deyirsinizmi? 
-  Bəli, deyirik. 
Kiçik 
qruplarda 
ünsiyyətlə 
müəllimin 
maraqlanmasına 
haqq 
qazandırmaq 
lazımdı.  Bunun  səbəbi  də  tələbələrə  məlum  olmalıdır.  Tələbə  bilməlidir  ki, 
aşağı  sinif  sagirdlərində  həyat  təcrübəsi  az  olduğundan  başqalarının  təsiri 
altına  düşmək  ehtimalını  unutmaq  olmaz.  Aşağı  sinif  şagirdlərinin  məktəbdə 
olduğu  kimi,  məktəbdənkənar  yerlərdə  də  daim  nəzarətdə  olmaları 
məsləhətdir.  Sinif  müəllimi  və  valideyn  nəzarəti  qarşılıqlı  olduğu  yerlərdə 
uşaqların tərbiyəsi uğurlu gedir: Şagirdlər arasında məktəbdəki sağlam mənəvi 
ünsiyyət  asudə  vaxtlardakı  sağlam  ünsiyyətlə  tamamlandıqda  şagirdlərin 


 
81
təhsillilik səviyyəsi də, tərbiyəlilik səviyyəsi də xeyli yüksək olur. Bu həqiqət də 
özünü sinif müəllimliyinə hazırlayan tələbəyə məlum olmalıdır. 
5.  Müəllimlə  şagirdlər  arasında  ünsiyyət  və  bunun  təlim-tərbiyə  işinə 
təsiri. 
Məktəb  təcrübəsindən  məlumdur  ki,  şagirdlər  arasında  ünsiyyət  heç  də 
həmişə  hər  yerdə  problemsiz  ötüşmür.  Problemlər,  şagirdlərarası  narazılıqlar 
da ortaya çıxır. Tət-tək şagirdlərin düşünülməmiş dediyi söz, şit zarafatı, şıltaq 
hərəkəti, ələ salmaq meyli yoldaşının xatirinə dəyir, onu özündən incik salır. 
Əlbətdə,  bu  cür  hərəkətlər  sinifdə,  bütövlükdə  götürüldükdə  məktəbdə 
sağlam ünsiyyət ab- havasına müəyyən kölgə salır. Bəzən incik düşən sagird öz 
narazılığını  müəllimə  bildirir.  Bəzi  şagirdlər  isə  narazılыğını  açıb  bildirmir, 
ürəyində  saxlayır,  yoldaşından  küsür,  onunla  ünsiyyətə  girmir.  Bu,  sinifdə 
yeganə hall olsa belə, yolverilməzdir. Onun qarşısı dərhal alınmalıdır.  
Birinci  halın  nə  ilə  nəticələnəcəyini  əvvəlcədən  bilmək  çətin  deyil. 
Ürəyini  müəllimə  açan  şagird  mənən  bir  qədər  yüngülləşir;  bilir  ki,  müəllim 
müəyyən  tədbir  görəcək.  Doğrudan  da  belə  olur.  Müəllim  əvvəlcə  ona 
müraciət  etmiş  şagirdin  özü  ilə    ayrılıqda  söhbət  edir.  Məsələnin  nə  yerdə 
olduğunu  öyrənir.  Sonra  digər  tərəflə  təklikdə  danışır.  Günahın  bu  şagirddə 
olduğunu  yəqin  edən  muəllim  ondan  xahiş  edir  ki,  getsin  yoldaşından  üzr 
istəsin, onun könlünü alsın və gəlib müəllimə nəticəsini bildirsin. Belə də olur: 
Problem qaydaya düşür. 
Bəs ikinci hal? Axı, şagird incikliyi barədə müəllimə heç  nə deməyib! Bu 
halda  müəllim  necə  hərəkət  etməlidir?  Онун  юhtəsində  olan  ən  güclü  silahы- 
müşahidəçilik  silahını  işə  salmalıdır.  Axı,  bütün  dərslərdə,  dərslərarası 
tənəffüslərdə  şagirdlər  onun  gözü  qarşısındadır!  Kimin  kimlə  şən  zarafat 
etdiyini,  kimin  kimlə  gedib-gəldiyini,  kimin  şən,  kimin  bir  qədər  kədərli 
olduğunu, kimlərin əvvəllər bir, sonralar isə aralı gəzib dolandığını görmək və 
müvafiq  nəticələr  çıxarmaq  imkanındadır!  Sinif  müəllimi  bu  imkandan 
məharətlə istifadə etməyə, azacıq da olsa incikliyi görməyə, şagirdlər arasında 
ünsiyyətin  yüksək  səviyyədə  qalmasına  borcludur.  Sinif  müəllimində  gündəlik 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə