Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   19   20   21   22   23   24   25   26   ...   83

 
73
dair  şagirdlərdə  konkret  təsəvvürün  və  təxəyyülün  formalaşdırılmasında 
kompüterdən istifadə halları da çoxalır. 
Bütün  bunlarla  yanaşı,  ayrı-ayrı  fənlərin  tədrisi  zamanı  şagirdlərdə 
təxəyyülün  inkişaf  etdirilməsinə  ehtiyac  duyulur.  Burada  iki  məqam  xüsusi 
qabardılmalıdır.  Birncisi,  unutmaq  olmaz  ki,  dünyada  möhtəşəm  elmi 
kəşflərin  çoxu  təxəyyülü  xeyli  inkişaf  etmiş  şəxslərə  məxsusdur.  Atom 
enerjisinin  kəşfi  nəzəri  təfəkkürün  və  aydın  təxəyyülün  məhsuludur.  İkincisi, 
sinif  müəllimlərinin  bir  qismi  şagirdlərdə  təxəyyülü  inkişaf  etdirmək  üçün 
təlimin imkanlara malik olduğundan xəbərdar deyil. Belə bir imkan isə bütün 
fənlərin:  Azərbaycan  dilinin,  ədəbiyyatın,  həyat  bilgisinin,  təbiətşünaslğın, 
təsviri  sənətin,  bədən  tərbiyəsinin,  oxu  dərslərinin,  hətta  əmək  hazırlığının 
tədrisində var. Sinif müəllimi olmağa hazırlaşan tələbə bu imkanları bilməli və 
müəllim işləyərkən onları gerçəkliyə çevirməlidir. 
Əmək hazırlığı fənninin tədrisindən bir misal gətirək. II sinifdə “Yapma 
üsulu  ilə  tərəvəz  modellərinin  hazırlanması”  mövzusunda  dərs  idi.  Müəllim 
şagirdləri psixoloji cəhətdən mövzunu qavramağa hazırlamaq məqsədi ilə dedi: 
-Mənim əzizlərim, hansı tərəvəzləri tanıyırsınız? 
Şagirdlər  bir  neçə  tərəvəzin  adını  çəkdilər.  Müəllim  dərsin  mövzusunu 
elan  etdi.  O,  öz  masasının  üstündə  xeyli  şəkilli  kartoçka  düzdü.  Kartoçkalar 
üzüaşağı qoyuldu. Müəllimin təklifi ilə hərə bir kartoçka götürdü. Məlum oldu 
ki,  kartoçkalar  beş  dəstdir.  Hər  dəstdə  bir  tərəvəzin  şəkli  var:  Xiyar,  soğan, 
yerkökü,  kələm,  turp.  Hər  tərəvəz  üzrə  bir  qrup  şagird  ayrıldı.  Hər  qrupa  bir 
ağ kağız və bir flamaster verildi. Bir şagird əvvəlcədən yazılmış sualları oxudu. 
Uşaqlar sulları yazdı: 
1.Tərəvəz haqqında nə bilirsiniz? 
2.Tərəvəz haralarda yetişdirilir? 
3.Rəngləri və formaları haqqında nə deyərdiniz? 
4.Tərəvəz hansı şəraiti sevir? 
5.Onları bişirib yeyirlər, yoxsa çiy halda? 
6.Onlara hansı xörəklərdə rast gəlirsiniz? 
7.Hər qrup öz payına düşən tərəvəzə bir tapmaca yazsın. 
Müəllimin  məsləhəti  ilə  şagirdlər  suallara  ayrı-ayrı  qruplarda  cavab 
hazırlayırlar. Hər qrupdan bir şagird qrup adından cavabları oxuyur. Oxunan 
cavablar sinifdəki bütün şagirdlər arasında müzakirə olunur.  


 
74
Müzakirədən sonra müəllimin məsləhəti ilə hər qrup şagirdləri öz payına 
düşmüş tərəvəzin modelini yapır.  
Sonrakı dərsdə qrup adından şagird tapmacanı deyir вə yapdığı  tərəvəz 
modelini  müəllimin  masası  üstünə  qoyur.  Nəticədə  müəllimin  masası  üstündə 
bir növ tərəvəz sərgisi alınır.  
Şagirdlər sərgiyə baxıb öz fikirlərini bildirirlər. 
Daha sonra müəllim sinfə müraciət edir: 
-Uşaqlar, daha hansı tərəvəzləri tanıyırsız?  
Şagirdlər dedikcə müəllim tərəvəzləri lövhənin sol tərəfində yazır, meyvə 
adı səslənəndə sağ tərəfdə yazır. Müəllim sinifdən soruşur: 
-Kim deyər, nə üçün bu adları lövhənin sağında yazmışam? 
-Çünki bunlar tərəvəz deyil, meyvə adlarıdır. 
Müəllim  bir  qədər  də  tərəvəz  və  meyvə  arasındakı  fərqi  şagirdlərlə 
birlikdə araşdırır və onların fəaliyyətini qiymətləndirir. 
Beləliklə,  dərsin  gedişindən  görünür  ki,  şagirdlər  müəllimin  müdrik 
rəhbərliyi  ilə  öz  təxəyyüllərində  canlandırdıqları  tərəvəz  obrazlarını  yapmada 
ətə-qana doldurmağa çalışmışlar. 
 
 
Yönəldici və düşündürücü çalışmalar. 
1.Hansı hallarda psixoloji qüvvələr dərsin səmərəliliyinə daha güclü təsir 
göstərir? 
2.Dərs  zamanı  şagirdlərdə  diqqətin  yayınma  hallarının  qarşısını  hansı 
yollarla almaq olur? 
3.  Dərs  zamanı  şagirdlərdə  iradi  keyfiyyəтlərin  vəziyyəti  ilə  müəllimin 
maraqlanması nələrlə nəticələnər? 
4.Nə  üçün  müəllim  dərs  zamanı  şagirdlərdə  təfəkkür  tərzlərinin 
formalaşması qayğısına qalmalıdır? 
5. Eyni mövzunu təxəyyülü inkişaf etmiş şagird necə qavrayar, təxəyyülü 
zəif inkişaf etmiş şagird necə qavrayar? 
 
 
 
 
 


 
75
 
 
 
 
 
FƏSİL 9. 
Təlim-tərbiyə işində бязи гейри ади  xüsusiyyətlərin nəzərə alınması 
təcrübəsi. 
1.Aşağı  siniflərdə  təlim  səviyyəsini  yüksəltməyə  mane  olan  psixoloji 
amillər. 
I-IV  siniflərdə  təlim-tərbiyə  işi  heç  də  həmişə  müəllimin  istədiyi 
səviyyədə  rəvan  getmir.  Müəllim  bir  sıra  çətinliklərlə  qarşılaşmalı  olur.  Bu 
çətinliklər  bəzən  tək-tək  şagirdlərin  səhəti  ilə,  bəzən  ayrı-ayrı  şagirdlərin 
ünsiyyətинdəki  kəsirlərlə,  bəzən  bu  və  ya  digər  valideynin  öz  övladına 
laqeydliyi  ilə,  bəzən  də  sinif  müəllimlərinin  pedaqoji  səriştəsizliyi  ilə  əlaqədar 
ola bilir. 
Tək-tək  uşaqlar  sinif  otağının  kölgəli  yerində  və  ya  günəş  şüasının  gur 
düşdüyü yerdə oturan zaman lövhədəki yazıları yaxşı görə bilmir. Belə uşaqlar 
çox  halda  utanır,  müəllimə  bildirməkdən  çəkinir.  Onlar  hava  tutqun  olanda, 
şər qarışanda, xüsusən gecələr pis görür. Bu cür hal göz xəstəliyinin əlamətidir. 
Bu  xəstəlik  tibb  elmində  hemeralopiya  adlanır.  Xəstəlik  A  vitaminin 
orqanizmdə çatışmazlığından törəyə bilir. 
Sinifdə və tənəffüz zamanı şagirdləri diqqətlə müşahidə edən müəllim bu 
xəstəliyin  uşaqda  olduğunu  müəyyənləşdirə  və  müvafiq  tədbir  görə  bilir.  O, 
əvvəla  bеlə  şagirdi  sinifdə  gur  günəş  şüası  düşən  yerdə  deyil,  kölgəli  yerdə 
deyil,  normal  işıq  düşən  yerdə  oturdur.  İkincisi,  müəllim  həmin  şagirdin 
valideynləri  ilə  məsləhətləşmələr  aparır,  uşağı  həkimə  aparmağı,  A  vitamin 
verməyi faydalı hesab edir. 
Başqa  bir  misal.  Müəllim  xeyli  müşahidələrdən  sonra  görür  ki, 
şagirdlərdən  biri  əvvəlki  kimi  dərsdə  fəallıq  göstərmir,  tez-tez  başını  tutur, 
danışdırmasan dillənmir, diqqəti yayınır, rəngi getdikcə ağarır, evdən gətirdiyi 
yeməyi  qalır,  işdahadan  düşür,  əsəbiliyi  artıb;  bir  sözlə,  şagird  əvvəlki  şagird 
deyil.  Bütün  bunlardan  əlavə  şagird  dərsdə  geriləməyə  başlamışdır.  Müəllim 
güman  edir  ki,  uşağın  bağırsaqlarında  qurd  ola  bilər.  O,  valideynlə  görüşür. 
Uşağı  həkimə  aparırlar,  müayinə  edirlər.  Müəyyənləşir  ki,  doğurdan  da  iri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə