Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   16   17   18   19   20   21   22   23   ...   83

 
63
2.Dərsdə geri qalan şagirdlərə qayğı hansı formalarda göstərilə bilər? 
3.Şagirdin  fərdi  xüsusiyyətlərini  müəllim təlim zamanı  nəzərə almasa  və  ya 
ala bilməsə hansı nəticələrlə üzləşər? 
4.Bəzilərinin  dediklərinə  görə,  qabiliyyət  tanrı  vergisidirsə  onun 
formalaşdırlması ilə xüsusi məşğul olmaq nə dərəcədə məntiqlidir? 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
64
 
 
 
DÖRDÜNCÜ BÖLMƏ. 
Təlim zamanı şagirdlərdə psixoloji qüvvələrin və  
xüsusiyyətlərin inkişaf etdirilməsi 
FƏSİL 8. 
Təlim-tərbiyənin keyfiyyətinə psixoloji qüvvələrin təsiri təcrübəsi 
1.Təlim  və  psixoloji  inkişaf  arasındakı  qarşılıqlı  əlaqə;  bunu  bilməyin 
əhəmiyyəti.
  
Təlim  ilə  psixoloji  qüvvələr  arasında  əlaqənin  olduğu  elmdə  çoxdan 
məlumdur.  Təlim  zamanı  öyrənənlərin  yaş,  cinsi  və  fərdi  xüsusiyyətlərini  nəzərə 
almağın  vacibliyi  alimlər  arasında  mübahisə  doğurmur.  Hamı  –  uşaq  da,  yaşlı 
adam  da  öz  şəxsi  həyatında  duyur  ki,  məsələn,  hafizəsi  möhkəm  olan  şəxs 
eşitdiyini,  gördüyünü  və  ya  oxuduğunu  yadında  yaxşı  saxlayır;  belə  adam 
hafizəsində  möhkəm  qalan  məlumatlardan  istədiyi  vaxt  istifadə  edə  bilir  və  belə 
keyfiyyətə  malik  olan  şəxs  həyatda  uğur  qazanır.  Hafizənin  möhkəmliyi  təhsil 
almaqda xüsusilə əhəmiyyətlidir. 
Hafizəsi  zəif  olan  şəxs  başqaları  ilə  ünsiyyətdə,  fəaliyyətdə,  o  cümlədən 
təhsildə  xeyli çətinliklərlə  üzləşir;  nəyisə  yada salmaq  istəyəndə  hafizənin zəifliyi 
başqaları  yanında  onun  üzünü  qara  edir;  zəif  hafizə  sahibi  həyatda,  fəaliyyətdə, 
xüsusən təhsildə xeyli çətinlik çəkir. 
Deyilənlər  təxəyyül,  təfəkkür,  iradə,  diqqət  kimi  psixoloji  qüvvələrə  də 
aiddir.  Adamlar  nəinki  yaş  xüsusiyyətləri,  cinsi  xüsusiyyətləri  cəhətdən,  həm  də 
psixoloji  qüvvələrin  keyfiyyəyləri  cəhətdən  fərqlənirlər.  Bu  səbəbdən  də  alimlər 
məsləhət  görürlər  ki,  təlim  zamanı  adamların  psixoloji  xüsusiyyətləri  nəzərə 
alınsın. 
Bu  problemin  digər  tərəfi  keçən  əsrin  əvvəllərindən  xüsusiylə  intensiv 
müazkirə olunur: təlim zamanı dinləyicilərin psixoloji qüvvələrini inkişaf etdirmək 
olarmı? 
Psixoloqların  və  pedaqoqların  apardıqları  tədqiqatlar  suala  müsbət  cavab 
verir: bəli, təlim-tərbiyə işi, obyektiv olaraq, müəllimin istəyindən asыlı olmayaraq, 


 
65
şagirdlərdə  və  tələbələrdə  psixoloji  qüvvələrin  inkişafına  müəyyən  dərəcədə 
müsbət təsir göstərir. 
Bu  həyat  təcrübəsindən  başqa  sual  yaranır:  müəllimin  istəyi  ilə  təlimi  elə 
təşkil  etmək  olarmı  ki,  şagirdlərdə  intensiv  formalaşdırılan  hafizə,  təxəyyül, 
təfəkkür,  iradə,  diqqət  və  s.  psixoloji  qüvvələr  təlimin  sonrakı  mərhələsinin 
səmərəsini    nəzərə  çarpacaq  dərəcədə  artırsın?  Etiraf  edək  ki,  son  zamanlar 
aparılan  tədqiqatlar  və  qabaqcıl  müəllimlərin  təcrübəsi  bu  suala  da  müsbət  cavab 
verir. 
Respublikamızın  bəzi  müəllimləri  öz  dərslərində    yeri  gəldikcə  şagirdləri 
fəallaşdıran  müasir  üsullardan,  o  cümlədən  rollu  oyunlardan,  kublaşdırmadan, 
müzakirədən,  problemli  situasiyadan,  əqli  hücumdan,  BİBO  üsulundan,  ziqzaq 
üsulundan,  tədqiqat  üsulundan,  şaxələndirmə  üsulundan,  beşlikdən,  Blum 
taksonomiyasından və s-dən istifadə edirlər. Bu üsullardan istifadə edilən dərslərin 
müşahidəsindən  görünür  ki,  dərsdə  şagirdlərin  fəallığı,  şüurluluğu  artдыqca, 
nitqləri  və  mühakimələri  təkmilləşdikcə,  iradə,  diqqət,  hafizə,  təxəyyül,  təfəkkür 
kimi  psixoloji  qüvvələri  də  intensiv  inkişaf  edir.  Nəticədə  növbəti  məşğələlərin 
səmərəliliyi artır. 
Sual  olunur:  dərs  zamanı  şagirdləri  fəallaşdıran,  oların  təşəbbüskarlığını 
artıran  müasir üsullardan  istifadə etməyin  tələbəyə dəxli  varmı?  Bəli,  var! Özü də 
iki  cəhətdən.  Əvvəla,  yeni  iş  üsullarının  faydalı  olduğundan  bir  tələbə  kimi  özü 
üçün  nəticə  çıxarır,  özünü  təkmilləşdirir.  İkincisи,  özünü  gələcək  sinif 
müəllimliyinə hazırlamalı olur, dərsin səmərəsini artırmağın yollarını öyrənir. 
Təlim  zamanı  şagirdlərdə  psixoloji  qüvvələri  inkişaf  etdirməyin  yollarını 
konkretləşdirən təcrübəyə müraciət edək.  
2. Dərs zamanı şagirdlərdə diqqəti inkişaf etdirmək təcrübəsi. 
Sinif  müəllimi  psixoloji  qüvvələrin,  o  cümlədən  diqqətin  həyatda,  xüsusən 
təhsildə  rolunu  daim  yadda  saxlamalıdır.  Çünki  təlimdə  onun  uğur  qazanmasına 
imkan  verəcək  psixoloji  qüvvələrdən  biri  şagirdlərindəki  mövcud  diqqətlilik 
dərəcəsidir.  Oxuyan,  yazan,  dinləyən  şagird  dərsdə  nə  qədər  diqqətli  olursa  bir  o 
qədər  uğurla  təhsil  alır.  Bu  cür  şagirdlərlə  müəllimin  təlim  işi  müvəffəqiyyətli 
cərəyan edir, irəliləmə tempi artır. Diqqəti tez-tez yayınan şagird yazıda da, oxuda 
da, dinləməkdə də qüsurlara  yol  verir; özü çətinlik çəkdiyi kimi  müəlliminin  işini 
xeyli  mürəkkəbləşdirir;  müəllim  belə  şagirdə  əlavə  vaxt  sərf  etməli  olur;  onun  iş 
əmsalı  azalır,  “Diqqət  biliyin  qapısıdır”  deyənlər  yanılmır.  Sinif  müəllimi 
çalışmalıdır  ki,  birinci  sinfə  qəbul  olunan  şagirdlərdə  diqqətliliyin  səviyyəsi  ilə 


 
66
maraqlansın,  diqqəti  zəif  olan,  diqqəti  tez-tez  yayınanlara  əlavə  qayğı  göstərsin. 
Nəcə?  Necəliyi  bir  neçə  misalda  aydınlaşdıraq.  Müəllim  dərsboyu  şagirdlərə 
tapşırıqlar  verir,  onların  qarşısında  suallar  qoyur,  lövhədə  nəsə  yazır, 
köçürülməsini xahiş edir və s. və i. a. 
Təcrübəli  müəllim  hər  dəfə  tapşırığın,  sualın  bütün  şagirdlər  tərəfindən 
eşidilib-eşidilmədiyini  müəyyənləşdirir.  Tapşırığı  və  ya  sualı  eşitməyən  olduqda 
şagirdlərdən  birinə  təkrar  etdirir;  diqqəti  yayınanın  nəzərinə  çatdırır,  diqqətli 
olmasını  xahiş  edir.  Müəllimin  göstərişi  ilə  şagirdlər  tapşırıq  üzərində  işləyirlər. 
Müəllim kimin necə işlədiyi, diqqətin yayınıb-yayınmadığı üzərində nəzarət qoyur, 
diqqəti yayınana xəbərdarlıq edir. Tapşırığı səliqəli, keyfiyyətli icra edən şagirdləri 
adlandıran,  belələrini  həvəsləndirən  müəllimlərimiz  az  deyil.  Bu  müəllimlərin 
işində  yaxşı  cəhət  həm  də  odur  ki,  onlar  şagirdlərin  uğurlarını  sadəcə  dilə 
gətirməklə  kifayətlənmirlər;  müvəffəqiyyətin  səbəblərini  də  açmağa  çalışırlar, 
tapşırığı  yerinə  yetirərkən  daim  diqqətli  olduqlarını,  heç  bir  kənar  işlə  məşğul 
olmadıqlarını qeyd edirlər. 
Dərsdə şagirdlərin fəaliyyətinin başqa cəhətinə nəzər salaq. Müəllim danışan 
zaman şagirdlərin diqqətlilik dərəcəsi də onun maraq dairəsində olmalıdır. Burada 
da  qabaqcıl  müəllimlərin  təcrübəsinə  müraciət  etmək  faydalı  olardı.  Müəllim 
danışan zaman  həm sinifdəki bütün şagirdləri, həm  də özünü  nəzarətdə saxlamаlı 
olur. Çalışır ki, kimin nə ilə məşğul olduğunu, kimin diqqətlə qulaq asdığını, kimin 
isə diqqətinin yayındığını müəyyənləşdirsin; o, sonuncu hal baş verdikdə müəyyən 
pedaqoji  təдbir  görür,  məsələn,  kitaba  baxan,  nəsə  yazan,  yaxud  yoldaşı  ilə 
danışan və ya gözlərini harasa zilləyən şagirdə deyir: 
-Yaqut, mənim sonuncu fikrim nə oldu? Təkrar et! 
Şagird  ayağa  qalxır,  lakin  bir  söz  deyə  bilmir.  Müəllim  səbəbini  soruşur. 
Yaqut cavab verir: 
-Müəllim, bağışlayın, eşitmədim. 
Müəllim  bu  dəfə  həmiн  sualla  sinfə  müraciət  edir.  Şagirdlərin  böyük 
əksəriyyəti əlлərini qaldırır. Müəllimin məsləhəti ilə onlardan biri сялис cavab verir. 
Müəllim əlavə edir: 
-Baxın, adam diqqətli olanda belə düzgün cavab verə bilir. 
-  Няинки  сual  verən,  щятта  cavab  verən  şagirdə  qalan  şagirdlərin 
münasibətлярində  də  diqqəti  tərbiyə  etmək  imkanları  var.  Təcrübəli  müəllim 
şagirdlərdən birиня sual verir və qalan şagirdlərə tapşırır ki, diqqətlə qulaq assınlar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə