Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   14   15   16   17   18   19   20   21   ...   83

 
57
yoldaşları  arasında  pisikmək  məsələsi  deyil,  gələcək  aqibət  məsələsi  deyil, 
valideyn  narahatlığıdır;  valideyn  öz  övladını  savadlı,  sayılan,  seçilən 
mütəxəssis  kimi  görmək  arzusu  ilə  yaşayır.  Təlimdə  geri  qalma  ümumxalq, 
ümumdövlət probleminə də çevrilə bilir. Çünki, kəmsavad adam təkcə valideyn 
цчцн  yox,  cəmiyyət  üçün  də  yükə  çevrilir.  Nəhayət,  təlimdə  geri  qalma  sinif 
müəllimindən 
ötrü 
üzüqaralıqdır, 
müəllim 
fəaliyyətinin 
necəliyini 
qiymətləndirməyin  meyarlarından biridir. 
Təlimdə geri qalmanın bu cür acınacaqlı nəticələrindən indiki tələbələrin 
– gələcək sinif müəllimlərinin hali olması faydalı hesab edilir. Tələbələr indidən 
özlərini  gələcək  fəaliyyətə  hazırlamalıdırlar.  Necə?  Geri  qalmanın  səbəblərini 
öyrənmək yolu ilə! Səbəblər isə çoxdur: Hər hansı səbəb üzündən dərsə ara-sıra 
gəlmək;  məişət  çətinlikləri;  şagirdin  tənbəlliyi  və  səhlənkarlığı;  səriştəsiz 
müəllimin  düşünülməmiş  ifadəsi  və  hərəkəti;  şagirdlər  arasında  kobudluq 
halları;  mənası  aydınlaşdırılmamış  söz  və  ifadələrin  əzbərlənməsi;  təlimdə 
psixoloji qüvvələrin roluna əhəmiyyət verilməməsi və s. 
Hər  hansı  xəstəlik  üzündən  şagirdin  dərsə  gəlməməsi  onun  geri  qalması 
səbəblərindən  birinə  çevrilir.  Həssas  müəllim  dərhal  səbəbi  müəyyənləşdirir, 
öyrənilmiş  mövzuları  və  ev  tapşırıqlarını  valideyn  və  ya  şagirdlər  vasitəsi  ilə 
həmin şagirdə çatdırır, geriləmənin qarşısını alır. 
Təlimdə  geriləməyə  səbəb  olan  amillərdən  biri  də  məişət  çətinlikləridir. 
Bəzən  ailədə  ər-arvad  arasında  dedi-qodu,  bəzən  ailədə  maddi  durum  uşağın 
vaxtında  dərsə  getməsinə  maneyəyə  çevrilir.  Diqqətli  müəllim  şagirdin  dərsdə 
olmadığını  müəyyənləşdirən  kimi,  həmin  gün  dərsdə  olmamağın  səbəbini 
araşdırır;  səbəb  valideynlər  arasındakı  münaqişə  ilə  bağlı  olduğu  halda 
müəllim  valideynlərlə  görüşür,  onlar  arasında  izahat  aparır,  münaqişənin 
uşağa  zərərli  təsirini  onlara  anladır.  İkinci  hal  üzə  çıxdıqda  sinif  müəllimi 
məktəbin  direktoru  ilə  danışır,  icbari  təhsil  fondundan  şagirdə  yardım 
ayrılmasına nail olur. 
Uşağın  xaraktеrində  baş  qaldıran  tənbəllik,  məsuliyyətsizlik  kimi  mənfi 
keyfiyyətlər də bəzən təlimdə geriləməyə gətirib çıxara bilir. Pedaqoji təcrübəsi 
zəngin olan müəllim yəqin edir ki, həmin zərərli keyfiyyətlər ya ərköyünlüyün, 


 
58
yaxud  da  gün  rejiminin  olmamasının  məhsuludur.  Odur  ki,  müəllim 
valideynlərə  məsləhət  görür  ki,  həmin  uşaq  üçün  gün  rejimi  tərtib  edilsin, 
rejimə  dönmədən  əməl  olunması  üzərinə  ciddi  nəzarət  qoyulsun  və  onun 
şıltaqlığına qətiyyən uymasınlar. 
Yuxarıda  dediyimiz  kimi,  təəssüf  ki,  geriləmə  sinif  müəllimi  ilə  də 
əlaqədar  olur.  Səriştəsiz  müəllim  bəzən  düşünür  ki,  qarşısındakı  balacadır, 
qanmır;  dəftərini  və  ya  kitabını  evdə  qoyan  şagirdi,  gözlədiyi  cavabı  ala 
bilmədiyi  şagirdi  arzuolunmaz  ifadələrlə  təhqir  edir.  Belə  şagird  müəllimdən 
inciyir,  onun  tapşırıqlarına  laqeyd  olur,  fəallıq  göstərmir;  nəticədə  geriləməyə 
başlayır.  Odur  ki,  tələbə  gələcəkdə  sinif  müəllimi  işləyərkən  hər  bir  sözünü, 
atdığı hər bir addımı ətraflı ölçüb biçməyi bacarmalıdır. 
Mənası  qaranlıq  qalan  söz  və  ifadələrlə  dolu  şer,  hekayə  və  digər 
mətnlərin  şagirdlərə  əzbər  öyrədilməsi  də  şagirdlərin  təlimə  marağını  azaldа 
билир.  Sinif  müəllimi  təlimin  bu  cəhətindən  də  hali  olmalıdır  ki,  öyrənilən 
mətndə şagird üçün heç bir məqam qaranlıq qalmasın. 
Tək-tək  şagirdlər  arasında  bir-birinə  qarşı  kobudluq  halları  da  sinifdə 
təlim-tərbiyənin  səviyyəsində  əks  səda  verə  bilir.  Bu  cəhəti  diqqət  mərkəzində 
saxlayan  təcrübəli  müəllim  çalışır  ki,  sinifdəki  bütün  şagirdlər  arasında 
qarşılıqlı hörmət, qarşılıqlı yardım və dostluq hökm sürsün. 
Təlimdə  geriləmənin  köklü  səbəblərindən  biri  müəllimlərimizin 
əksəriyyəti  tərəfindən  o  qədər  də  ciddi  əhəmiyyət  verilməyən  psixoloji 
qüvvələrdir.  Məsələ  burasındadır  ki,  dərsə  müntəzəm  gələn,  oxumağa  səy 
göstərən  şagirdlərimizin  arasında  da  geriləmə  halları  olur.  Bəs  nə  üçün  bütün 
dərslərdə    iştirak  edən,  yoldaşlarından  yaxşı  mənada  fərqlənmək  arzusunda 
olan  şagirdlər  arasında  da  geriləmə  halları  olur?  Bu  sual  uzun  müddət 
məktəblərimizdə  araşdırılandan  sonra    cavab  tapmaq  mümkün  olmuşdur  ki, 
həmin qəbildən olan şagirdlərdə, bir qayda olaraq, psixoloji qüvvələrin inkişafı 
istənilən  səviyyədə  deyil.  Diqqətin  yayınması  halı,  tapşırığın  çətinliyindən 
yayınmaq  halı,  təxəyyülün  zəifliyi,  nitqdə  əlaqəsizlik  halları  var.  Şagirdin 
təhsildə  irəliləməsinə  mane  olan  da  məhz  həmin  psixoloji  çatışmazlıqlardır. 
Müəllimin  qayğılarından  birisi  göstərilən  psixoloji  çatışmazlıqları  aradan 
qaldırmağa nail olmaqdan ibarətdir. Necə? Suala növbəti fəsildə cavab verilir. 


 
59
3.  Şagirdlərin  fərdi  xüsusiyyətlərinin  müəllim  tərəfindən  nəzərə  alınması 
təcrübəsi. 
Yuxarıda  gətirilən  misalların  bəziləri  fərdi  xüsusiyyətlərlə  əlaqədar  idi. 
Fərdi  xüsusiyyət  digərlərində  müşahidə  olunmayan  məhz  bu  və  ya  digər 
şagirddə  özünü  göstərən  əlamətdir.  Fərdi  xüsusiyyətlər  ailədən,  yaxud  uşaq 
baxçasından  təzəcə  ayrılmış  və  müntəzəm  təlimə  qədəm  qoymuş  aşağı  sinif 
şagirdlərində daha çox müşahidə edilir. 
.... Fərdi xüsusiyyətlər irsi səciyyəli də, mühitin və tərbiyənin məhsulu da 
ola  bilir.  Nəzərə  alınmalıdır  ki,  irsən  nəsildən-nəslə  keçən  əlamətlərin 
əksəriyyəti normal, həyat üçün faydalı əlamətdir. Normadankənar əlamətlərlə 
üzləşdikdə müəllim ona təsir göstərməkdə aciz olur. İrsi əlamətlə, məsələn, əqli 
cəhətdən  ləng  inkişaf  edən,  görmə  və  ya  eşitmə  orqanlarında  çatışmazlıqları 
olan şagirdləri müəllim qayğı göstərib xüsusi məktəblərə yerləşdirə bilir.  
....Aşağı  sinif  şagirdləri  arasında  müəllim  bəzən  tərslik  halı  ilə  rastlaşır. 
Müəllim  bir  müddət  müşahidə  aparır,  şagirddə  tərslik  hallarının  nə  zaman, 
hansı  mühitdə  tərslik  etdiyinin  səbəbini  öyrənməyə  çalışır.  Müəyyənləşdirə 
bilir  ki,  o,  danışarkən  atmacaлы  сюзляр  ешидилдийи  və  onunla  sərt  danışıldığı 
hallarda susur, тутулур, müəllim təkid etsə də, şagir dilлənmir. 
....Uşaqda  tərsliyi,  onun  təzahür  etdiyi  şəraiti  ətraflı  öyrənən  müəllim 
dərdə  dərman  tapa  bilir,  danışan  zaman  atmacalı  söz  demir;  onunla  mülayim 
danışır: tərslik əlamətini aradan qaldırır. 
....Şagirdlərdən  Namiq  adlı  biri  dərsdə  astadan,  özü  də  aram-aram 
danışır. Günlərin bir günü yoldaşları müəllimdən xahiş edirlər: 
-Müəllim,  Namiqə  deyin,  hündürdən  danışsın;  o,  danışanda  adam 
darıxır. 
....Müəllim: 
-Uşaqlar,  Namiq  təhsildə  sizin  heç  birinizdən  geri  qalmır;  onun  xəttinə 
baxın,  hərflər  elə  bil  eyni  ölçüdə  muncuqlar  kimi  sapa  düzülmüşdür!  Çəkdiyi 
şəkillər? Ele bil yaşlı rəssam çəkib! Birdəki, atalar sözünü də unutmayın: “Asta 
gedən, uzaq gedər”.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə