Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   13   14   15   16   17   18   19   20   ...   83

 
53
şagirdlərdə  yaradıcılıq  qabiliyyətlərinin  inkişafına  təkan  verir:  Uşaqlar 
müstəqil düşünərək olduqca müxtəlif  fikirlər söyləyirlər. Üçüncüsü,  suallardan 
bəziləri  şagirdləri  müqayisələr  aparmağa,  müstəqil  mühakimələr  yürütməyə 
təhrik edir. 4-cü  sual (Şəkildə Azərbaycan şahını  tapın və onun şah olduğunu 
sübut  edin)  buna  misal  ola  bilər.  Şagirdlər  şəkildəki  əlində  qılınc  dayanan 
şəxsi,  öküzə  güc  gələn  pəhləvanı,  taxtda  oturan  insanı  və  digərlərini  nəzərdən 
keçirəndən,  onların  kimliyini  izah  edəndən  sonra  belə  qənaətə  gəlirlər  ki, 
oturan  şəxs  şahdır.  Dördncüsü,  şəkillə  əlaqədar  şagirdlər  qarşısında  qoyulan 
sual  elə  ifadə  olunur  ki,  tarixi  hadisələri  müasir  dövr  hadisələri  ilə 
tutuşduraraq cavablandırmaq mümkün olsun. 6-cı sual və ona verilən cavablar 
buna  misal  ola  bilər.  Sual  belə  idi:  Qədim  dövrlərdə  döyüş  zamanı  hansı 
silahlardan  istifadə  olunarmış?  Şəkil  əsasında  suala  diqqət  yetirən  şagirdlər 
avtomat, pistolet, tüfəng, top, raket kimi müasir silahları xatırlasalar da qılınc, 
qalxan, ox, nizə kimi silahları dilə gətirirlər. Beşincisi, şagirdlərdə diqqətliliyin, 
iradi  keyfiyyətlərin,  təxəyyülün,  təfəkkürün,  nitqin  inkişafına  təkan  verən 
suallar  da  vardır.  İkinci  sual  (Azərbaycan  xalqının  tarixi  qəhrəmanlarından 
kimlərin  obrazları  şəkildə  əks  olunmuşdur?),  3-cü  sual  (Şəklə  baxanda 
Azərbaycan  xalqının  hansı  tarixi  döyüşləri  yadınıza  düşür?),  7-ci  sual  (Şəklin 
sağında  aşağıda  oturan  qadın  nə  barədə  düşünür?)  kimi  suallar  və  həmin 
suallar ətrafında şagirdlərin fikirləri buna misal ola bilər. 
Göründüyü  kimi,  bir  şəkil,  şer,  hekayə  ilə  əlaqədar  bir  neчə  psixoloji 
qüvvələrin inkişafına istiqamət vermək  olur. Bununla yanaşı, hər hansı şəklin 
və  ya  mətnin  (şeиrin,  hekayənin)  mahiyyətini  şagirdlərin  dərk  etməsi  üçün 
diqqətin  iradənin,  hafizənin,  təxəyyülün,  təfəkkürün  bilərəkdən  işə  salınması 
müstəsna  əhəmiyyət  kəsb  edir.  Bunsuz  şəkil  haqqında  uşaqlarda  yalnız 
ümumu  təəssürat  yaranır;  yuxarıda  sadaladığımız  psixoloji  qüvvələr  şəklə 
baxarkən şüurlu olaraq şagirdlərin fəaliyyətlərinə  qoşulduqda iki vacib vəzifə 
yerinə  yetirilir:  Bir  tərəfdən  şagirdlərdə  diqqət,  iradə,  təfəkkür  və  s.  psixoloji 
гцввяляр  inkişaf  edir;  digər  tərəfdən  də  psixoloji  qüvvələri  inkişafda  olan 


 
54
şagirdlər  hadisənin  (şəklin,  mətnin)  mahiyyətini  şüurlu  surətdə  mənimsəmiş 
olurlar. 
Yönəldici və düşündürücü çalışmalar. 
1.  Təlimin  təhsilləndirici,  tərbiyələndirici  və  inkişafetdirici  vəzifələrini 
vəhdətdə həyata keçirəndə və keçirməyəndə nəticə necə olur? 
2.  Təlimdə tərbiyəvi imkanların üzə çıxarılması nə üçün zəruridir? 
3.  Təlimdəki tərbiyə imkanlarının reallaşdırılmasının faydası nədədir? 
4.  Təlimdə psixoloji inkişaf imkanlarını aşkar etmək nə üçün vacibdir? 
5.  Təlimdə psixoloji qüvvələri inkişaf  etdirmək tələbəyə, gələcəkdə  sinif 
müəlliminə və şagirdlərə nə verir? 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
55
 
 
 
 
 
 
 
FƏSİL 7 
Dərsin tərbiyələndirici imkanlarından istifadə təcrübəsi. 
1.Dərs  zamanı  şagirdlərin  nümunəvi  davranışlarının  və  uğurlarının 
müəllim tərəfindən rəğbətləndirilməsi təcrübəsi. 
Yuxarıda  dərsin  bəzi  cəhətlərinin,  o  cümlədən  zənglə  əlaqədar,  ev 
tapşırıqları,  müəllimin  nitqinə  münasibətlə  bağlı  tərbiyə  imkanlarının 
olduğuna  və  bu  imkanlardan  istifadənin  əhəmiyyətinə  toxunmuşuq.  Dərsin 
tərbiyəvi  imkanları  deyilənlərlə  bitmir.  Belə  imkanlar  kifayət  qədərdir. 
Şagirdlərin  nümunəvi  davranışına  və  uğurlarına,  çətin  tərbiyə  olunanlara, 
dərsdə  geri  qalanlara,  xüsusi  qabiliyyətli  şagirdlərə  münasibət  və  s.  məsələlər  
buna  misal  ola  bilər.  Bu  cür  hallara  müəllimlərin  münasibətləri,  təяssüf  ki, 
birmənalı olmur. 
Ayrı-ayrı  şagirdlərin  dərsdə  nümunəvi  davranışına  və  uğurlarına 
müəllimlərimizin münasibətlərinə diqqət yetirək. Müşahidələr göstərir ki, aşağı 
siniflərdə  tədris  edilən  Azərbaycan  dilindən  də,  riyaziyyatdan  da,  musiqidən 
də,  təsviri  sənətdən  də,  digər  fənlərdən  də  ayrı-ayrı  şagirdlərin  uğuru 
müəllimini  də,  valideynlərini  də  sevindirir.  Müəllim  belə  şagirdi  yoldaşlarına 
nümunə gətirir və hərdəн deyir: 
-Bax, belə oxuyarlaр! 
Söz  yoxdur  ki,  uğurla  oxuyan  şagirdin  sinifdə  nümunə  kimi  qeyd 
edilməsi  tərbiyə  cəhətdən  əhəmiyyətlidir;  sinifdəki  yoldaşları  ondan  nümunə 
götürə  bilərlər.  Lakin  düşünürük  ki,  uğurla  təlim-tərbiyə  alan  şagirdin 
nümunəsi bir şərtlə daha güclü tərbiyəvi təsir göstərə bilər: biz uğurlu fəaliyyəti 


 
56
səciyyələndirən  əlamətlərin  müəllim  tərəfindən  sinif  qarşısında  açılmasını 
nəzərdə tuturuq. Şagirdlər yəqin edəрdilər ki, yaxşı oxumağın  sirri dərsdə son 
dərəcə  diqqətli  olmaqdadır,  müəllimin  şərhinə,  yoldaşlarının  dediklərinə 
diqqətlə  qulaq  asmağı  bacarmaqdadır,  oxuduğu  şeиrdə,  yaxud  hekayədə  rast 
gəldiyi  sözlərin  mənasını  başa  düşməyə  çalışmaqdadır,  evə  verilən  tapşırıqları 
vaxtında və səliqəli yerinə yetirməkdədir.  
Nümunəvi  oxuyan  şagirdin  fəaliyyətindəki  xüsusiyyətlərin  yoldaşlarının 
gözü  qarşısında  çözələnməsi  onları  daha  çox  maraqlandırыr  və  konkret 
əlamətləri əхs edirlər. 
Başqa  səciyyəli  nümunəyə  müəllim  münasibətlərinin  də  şahidi  olmuşuq. 
Şagirdlərdən  biri  riyaziyйat  sahəsində,  digəri  səliqəli  yazıda,  üçüncüsü 
nəğmədə,  daha  birisi  təsviri  sənətdə  və  s.  sahədə  fərqlənir.  Sual  olunur: 
Nümunənin  bu  cür  təzahür  formalarına  müəllimlərin  münasibəti  necədir? 
Müxtəlif!  Müəllimlər  var  ki,  şagirddə  təhsilin  yalnız  bircə  cəhətində  qabilyyət 
nişanəsi gördüyündən, qalan fənlər üzrə isə çətinlik çəkdiyi üçün onu danlayır. 
Bəla həm də burasındadır ki, belə müəllim şagirdin çətinliklərinin səbəbləri ilə 
maraqlanmır, ona məsləhət verə, yol göstərə bilmir. 
Yuxarыda qeyd etdiyimiz kimi, həm təhsildə müvəffəqiyyətin səbəblərini, 
həm  də  uğursuzluğun  səbəblərini  bəzi  müəllimlərin  açmadığının  nədən  irəli 
gəldiyi  indi  başa  düşülür.  Başa  düşülür  ki,  vaxtı  ilə  ali  pedaqoji  təhsil  alarkən 
təlim  zamanı  şagirdlərin  uğurlu  və  ya  uğursuz  fəaliyyət  göstərmələrinin 
psixoloji mexanizmlə, psixoloji qüvvələrlə bağlılığı tələbələrə öyrədilməmişdir. 
Məhz bu cəhətdən də ali təhsilli sinif müəllimi kimi kadrların hazırlanmasında 
islahat zərurətə çevrilmişdir. 
2.  Dərsdə  geri  qalan  şagirdlərə  qayğılı  münasibət  göstərilməsi 
təcrübəsindən. 
Yuxarda  qeyd  etdiyimiz  kimi,  şagirdlər  arаsında  təlimdə  geri  qalma 
halları  olur.  Təhsil  sahəsində  geri  qalma  halları  ən  ciddi,  ən  köklü 
problemlərdən  biridir.  Nə  üçün?  Çünki  geri  qalma  halları  yalnız  belə 
şagirdlərin  özlərinin  problemləri  deyil,  mənəvi  cəhətdən  sıxıntı  çəkmək, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə