Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   9   10   11   12   13   14   15   16   ...   83

 
41
-  Azərbaycan  Respublikasının  ərazisində  yeraltı  və  yerüstü  nə  varsa 
bunların  hamısı  milli  dəyərlərimizdir.  Milli  dəyərlərimizi  iki  böyük  qrupa 
ayırmaq  olar:  maddi  dəyərlər  və  mənəvi  dəyərlər.  Birincilərə  aiddir  tarixən 
salınmış  şəhərlər,  tikilən  binalar,  körpülər,  fabrik  və  zavodlar,  gözəl  dağlar, 
dərələr,  ucaldılmış  abidələr  və  s.  İkincilərə  aiddir  sizin  dediyiniz  adət-
ənənələrimiz,  tariximiz,  dilimiz,  ədəbiyyatımız,  musiqimiz,  incəsənətimiz, 
elmimiz, təhsilimiz, mədəniyyətimiz. 
Dövlət siyasətimizin tələblərindən biri budur ki, Azərbaycan məktəbləri 
üçün  təhsilin  məzmunu,  yəni  tədris  planları  və  proqramları  və  dərsliklər 
hazırlanan  zaman  xalqın  milli  dəyərlərinə,  həm  maddi  dəyərlərə,  həm  də 
mənəvi dəyərələrə üstünlük verilsin. 
Yuxarıda  səsləndirilən  prinsipdə  milli  dəyərlərlə  yanaşı  ümumbəşəri 
dəyərlərin  də  öyrənilməsinin  zəruriliyi  qeyd  edilir.  Bu  cəhəti  nəzərə  alan 
müəllim adəti üzrə tələbələrdən məlumatlılıq səviyyəsini üzə çıxarmağa çalışır. 
O, tələbəлярdən soruşur:  
-Nələri ümumbəşəri dəyərlər adlandırırsınız? 
Tələbələr  müxtəlif  fikirlər  səsləndirirlər.  Müəllim  həmin  fikirlərin 
arasında  birinin  fikrini  daha  düzgün  fikir  hesab  edir:  bütün  ölkələrin  xalqları 
tərəfindən qəbul edilən, istənilən, arzu olunan dəyər.  
Müəllim yenidən tələbələrə müraciət edir: 
-Bu cür başa düşülən ümumbəşəri dəyərlərə kim misal gətirər? 
Tələbələr 
misallar 
sadalayırlar: 
sülh, 
əminamаnlıq, 
azаdlıq, 
insanpərvərlik,  dostluq,  ehtiyacı  olan  şəxsə  yardım  etmək  və  ya  riyaziyyatda, 
fizikada,  kimyada,  bialogiyada,  tibbdə,  texnikada  üzə  çıxarılan  və  hamı 
tərəfindən qəbul edilən elmi qanunauyğunluqlar da  ümumbəşəri dəyərlərə aid 
edilə bilər. 
Müəllim  tələbələrin  fikirlərinə  tərəfadar  çıxdığını  bildirir  özü  də 
aşağıdakı    ümumbəşəri  dəyərləri  əlavə  edir:  Söz  azаdlığı,  mətbuat  azаdlığı, 
vicdan  azаdlığı,  məlumat  azаdlığı,  yaradıcılıq  azаdlığı,  sərbəst  toplaşmaq 
azаdlığı və s. 
Müəllim belə bir gözlənilməz sualla tələbələrə müraciət edir: 
-Deyin  görək,  elə  bir  milli  dəyər  ola  bilərmi  ki,  özündə  həm  də 
ümumbəşəri dəyər daşımış olsun? 
Tələbələr  xeyli  düşünür,  lakin  misal  gətirməkdə  çətinlik  çəkirlər. 
Müəllim köməyə gəlir. O, Yusif Məmədəliyevin neft emalı sahəsində kəşflərini, 


 
42
Nizami  Gəncəvi  poeziyasını,  Naxçıvanda  Möminəxatın  məqbərəsini  misal 
gətirir.  O,  göstərir  ki,  Yusif  Məmmədəliyev  və  onun  elmi  yenilikləri 
Azərbaycana  məxsus  olsa  da  dünya  həmin  yeniliklərdən  bəhrələnmişdir. 
Nizami Gəncəvi yaradıcılığı Azərbaycana məxsus olsa da onun əsərləri dünya 
xalqları 
tərəfindən 
sevilə-sevilə 
oxunur. 
Möminəxatın 
məqbərəsi 
Azərbaycanda  inşa  olunsa  da,  qadına  dünya  miqyasında  hörmət  və  ehtiram 
nümunəsinə çevrilmişdir. 
Dövlətimiz  haqlı  olaraq  gənc  nəslin  təhsilində  milli  dəyərlərlə  yanaşı 
geniş  mənada  başa  düşülən  ümumbəşəri  dəyərlərin  öyrənilməsinя  də  önəm 
verir. 
7.  Təhsil  sistemində  dövlət  siyasətinin  əsaslarını  bilməyin  tələbə  üçün 
əhəmiyyəti. 
Təhsil  sahəsində  dövlət  siyasətinin  əsaslarını  bilmək  tələbələr  üçün, 
xüsusən  müəllimlik  fəaliyyətinə  hazırlaşan  tələbələrdən  ötrü  bir  çox  cəhətdən 
vacibdir. Əvvəla, tələbə üçün az maraqlı deyil ki, aldığı təhsilin əsasında duran 
prinsipləri,  ideyaları  bilsin.  Tələbə  sevinməli  deyilmi  ki,  o,  təhsildə  yürüdülən 
müyəssərlik  siyasəti  əsnasında  orta  təhsilə  sahib  olub,  indi  də  ali  pedaqoji 
təhsil  sorağında  parta  arxasında  oturur!?  Bu  siyasətin  əhəmiyyətini  dərindən 
başa  düşən  indi  tələbə  kimi  və  gələcəkdə  müəllim  kimi  lazım  gələndə 
başqalarını da ayılda bilər. 
Deyilən bu fikir təhsildə xalqların hüquq bərabərliyinə, təhsilin dövlət və 
ictimai  səciyyəli  olmasına,  dövlət  tədris  müəssisələrində  təhsilin  dünyəviliyinə, 
təhsil sistemində vahidlik və varisliyə, təhsilin milli və ümumbəşəri dəyərlərdən  
qidalanmasına da aiddir. 
Təhsildə  xalqların  hüquq  bərabərliyinin  dövlət  siyasətinin  tərkib  hissəsi 
olduğunu  bilən  müəllim  şagirdlər  arasında  azsaylı  xalqların  uşaqları  olduqda 
onlara  xüsusi  qayğı  və  hяssaslıqla  yanaşmalı  olur;  müəllim  belə  şagirdlərin 
valideynləri  ilə  daha  sıx  ünsiyyətя  гошуlur,  uşaqlarının  təlim-tərbiyəsində 
zəruri pedaqoji köməklik göstərir. 
Təhsilin  dövlət  və  ictimai  səciyyəli  olduğunu  bilən  tələbə  tələbəlik 
dövründə yadda saxlamalı və lazım gələrsə istinad etməli olduğu konstitutsiya 
müddəası  belədir:  “Dövlətin  idarə  olunmasında  Azərbaycan  Respublikası 
vətəndaşlarının hüquqları vardır”. 
Dövlət  tədris  müəssisələrində  təhsilin  dünyəviliyini  tələbəlikdə  də 
möhkəm  yadda  saxlamaq,  ona  daim  əməl  etmək  son  dərəcə  vacibdir.  Bu 


 
43
məsələ  ilə  əlaqədar  yuxarıda  deyilənlərdən  əlavə  tələbənin  (gələcəkdə 
müəllimin)  bəzi  konsтitutsiya  müddəalarını  da  xatırlatmaq  yerinə  düşərdi. 
Konsтitutsiyada  birmənalı  şəkildə  göstərilir  ki,  “Dövlət  təhsil  sistemi  dünyəvi 
xarakter  daşıyır”.  Bununla  yanаşı,  təlim-tərbiyə  işində  müəllim  dindar 
valideynlərə  və  onların  övladlarına  hяssaslıqla  yanaşmalı  olur,  onların 
etiqadına  hörmət  etməli  olur,  onların  heysiyyətlərinə  heç  cür  toxunmağa 
imkan vermir. 
Təhsil  sistemində  vahidlik  və  varislik  siyasətinin  xalq  üçün,  dövlət  üçün 
böyük  əhəmiyyətə  malik  olduğunu  dərk  edən  tələbə  daha  əzmlə  çalışır,  sinif 
müəllimi  işləyərkən  şagirdləri  yuxarı  siniflərə,  təhsilin  növbəti  pilləsinə  uğurla 
hazırlayır. 
Təhsilimizin  əsas  iki  kanaldan  –  milli  вя  цмумбяшяри  dəyərlərdən 
qidalandığını  yəqin  edən  tələbə  həm  milli  dəyərlərлə,  həm  də  ümumbəşəri 
dəyərlərlə  əvvəlcə  özünü,  sonra  sinif  müəllimi  işləyərkən  şagirdlərini 
zənginləşdirməyə xüsusi səy göstərməli olacaq. 
Təhsil  sisteminin  əsasında  duran  başqa  prinsiplər  də  var:  təhsilin 
humanitar  istiqamətli  olması;  təhsildə  siyasи  фяалиййятин  yol  verilməzliyi; 
şəxsiyyətin  hərtərəfli  inkişafına  təhsilin  imkan  verməsi;  təhsilin  idarə 
olunmasında demokratiklik; təhsil sisteminin açıqlığı. 
 
Yönəldici və düşündürücü çalışmalar. 
1.  Ölkəmizdə  təhsilin  müyəssərliyini  bilmək  müəllimlik  fəaliyyətinə 
hazırlaşan tələbəyə nə verir? 
2.  Təhsildə  xalqların  hüquq  bərabərliyini  bilən  tələbənin  və  bilməyən 
tələbənin gələcək fəaliyyəti arasında nə kimi fərq ola bilər? 
3. Təhsildə ictimai qurumlar hansı formalarda  iştirak edə bilir? 
4. Dövlət tədris müəssisəsində təhsilin dünyəviliyi hansı hallarda pozula 
bilər? 
5. Təhsil sistemində vahidlik və varislik принсипи ölkəmizə nə verir? 
6.  Təhsilin  milli  və  ümumbəşəri  dəyərlərdən  qidalanmsının  müasir  dövr 
üçün zəruriliyini əsaсlandırın. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə