Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   7   8   9   10   11   12   13   14   ...   83

 
35
təqaüdlə  təmin  edir;  dissertantlara  və  doktorantlara  həm  əmək  haqqı,  həm  də 
yaradıcılıq  məzuniyyəti  verir;  onların  alimlik  elmi  dərəcələri  alamalrı  üçün 
ixtisaslaşmış  müdafiə  şuraları  təşkil  edir;  gözdən,  qulaqdan,  əl-ayaqdan,  dildən, 
əqli cəhətdən əlil olan, yataq şəraitində ömür keçirən uşaqlar, yeniyetmə və gənclər 
də  diqqətdən  kənarda  qalmır,  onlardan  ötrü  də  xüsusi  məktəblər  açır.  Нятиъядя 
тящсил щамыйа мцйяссяр- гисмят олур. 
 
Bu məlumatları bilən hər bir azərbaycanlı, o cümlədən hər bir şagird və ya 
tələbə  fəxr  edə  bilər  ki,  onun  yaşadığı  ölkədə  dilindən,  dinindən,  mənşəyindən, 
milliyətindən, yaşadığı bölgədən asılı olmayaraq hamının təhsil almasına  münasib 
şərait yaradır. Təki insanlarda təhsil almağa həvəs olsun. 
2.  Təhsildə xalqların hüquq bərabərliyi. 
Təhsil sahəsində dövlətimizin həyata keçirdiyi prinsiplərdən biri də xalqların 
hüquq bərabərliyidir. 
Məsələnin  tələbələr  tərəfindən  mənimsənilməsini  təmin  etmək  məqsədi  ilə 
müəllim onlara müraciət edir: 
-Azərbaycan  Respublikasında  təhsil  üzrə  xalqların  hüquq  bərabərliyi 
haqqında nə dеyə bilərsiniz? 
Bir neçə tələbə söz demək üçün əl qaldırır. Onlardan biri müəllimin razılığı 
ilə deyir: 
-Mən  görürəm  ki,  respublikamızda  yaşayan  xalqların  uşaqları    birlikdə 
oxuyurlar, birlikdə dostluq edirlər. 
Digər tələbə yoldaşının fikrini müdafiə edir və əlavə olaraq göstərir ki, hələ 
indiyədək bizdə  heç kəs heç kimə deməyib ki, sən russan, yaxud ukraynalısan,  nə 
üçün gedib öz respublikanızda oxumursan. 
Müəllim hiss edir ki, tələbələrin fikirləri ümumən düz olsa da konkretlikdən 
bir qədər uzaqdır. Bu səbəbdən də o, söhbətə müdaxilə edir: 
-Kim deyər; təhsildə  xalqların  hüquq bərabərliyini dövlətimiz  hansı  yollarla 
həyata keçirir? 
Sualın  cavabında  tələbələrin  çətinlik  çəkdiyini  görən  müəllim  yenidən 
söhbətə qoşulur: 
 
-Dövlətimiz  öz  siyasətini  xalqların  arzu  etdikləri  dildə  təlim  keçilməsinə 
şərait  yaradır:  həmin  xalqların  dilində  dərslik  və  dərs  vəsaitləri    hazırlanıb  çap 


 
36
etdirir; həmin dildə dərs deyəcək mütəxəssislər hazırladır; onları müvafiq binalarla, 
maddi-texniki baza ilə təmin edir. 
Təhsildə  xalqların  hüquq  bərabərliynə  dair  dövlət  siyasəti  haqqında 
тялябялярин  məlumatlarını  bir  qədər  də  konkretləşdirmək  üçün  müəllim  yenidən 
tələbələrə üz tutur: 
-Kim  təhsil  sahəsində  xalqların  hüquq  bərabərliyinə  dair  dövlət  siyasətinin 
həyata keçirilməsinə konkret rəqəm və ya fakt deyə bilər? 
Suala cavab veren olmadığından, özü faktlara keçir: 
-Azərbaycanın,  demək  olar    ki,  bütün  ali  məktəblərində  təlimi  rus  dilində 
olan  fakultələr  fəaliyyət  göstərir.  Bakı  şəhərində  xüsusi  universitet  –  Slavyan 
universiteti var. Yaxud, 1985-ci ildə Azərbaycanda 4215 ümumtəhsil məktəbində 1 
milyon  326  min  233  şagird  oxumuşdur.  Onlardan  təlimi  Azərbaycan  dilində  olan 
3559  məktəbdə  938936  şagird,  təlimi  rus  dilində  olan  162  məktəbdə  121207 
şagird, qalan  məktəblərdə  isə digər  millətlərdən olan şagirdlər oxumuşdur.  Təlimi 
Azərbaycan  və  rus  dillərində  olan  258  məktəbdə  224  min  430  şagirд,  təlimi 
Azərbaycan  və  gürcü  dillərində  olan  4  məktəbdə  2803  şagird  oxumuşdur.  Bütün 
tədris  kompleksləri  və  digər  tədris  materialları  bu  məktəblərə  həmin  dillərdə 
göndərilir. Təlimi Azərbaycan dilində,yaxud rus dilində olan məktəblərdə müxtəlif 
millətlərdən uşaqların oxuduğu hallar инди дя az deyil. 
Təhsil  sahəsində  xalqların  hüquq  bərabərliynə  dair  dövlət  siyasətimizin 
düzgünlüyüнц  tələbələrimiz  gələcəkdə  dərs  deyəcəkləri  şagirdlərə  və  onların 
valideynlərinə də çatdıra bilər. Tələbə öyrənir ki, Azərbaycanda yaşaйаn xalqların 
nümayəndələrinə  istədiyi tədris  müəssisəsində təlim-tərbiyə almaları  üçün bərabər 
imknların yaradılması təhsildə xalqların hüquq bərabərliyidir. 
3.  Təhsilin dövlət və ictimai səciyyəli olması. 
Müəllim  bu  məsələni  də  tələbələrlə  birlikdə  müzakirə  edir.  O,  tələbələrdən 
soruşur: 
-  Təhsilin dövlət və ictimai səciyyəli olmasını necə başa düşürsünüz? 
Tələbələrdən biri bildirir ki, təhsil verən məktəb dövlətя мяхсус olduğundan 
belя deyilir. 


 
37
Bu  fikirləri  eşidən  müəllim  yəqin  edir  ki,  tələbələr  o  qədər  də  düzgün 
məlumata malik deyillər. Odur ki, müəllim tələbələr qarşısında bəzi ardıcıl suallar 
qoyur: 
-Deyin görək, ölkəmizdə olan ümumtəhsil məktəbləri kimə məxsusdur? 
-Dövləтя məxsusdur! 
-Onun xərcini kim ödəyir? 
-Dövlət ödəyir! 
-Məktəbi kim idarə edir? 
-Dövlətin təyin etdiyi şəxs!- direktor! 
-Məktəbin idarə olunmasında başqa şəxslər də iştirak edirmi? 
-Xeyr, iştirak etmir! 
Tələbənin bu məsələdə dəqiq olmadığını müəllim bildirir və məktəbin idarə 
olunmasında iştirak edən təşkilatları onlara xatırladır: 
-Direktorla  yanaşı  məktəbdə  təlim-tərbiyə  işinə  məktəb  pedaqoji  şurası, 
məktəb  valideynlər  şurası,  sinif  valideynlər  şurası,  metodik  komissiyalar,  fənn 
komissiyaları da rəhbərlik edir. 
-Adları çəkilən təşkilatlar necə adlanır? 
-Онлара иctimai təşkilatlar дейилир. 
-Nə üçün onlar ictimai təşkilatlar adlanır? 
-Çünki o  təşkilatlar çəkdikləri zəhmətin  müqabilində  dövlətdən əmək  haqqı 
almırlar. 
Etiraf edək ki, bütün tədris  müəssisələrində, o cümlədən ali  məktəblərdə  дя 
bu  cür  ictimai  təşkilatlar  fəaliyyət  göstərir.  Hətta  təhsil  nazirliyi  də  bu  cəhətdən 
müstəsnalıq  təşkil  etmir.  Nazirliyin  nəzдində  ictimai  əsaсlarda  işləyən  müxtəlif 
qurumlar,  o  cümlədən  elmi-metodik  şuralar  var.  Hətta  nazirliklə  yanaşı 
Azərbaycan Respublikası Təhsil Şurası da təsis edilmişdir. 
Bu cür faktlar göstərir ki, Azərbaycanda təhsil nəinki dövlət, həm də ictimai 
səciyyəlidir. 
Təhsilimizin  dövlət  və  ictimai  səciyyəli  olmasını  tələbələrimizin  bilməsi  və 
təbliğ etməsi yalnız fayda verir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə