Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   11   12   13   14   15   16   17   18   ...   83

 
47
Ev  tapşırıqlarının  icra  vəziyyətinə  nəzər  salaq.  Təcrübə  göstərir  ki,  ev 
tapşırıqlarının  yerinə  yetirilməsi  vəziyyətində  müəllim  olduqca  müxtəlif 
hallarla qarşılaşır. Şagirdlərin əksəriyyəti tapşırıqları vaxtında keyfiyyətlə icra 
edir.  Hansısa  şagird  dəftərini  itirir;  hansısa  şagird  tapşırıьı  yerinə  yetirmir; 
tapşırıьı yarımçıq icra edən də tapılır; yoldaşının dəftərindən köçürmə halı da 
olur;  tapşırığın  başdansovdu,  səliqəsiz  yerinə  yetirildiyi  hallara  da  rast  gəlirik 
və  s.  Həmin  hallara  müəllimlərin  münasibət  tərzləri  də  müxtəlif  olur.  Ev 
tapşırıqlarının  icra  vəziyyətindəki  rəngarəngliyə  müəllimлярin  münasibətində 
tərbiyəvi  təsir  imkanları  var.  Bu  imkanlardan  istifadə  edilməlidir.  Necə? 
Təlimə müasir yanaşma tərzində cavab verilir. 
 Dərs  zamanı  müəllimin  şərhinə,  onun  izahatına  şagirdlərin  qulaq 
asmaq, dinləmək səviyyəsinə müəllimin münasibətində də tərbiyə imkanları az 
deyil.  Hər  hansı  məsələyə  müəllim  aydınlıq  gətirərkən  şagirdin  dinləmək 
səviyyəsi heç də həmişə ürəkaçan  olmur. Diqqətlə qulaq asan şagirdlə yanaşı, 
diqqətləri  tez-tez  yayıнanlar  da  olur:  bir-biri  ilə  söhbət  etmək,  şəkil  çəkmək, 
kitaba  baxmaq,  gözləri  müəllimə  zillənsə  də  fikri  başqa  yerdə  olmaq, 
soruşanda “eşitmədim” demək və s. hallar da buna misal ola bilər. Belə hallara 
müəllimin yanaşmaları  tərbiyəvi  təsir cəhətdən müxtəlif olur. Bu müxtəlifliyin 
tərbiyəvi mahiyyəti açılmalıdır. 
Dərsdə  müəllimin  təklifi  ilə  yoldaşın  cavabına,  lövhədə  misalın  həllinə, 
hər  hansı  şagirdin  sinfə  və  ya  müəllimə  ünvanladığı  suala  qalan  yoldaşların 
münasibəti  birmənalı  olmur.  Danışan  şagirdə  qulaq  asanlar,  münasibət 
bildirənlər  də,  tam  laqeyd  qalanlar,  qulaq  asmayanlar  da,  öz  aləminə 
qapılanlar da olur. Lövhədə şagirdin misal, yaxud müəllimin məsələ həllini və 
ya  cümlə  təhlilini  diqqətlə  izləyənlərlə  yanaşı  yoldaşının  fəaliyyətinə,  onun 
uğuruna  və  ya  çətinlиklərinə  tam  biganəlik  göstərənlər,  özləri  üçün  müvafiq 
nəticələr  çıxarmaqdan  uzaq  düşənlər  də  olur.  Bu  cür  hallara  müəllimin 
münasibəti  necə  olur  və  necə  olmalıdır?  Hansı  münasibət  tərzində  şagirdlərin 
tərbiyəlilik  səviyyəsi  yüksəlir  və  deməli,  təsirlilik  səviyyəsi  də  artır?  Hansı 
hallarda  isə  şagirdlərin  tərbiyəlilik  səviyyəsində  nəzərə  çarpacaq  irəliləyiş 


 
48
müşahidə  olunmur  və  deməli,  təhsilliлиk  səviyyəsi  də  yerində  sayır?  Bu  cür 
suallara təlimdə müasir yanaşma tərzində cavab verilir. 
 3. Təlimdəki tərbiyə imkanlarının reallaşdırılması. 
Məlumdur ki, təlim zamanı şagirdlərin tərbiyəlilik səviyyəsinə güclü təsir 
göstərən amillər sırasında müəllim şəxsiyyəti və dərslik ön plandadır. Təsadüfi 
deyil  ki,  həyat  və  fəaliyyətlərində  uğurlarından  danışan  görkəmli  şəxslər  öz 
yaddaşlarında  möhkəm  iz  qoymuş  müəllimlərini,  xüsusən  sinif  müəllimlərini 
xatırlayırlar.  Bu,  xatirənin  görünən  tərəfidir.  Onun  görünməyən  tərəfində  isə 
xatirələrdə məskən salmış müəllimin öz şagirdlərinin təhsili ilə yanaşı, tərbiyəli 
olmalarına, psixoloji cəhətdən yetkin, ağıllı olmalarına çəkdiyi əsil vətəndaşlıq 
zəhməti durur. Bu, hamıya məlumdur. 
Şagirdlərin tərbiyəsində dərsliyin məzmununун rolu da danılmazdır. Bu 
da  tərbiyənin  görünən  tərəfidir.  Tərbiyədə  dərsliyin  rolunu  işıqlandıran  bircə 
misalla  kifayətlənək.  2006-cı  ildə  “Əlfərül”  nəşriyatы  tərəfindən  IV  sinif  üçün 
“Oxu”  dərsliyinin  üz  qabığındakı  rəsm  əsərinə,  onun  məzmununa  diqqət 
yetirək. Həmin rəsm elə bil I - IV sinif şagirdlərinин öyrəndiklərini əyani olaraq 
onların özlərinə xatırladır. Öz peşəsinin əsil ustası olan müəllim yalnız bu rəsm 
üzərində şagirdləri görün nə qədər düşündürə, işlədə bilər: 
-Şəklə baxın və aşağıdakı suallara cavab yazın: 
1.Rəsmdə Dədə Qorqudla əlaqədar hansı əlamətlər əks olunub? 
2.Azərbaycan  xalqının  tarixi  qəhrəmanlarından  kimlərin  obrazları 
şəkildə əks olunub? 
3.Şəklə  baxanda  Azərbaycan  xalqının  hansı  tarixi  döyüşləri  yadınıza 
düşür? 
4.Şəkildə Azərbaycan şahını tapın və onun şah olduğunu sübut edin. 
5. Azərbaycan xalqının hansı tarixi abidəsi şəkildə verilibdir? 
6.Qədim dövrlərdə döyüş zamanı hansı silahlаrdan istifadə olunarmış? 
7.Şəklin sağında aşağıda oturan qadın nə barədə düşünür? 
8. Dədə Qorqud sazda çalıb nə oxuyur? 
9. Şəkildə Azərbaycanın hansı təbii sərvətləri əks olunub? 


 
49
10.Şəklin ortasındakı kişi və qadın gələcək haqqında nə düşünür? 
Şagirdlərin  suallarla  əlaqədər  yazdıqları  fikirlər  dərsdənkənar  oxu 
məшğələsində  ətraflı  müzakirə  edilir.  Şagirdlər  bir-birindən  maraqlı  fikirlər 
söyləyirlər.  Tapşırığın  icrası  və  geniş  müzakirəsi  şagirdlərdə  müşahidəçilik 
qabilyyətinin,  diqqətin,  hafizənin,  müstəqil  düşünmək,  fikri  müstəqil  ifadə 
etmək,  keçmişdə  olanları  xatırlamaq,  şəklə  baxaraq  insanın  nə  barədə 
düşündüyünü  açmaq  kimi  faydalı  mənəvi  keyfiyyətlərin  formalaşmasına 
yönəlmişdir. 
I  -  IV  siniflər  üçün  yazılmış  dərsliklər  isə  bu  cür  məzmunlu  şəkillər  və 
mətnlərlə zəngindir. Dərsliyin hər bir şəklində, hər bir mətnində olan tərbiyəvi 
mənanı açmaq və şagirdlərin malına çevirmək hər bir müəllimin borcudur. 
Bu  sonuncu  da,  yuxarıda  deyildiyi  kimi,  təlimin  görünməsi  çox  zaman 
diqqətdən  yayınan  cəhətdir.  Biz  yuxarıda  dərsin  gedişində  saya  gəlməyən 
tərbiyəvi  imkanlardan  yalnız  dördünün  üzərində  dayandıq.  İndi  də  həmin 
imkanların açılması təcrübəsinə diqqət yetirək. Bunlardan biri zənglə əlaqədar 
idi.  Sinfə  vaxtında  daxil  olan  şagirdə,  gecikənlərə  və  dərsə  gəlməyənlərə 
müəllimlərimizin münasibətləri olduqca müxtəlifdir. Zəng olan kimi sinfə daxil 
olub  şagirdlərin  öz  yerlərində  əyləşmələrinə,  ayağa  qalxıb  müəllimlə 
salamlaşmalarına  müəllimlərimizin  əksəriyyəti  adi  hal  kimi  baxır.  Halbuki, 
burada olan tərbiyəvi məqamlara müəllim münasibət bildirməli, vaxtında sinfə 
gəldiklərinə  və  ayağa  qalxıb  müəllimi  salamladıqlarına  görə  şagirdləri 
ruhlandırıcı xoş söz deməsi faydalı hesab edilir. 
Dərsə  gecikmək  və  dərsə  gəlməmək  halları  da  müəllimin  diqqətindən 
yayınmaмаlıdır.  Bu  cür  halların  səbəbini  öyrənmək,  səbəblərini  aradan 
qaldırmaq  üçün  müəllim  hökmən  müvafiq  tədbirlər  görməli,  gecikməyin  və 
xüsusən dərsə gəlməməyin acı nəticələrinи həmin şagirdlərin və valideynlərinин 
nəzərinə çatdırmalıdır. 
Dərsin  sonunу  bildirən  zənglə  əlaqədar  hallarda  da  müəllimin  tərbiyəvi 
addımlar  atmasına  böyük  ehtiyac  duyulur.  Müəllim  çalışır  ki,  şagird  cib 
telefonunu  özü  ilə  məktəbə  gətirməsin  və  ya  dərs  zamanı  telefonu  söndürsün; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə