Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   24   25   26   27   28   29   30   31   ...   83

 
87
birində  müəllim  quşlarla  əlaqədar  sözləri  öyrədərkən  bir  neçə  quşun  şəklini 
göstərir, adlarını dəftərə yazdırır. Digər müəllimin həmin mövzu üzrə dərsində 
isə ейни şəkillər lövhədən asılr, adları deyilir; sonra müəllim şagirdlərə tapşırıq 
verir: 
-  Uşaqlar,  şəkillərə  diqqətlə  baxın,  ev  quşlarınıн  adlarını  dəftərin  sol 
tərəfində, çöl quşlarının adlarını isə dəftərin sağ tərəfində yazın. 
Bu  iki  müəllimin  təcrübəsinə  nəzər  salaq.  Birinci  təcrübədə  şagirdlər 
quşların  şəklini    sadəcə  görür,  adlarını  yazır,  təfəkkür  əməliyyatı,  idrak 
bacarığı,  düşünmə  prosesi  yox  дяряъясиндядир.  İkinci  təcrübədə  isə  şagirdlər 
nəinki  quşların  şəklini    görür,  adlarını  deyir,  buнdan  əlavə,    идрак  fəaliyyətиlə 
də  məşğul  olurlar;  ev  quşlarını  və  çöl  quşlarını  seçib  adlarını    айрылыгда 
yazırlar,  yəni  fərqləndirirlər.  Bu  sonuncu  isə  təfəkkür  prosesidir,  idrak 
bacarığıdır.  Bizim  misalda  quşları  görmək,  adlarını  bilmək,  adlarını  düzgün 
yazmaq  tədris  bacarıqlarıdır.  Bu  cür  bacarıqları,  yəni  tədris  bacarıqlarını 
öyrənmək  zəruridir. Lakin, kifayət  deyil. Əsil təhsil  üçün тядрис bacarıqlarы иля 
yanaşı idark bacarıqları da vacibdir. 
Öyrənmək üçün idrak bacarıqlarını tədris bacarıqlarından seçmək, təlim 
zamanı  onları  паралел  işə  salmaq  gərəkdir.  Gördüklərimiz,  eşitdiklərimiz  və 
oxuduqlarımız  idrakın  ilk  pilləsidir.  Bunlar  haqqında  düşündükdə,  müqayisə 
etdikdə,  qruplaşdırdıqda,  ümumiləşdirdikdə,  təhlil  etdikdə,  tərif  verdikdə 
şagird idrakın yüksək pilləsinə qalxmış olur. Sadaladığımız idrak bacarıqlarını 
şagirdlərə  aşılamaq  lazımdır.  Öyrənməyi  öyrətmək  dеyəndə  birinci  növbədə 
idrak bacarıqlarının, təfəkkür tərzlərinin öyrənilməsi дя nəzərdə tutulmalıdır. 
Öyrənməyi şagirdlərə öyrətmək problemi son dərəcədə böyük əhəmiyyət 
kəsb  etdiyindən,  fikrimizi  əlavə  bir  misalda  da  nümayiş  etdirək.  III  sinifdə 
riyaziyyat  dərsi.  Mövzu:  “Ədədi  1-ə  və  özünə  bölmə”.  Bir  müəllim  lövhədə 
yazır: 5:1 və izah edərək deyir ki, beşi birə böldükdə beş alınır; yaxud, müəllim 
lövhədə digər misal yazır: 17:1. Müəllim izah edir ki, on yeddini birə böldükdə 
on  yeddi  alınır.  Buradan  hansı  nəticə  çıxır?  Nəticə  çıxır  ki,  hər  hansı  ədədin 
(beşi, on yeddini) birə böldükdə həmin ədədin özü alınır. Aydındırmı? 
Uşaqlar bir ağızdan deyirlər: 
-  Aydındır, müəllim! 
-  Демяли  бурада  щər  hansı  ədədi  özünə  bölməni    də  eyni  qaydada 
müəllim özü yazıb, özü izah etdi, özü tərif verdi, ümumiləşdirdi. 
Başqa  bir  müəllim  həmin  mövzunu  həmin  misallar  əsasında  belə  tədris 
etdi. O, şagirdlərdən birini lövhəyə dəvət etdi və dedi – yaz, beş böl bir. Şagird 
yazdı. Müəllim şagirdlərdən soruşdu: 
-Deyin, görək, beşi birə böləndə nə alınır? 
Uşaqlar  bir  qədər  fikirləşməli  oldular.    Müəllim    bunda  əvvəl  öyrənmiş 
olduqları  mövzunu  –  vurma  əməlini  xatırlamğı  şagirdlərə  məsləhət  gördü. 
Şagirdlərdən biri dedi: 
-Vurma  əməlinin  düzgünlüyünü  yoxalamaq  üçün  alınmış  hasili 
vuruqlardan  birinə  bölmək  lazımdır:  ikinci  vuruq  alındıqda  vurma  əməli 
düzgün hesab edilir. 


 
88
Müəllimin təklifi ilə başqa şagird lövhədə 5:1=5 və 5·1=5 yazır. Müəllim 
yenə sinfə müraciət edir:  
-Kim deyər: vurma əməli ilə bölmə əməli arasında nə kimi əlaqə var? 
Şagirdlər lövhədəki bölmə və vurma əməllərinə diqqətlə baxandan sonra 
dedilər: 
-Elə bil bu əməllər bir-birinin əksidir: vurma əməli bölmənin əksidir, bölmə 
əməli isə vurmanın. 
Müəllim şagirdlərdən soruşur: 
-Toplama  və  çıxma  əməllərini  xatırlayın,  görün  o  əməllərdə  də  varmı  belə 
əkslik. 
-Bəli, var! Toplama çıxmanın, çıxma da toplamanın əksidir. 
Beləliklə,  bu  dərs  nümunələrindən  də  görünür  ki,  birinci  halda  müəllim 
riyazi  qaydanı  konkret  misallarda  özü  izah  edir,  qaydanı  özü  ifadə  edir,  nəticədə 
öyrənməyi  şagirdlərə  öyrətmək  əlamətləri  yox  dərəcəsində  olur.  İkinci  halda  isə 
müəllimin  yönəldici  sualları  və  tapşırığı  əsasında  şagidlər  onun  istədiyi  fikri 
düşünüb  tapır  və  ifadə  edə  bilirlər.  Burada  artıq  öyrənməyi  şagirdlərə  öyrətmək 
əlamətləri  юзцнц  габарыг  шякилдя  эюстярир:  düşünmək,  axtarmaq,  mühakimə 
yürütmək, müqayisə etmək, istəniləni tapmaq. 
Sinif  müəllimi  olacaq  tələbə  həmin  faktlardaн  öz  gələcək  fəaliyyəti  üçün 
lazımi nəticələr çıxarmalıdır. 
 
4.Şagirdlərdə öyrənməyə həvəsləndirən motivlərin formalaşdırılması 
təcrübəsi 
Yuxarıda  sübut  etməyə  çalışdıq  ki,  təlimin  gedişində  tədris  tapşırıqlarının 
şagirdlər  tərəfindən  icrası  zamanı  saysız  tədris  və  idrak  əməliyyatları  bir-birini 
əvəz  edя  билir;  təlim  prosesində  tədris  bacarıqları  və  bilikləri  idrak  bacarıqlarını, 
yəni  təfəkkür  tərzlərini  üstələdiyi,  kölgədə  qoyduğu  hallarda  təlimin  səmərəsini 
artırmaq  xeyli  çətinləşir.  Əksinə,  dərs  zamanı  təfəkkür  tərzləri,  yəni  idrak 
bacarıqları  tədris  bacarıqlarını  üstələdiyi  hallarda  isə  təlimin  səviyyəsini 
yüksəlmək  işi  xeyli  asanlaşır.  Çünki  bilik  şagirdin  təfəkkür  süzgəcindən  keçdikcə 
başa düşülür, dərk edilir, yadda qalır, onun öz malına çevrilir. 
Təlimin  bu  faydalı  axarında,  yəni  şagirdlərin  öyrənmə  fəaliyyətində 
motivlərin  də  müəyyən  rolu  olur.  Şagirdləri  təlim  fəaliyyətinə  təhrik  edən, 
həvəsləndirən motivlər çoxdur. Aparılmış pedaqoji və psixoloji tədqiqatlarla sübut 
edilmişdir  ki,  təlimin  keyfiyyətinə  təsir  göstərən  bir  sıra  daxili  pedaqoji  qüvvələr 
var  ki,  bunlara  motiv  deyilir.  Bu  cür  daxili  psixoloji  qüvvələrə  aiddir:  valideyni 
sevindirmək  üçün  oxumaq;  müəllimlərdən  xoş  söz  eşitmək  üçün  oxumaq;  sinifdə 
sayılıb-seçilmək  üçün  oxumaq;  uşaqlarla  ünsiyyətdə  fərqlənmək  üçün  oxumaq; 
savаdlı  olmaq  üçün  oxumaq;  elmli,  bilikli  olmağın  cəmiyyətdə  yaxşı  mövqe 
tutduğunu  bildiyi  üçün  oxumaq;  elmi-texniki  tərəqqidə,  cəmiyyətin  sosial-mədəni 
inkişafında,  istehsalatın  avtomatlaşdırılmasında,  kompüterləşməsində  biliyin 
əhəmiyyətini  başa  düşdüyü  üçün  oxumaq;  hər  hansı  peşənin  cəmiyyətdə  yerini 
öyrənmək  üçün  oxumaq;  cəmiyyət  üçün,  xalq  üçün  faydalı  şəxs  olmaq  üçün 
oxumaq; hər hansı fənni daha yaxşı bilmək üçün oxumaq və s. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə