Of azerbaijan high technical educational institutions


Keywords: municipality, socio-economic development, freed territories, economic development.  AZƏRBAYCAN RESPUBLİKASINDA İŞĞALDAN AZAD OLMUŞ



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə49/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   45   46   47   48   49   50   51   52   ...   540
PAHTEI-27.04.2023

Keywords:
municipality, socio-economic development, freed territories, economic development. 
AZƏRBAYCAN RESPUBLİKASINDA İŞĞALDAN AZAD OLMUŞ 
ƏRAZİLƏRİN 
İNKİŞAF 
ETDİRİLMƏSİNDƏ 
BƏLƏDİYYƏLƏRİN 
ROLUNUN QİYMƏTLƏNDİRİLMƏSİ 
Bayraməli Qurbanov
1
, Elçin Salmanov
2

İqtisad üzrə fəlsəfə doktoru, dosent 

Magistr tələbəsi, e.salmanov18@gmail.com 
1,2
İqtisadi və texnoloji elmlər kafedrası, 
1,2
Azərbaycan Dövlət İqtisad Universiteti 
XÜLASƏ
 
İşğaldan azad edilmiş ərazilərin bərpası, məskunlaşması və milli iqtisadiyyata inteqrasiyasını 
təmin etmək hazırda ölkənin qarşısında duran başlıca vəzifələrdən biridir. Bunun üçün həmin 
ərazilərdə istehsal, sosial, sosial-mədəni və idarəetmə infrastrukturunun tamamilə yenidən 
qurulması, məskunlaşacaq əhalinin məşğulluğu üçün iş yerlərinin yaradılması tələb olunur. 
Respublikanın ərazilərinin sosial-iqtisadi inkişafında yerli özünüidarəetmə orqanlarının mühüm 
rol oynamasına baxmayaraq, ona xas olan potensialı hələ də reallaşdırmaq mümkün olmayıb. 
Buna bir sıra həll olunmamış problemlər mane olur. Hakimiyyət, əhali və biznes arasında 
qarşılıqlı əlaqənin səviyyəsini artırmaqla vəziyyəti dəyişmək mümkündür. Onların birgə işi 


43 
PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
ərazilərin hərtərəfli inkişafına, daha səmərəli sosial-iqtisadi siyasətin formalaşdırılmasına töhfə 
verəcək, iqtisadiyyatın bir çox mühüm sahələrində göstəricilərin artımına mane olan amillərin 
rolunu minimuma endirəcək və nəticədə iqtisadi artıma gətirib çıxaracaq, yerli özünüidarənin əsas 
məqsədinə - əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaq mümkün olacaqdır. 
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görüləcək mühüm işlərdən biri də bələdiyyələrin 
yaradılması və bələdiyyə seçkilərinin keçirilməsidir. Respublikamızın bu ərazilərində optimal 
idarəetmənin təşkili, həmin ərazilərə köçəcək vətəndaşların yerli ictimai həyatda iştirak 
imkanlarının təşviq edilməsi baxımından bələdiyyələrin yaradılması zəruri addımdır və dövlət 
quruculuğunun tərkib hissəsidir. Bildiyimiz kimi yerlərdə özünüidarənin təşkili məsələləri 
qanunla tənzimlənir və bunun mexanizmi də bələdiyyələrin əraziləri və torpaqları haqqında 
qanunla müəyyən edilir. Qanuna əsasən, bələdiyyələrin yaradılması üçün ilk növbədə işğalan azad 
olunmuş ərazilərdə inzibati ərazi dairələrinin, yaşayış məntəqələrinin müəyyən olunması və 
qeydiyyatı və s. işlər görülməlidir. 
Məqalə Azərbaycan Respublikasının işğaldan azad olmuş ərazilərində bələdiyyələrin təşkili, 
onların maliyyə təminatı məsələlərinin təhlilinə həsr edilmişdir. Tədqiqatda ölkəmizdə 
bələdiyyələrin işğaldan azad olmuş ərazilərin sosial-iqtisadi inkişafında rolu qiymətləndirilir, 
həmçinin bu ərazilərdə ərazilərdə bələdiyyə maliyyəsinin təşkili xüsusiyyətləri tədqiqata cəlb 
edilir. 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə