Of azerbaijan high technical educational institutions



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə50/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   46   47   48   49   50   51   52   53   ...   540
PAHTEI-27.04.2023

Açar sözlər: 
bələdiyyə, sosial-iqtisadi inkişaf, işğaldan azad olmuş ərazilər, itisadi inkişaf 
Giriş 
2020-ci il 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısı İlham Əliyevin qətiyyətli siyasi 
iradəsi və Azərbaycan xalqının mərd oğullarının şücaəti sayəsində 30 ildir düşmən tapdağı altında 
olan Qarabağ və Şərqi Zəngəzur bölgələri işğaldan azad olundu. İşğaldan əvvəl ölkə iqtisadiyyatı 
içərisində xüsusi əhəmiyyətə sahib olan bu bölgələrin iqtisadiyyatı işğal ilə birlikdə bütünlüklə 
məhv edilmişdir. Təəssüf ki, düşmən əsarətində keçən bu 30 il ərzində düşmən regionun 
resurslarını talan etmiş, sosial-iqtisadi infrastrukturu tamamilə sıradan çıxarmışdır. Bu səbəbdən 
də işğaldan sonrakı mərhələdə dövlətimizin qarşısmda duran əsas məqsəd bu torpaqların 
iqtisadiyyatını inkişaf etdirmək, bölgənin əvvəlki zəngin tarixini geri qaytarmaqdır. Təbii ki, bu 
məqsədə nail olmaq özü də bir müharibə aparmaq qədər çətin, keçməkeşli, siyasi iradə və eyni 
zamanda, ciddi maliyyə yükü tələb edən bir prosesdir. İşğaldan azad olunmuş ərazilərin iqtisadi 
dirçəlişini həyata keçirmək üçün mütləq şəkildə xalqın, xüsusilə də sahibkarların bu proseslərin 
içində olması və əslində birbaşa iştirakı lazımdır.
 
Məqsəd 
Məqalənin məqsədi işğaldan azad olmuş ərazilərdə bələdiyyə işinin təşkili məsələsinə aydınlıq 
gətirmək, maliyyə işinin aparılmasını təhlil etmək və həmin ərazilərdə sosial, iqtisadi inkişaf 
baxımından bələdiyyələrin rolunu qiymətləndirməkdir. 
Problemin aktuallığı və əlaqəli tədqiqatlar 
Azərbaycan Respublikasında bələdiyyələr 1999 – cu ildə yaradılıb və 2015-ci ilin statistikasına 
əsasən ölkə üzrə 1607 bələdiyyə fəaliyyət göstərir. Bələdiyyələrin statusunu, maliyyə-iqtisadi 
əsaslarını, dövlət orqanları ilə münasibətlərini, onlar üzərində inzibati nəzarəti və s. məsələləri 
tənzimləyən bir çox qanunvericilik aktları qəbul olunmuşdur. Heç şübhəsiz bələdiyyələrinin 
maliyyə - iqitisadi əsaslarından biri kimi bələdiyyə büdcələrinin formalaşması, tərtibi, icrası və 


44 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə