Of azerbaijan high technical educational institutions


PAHTEI  PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə51/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   47   48   49   50   51   52   53   54   ...   540
PAHTEI-27.04.2023

PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
təhlili məsələləri çox əhəmiyyət kəsb edən, eyni zamanda bələdiyyələrin ərazisində yaşayan 
vətəndaşların sosial-iqtisadi ehtiyaclarının və ərazinin bir sıra problem və məsələlərinin həlli 
baxımından mühüm əhəmiyyət daşıyır. İşğaldan azad olunmuş ərazilərdə yaradılacaq 
bələdiyyələrin təşkilinin kiçik istisnalarla inzibati ərazi dairəsi əsasında formalaşması 
mümkündür. Həmin ərazilərdə bələdiyyələrin rolunun qiymətləndirilməsi mövzunun aktuallığını 
şərtləndirir.
Metodlar 
Tədqiqat zamanı bir neçə metodlardan istifadə olunmuşdur. Məqalənin yazılmasında analiz, 
sintez, induksiya, deduksiya, sxem üsullarından istifadə edilmişdir. Empirik məlumatların tədqiqi 
vasitəsilə bələdiyyə maliyyəsinin mövcud vəziyyətini qiymətləndirmək və işğaldan azad olunmuş 
ərazilərdə bələdiyyələrin təşkili və onların maliyyə təminatı məsələlərinin təhlilini aparmaq 
mümkün olmuşdur.
Azərbaycan hökuməti Vətən Müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa 
işlərini davam etdirir. Hazırda hökumətin qarşısında duran əsas vəzifə qısa müddətdə ərazilərin 
minalardan təmizlənməsi, paralel olaraq ilkin infrastrukturun qurulması və sonrakı mərhələdə 
yaşayış evlərinin tikintisinə başlamaqla əhalinin öz torpaqlarına qayıdışını təmin etməkdir. Ancaq 
əhalinin qayıdışı təkcə fiziki yox, həm də müvafiq idarəetmə institutlarının qurulması fonunda baş 
verməlidir. Bunlardan biri də yerli özünüidarə institutunu təmsil edən bələdiyyələrdir 
(https://bakuresearchinstitute.org/how-should-self-government-be-established-in-the-liberated-
territories-2/). 
Azərbaycan 2002-ci ildə Yerli Özünüidarəyə Dair Avropa Xartiyasını xüsusi bəyanatla 
ratifikasiya edib. Bəyanatda qeyd edilib ki, “Azərbaycan Respublikası Ermənistan Respublikası 
tərəfindən işğal olunmuş ərazilərində Xartiyanın müddəalarının yerinə yetirilməsinə işğal 
olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyil.” Həqiqətən də Dağlıq 
Qarabağ bölgəsinin və ətraf 7 rayonun Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən 
işğalı həmin əraziləri tərk etmək məcburiyyətində qalmış yüz minlərlə məcburi köçkünü yerli 
özünüidarə hüququnu həyata keçirmək imkanından məhrum edib. 
Azərbaycanda fəaliyyət göstərən 1606 bələdiyyə arasında Ağdam və Füzuli rayonlarını əhatə 
edən bələdiyyələrə də rast gəlmək olar. Belə ki, bu rayonların bəzi əraziləri işğal olunmadığından 
həmin yaşayış məntəqələrində yerli özünüidarə qurumları mövcuddur. Hazırda Ağdam rayonunda 
11 qəsəbəni və 79 kəndi əhatə edən 14 bələdiyyə, Füzuli rayonunda 1 şəhəri, 16 qəsəbəni və 18 
kəndi əhatə edən 21 bələdiyyə fəaliyyət göstərir. Şübhəsiz ki, işğaldan azad olunmuş ərazilərdə 
əhali məskunlaşması təmin edildikdən sonra digər institutlar kimi yerli özünüidarə institutlarının 
da yaradılmasına başlanacaq. İlkin qiymətləndirməmizə görə, işğaldan azad olunmuş inzibati-
ərazi vahidlərində təxminən 259 yeni bələdiyyənin yaradılması mümkündür (cədvəl 3) 
(https://bakuresearchinstitute.org/how-should-self-government-be-established-in-the-liberated-
territories-2/). 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə