Of azerbaijan high technical educational institutions


PAHTEI  PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə59/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   55   56   57   58   59   60   61   62   ...   540
PAHTEI-27.04.2023

PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
metodologiyasına yenidən baxmaq lazımdır. Vergi daxilolmalarının büdcə şaquli səviyyələri üzrə 
bölgüsünün mövcud nisbətləri yerli büdcələrin minimum zəruri xərclərini ödəməyə imkan vermir. 
Odur ki, vergi mənbələrinin yerli büdcələrə aid edilməsi o halda məqsədəuyğundur ki, bu 
mənbələr yerli büdcələrin formalaşmasını ən azı minimum səviyyədə təmin edə bilsin (Mammadli 
V.A., 2016: s. 133). 
 
Nəticə 
Azərbaycanın maliyyə və büdcə sistemi, bütövlükdə, onun inzibati-ərazi quruluşunun törəməsidir. 
Lakin islahatlar illərində baş vermiş dəyişikliklərə görə (xüsusən də bələdiyyələrin çıxdığı yerli 
özünüidarəetmə sahəsində) o, xüsusi spesifikliyi ilə xarakterizə olunur. Azərbaycan 
Respublikasının əksər subyektlərində maliyyə və büdcə sisteminin mərkəzsizləşdirilməsi 
prosesində keçmiş regional, respublika, rayon əhəmiyyətli şəhərlər və inzibati rayonlar 
səviyyəsində bələdiyyələr yaradıldı.
Bələdiyyələr bu gün respublikamızın ayrı-ayrı regionlarında olduğu kimi işğaldan azad olunmuş 
ərazilərində də davamlı inkişaf məqsədlərinə nail olmaq naminə yerli sakinlərin təhlükəsizlik
sağlamlıq, mənzil, müvafiq maddi rifah səviyyəsi, ətraf mühitin lazımi vəziyyəti, təhsil almaq 
imkanı ilə bağlı problemlərin həlli ilə yanaşı, mədəni və istirahət ehtiyacları, informasiya əldə 
etmək, hərəkət imkanları, həmçinin bir çox konkret problemlərin aradan qaldırılmasını təmin edir. 
Müxtəlif ölçülü bir çox müəssisələrdə iqtisadi vəziyyətin qeyri-sabitliyi bələdiyyə ərazisində 
bütün sosial-iqtisadi proseslərin qeyri-sabitliyinə gətirib çıxarır və əhalinin əksəriyyətinə təsir 
edir. Əvvəllər bu problem dövlət planlaşdırması və dövlət dəstəyi ilə həll edilirdi. Çoxsaylı xarici 
amillərdən asılı olaraq ifadə olunan müasir bazar şəraiti regional inkişafın ümumi strukturunda 
mürəkkəb sosial-iqtisadi sistemlər kimi bələdiyyələrin inkişafının yeni perspektivlərinin elmi 
şəkildə dərk edilməsini, əlverişli mühiti saxlamaqla davamlı və tarazlı iqtisadi inkişaf yollarının 
tapılmasını zəruri edir. 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə