Of azerbaijan high technical educational institutions



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə56/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   52   53   54   55   56   57   58   59   ...   540
PAHTEI-27.04.2023

Bələdiyyə 
idarəetməsi 
Ayrı-ayrı fəaliyyət 
sahələrinə bələdiyyə 
rəhbərliyi 
Öz xüsusiyyətləri olan 
ərazilərdə bələdiyyə 
idarəetməsi 
Bələdiyyə formalaşması - 
bələdiyyə idarəetməsinin 
obyekti 
Əhali bələdiyyə 
idarəetməsinin 
subyektidir 


49 
PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
Azad olunmuş ərazilərdə bələdiyyələr yaradıldıqda ilkin dövrdə bu qurumlar üçün büdcə 
gəlirlərini formalaşdırmaq mümkünsüz olacaq. Çünki yaşayışın yenicə başladığı və əhalinin tam 
oturuşmadığı bir dövrdə onların yerli vergi ödəməyə cəlb edilməsi real görünmür. Həmin 
ərazilərdə torpaq islahatı aparılmadığından bələdiyyə mülkiyyətində olan torpaq və əmlaklar da 
hələ ki müəyyənləşməyib. Belə vəziyyətdə bələdiyyə torpaq və əmlakının satılması, icarəyə və 
istifadəyə verilməsi mümkün deyil. Eyni zamanda bələdiyyə mülkiyyətinin məlum olmaması 
həmin mülkiyyəti təmsil edən torpaq və əmlak üzərində olan reklam daşıyıcıları, ticarət, ictimai 
iaşə və digər xidmətlərə görə ödənişləri, avtomobil dayanacaqları və parklanma üzrə vəsaitləri də 
büdcəyə cəlb etməyi mümkünsüz edir.
Bütün mənbələrin işləmədiyi bir vəziyyətdə yerli büdcə gəlirlərinin əsas donoru qismində yalnız 
dövlət büdcəsindən verilən dotasiya və subvensiyalar çıxış edəcək. Dövlət azad olunmuş 
ərazilərdə formalaşan bələdiyyələrin fəaliyyətinin təmin edilməsi üçün maliyyə yardımlarını 
artırmalıdır. Belə vəziyyətdə maliyyə yardımı digər bələdiyyələrdə olduğu kimi büdcə gəlirlərinin 
1/6-ni yox, 100%-ni təmin etməlidir. Bunun üçün dövlət büdcəsində yeni bələdiyyələrə ayrılacaq 
dotasiya və subvensiyaların həcmi ən azı 10 milyon manat olmalıdır. Son illər dövlət büdcəsindən 
ölkənin bütün bələdiyyələrinə ayrılan maliyyə yardımının illik həcmi isə 5 milyon manatdan bir 
qədər çoxdur (https://bakuresearchinstitute.org/how-should-self-government-be-established-in-
the-liberated-territories-2/). 
Ərazi və onun üzərində yerləşən əmlak kompleksinin obyektləri idarəetmə sahəsində regional və 
bələdiyyə orqanlarının fərqləndirilməsi və qarşılıqlı fəaliyyətinin həyata keçirildiyi əsas 
elementlərdir. Bölünmüş səlahiyyətlərin olması nəinki sözügedən hakimiyyət orqanları arasında 
qarşılıqlı fəaliyyətin zəruriliyini istisna etmir, həm də onların səmərəli əməkdaşlığını nəzərdə 
tutur, çünki yerli özünüidarəetmə orqanları tərəfindən bir çox öhdəliklərin yerinə yetirilməsi üçün 
maliyyə 
və 
maddi 
dəstək 
bir 
qayda 
olaraq 
daha 
yüksək 
səviyyədə 
olmalıdır 
(https://news.milli.az/politics/901103.html). 
Eyni zamanda, yerli özünüidarənin davamlı inkişafı fonunda bələdiyyələrin gəlir əldə etmək və 
ondan istifadə etmək imkanlarının məhdud olmasından irəli gələn problemli məsələlərin həlli 
yolları axtarılmalıdır. Bu problemin həlli, məsələn, torpaq mülkiyyət kompleksinin idarə 
edilməsinin təkmilləşdirilməsi və bələdiyyə büdcəsinə torpaq ödənişlərinin daxilolmalarının 
artırılması nəticəsində bələdiyyələrin öz gəlirlərinin artırılması ola bilər. Bu, bələdiyyə 
mülkiyyətindən səmərəli istifadə sahəsində tədqiqatların daha da aparılmasını, onun mahiyyətinin 
düzgün dərk edilməsini və bələdiyyənin torpaq-əmlak kompleksinin strukturunda yerini müəyyən 
etməyi tələb edir (Tarkovskiy V.V., 2018: s. 129). 
Yerli özünüidarəetmə mexanizmi regionun sosial-iqtisadi inkişafına və yerli icmanın həyat 
keyfiyyətinin səviyyəsinə təsir edən proseslərə birbaşa təsir göstərir. Yerli əmtəə istehsalının 
inkişafı, iqtisadiyyatın prioritet sahələrində idxal olunan məhsullarla rəqabət apara bilən innovativ 
metodların işlənib hazırlanması ilə əhalinin həyat keyfiyyətini yüksəltmək mümkündür. Həmçinin 
iqtisadiyyatın inkişafı, əhalinin gəlirlərinin artırılması, cəmiyyətdə sosial sabitliyin və səmərəli 
məşğulluğun təmin edilməsi üçün yeni iş yerlərinin yaradılması məqsədilə regional investisiya 
cəlbediciliyinin formalaşdırılması zəruridir. Dövlət, biznes strukturları və cəmiyyət arasında sıx, 
qarşılıqlı şərtləndirici əlaqələr qurmaq, həmçinin rəqəmsal iqtisadiyyata keçid üçün şərait 
yaratmaq lazımdır. Qeyd edək ki, dövlət, biznes və əhali arasında münasibətlər mümkün qədər 
sadələşdirilməli və açıq olmalıdır. İnformasiya texnologiyalarından geniş istifadə idarəetmə 
prosesini daha rahat edəcək və idarəetmə prosedurlarının həyata keçirilməsi xərclərini azaldacaq. 
Gənclərin potensialının inkişafına regional səviyyədə xüsusi diqqət yetirilməlidir. Regional kadr 


50 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə