Of azerbaijan high technical educational institutions



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə53/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   49   50   51   52   53   54   55   56   ...   540
PAHTEI-27.04.2023

 
Sxem 1: 
Sahibkarlıq fəaliyyətinin inkişafında yerli özünüidarəetmə orqanlarının iştirak sahələri 
Mənbə:
Gutnikova Ye.A., 2012: s. 51
 
Yerli özünüidarə orqanları 
Öz biznes 
fəaliyyəti 
Özəl-
bələdiyyə 
tərəfdaşlığ
ı 
Kiçik və orta 
biznesin 
inkişafı
Əhalinin iqtisadi 
özünüfəaliyyətin
in inkişafı 
Digər 
ərazilərdən 
təsərrüfat 
subyektlərinin 
cəlb edilməsi 
Birbaşa iştirak
Dolayı iştirak


46 
PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
Birinci istiqamət bilavasitə iştirakı nəzərdə tutur, yəni:
- öz sahibkarlıq istehsal və təsərrüfat fəaliyyəti (məsələn, şəxsi torpaq sahələrinin emalı, məhsul 
yığımı, kənd təsərrüfatı məhsullarının alınması üzrə əhaliyə xidmətlər göstərmək üçün bələdiyyə 
müəssisələrinin yaradılması: satınalma, marketinq, emal kooperativləri şəbəkəsi və s.); 
- Bələdiyyə təsərrüfatının müxtəlif sahələrinin inkişafını idarə etmək üçün birgə təşkilatların 
yaradılması (özəl bələdiyyə partnyorluğu): vəsaitlərin cəlb edilməsi mənbəyindən asılı olaraq 
yerli kapitalın iştirakı ilə ola və ya kənardan investor cəlb edə bilər. 
İkincisi, yerli özünüidarəetmə orqanlarının mövcud təşkilatların və müəssisələrin inkişafı və 
yenilərinin yaradılması üçün şərait yaratmasını nəzərdə tutur, yəni:
- kiçik və orta biznesə dəstək; bunlar nisbətən kiçik ilkin investisiyalar tələb edən ən sürətlə 
həyata keçirilən investisiya layihələridir; 
- əhalinin iqtisadi özünüməşğulluğunun, ilk növbədə ailə üzvlərinin əməyinə əsaslanan 
müəssisələrin inkişafı: bu, əhalinin fərdi təsərrüfatlarda (xüsusilə kənd yaşayış məntəqələrində) 
məşğulluğu ola bilər; 
- iqtisadi özünüməşğulluğa ev işi, servis və kiçik pərakəndə ticarət də daxildir, əhalinin 
özünüməşğulluğunun bütün bu formaları faydalıdır, çünki onlar kapitalın ilkin toplanmasına və 
keçid üçün maddi bazanın yaradılmasına kömək edə bilər; 
- müstəqil təsərrüfat fəaliyyətini həyata keçirmək üçün təsərrüfat subyektlərinin bu əraziyə cəlb 
edilməsi (Gutnikova Ye.A., 2012: s. 52). 
Özəl-bələdiyyə tərəfdaşlığına misal olaraq investisiya layihələrinin həyata keçirilməsini 
göstərmək olar. Səlahiyyətlilər sahibkarlıq subyektlərinə hərtərəfli yardım göstərir, o cümlədən 
layihənin hazırlanması, yeni istehsalın yerləşəcəyi ərazidə lazımi mühəndis infrastrukturunun 
hazırlanması, hüquqi və konsaltinq xidmətlərinin göstərilməsi, müəyyən vergi güzəştlərinin 
verilməsi və s.
İşğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi inkişafında bələdiyyələrin rolu aşağıdakılar ola 
bilər: 
- sahibkarlıq təşəbbüsünün inkişaf etdirilməsi, kənd əhalisinin məşğulluq səviyyəsinin 
yüksəldilməsi üçün prioritetlər və əsas istiqamətlərin müəyyən edilməsi, kənddə istehlak 
kooperasiyasının inkişafının stimullaşdırılması; 
- kənd yerlərinin sosial potensialının inkişafı, kütləvi idmanın inkişafı və sağlam həyat tərzinin 
təbliği, “Sağlam kənd” proqramının hazırlanması; 
- kənd yerlərinin iqtisadi inkişafı üçün perspektivli alətlər, kənd yaşayış məntəqələrinin 
vergitutma bazasının artırılması, fərdi yaşayış evlərinin tikintisi, regionda kənd turizminin 
inkişafı; 
- kənddə kadrların hazırlanması və saxlanılması sisteminin yaradılması, özəl tərəfdaşlığın inkişaf 
etdirilməsi. 
Dünya təcrübəsinin də göstərdiyi kimi, yerli özünüidarə institutuna xas olan və qeyd 
etdiklərimizin də daxil oludğu potensialı reallaşdırmaq məskunlaşmanın ilk vaxtlarında mümkün 
olmayacaq. Üstəlik, ərazilərin inkişafı üzrə məsuliyyətin yerli səviyyəyə keçməsi 
(özünüidarəetmə institutunun tətbiqi) ilə ərazilərin bütün sosial-iqtisadi problemlərinin 
kəskinləşməsi baş verə bilər. 
Respublikanın ərazilərinin sosial-iqtisadi inkişafında yerli özünüidarəetmə orqanlarının mühüm 
rol oynamasına baxmayaraq, ona xas olan potensialı hələ də reallaşdırmaq mümkün olmayıb. 
Buna bir sıra həll olunmamış problemlər mane olur. Hakimiyyət, əhali və biznes arasında 
qarşılıqlı əlaqənin səviyyəsini artırmaqla vəziyyəti dəyişmək mümkündür. Onların birgə işi 


47 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə