142
PAHTEI
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS
VOLUME 27 ISSUE 04 2023
E-ISSN: 2674-5224
Problemin aktuallığı və əlaqəli tədqiqatlar
Bu gün Avrоpa Yenidənqurmа İnkişаf Bаnkı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı xarici
mənbələrdən maliyyələşməyə ciddi ehtiyacı olan inkişaf etməkdə olan ölkələrin iqtisadi sferasına
fəal şəkildə nüfuz edir. Bu tendensiya xüsusilə bank xidmətlərinin əvvəllər zəif inkişaf etdiyi
ölkələr üçün xarakterikdir. Bu tendensiya həm də qeyri-müsəlman ölkələrində islam banklarının
fəaliyyəti
üçün xarakterikdir, lakin onların iqtisadi genişlənməsi yolunda obyektiv çətinliklər
mövcuddur.
Metodlar
Təqiqat zamanı bir neçə metodlardan istifadə olunmuşdur. İlk növbədə məntiqi,
analiz və sintez
metodlarından istifadə etməklə məlumatlar toplanmış, daha sonra isə tədqiqatın məqsədləri üçün
tələb olunan qaydada birləşdirilmişdir. Bundan əlavə, tədqiqat prosesində müqayisəli və statistik
təhlil metodlarından da geniş istifadə olunmuşdur. Empirik məlumatların tədqiqi vasitəsilə
mövcud vəziyyəti qiymətləndirmək və regional inkişaf banklarının inkişaf etməkdə olan ölkələrdə
fəaliyyətinin müasir vəziyyəti təhlil olmuşdur.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) inkişaf
etməkdə olan ölkələrdə azad
sahibkarlığı və demokratik dəyərləri dəstəkləmək üçün nəzərdə tutulmuş investisiya vasitəsini
təmin edən maliyyə institutudur. 1991-ci ildən fəaliyyət göstərən Bankın baş ofisi dünya maliyyə
mərkəzi - Londonda yerləşir. Yenidənqurma Bankının əməkdaşlarına beynəlxalq təşkilatın üzvü
kimi hüquqi toxunulmazlıq verilmişdir. Bankın yaranması Mərkəzi və Şərqi Avropa ölkələrinin
siyasi rejiminin dəyişməsi şəraitində özəl sektorun dəstəklənməsi zərurəti ilə bağlı idi. AYİB
Soyuq Müharibə başa çatdıqdan sonra yeni dövrə başlamaq üçün yaradılmışdır. Bank qısa
müddət ərzində Avropa tarixinin dönüş nöqtəsində - qitənin şərqində kommunizmin dağılma
anında yaranan problemləri həll etmək üçün yaradılıb. AYİB-in yaradılması haqqında Sazişin 1-
ci maddəsində deyilir: “AYİB-in məqsədi iqtisadi tərəqqiyə və yenidənqurmaya töhfə verməklə,
açıq, bazar yönümlü iqtisadiyyata keçidi, habelə özəl və sahibkarlıq təşəbbüsünün inkişafını
təşviq etməkdir. Mərkəzi və Şərqi Avropa ölkələri çoxpartiyalı demokratiya, plüralizm və bazar
iqtisadiyyatının 7 prinsipinə sadiq qaldılar və onları həyata keçirdilər” (Mansurov T.A., 2012;
191-202 s).
1990-cı illərin əvvəllərinin keşməkeşli dövründə Bank
Mərkəzi və Şərqi Avropada
dəyişikliklərin əsas hərəkətverici qüvvəsi kimi özəl sektora diqqət yetirməyin düzgün olduğunu
dönə-dönə sübut etməli oldu. Məhz bu dövrdə AYİB açıq bazara keçid üzrə ekspert kimi şöhrət
qazandı. AYİB,transformasiyaların bütün vacib komponentlərində, yənibank sistemlərinin
islahatı, qiymətlərin liberallaşdırılması, özəlləşdirmə (qanunlaşdırma və siyasət dialoqu) və
mülkiyyət hüquqları üçün müvafiq qanunvericilik bazalarının yaradılması
kimi sahələrdə fəal
iştirak edirdi.Bu cür islahatlar bacarıqlı konsaltinq, təlim və texniki bacarıqların ötürülməsi ilə
dəstəklənir və özəl və dövlət sektorlarına böyük investisiyalar ilə tamamlanır. Daxili kapitalın
transformasiya prosesini maliyyələşdirmək üçün kifayət etmədiyi
bir şəraitdə bank həm özəl,
həm də dövlət mənbələrindən xarici resursların cəlb edilməsinə yardım edir. Bu təcrübə Banka
özünün ilkin əməliyyat regionunu Monqolustan (2006-cı ildə), Türkiyə (2009-cu ildə) və
İordaniya, Tunis, Mərakeş, Misir və Kosovo (2012-ci ildə) kimi yeni ölkələrə genişləndirmək
qərarına gəldikdə çox faydalı oldu. Hazırda bank Mərkəzi Avropadan
Mərkəzi Asiyaya qədər,
Cənubi və Şərqi Aralıq dənizi ölkələrində 308-dən çox ölkədə fəaliyyət göstərir
(https://www.ebrd.com/who-we-are/history-of-the-ebrd.html).