Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə22/158
tarix26.03.2023
ölçüsü5,85 Mb.
#103221
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Əmək mühafizəsi 
33 
dövründəki qan xərçəngi xəstəliyinə tutulanlarının atalarının 
peşəsi ilə əlaqəsi müşahidə olunur. 
Avropa standartlarına uyğun olaraq əslində sürücülər hər 
300 km-dən bir dəyişməlidir. Bizdə buna əməl olunmur. 
Bakıdan sükan arxasında bir nəfər oturur və düz Tiflisə qədər 
avtobusu sürür”. Sektor olaraq avtomobil, kimya, ağır sənaye 
və virus xəstəlikləri sektorlarında peşə xəstəliklərinə daha tez-
tez rast gəlinir. Bununla yanaşı, demək olar ki, bütün xidmət 
sahələrində peşə xəstəlikləri mövcuddur. Müəyyən bir yaşa 
(35-55 yaş) çatan işçilər işsizlik qorxusundan da stress 
keçirirlər ki, bu da onların tez xəstəliyə tutulmasına səbəb olur. 
İş həyatında və ümumiyyətlə ağır işlərdə kişilərin sayının çox 
olması səbəbiylə peşə xəstəlikləri kişilərdə daha çox görülür. 
İşəgötürənlər işçilərin peşə xəstəliklərindən qorunması üçün 
hansı tədbirləri görməlidirlər? 
Təbii ki, işəgötürənlər işçilərini peşə xəstəliklərindən 
qorumaq üçün bəzi tədbirlər görməlidirlər. İş yerinin 
sağlamlığa zərərli olması iş yerinin havasına yayılan 
maddələrdən (məsələn, duman, toz, buxar, qaz və s.) və fiziki 
şərtlərdən asılıdır. Hətta bəzən zərərli maddələr birbaşa əllə 
təmasda olur. İş yerində bu təhlükələri aradan qaldırmaq və ya 
minimuma endirməklə iş mühitini zərərsizləşdirmək və 
təhlükəni müəyyən qədər uzaqlaşdırmaq olar.
Bu məqsədlə işəgötürənin tətbiq etməli olduğu üsullar 
aşağıdakılardır:
-
İstifadə olunan zərərli maddənin dəyişdirilməsi: 
İstifadə olunan zərərli maddə zərərsiz və ya daha az zərərli 
maddələrlə əvəz edilə bilər.
-
Qapalı iş metodu:
Zərərli maddəni dəyişdirmək mümkün olmadığı hallarda 
təhlükəli əməliyyatlar tamamilə qapalı mühitdə aparılaraq 
zərərsizləşdirilə bilər.



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə