Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə21/158
tarix26.03.2023
ölçüsü5,85 Mb.
#103221
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Sual və tapşırıqlar: 
 1.Gigiyena nədir? 2. Əməyin gigiyenasının əsasları 
hansılardır? 3. İstehsalat sanitariyası nədir? 4. 
İstehsalat binasında hansı məişət otaqları var? 
§ 6. İSTEHSALAT ZƏDƏLƏNMƏLƏRİ VƏ PEŞƏ 
XƏSTƏLİKLƏRİ 
 
Hansı peşə ilə məşğul olmağından asılı olmayaraq insan 
daim özünü mütləq şəkildə həm stress, həm də tutula biləcəyi 
xəstəliklərdən 
qorumalıdır. 
Bütün 
sahə 
adamlarına 
sağlamlıqları üçün diqqət lazım olsa da, bəzi sahələrin işçiləri 
müəyyən risk qrupuna daxil edilir və onlar xüsusi diqqətə 
ehtiyac duyurlar. 
Baxmayaraq ki, istahsalatda başına gələn hər hansısa 
xoşagəlməz hallardan və peşə xəstəliklərindən hər bir işçi 
sığortalanır və belə hallar baş verərsə, birbaşa işəgötürənlər 
cavandeh şəxs hesab olunurlar. Lakin maddi qarşılığı ödəmək 
işçiyə hər zaman öz sağlamlığını geri qaytarmır. Buna görə də 
müxtəlif peşə sahibləri özləri öz sağlamlıqlarının keşiyində 
durmalıdırlar. Mütəxəssislər qeyd edirlər ki, müəyyən peşələr 
üzrə əmək qabiliyyətinin itirilməsindən qorunmaq üçün xüsusi 
qoruyucu vasitələrdən istifadə mütləqdir. 
Ölkəmizdə peşə xəstəliklərinin siyahısı Nazirlər Kabinetinin 
14 yanvar 2002-ci il tarixli qərarı ilə təsdiq edilib. 


Əmək mühafizəsi 
32 
Müəyyən peşələrlə məşğul olan insanlar üçün stress də 
qaçınılmazdır. 2005-ci ildən etibarən Ümumdünya Əmək 
Təşkilatı stress amillərinin törətdiyi fəsadları peşə xəstəlikləri 
sırasına daxil edib. Lakin hazırda Azərbaycanda peşəsi ilə 
məşğul olan şəxslərin stress amilləri peşə xəstəlikləri kimi 
qəbul edilmir. Günümüzdə isə peşə stresləri ilə üzləşmədiyimiz 
bir sahə yoxdur. 
Xərçəng yaradaraq ölümə səbəb olan fərqli faktorlar 
dünyanın müxtəlif bölgələrində dəyişikliklər törədirlər. Ancaq 
xərçəngin meydana gəlməsində qidalanma, sosial həyat, peşə 
təsiri, iqlim və genetik faktorların rolunun olduğu da danılmaz 
faktdır. 
Son illərdə aparılan araşdırmalar nəticəsində ətrafımızda çox 
sayda konservant maddələrin olduğu təsdiq edilib. Ekoloji 
konservantların tipik nümunəsi isə sənaye konservantlarıdır. 
Artıq insanlarda meydana gələn xərçəng kütlələrinin 5-10%-
i məhz peşə xəstəliyi siyahısına daxil edilir. 
Beynəlxalq Xərçəngi Araşdırma Agentliyinin hesabatlarına 
görə, bu günə qədər orqanizmdə xərçəng yaratdığı təsdiq 
olunan ən az 30 maddə ya da faktor var. Bunlara misal kimi 
nikel, xrom, asbest, benzin, ionlaşdırıcı radiasiya və s. 
göstərmək olar. Bu maddələr arasında nikelin xərçəngə səbəb 
olması barədə bilgələrə son illərdə aydınlıq gətirilib. 
Günümüzdə bu təhlükəli maddələrlə hər gün iş başında qarşı-
qarşıya gələn insanlar vardır ki, onların bu səbəblərlə xərçəngə 
yoluxması peşə xəstəliyi hesab olunur. 
Peşənin bir neçə hallarda xərçəng əmələ gətirməsi 
mövzusunda son illərdə maraq çəkən nüanslardan biri də həmin 
peşə adamının yaxınlarında da xərçəng riskinin yüksək 
olmasıdır. Son dövrlərdə asbest maddələrlə əlaqəli işlərdə 
çalışanların ağciyər xərçəngi ehtimalının artımı və uşaqlıq 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə