ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə19/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   15   16   17   18   19   20   21   22   ...   85

hərəkətlərində özünə inam, gülüşlərində sevinc hiss olunurdu. Amma o, xoşbəxt idimi? 
 
        Yanlarında kimsə səsləndi: 
 
       – Aha! Çox xoşdur!  
 
        Bu adam yırtıcı kimi xəlvəti yaxınlaşmışdı, hə, o, elə yırtıcıydı ki, vardı! Uintona elə gəldi ki, Cip 
diksindi. 
 
       – Qustav, atam hesab eləyir ki, studiyada tünd pərdələr asmaq lazımdır. 
 
        – Hə, hə, – Forsen baş əyib dedi, – London klubunda olduğu kimi. 
 
          Uinton Cipin sifətini izləyirdi, qızın sifətində itaətkar bir yalvarış ifadəsinin canlandığını gördü. 
O, özünü gülümsəməyə məcbur elədi və dedi: 
 
       – Belə görünür, siz burada rahatsız. Sizi yenidən gördüyümə sevindim. Cip çox gözəl görünür. 
 
         Skripkaçı daha bir dəfə də baş əydi, onun bu ədasına Uinton dözə bilmirdi! Oyunbaz! Yox, yox, 
heç vaxt, heç vaxt bu adamla barışa bilməyəcəkdi! Ancaq büruzə verə bilməzdi. Nəzakət qaydaları 
imkan verən kimi Uinton vidalaşıb ayrıldı. Təkcə Lord Kriket-qraundunu tanıdığı şəhərin bu hissəsi ilə 
evə qayıdarkən o, yenidən şübhələrdən və acılardan əzab çəkirdi. Nəhayət, o, qərara aldı, əgər Cip 
kömək istəyərsə, həmişə özünü çatdıra biləcək qədər yaxında olsun. 
 
        Onun gedişindən on dəqiqə sonra Rozamunda bibi gəldi, çəliyə söykənərək,   həqiqi aristokrat 
ləyaqəti ilə axsayırdı. Rozamunda bibi həm də podaqra idi. Yalnız indi Cip ərə gedəndən sonra 
xeyirxah qadın qardaşı qızına necə bağlandığını başa düşmüşdü. O istəyərdi ki, Cipi geri qaytarsın, 
onunla gəzib dolaşsın, əvvəllər olduğu kimi onu əzizləsin. Rozamunda bibi həmişə olduğu kimi sözləri 
uzadaraq, ağır-ağır danışırdı, ancaq bu, onun kükrəyən hisslərini gizləyə bilməzdi.  
 
       Cip   Forsenin gizlicə Rozamunda bibini yamsıladığını gördü və qızın qulaqları qızarmağa başladı. 
Küçüklər haqda, onların vərdişləri, hissləri, qaba davranışları, yedizdirilmələri haqdakı söhbət  bir neçə 
dəqiqəliyə yaxınlaşan tufanı təxirə saldı. Amma sonra yenidən Forsen ağız-burnunu əyməyə başladı. 
Rozamunda tələsik vidalaşıb gedəndən sonra Cip qonaq otağında pəncərənin qabağında dayandı, onun 
sifətində artıq maska yox idi. Forsen yaxınlaşıb onu qucaqladı və köks ötürərək dedi: 
 
        – Onlar, bu əziz insanlar tez-tezmi gələcəklər? 
 
           Cip kənara çəkildi. 
 
        – Əgər sən məni sevirsənsə, nəyə görə məni sevən insanları təhqir eləyirsən? 
 
        – Ona görə ki, qısqanıram. Mən səni, hətta küçüklərinə də qısqanıram. 
 
        – Sən onlarıdamı incitmək istəyirsən? 
 
        – Əgər onların sənə həddən artıq əziz olduğunu görərəmsə, hə.  
 
        – Doğrudanmı, elə güman eləyirsən ki, sən adamları, yalnız məni sevdiklərinə görə incidəndə mən 


xoşbəxt olacağam? 
 
           İlk dəfə  ən yaxın adamları onun yeni evinə gəldilər! Yox, bu lap ağ oldu!  
 
           Forsen xırıltılı səslə dedi: 
 
       – Sən məni sevmirsən. Əgər  məni sevsəydin bunu sənin dodaqlarından hiss elərdim. Bunu sənin 
gözlərində görərdim. Oy, Cip, sev məni! Sən məni sevməlisən! 
 
        Bıçağı boğaza dirəyib məhəbbət tələb eləyəsən, bu bayağılığın və kütlüyün əlaməti deyildimi? 
Cipin qəlbi daha da soyudu. Əgər qadın tam səmimi olaraq, sevmədiyi birinə heç nədə etiraz eləmirsə, 
bu o deməkdir ki, təzə evlənələrin ocaqları üzərində artıq qara buludlar toplaşır. Forsen də bunu başa 
düşürdü, ancaq onun özünü idarə eləmək bacarığı bu küçüklərdə olduğundan da az idi.  
 
       Ümumilikdə isə təzə evdə ilk həftə qayğılar və iş-güc elə aşıb-daşırdı ki, qızın qüssələnməyə və ya 
düşünməyə, sadəcə, vaxtı qalmırdı. May ayına bir neçə ciddi konsert təyin olunmuşdu. Cip konsertləri 
böyük səbirsizliklə gözləyir və Forsenin onlara hazırlaşmasına mane ola biləcək hər şeyi səylə aradan 
qaldırırdı.  Sanki, ürəyini ona verə bilməməyinin, – qız bunu şüurlu olaraq həmişə hiss edirdi, – əvəzini 
çıxırmış kimi bu günlərdə öz enerjisini və qayğılarını səxavətlə ona bağışlayırdı. Hər gün səhərdən 
axşama kimi onu müşaiyyət eləməyə hazır idi. Düzdü, səhər saatları qızın özünə məxsus olurdu, Forsen 
yataqdan saat on birə kimi qalxmırdı və günün yarısından əvvəl məşqlərə başlamırdı. Bu erkən 
saatlarda qız sifarişlər verir və bazarlıq eləməyə gedirdi, bir çox qadınlar üçün bu yeganə idman idi. 
Burada hər şey, idealın arxasınca  qaçmaq, zövq üstündə bütün digər ətrafınla çəkişmək, hamıdan gözəl 
görünmək üçün hər kəsin gizli arzusu idi. Cip həmişə bazarlıq eləməyə hansısa əsəb gərginliyi içində 
gedirdi. Qız yad əllərin ona toxunmasına dözə bilmirdi. Hətta bu da onu nəhəng güzgünün qabağında 
dayanıb o tərəf, bu tərəfə fırlanan və bütün bu vaxt ərzində  barmaqlarının ucuyla ona toxunub, 
sancaqları batıraraq, «madam» sözünü təkrarlayan  satıcı qız qədər hövsələdən çıxartmırdı… 
 
        Bəzən o, atla atasının yanına gedirdi. Bir dəfə Riçmon-parkda gəzintidən sonra onlar bir otelin 
eyvanında nahar elədilər. Onlardan aşağıda bir neçə meyvə ağacı artıq çiçəkləmişdi, günəş çayın 
girinti-çıxıntısını gümüşü rəngə, palıd ağacının yenicə açan tər yarpaqlarını isə qızılı rəngə boyamışdı. 
Uinton siqaret çəkirdi və ağacların başı üzərindən çaya baxırdı, Cip onu gizlincə süzərək dedi: 
 
       – Ata, sən nə vaxtsa anamla birlikdə  atla gedibsənmi? 
 
       – Yalnız bir dəfə, məhz bu gün səninlə birlikdə keçdiyimiz həmin yolla. O, qara madyanda idi, 
mənsə kəhər atı minmişdim… 
 
        Demək, onların səhər keçdikləri təpədəki həmin meşəliklə, o, tələsirdi  və  qızının yanında idi.  
 
Cip əlini masanın üstündən ona uzatdı. 
 
       – Mənə anam haqda danış. O, gözəldimi?  
 
       – Hə. 
 
       – Qarabuğdayı idi? Uca boyluydu? 
 
       – Cip, sənə çox oxşayırdı. Azacıq… azacıq… – O, bu fərqi heç cür izah eləməyi bilmirdi… – Onda 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə