ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə21/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   17   18   19   20   21   22   23   24   ...   85

şıltaq tündməcazlığı qıza o anları xatırlamağa mane olurdu. Birdən baxışları rastlaşdı. O, Bisbadendəki 
kimi idi və… həm də elə deyildi. Onda pərəstişkarlıq yox idi və qız fikrə getdi: «Bu mənim 
günahımdırmı? Bəlkə, bunun səbəbi onun mənimlə nə istəsə eləyə bilməsidir?» Daha bir ümidsizlik, 
həm də ən güclüsü! Alqışlar səsləndi və qız aldığı məmnunluqdan pörtdü, yenidən onun qələbəsindən 
xumarlandı. Fasilədə Cip artistlərin otağına getdi. Forsen axırıncı dəvətdən sonra pilləkənlə düşürdü, 
onun sifətindən nifrətli üzüntü ifadəsi yoxa çıxmışdı, qızın əlindən yapışıb dodaqlarına apardı. Qız 
pıçıldadı:  
 
      – Çox gözəldi!  
 
        O da pıçıltıyla soruşdu: 
 
      – Cip, sən məni sevirsənmi? 
 
        Qız başıyla təsdiqlədi, bu an  dediyinə inanırdı. Onlara tanışları yaxınlaşmağa başladı, aralarında 
qoca musiqi müəllimi mosye Armo da vardı. Forsenə: "Merveilleux,  tres  fort"  
 
(Çox gözəldir, məharətlə ifa elədin! (Frans.) deyərək, arxasını ona çevirib, Ciplə danışmağa başladı. 
 
        Demək, O, Forsenə ərə gedib! İnanılası deyil, sadəcə, inanılası deyil! Bunu necə deyim… bir 
qədər məzəlidir, elə deyilmi? Bu, onun musiqi ilə məşğul olmasına bir qədər əngəl törədəcək, heyif, 
çox heyif! Yox? Onda qız yenidən onun yanına  gəlməlidir, yenidən! Qoca danışaraq royalda çalırmış 
kimi elə hey barmaqlarını onun əlinə vurur, sanki, qızın əlinin möhkəmliyini yoxlayır və fikirləşirdi, 
qız onların tamam sıradan çıxmasına yol verərmi? Oxşayırdı ki, qoca doğrudan da, köhnə şagirdini 
görməsinə sevinirdi və doğrudan da, onun üçün darıxmışdı,  Cip isə heç vaxt qocanın ona olan 
mərhəməti və diqqəti qarşısında dayana bilməzdi. Tamam yeni adamlar yaxınlaşırdılar. Qız əriylə nəsə 
danışan Roseki, yanında isə sakitcə dayanmış  kəc sifətli, yarı açıq ağzı olan qızı gördü. Boyu, bəlkə 
də, bir az alçaq olan qüsursuz qamətli qız göyərçinə oxşayırdı, çox gözəl çevrələnmiş yarıaçıq 
dodaqları, sanki, ağzına nabat qoyulmasını xahiş edirdi. On doqquzdan çox yaşı olmazdı. Bəs bu qız 
kimdi belə? 
 
         Birdən Cip ona müraciət edildiyini eşitdi:  
 
       – Missis Forsen, necəsiniz? Mən nəhayət ki, sizi yenidən görə bildiyim üçün xoşbəxtəm. 
 
         Hətta Qustav qızın sözlərini ona çatdırmış olsa belə, əbədi maskası olan bu Rosek onsuz da heç 
nəylə özünə ələ verməz, tülkülük, ehtiyatlı sakitlik, yaltaq danışıq. Onda nə qızın xoşuna gəlmirdi? 
Cipin çox dərin hiss eləmə qabiliyyəti və anadangəlmə fərasəti vardı, onun hisslərinin barmaqları 
olduqca incəydi, onları aldatmaq olmazdı. 
 
       Rosekin baxışlarını müşahidə eləyən Cip həmin qızla söhbət eləyən ərini gördü, qızın dodaqları 
nabatı gözləyirmiş kimi tamam açılmışdı. 
 
       – O, balaca rəqqas qızı görürsünüzmü, madam? Onun adı Dafna Uinqdir. Oy, özünə ad-san 
qazanacaq! Uçan göyərçindir! 
 
       – Hə, o, çox zərifdir, onun necə gözəl rəqs elədiyini təsəvvür edirəm.  
 
       – Bir dəfə ona baxmağa gəlin. O, hələ öz debütünə hazırlaşır. 


 
       – Təşəkkür edirəm, – Cip cavab verdi. 
 
        Özlüyündə isə düşünürdü. «Səninlə bağlı olan heç nəyi istəmirəm! Nəyə görə mən ona baletə 
nifrət elədiyimi demədim?» 
 
       Zəng çalındı və  tamaşaçılar tələsik dağılışmağa başladılar. Qız onlara yaxınlaşdı. 
 
     – Miss Dafna Uinq – missis Forsen. 
 
       Cip gülümsəyərək əlini uzatdı. Miss Dafna Uinq də gülümsədi və tələffüzü üzərində diqqətlə 
işlədiyi hiss olunan bir şagird intonasiyası ilə dedi: 
 
      – Ah, missis Forsen, əriniz necə də gözəl çalır, elə deyilmi? 
 
        Bu, diqqətli, elə ona görə də  nitqin hansısa çatışmazlığına uyğun gələn danışığı eşidən Cipin qıza 
yazığı gəldi,  xəstəlik düşmüş gözəl çiçəyə yazığı gələn kimi. Başıyla razılığını bildirib səhnəyə 
çıxmağı gözləyən ərinə tərəf döndü. O, kimə baxırdı, ona, ya bu qıza? Foyedə Rosek dedi: 
 
      – Bu gün Qustavla birlikdə bizə gəlin. Dafna sizin üçün rəqs elər. Madam, o, sizə heyran olub. 
 
        Cip çox istəyirdi, sadə və kobud cavab versin: «Mən sizə gəlmək istəmirəm». Əvəzində isə, 
yalnız: 
 
      – Çox sağ olun. Mən Qustava deyərəm, – deyə bildi.  
 
        Öz yerinə qayıdandan sonra Cip Rosekin nəfəsi toxunan boynunu sildi. İndi kənc müğənni qız 
çıxış eləyirdi, belə qızlar həmişə Cipin çox xoşuna gəlirdilər,–  mavi gözlər, sarı-qızılı saçlar, bir sözlə
özünün tamam əksi! «Yuredə daxma» mahnısını oxuyurdu – sevgiylə dolu ürək hisslərini  özünə 
məxsus tərzdə ifadə eləyirdi:  
 
                       Mənim ürəyimdə günəş də sönüb… 
 
        Cip titrədi, bu sözlərdən onun qəlbində nəsə tərpəndi. Atası deyirdi: «Bu, səni birdən yaxalayır və 
sən sevirsən». Yox! Qız özü belə məhəbbətin meyvəsiydi, amma özü belə sevmək istəmirdi! 
 
        Qız ifasını qurtardı.  Seyrək alqışlar səsləndi. Axı qız yer üzündəki ən yaxşı mahnılardan birini 
çox gözəl ifa elədi! Bəlkə, qız olduqca faciəli, qüssəli, çətin başa düşüləndi, kifayət qədər nəzakətli 
deyildi? Cipin müğənniyə yazığı gəldi. Hiss elətdirmədən getmək istədi, ancaq cəsarəti çatmadı, 
Roseklə olan bu axşama dözmək lazım gələcəkdi. Neyləməli, qız öz iradəsiylə bu həyatı seçmişdi, daha 
nə etibarlı keçmişinə, nə də doğma evinə ümid eləyə bilməzdi.  Qəfəsə salınmasına özü razılıq 
vermişdi.  
 
        Onlar Rosekgilə gedəndə Cip Forsendən başının ağrıdığını və əhvalının korlandığını gizlətdi. 
Forsen isə məktəbdən buraxılıb azadlığa çıxan şagirdə oxşayırdı, alqışlardan ruhlanmış halda, qızın 
qoca müəllimini, özünün heyranlıqdan başlarını itirən pərəstişkarlarını, Roseki, yarı açıq ağızlı 
rəqqasəni ələ salırdı. Cipi qucaqlayıb özünə sıxmışdı və çiçək qoxulayırmış kimi onu qoxulayırdı. 
 
        Rosek Rassel-skverdə köhnə malikanənin ikinci mərtəbəsini tutmuşdu. Evdə nə isə tənbəkininmi, 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə