ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə20/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   16   17   18   19   20   21   22   23   ...   85

bir azacıq əcnəbilərə məxsusluq var idi. Onun nənələrindən biri, sən bilirsən də, italyan olub. 
 
       – Sən onu necə sevdin? Birdən birə? 
 
       – Hə, birdən birə… – o, əlini eyvanın sürahisinə söykədi, – … bax, bu günəş işığı indi mənim 
barmaqlarımın üstündə olan kimi. 
 
         Cip, sanki, özü-özüylə danışırmış kimi dedi: 
 
        – Bilmirəm, mən bunu başa düşürəmmi… hələlik. Bəs anamdamı sənə elə ilk baxışdan vuruldu? 
 
        – Hər kəs inanmaq istədiyinə inanır… Amma o,   məhz belə olduğunu deyirdi. 
 
        – Bu çoxmu davam elədi? 
 
        – Cəmisi bir il. 
 
        – Ax, ata! Mən unuda bilmirəm ki, onu mən öldürmüşəm… Mən bununla barışa bilmirəm. 
 
        Uinton sərt halda ayağa qalxdı, kolluqda qorxmuş sığırçın susdu. Cip qaşqabaqlı halda davam 
elədi.  
 
       – Mən istəmirəm, uşağım olsun. Mən istəmirəm… mən istəmirəm, elə sevim. Mən bundan 
qorxuram. 
 
         Uinton qaşlarını çatıb ona baxaraq, keçmişi haqda düşündü. 
 
       – Əzizim, – dedi, – bu, səni birdən yaxalayır və sən artıq başqa heç nə haqda düşünməyərək 
sevirsən. Nə vaxt məhəbbət gəlir, sevinirsən, mühüm deyil, o, səni öldürəcək, ya yox?  
 
        Qız hələ günorta olmamış evə döndü. Tələsik vanna qəbul elədi, paltarını dəyişib studiyaya qaçdı. 
Studiyanın divarlarına uillsdenov parçası tarım çəkilmişdi, pərdələr boz gümüşü rəngdəydi, divana da 
gümüşü-qızılı rəngli parçadan üzlük çəkilmişdi, buxarı döyülmüş mislə ayrılmışdı. Bütün otaq gümüşü 
və qızılı rənglər içində işıldayırdı, yalnız tovuz quşu lələkləri ilə çox gözəl bəzədilmiş royalın yaşıl 
ekranı və qırmızı rəngli çalarları olan göy İran güldanı  istisna təşkil eləyirdi.  
 
       Forsen pəncərənin qabağında dayanıb siqaret çəkirdi, geri dönmədi. Cip yaxınlaşıb onun əlindən 
yapışdı. 
 
       – Məni bağışla, ancaq indi yalnız  birin yarısıdır.  
 
         Onun sifəti eləydi ki, sanki, bütün dünya onu təhqir eləmişdi.  
 
       – Çox heyfisləndim ki, sən qayıtmalı olubsan! Yəqin, atla gəzmək çox xoşdur? 
 
       Məgər onun atası ilə gəzməyə çıxmağa ixtiyarı yoxdumu? Necə də kor qısqanclıq, necə də 
eqoistlik! Qız heç nə demədən royalın arxasına keçdi. O, ədalətsizliyə dözə bilmirdi, həm də Forsendən 
çaxır qoxusu gəlirdi. Səhər içmək iyrəncdi, qorxuncdu! Qız royalın arxasında oturmuşdu və gözləyirdi. 
Öz çalğısı korlanmış əhvalını düzəldənə kimi o, belə də olacaqdı, sonra ona yaxınlaşacaq, çiyinlərini 


sığallayacaq və dodaqları ilə boynuna toxunacaqdı. Yox, əgər o, özünü belə aparacaqdısa, qız özünü 
sevməyə onu məcbur eləməyəcəkdi. Gözlənilmədən dodaqlarından bu sözlər qopub çıxdı: 
 
      – Qustav, mən neyləmişəm? Sənin xoşuna gəlməyən nədir? 
 
      – Sənin atanın olması.      
 
        Cip gülümsədi. O, incidilmiş uşağa oxşayırdı. Cəld çevrilib əliylə qızın ağzını tutdu. Qızın 
ürəyində "grand  ecart" (ciddi dönüş (Frans.) oldu, qəzəbi və vicdanı arasında tərəddüd elədi. O, qızın 
baxışları altında başını aşağı saldı və əlini çəkdi. 
 
       – Nə deyirsən, başlayaqmı? – qız dedi. 
 
       – Yox, – o, boğuq səslə cavab verdi və bağa çıxdı. 
 
          Necə oldu ki, qız bu qorxulu, zavallı səhnədə iştirak elədi! Qız elə hey bir parçanı təkrarlayaraq, 
hətta nə çaldığını belə başa düşmədən royalın arxasındaca oturub qalmışdı.                         
 
                                            
 
IV FƏSİL 
 
   
 
        Onlar hələlik Roseklə görüşməmişdilər. Maraqlıydı, Forsen qızın sözlərini ona çatdırmışdımı? Cip 
bunu soruşmadı, əmin olmuşdu ki, yalnız özünə xoş olanda əri düz danışır və başqalarına pislik eləmir. 
Yalnız onun musiqi və sənət haqdakı baxışlarına inanmaq olardı, amma əsəbləşəndə onun ədəbsiz 
mühakimləri adamı özündən uzaqlaşdırır və hirsləndirirdi.  
 
       Birinci konsertdəcə qız Roseki gördü, girişin o biri tərəfində, onların oturacaqlarından iki sıra 
uzaqda durmuşdu. Cavan bir qızla danışırdı, sanki, qızın sifəti nazik, tutqun rəngli kəcdən tökülmüşdü, 
Rosekə zillənmiş girdə, mavi gözləri, yarı açıq ağzı ona bir azacıq gicbəsər görünüşü verirdi. Qızın 
gülüşündən də gicbəsərlik yağırdı. Amma, hər halda, sifəti elə gözəl, saçları elə qəşəng və işıltılı, 
üzünün dərisi elə təmiz və zərif, boynu elə ağ və yumru, qaməti elə nöqsansız idi ki, Cip gözlərini 
ondan çətinliklə çəkdi. O vaxt Bisbadendə onu çuğlayan hisslərin təzədən varlığına hakim kəsilməsini 
şiddətlə arzulayan Cip tək oturmuşdu. Bu qədər insanı lərzəyə gətirən musiqinin yaranmasında onun da 
rolunun olması  qızda təntənəli bir fikir yaradırdı. Dünyadakı hər şeyi unudaraq, sakit və 
mülayimcəsinə oturmuşdu. 
 
        Forsenin həmişə ilk dəfə səhnəyə çıxanda olduğu kimi soyuq, ehtiyatlı, narahat, hər şeyə meydan 
oxuyurmuş kimi qorxunc  görkəmi vardı. Bir kənara çəkilərək, uzun barmaqları ilə aşıqları burur, 
simləri yoxlayırdı. Bisbaden? Yox. Bu tamam Bisbadenə oxşamırdı! O çalanda qızda gözlədiyi ruh 
yüksəkliyi təkrar olmadı. İndi  bu musiqini olduqca tez-tez eşidirdi, bu musiqinin necə yarandığını 
yaxşı bilirdi, bilirdi ki, bu musiqidəki alovu, şirinliyi,  nəcibliyi o, qəlbi ilə yox, beyni və musiqini 
düzgün duymaq bacarığı sayəsində barmaqları ilə yaradır. Bu səsin yaratdığı dalğalar artıq qızı yeni 
dünyalara aparmır, qız sübh vaxtı çalınan zəng səslərini eşitmir, axşamqabağı torpağa düşən şehi 
görmür, günəş şüasının istiliyini və küləyin təravətini hiss eləmirdi.  Əvvəlki vəcdə gəlmə və romantika 
yox idi. Qız üzərində onun çox çalışdığı,  birlikdə işlədikləri, ancaq elə də uğura nail ola bilmədikləri 
yerləri, parçaları həyəcanla gözləyirdi. Onun gözlənilməyən nəvazişləri, əhvalının dilxor tutmaları, 



Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə