ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə28/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   24   25   26   27   28   29   30   31   ...   85

 
       – Hə, hə, – o dedi. – Aman Allah, bu haçan olub! Atam onda Hindistana getmişdi. Bir daha oradan 
qayıtmadı, onu birinci əfqan kampaniyasında öldürdülər. Mən uşaqlıqda vurulanda, başımı itirmişdim! 
Ancaq mən sənin yarın qədər də fərasətli deyildim. Sənə azacıq da oxşamırdım, Cip.  
 
        Uinton ətrafda baş verənləri yaddaşına köçürürmüş kimi yemək paylayanların hərəkətlərini qeyri – 
şüuru izləyən qızına baxıb düşündü: «Yer üzündəki ən heyranedici varlıq!» 
 
       – Hə, – o dedi, – sonra neyləyəcəyik? Bəlkə, teatra gedək, ya da muzik holla? 
 
        Cip başını yırğaladı, çox istiydi! Nəyə görə maşında gəzməsinlər, sonra da parkda oturmasınlar? 
Axşam düşürdü, bürkü elə də güclü deyildi, bulvarlarda və parklarda əsən külək toz və benzin qoxusu 
gətirirdi. Uinton sürücüyə o uzaq və keçən gecədəki ünvanı dedi: Naysbricsk qapısı. Onda onlar 
ekipajla getmişdilər və gecə küləyi birbaşa sifətlərinə vururdu, daha indi taksidə olduğu kimi 
boyunlarının dalına yox.  Onlar maşından düşüb Royu keçdilər, Lonq-Uoterin yanından ötdülər və 
ağacların arasıyla uzanan cığırla yuxarı qalxdılar. Burada  oturacaqlarda yanaşı oturaraq, Uintonun 
paltosuna büründülər. Hələ şeh düşməmişdi. Ağacların yarpaqları  istidə yüngül və hərəkətsiz halda 
dayanaraq, havanı ətirlərlə doldururdu. Otluqda, ağacların arasında sakitcə oturmuşdular, qaranlıqda 
onlardan başqa heç kim görünmürdü. Uintonun siqaretindən halqavari tüstü qalxırdı. O, tamamilə 
xatirələrə dalmışdı. Siqaretinin külü kostyumunun üstünə düşdü və külü çırpmaq üçün əlini qaldırdı. 
Cip onun qulağına pıçıldadı: 
 
       – Qaranlıqda çiçəklərin istisi və qoxusu necə də gözəldir! 
 
       –  Sadəcə, çox əladır! – Uinton səksəndi. – Ancaq mənim siqaretim söndü, spiçkam da yoxdur.  
 
         Cip onun əlindən yapışdı. 
 
       – Qaranlıq, sevənlərin bu pıçıltısı, sanki, biz hansısa sehrli dünyadayıq. Sənə elə gəlmirmi? 
 
        Küləyin ani şiddəti yarpaqları titrətdi və bir anlığa gecə pıçıltılarla doldu, sonra kiminsə qəhqəhəsi 
eşidildi. Cip ayağa qalxdı. 
 
       – Artıq şeh üşüdür. Bəlkə, gedək? 
 
          Füsunkarıq yoxa çıxdı. Gecə yenidən adi London gecəsi oldu. Park yenidən satıcıların və 
ruhanilərin axşam gəzintisinə çıxdıqları tozlu otlarla və çınqılla örtülən torpaq sahəsinə çevrildi.               
 
                                                
 
VIII  FƏSİL 
 
          
 
        Forsendən uzun-uzadı məktublar gəlməyə başladı. O, Cip üçün olduqca darıxırdı, ancaq hər şey 
nəzərə alınarsa, heç də pis əylənmirdi. O, pul istəyir, ancaq onları nəyə xərclədiyini bildirməyi 
unudurdu. Onsuz da azaldılmış büdcədən kənara çıxaraq, Cip ona pul göndərirdi, bu eyni zamanda 
onun özünün də məzuniyyəti idi və bunun üçün Cip özünə ödəmələr eləməyə icazə verirdi. Bir dəfə o, 
bahalı şeylər alan dükan axtarıb, satdığı şeylərin pulunun  hamısını ona göndərdi. Bu Cipə daha bir 


həftə verdi. 
 
       Bir dəfə Uintonla hələ də Dafna Uinqin çıxış  elədiyi «Oktaqon»a getdilər. Cip qızın onun bağına 
necə heyran olduğunu xatırlayaraq, ona məktub yazdı və qızı  səhər yeməyinə dəvət elədi ki, gəlib 
axşama kimi istirahət eləsin. 
 
        Miss Dafna acgözlüklə dəvətnaməni qəbul elədi, ağarmış, istidən yorulmuş halda gəldi, geniş 
kənarları olan sadə həsir şlyapa qoymuş, ipək parçadan tikilmiş don geymişdi. Səhər yeməyindən sonra 
onlar bağın ən kölkəli küncünə çəkildilər, Cip hörmə kresloda, Dafna isə otların üzərinə qoyulmuş balış 
üstə oturmuşdu. Uzun sürən ah seriyalarından sonra balaca rəqqasə ürəyini açmağı qərara aldı. Diqqətli 
dinləyici olan Cip, onun özündən daha maraqlı olan bu söhbətlərə maraqla qulaq asmağa başladı.  
 
        – Əlbəttə, imkan eləyən kimi mən evdən gedəcəyəm. Orada nələrin baş verdiyindən xəbərsiz 
olduğun həyata daxil olmaq, – bu ifadəni o, tez-tez işlədirdi, – yaxşı deyil. Mənim sənətimdə çox 
ehtiyatlı olmalısan. Doğrudu, çoxları onun əslindəkindən pis olduğunu düşünürlər, atam, hətta bəzən 
özündən çıxır. Düz deyilmi, missis Forsen, evdə dəhşətdir!  Biz qoyun əti yeyirik, amma görünür,  siz 
qoyun ətinin nə olduğun bilirsiniz! Sadəcə, yayda qoyun əti iyi verən otaqda yatmaq mümkün deyil. 
Hələ bir məşq eləmək də lazım gəlir. Bilirsən, mən nə istəyirəm, studiyamın olmasını. Misilsiz olardı, 
haradasa çayın sahilində olsaydı, ya da yuxarıda. Sizin yanınızda!  Doğrudan da, misilsizdir! Bilirsiniz, 
mən kənara bir az pul qoyuram. İki yüz funt yığan kimi qaçacağam. Musiqiçiləri, rəssamları 
maraqlandırmaq lap möcüzə olardı. Mən adicə «nömrə» olmaq istəmirəm, ildən ilə balet çağırışları və 
sair. Mən nə isə müstəsna olmaq istəyirəm! Anam isə axmaqcasına belə  düşünür, o, hesab eləyir ki, 
mən heç bir halda risq eləyə bilmərəm. Mənsə onunla razı deyiləm… Sizinlə söhbət eləmək necə də 
xoşdur, missis Forsen, ona görə ki, siz hələ gəncsiniz, məni başa düşürsünüz və mən əminəm ki, sizdən 
bəzi şeyləri soruşsam inciməzsiniz. Bax, kişilər haqqında, siz necə düşünürsünüz, ərə getmək lazımdır, 
ya məşuq əldə eləmək? Deyirlər, ehtirasın nə olduğunu hiss eləməsən, yaxşı artist ola bilməzsən. Əgər 
ərə gedərəmsə, onda yenidən qoyun əti, bəlkə də, ola bilər, uşaqlar, bəlkə, birdən qismətimə pis ər 
çıxdı? Uf! Hər halda, mən pozğunluğun əlehinəyəm. Mən pozğun adamlara nifrət edirəm, sadəcə, nifrət 
edirəm. Siz necə hesab edirsiniz? Bütün bunlar son dərəcə çətindir. Deyilmi? 
 
       Cip tam ciddi cavab verdi: 
 
      – Belə şeylər öz – özünə qaydaya düşür. Mən sizin yerinizə olsaydım, darıxmazdım. 
 
        Dafna Uinq əlini çənəsinə söykədi. 
 
        – Hə, mən özüm də elə düşünürəm. Əlbəttə, mən indi bunu da, o birisini də eləyə bilərəm. Ancaq 
bilirsinizmi, məni heç nə ilə nəzərə çarpmayan adi kişilər cəzb eləmirlər. Mən ancaq görkəmli kişiyə 
vurulacağıma əminəm. Axı siz də belə eləmisiniz, düz deyilmi? Buna görə də siz məni başa 
düşməlisiniz. Mən hesab edirəm mister Forsen heyranedici dərəcədə görkəmlidir! 
 
        Yarpaqların arasından süzülən günəş işığı birdən Cipin açıq boynuna düşdü. O, əvvəlki tək Dafna 
Uinqə ciddi qulaq asırdı. 
 
        – Əlbəttə, əgər mən anamdan bu haqda soruşsam, vay-şivən qoparar, atamdan isə danışmağa 
dəyməz. Amma bu olduqca mühümdür, deyilmi? Əvvəl başlayanda səhvə yol vermək olar, amma mən 
elə də irəli getmək istəyirəm… mən, sadəcə olaraq, öz işimə pərəstiş edirəm. Mən məhəbbətin işimə 
mane olmasını istəmirəm, məhəbbətin işimə kömək eləməsini istəyirəm, başa düşürsünüzmü? Qraf 
Rosek deyir ki, mənim rəqslərimdə ehtiras çatmır. Mən istəyirəm, siz deyəsiniz, elədirmi? Mən sizə 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə