Örtüyüdür. Onun kütləsi



Yüklə 264,32 Kb.
səhifə30/31
tarix11.12.2023
ölçüsü264,32 Kb.
#146001
1   ...   23   24   25   26   27   28   29   30   31
İqlim dəişmələri 1-6

Laylı-topa-Stratocumulus (Sc)-2,5km hündürlükdə şar şəklində olub, çox vaxt göy üzünü örtə bilər. Xusüsən qışda təsadüf olunur. Bu buludlar eyni ölçülü damcılardan ibarətdir. İri boz lələkli, dalğalar qalaq yaxud lövhə kimi görünür. Parça parça olur, yaxud göyün üzünü bütov örtük kimi tutur. Yüksək-topa buludlardan az hündürlüyü topaların böyüklüyü və çox sıxlığı ilə fərqlənir. Bu buludlardan çox az hallarda qısamüddətli zəif yağış gəlir. Adətən yağıntı törətmir. Dalğalı və topaşəkilli olur. Bu buludlar 1-2km şaquli uzunluğu malikdirlər. Yayda laylı-topa buludların aşağı sərhəddinin hündürluyu 600-1500m, qışda isə 300-600m təşkil edir. Azərbaycanda yalnız qışda bu buludlardan zəif narın yağış yağır. 3.Laylı-Stratus (St)-1km hündürlükdə olub hündür dumana bənzəyir. Bəzən bu blud parçalanır. Bu bulud parçası Fractostratos (Fs) adlanır. Bircins, boz lay olur, dumana oxşayıra, bəzən aşağıda parçalara bölünür. Adətən bütün göyün üzünü tutur, ayrı-ayrı kütlələrə bölünmüş şəkildə ola bilər. Növləri: dumana oxşar, laylara parçalanmış. Seyrək qara və çiskinə səbəb ola bilər. Laylı buludların qalınlığı 10-100m olur və nadir hallarda 500-800m-i keçir. Bu buludların aşağı sərhəddinin hündürlüyü 100-300m təşkil edir və hərdən onlar 100m-dən aşağı olurlar. Laylı buludlar temperatur inversiyası olduğu halda əmələ gəlir, bu inversiyaya yuxarı qalxan şaquli hava cərəyanı imkan verir. Bu əsas formalardan başqa, buludların digər qarışıq formalarına da təsadüf edilir. Şaquli inkişaf edən buludlar - bu buludların oturacaqları çox vaxt aşağı bulud səviyyəsində durur. Zirvələri isə orta və hətta yüksək səviyyədə ola bilər. Buraya: 1.Topa-Cumulus (Cu)- 1,5km hündürlükdə çox böyük topalar halında olur. Bəzən parçalanaraq Fractocumulus (Fs) adlanır. Bu buludlar damlalardan ibarətdir, sabit sistemdir, yağıntısızdır. Sıx yüksək , ağ topa və qülləvari zirvəsi və boz və göy rəngdə yastı əsası olan buludlardır. Ayrı-ayrı buludlar və ya böyük yağıntılar şəklində ola bilər. Adətən yağıntı düşmür.Növləri: yastı , orta , qalın. Çox müxtəlif variantları var: parçalanmış- topa-qülləvari, oroqrafik və s. Topa buludların əməə gəlməsində başlanğıc olan axınlar sakit hava qatını hərəkətə gətirir. Əgər son hava qatında kifayət qədər su buxarı olarsa , onda ağ nazik bulud pərdəciyi əmələ gətirir ki, bunlara da topa buludların “papağı” deyilir. Papaqlar 3-4km hündürlükdə müşahidə olunur. Əgər topa buludlar genişlənməkdə davam edərsə , onun təpəsi bulud pərdəsini deşə bilər. Axırıncı isə topa buludları bürünmüş olur. Bu buludların şaquli uzunluğu: 100m-dən 1km-ə qədər dəyişir. Topa buludlar şaquli uzunluqda 2-6km-ə qədər güclü topa buludlara çevrilə bilərlər. Topa buludlar çox vaxt yayda , payızda və yazda açıq günlərdə müşahidə olunur.
Yüklə 264,32 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə