Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə32/41
tarix21.10.2017
ölçüsü1,13 Mb.
#6278
1   ...   28   29   30   31   32   33   34   35   ...   41

 

65 


Sırğagülü  (Fuksiya)  -  Yağıotukimilər  (Onaqrakimilər)  fəsiləsindəndir.  Bunun  müxtəlif 

rənglərdə  sallanan  çiçəkləri  sırğanı  xatırladır.  Ona  görə  də  buna  sırğagülü  deyirlər.  Bitki  latın 

dilində  «Fuchsia»  adlanır.  Gözəl  gülünə  görə  orta  əsr  əlkimyagərləri  bu  bitkini  «tilsimli» 

adlandırmışlar.  O,  1696-cı  ildə  Cənubi  Amerikada  tapılmış  və  XVII  əsrdə  yaşamış  Fuks  adlı 

nəbatatçının şərəfinə Fuksiya adlandırılmışdır. Fuksiyanı qələm və toxumları vasitəsilə çoxaltmaq 

olar.  Ən  çox  yayılmış  növləri  Ġncə,  Tünd-qırmızı  fuk-siya  və  s.-dir.  MNB-da  örtülü  şəraitdə, 

şüşəbəndlərdə kolleksiyası vardır. 

Siçanquyruq-  Qaymaqçiçəklilər  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Myosurus»  adlanır.  Lüğəti  mənası  mios-siçan,  ura-quyruq  deməkdir.  Rus  dilində 

«Mışexvostnik» adlanır. Azərbaycan florasında 1 növü yayılmışdır. 



Siçanotu-  Kələmçiçəklilər  (Xaççiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın 

dilində  «Myagrum»,  rus  dilində  «Polevka»  adlanır.  Azərbaycanın  əksər  rayonlarında,  arandan 

orta dağ qurşağınadək, əsasən alaq bitkisi kimi əkin yerlərində, bostan sahələrində təsadüf edilir. 

Azərbaycan florasında Dəlinmişyarpaq siçanotu növü məlumdur.  



Sidr (Qədir ağacı) – Şam fəsiləsinə aiddir. Bitki latın dilində «Cedrus», rus dilində «Kedr» 

adlanır.    Qədim  dövrlərdən  sidr  ağacı  dərman  bitkisi  kimi  məlumdur.  Efir  yağı  əsasən  bitkinin 

yarpaq,  zoğ  və  iynələrindən  alınır.  Bitkinin  efir  yağı  hazırda  kosmetik  preparatların 

hazırlanmasında,  ətriyyatda  istifadə  edilir.  Tərkibində  əsas  etibarilə  50-70%  seskviterpenlər  və 

ketonlar  olur.  Sidr  ağacının  terapevtik  xüsusiyyətlərindən  biri,  onun  sakitləşdirici  təsirə  malik 

olmasıdır.  Hələ  lap  qədimdən  azəri-türkləri  Altaydan  Sibirə  köç  edərkən  bitkini  Qədir  ağacı 

adlandırmışlar.  Gövdə  yarpaqlarının  qurumuş  tozlarından  «Sidir»  alınır  ki,  bundan  da  cəsədin 

(insan  dünyasını  dəyişəndə)  tez  xarab  olmasının  qarşısını  almaq  üçün  onun  büküş  yerlərinə 

səpirdilər. MNB-nın kolleksiya sahəsində 3 növü becərilir. Azərbaycan florasında Himalay sidri 

növü geniş yayılmışdır.  



Sirkan  (Səbədə)  –  Tərəçiçəklilər  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Atriplex», rus dilində «Lebeda» adlanır. Cavan yarpaqları salatlarda və yağda qovrularaq yeyilir. 

Yarpaqlarında  «C»  vitamini,  toxumunda  saponin  vardır.  Toxumundan  göy  rəngli  boya  alınır. 

Çoxillik növləri yanacaq kimi faydalıdır. Azərbaycan florasında 1 növü məlumdur.  

Skabioza – Fırçaotukimilər fəsiləsinə aid olan birillik və çoxillik ot bitkiləridir. Bitki latın 

dilində  «Scabioza»  adlanır.  Lüğəti  mənası  scabies-  qaşınma  (qotur)  deməkdir.  Rus  dilində 

«Skabioza»    adlanır.  Bir  çox  rayonlarda  bitkiyə  qantəpər  də  deyirlər.  Dekorativ  əhəmiyyətli 

bitkilərdir. Azərbaycan florasında 12 növü vardır. MNB-da kolleksiya sahəsində becərilir.  



Skalider  –  Çətirçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Scaligeria», rus dilində «Skaliqeriə» adlanır. Azərbycan florasında 1 növü məlumdur.  



Sofora  (İran  yasəməni)-  Fabakimilər  (Paxlalılar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində 

«Sophora»  adlanır,  «Asfar»  ərəb  sözündən  götürülüb  sarı  rəng  mənasını  verir.  Rus  dilində 

«Sofora»  adlanır.  Dekorativ,  balverən,  boya,  dərman  əhəmiyyətli  bitkilərdir.  Xalq  təbabətində 

toxumlarının  spirtdə  hazırlanmış  cövhəri  bağırsaq  bitişmələrinin  (spayka)  qarşısını  alınır. 

Toxumları ləti təmizlənəndən sonra çox yaraşıqlı olur. Qurudulduqdan sonra onlara lak çəkilir və 

sonra  müxtəlif  bəzək  əşyaları:  qolbağ,  müncuq,  təsbeh  və  s.  hazırlayırlar.  Meyvələrindən  sarı 

boya  hazırlanır  ki,  bu  da  ipək  parçaların  boyanmasında  istifadə  olunur.  Azərbaycan  florasında 



Yapon so-forası növü geniş yayılmışdır. MNB-da kolleksiyada becərilir. 

Soğan-  Soğançiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Allium»  adlanır.  Allium 

sözünün  mənası  «All»-  acı  və  ya  yandırıcı  deməkdir.  Rus  dilində  «Luk»,  «Çesnok»  adlanır. 

Soğanın tərkibində olan fitonsid maddəsi acı olub, yandırıcı və gözyaşardıcı olmaqla, mikrobları 

öldürmə  qabiliyyətinə  malikdir.  Soğan  əsas  tərəvəz  bitkilərindən  biri  olub,  yaşıl  kütləsindən 

yemək, səbzə kimi, baş soğandan isə kulinariyada və konserv sənayesində geniş istifadə olunur. 

Soğanın tərkibində 2% zülal, 6-12% şəkər, 0,6-1,4% mineral duzlar, A, B, B

2

, C, PP vitaminləri 



və efir yağları kimi qiymətli maddələr vardır. Hələ lap qədimdən xalq arasında soğandan mədə-

bağırsaq,  çiban  tipli  yaraların  müalicəsində  geniş  istifadə  olunmuşdur.  İlk  dəfə  soğanı  6  min  il 




 

66 


əvvəl Orta Asiyada becərməyə  başlamışlar. Soğan oradan Misirə, eramızdan əvvəl isə Avropaya 

keçmişdir. Hazırda dünyanın bütün ölkələrində demək olar ki, soğan becərirlər.  İnsanlar qədimdə 

ət  xörəklərinə  yaxşı    dad  vermək  üçün  soğandan  geniş  istifadə  etmişlər.  Azərbaycanda  isə 

soğanın 49 növü bitir. Bunlardan 3 növü  kulturada becərilməklə istifadə olunur (Allium sepa-adı 

soğan, A. sativum-sarımsaq, A. porrum-kəvər). MNB-da 36 növün kolleksiyası vardır. Bir neçə 

növü floramızda nəsli kəsilməkdə olduğu üçün «Qırmızı Kitab»a daxil edilmişdir.  



Soviçiya-  Kərəvüzkimilər  (Çətirçiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın 

dilində  «Szovitsia»,  rus  dilində  «Soviçiə»  adlanır.  Azərbaycan  florasında  YaxĢımeyvə  soviçiya 

növü məlumdur. 

Soya-  Fabakimilər  (Paxlalılar)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Glycine», rus dilində «Soə» adlanır. Qiymətli yem və texniki bitkidir. Vətəni Çin hesab olunur. 

Soya universal qida bitkisidir. Onun toxumunda 35% zülal, 17-25% yağ və 20%-ə qədər nişasta 

olur.  Ondan  yağ,  marqarin,  soya  pendiri,  süd,  un,  qənnadı  məmulatı  və  konserv  istehsal  edilir. 

Azərbaycan florasında Əkmə soya növü məlumdur.  



Söyüd- Söyüdçiçəklilər fəsiləsinə aiddir. Bitki latın dilində «Salix» adlanır. Lüğəti mənası 

sal-yaxın,  lis-su  deməkdir.  Rus  dilində  «İva»  adlanır.  Söyüd  növləri  respublikamızın  əksər 

rayonlarda,  arandan  subalp  qurşağadək  əsasən  çay  vadilərində,  sucaq  və  rütubətli  meşəli 

dərələrdə  yayılmışdır.  Qabığının  tərkibində  5-16%  -ə  qədər  aşı  maddəsi  vardır  ki,  bunlar  da 

dərinin  aşılanmasında  istifadə  olunur.  Qabığı  həmçinin  qara  boyanın  alınmasında,  xalq 

təbabətində  isə  skorbut  və  qızdırmaya  qarşı  dərman  kimi  istifadə  olunur.  Yarpaqları  mal-qara 

tərəfindən  yeyilir.  Yarpaqlarında  194  mq%  C  vitamini  vardır.  Dekorativ  və  balverən  bitkidir. 

Azərbaycan florasında 13 növü bitir. MNB da Sallaq söyüd, Ağ söyüd,  BədmüĢk və s. növləri 

becərilir.  

Spanaq  (Şomu)  –  Tərəçiçəklilər  fəsiləsinə  aid  olan  birillik  və  ikiillik  bitkidir.  Bitki  latın 

dilində  «Spinacia»  adlanır.  Lüğəti  mənası  spina-tikan  deməkdir.  Rus  dilində  «Şpinat»  adlanır. 

Spanağın tərkibində 9-11% -ə qədər quru maddə, o cümlədən 2,5-3% -ə qədər ümumi şəkər olur. 

Spanağın hər 100 qramında 662 mq kalium, 106 mq kalsium, 62 mq natrium, 62 mq maqnezium, 

48 mq fosfor, 6 mq dəmir, 17 mq% C vitamini, 4,9 mq% karotin, 0,62 mq% RR vitamini, 0,24% 

B

2



 vitiamini, 0,22 % B

6

 vitamini və 0,086 mq% -dən çox B



1  

vitamini olur. Spanaqlardan müxtəlif 

milli xörəklər hazırlanır, konservlərə dadverici şirə istehsal edirlər. Spanaq zülallarla  zəngindir.  

Qan azlığı zamanı tövsiyyə olunur. Azərbaycan florasında 2 növü vardır.  



Stenoteniya  –  Kərəvüzkimilər  (Çətirçiçəklilər)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki 

latın dilində  «Stenotaenia»   adlanır.  Lüğəti  mənası  stenos-  dar,  taemion-borucuq  deməkdir. Rus 

dilində  «Stenoteniə»  adlanır.  Azərbaycan  florasında  Ġrimeyvə  stenoteniya  növü  məlumdur. 

Nadir bitkidir, «Qırmızı Kitab»a daxil edilmişdir. 



Steriqma  –  Kələmçiçəklilər  (Xaççiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın 

dilində «Sterigmostenum» adlanır. Lüğəti mənası steriqma-dirək, stemon-erkəkcik deməkdir. Rus 

dilində «Steriqma» adlanır. Azərbaycan florasında 3 növü məlumdur.  

Steveniella-  Səhləbçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Steveniella»,  rus  dilində  «Steveniella»  adlanır.  Dekorativ  və  dərman  bitkisidir.  Azərbaycan 

florasında 1 növü yayılmışdır. 



Stizolofus-Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan birillik bitkidir. Bitki 

latın dilində «Stizolophus» adlanır. Lüğəti mənası stizein-sındırmaq, lophos-daraq deməkdir. Rus 

dilində  «Stizolofus»  adlanır.  Onlar  respublikanın  əksər  rayonlarında,  arandan  orta  dağ 

qurşağınadək,  quraq,  çınqıllı  yamaclarda,  kserofil  kolluqlar  arasında  yayılıb.  Azərbaycan 

florasında 2 növü məlumdur. 

Suboyar-  Suboyarlar  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Hydrocharis»,  rus  dilində 

«Vodokras»  adlanır.  Dekorativ  və  dərman  bitkisidir.  Xalq  təbabətində  yarpağının  həlimindən 

dərinin yumşaldılması vasitəsi kimi isti-fadə olunur. Bitki akvarium üçün yararlıdır. Azərbaycan 

florasında Adi su-boyar növü geniş yayılmışdır. 




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə