Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə30/41
tarix21.10.2017
ölçüsü1,13 Mb.
#6278
1   ...   26   27   28   29   30   31   32   33   ...   41

 

61 


zərərvericilərlə  mübarizədə  istifadə  olunur.  Azərbaycan  florasında  2  növü  mədəni  şəraitdə 

becərilir. MNB-da kolleksiyası vardır. 



Sabunotu-  Qərənfilçiçəklilər  fəsiləsinə  aid  olub,  birillik  və  çoxillik  bitkidir.  Bitki  latın 

dilində  «Saponaria»  adlanır.  Lüğəti  mənası  sapon-sabun  deməkdir.  Rus  dilində  «Mılğnənka» 

adlanır.  Kökümsovunda  35%-dən  çox  saponin  vardır,  ipək  və  yun  parçaların  yuyulması  üçün 

istifadə  oluna  bilər.  Tibbdə  bəlğəmgətirici  kimi  istifadə  olunur.  Sabunotu  həmçinin  dekorativ 

bitkidir. Azərbaycan florasında 4 növü vardır. 

Saçaqotu-  Filqiləkimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  di-lində 

«Myriophyllum»  adlanır.  Lüğəti  mənası  miros-çox,  fillum-yarpaqcıq  de-məkdir.    Rus  dilində 

«Urutğ»  adlanır.  Saçaqotu  suyun  hərarətinə  daha  çox  həssasdır.  Bu  bitki  su  altında  bir  çox  su 

heyvanlarının  qidasını  təmin  edir.  Toxumu  xırda  balıqların  qidalanması  üçün  çox  faydalıdır. 

Azərbaycan flora-sında 2 növü vardır.  



Saksaul  (Şahsevdi)- Tərəçiçəklilər  fəsiləsinə aiddir.  Bitki latın  dilində  «Halostachys»,  rus 

dilində  «Solənokolosnik»  adlanır.  Saksaulun  zoğları  mal-qara  tərəfindən  yeyilir.  Potaşın  (qələvi 

ağ  maddə)  alınmasında  istifadə  olunur.  Azərbaycan  florasında  Kaspi  saksaulu  (Halostachys 

caspica) növü vardır. 

Saqqalüstü-  Səhləbçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Epipogon»,  rus  dilində  «Nadborodnik»  adlanır.  Azərbaycan  florasında  Yarpaqsız  saqqalüstü 

(Epipogon epipogium) növü yayılmışdır. 

Salaməleyküm-  Cilçiçəklilər  fəsiləsinə  aid  olan  birillik  və  çoxillik  bitkidir.  Bitki  latın 

dilində  «Cyperus»,  rus  dilində  «Sıtğ»  adlanır.  Həddən  artıq  sürətlə  kök  atma  qabiliyyətinə 

malikdir.  Əkin  sahəsindən  alaq  bitkisi  ki-mi  təmizlədikdə  səhəri  yenidən  bitdiyi  görünür.  Ona 

görə ona  «salam-əleyküm» adı vermişlər. Lölə salaməleyküm növünün kökləri acı tam verir və 

mətbəx  ədviyyatı  kimi  istifadə  olunur.  Salaməleykümün  kök  yumrusu  qidada  istifadə  olunur. 

Azərbaycan florasında 8 növü vardır. 



Salxımotu-  Koramalotu  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Botrychium»  adlanır.  Lüğəti 

mənası  botryus-salxım  deməkdir.  Rus  dilində  «Qrozdovnik»  adlanır.  Azərbaycan  florasında 



Yarımay salxımotu (Botrychium lunaria) növü yayılmışdır. 

Salviniya-  Salviniyalar  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Salvinia»,  rus  dilində 

«Salğviniə»  adlanır.  Əsasən  Sabirabad,  Ağdaş,  Kürdəmir,  Göy-çay,  Xanlar,  Lənkəran  rayonları 

ərazilərində  sakit  axan  və  durğun  sularda  bitir.  Həmin  ərazilərin  qurudulması  nəticəsində  bu 

növün  populyasiyası  xeyli  azalmışdır.  Bəzək  bitkisidir.  Azərbaycan  florasında  Üzən  salviniya 



(Salvinia natans) növü yayılmışdır. 

Sancaqayaq-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Sphenopus» 

adlanır.  Lüğəti  mənası  sfen-toppuz,  pus-ayaq  deməkdir.  Rus  di-lində  «Bulavonojka»  adlanır. 

Azərbaycan florasında KilkəĢli sancaqayaq (Sphenopus divaricatus) növü məlumdur. 

Sancaqlıca- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aiddir. Bitki latın dilində «Weingaertneria», 

rus  dilində  «Bulavonoseü»  adlanır.  Azərbaycan  florasında  Bəndli  sancaqlıca  (Weingaertneria 



articulata) növü məlumdur. 

Santolina-  Kəpənəkçiçəklilər  (Mürəkkəbçiçəklilər)  fəsiləsinə  aiddir.  Bit-ki  latın  dilində 

«Santolina»  adlanır.  Lüğəti  mənası  sanctus-müqəddəs,  linum-kətan  deməkdir.  Rus  dilində 

«Santolina» adlanır. Dekorativ və dərman bit-kisidir. Yaşıllaşdırma və bəzək-bağçılıqda müxtəlif 

çiçək kompozisiyaları  yaratmaq üçün çox qiymətlidir. Tərkibində insektisid vardır. Azərbaycan 

florasında 2 növü məlumdur. 



Sarağan-  Sumaqkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Cotinus»,  rus  dilində 

«Skumpiə»  adlanır.  Efir  yağlı,  aşı  maddəli  olub,  ətriyyatda,  təbabətdə  və  boyaqçılıqda    geniş 

istifadə  olunur.  Yaşıllıqların  salınması  üçün  də  faydalıdır.  Yarpaqlarında  11-20%-ə  qədər  aşı 

maddəsi  olur  ki,  bunlardan  da  texniki  və  tibbi  tannin  almaq  olur.  Tibbi  tannindən  müxtəlif 

preparatlar  (tannalbin,  tannoform)  hazırlanır  ki,  bunlardan  da  müxtəlif  xəstəliklərdə  büzücü 

dərman kimi istifadə olunur. Sarağanın yarpaq və çiçəklərində efir yağı vardır ki, bu da ətriyyat 




 

62 


sənayesində  istifadə  olunur.  Əsas  tərkib  hissəsi-mirsen,  kamfen  və  s.  ibarətdir.  Yarpaqlarında 

91,7 mq% C vitamini olur. Azərbaycan florasında 1 növü vardır. MNB-nın kollek-siya sahəsində 

becərilir. 

Sarıbaş-  Tərəçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Kalidium»,  rus  dilində 

«Potaşnik»  adlanır.  Payızın  axırlarında,  xüsusilə  şaxtalardan  sonra  dəvələr  tərəfindən  yeyilir. 

Qələvi (potaş) və soda istehsalı  üçün xammal mənbəyidir. Yaşıl sabun qatılmış sarıbaş bitkisinin 

cövhəri  ziyanvericilərə  öldürücü  təsir  göstərir.  Şaxlarından  yanacaq  kimi  istifadə  olunur. 

Azərbaycan florasında 1 növü məlumdur. 

Sarıbənövşə- Kələmçiçəklilər (Xaççiçəklilər) fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın 

dilində  «Cheiranthus»,  rus  dilində  «Jeltofiolğ»  adlanır.  Kulturada  (becərilən  halda)  rast  gəlinir, 

Azərbaycanda  gül  mağazalarında  vardır.  Azərbaycan  florasında  Bağ  sarıbənövĢəsi 

(Cheiranthus cheiri) nö-vü məlumdur. 

Sarıkol-  Fabakimilər  (Paxlalılar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Spartium»  adlanır. 

Lüğəti mənası spartios-kol deməkdir. Rus dilində «Metelğnik» adlanır. Dekorativ, balverən, boya 

(sarı  rəng)  xassəli,  vitaminli,  efir  yağlı  bitkidir.  Gövdə  və  çiçəklərindən  sarı  boya  alınır. 

Çiçəklərində çox miqdarda efir yağı vardır. Həddən çox iylədikdə baş-gicəllənmə əmələ gətirir. 

Yarpaq  və  çiçəklərində  C  vitamini  olur.  Azər-baycan  florasında  1  növü  məlumdur.  MNB-nın 

kolleksiya sahəsində becə-rilir. 



Sarıkök  (Kurkuma)-  Zəncəfilçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın 

dilində  «Curcuma»,  rus  dilində  «Kurkuma»  adlanır.  Yeraltı  orqanı  köküyumruludur. 

Kökyumrularını  bölməklə  çoxalır.  Kökümsovundan  alınan  yağı  yeyinti  sənayesində,  ədviyyatda 

istifadə  olunur,  həmçinin  dərman,  boyaq  bitkisi  kimi  qiymətlidir.  Kökümsovlarının  tərkibində 

nişasta,  1,5-5%-ə  qədər  efir  yağı,  kurkumun  adlı  boyaq,  alkoloid  maddələri,  müxtəlif  duzlar, 

qatran,  kalium  və  s.  vardır.  Vətəni  Asiyanın    cənub  şərq  ölkələri    hesab  edilir.    Azərbaycanda 

mədəni halda becərilir. 

Sarımsaq- Soğançiçəklilər fəsiləsinə aiddir. Bitki latınca «Allium sativum», rus dilində isə 

«Çesnok»  adlanır.  Sarımsağın  tərkibində  35,34%  quru  maddə,  o  cümlədən  26,31%  şəkərlər, 

6,76%  yağ,  0,06%  sellüloza,  0,76%  maqnezium,  molibden,  mis,  kobalt,  vanadium,  qurğuşun, 

titan,  fosfor,  kükürd,  xlor  və  s.  maddələr  vardır.  Sarımsaq  ən  çox  kolbasa  istehsalında, 

tərəvəzlərin duza qoyulmasında, marinadlaşdırılmasında və müxtəlif xörəklərin hazırlanmasında 

istifadə edilir. Sarımsağın təzə soğa-nağından və ondan hazırlanmış preparatdan soyuqdəymədə, 

mikrob-ların məhv edilməsində, qan təzyiqinin aşağı salınmasında, xoles-terinin çı-xarılmasında, 

orqanizmin  möhkəmləndirilməsində,  mədə-bağırsaq  qıc-qırmalarının  qarşısının  alınmasında 

istifadə olunur. 

Sarımsaqotu- Kələmçiçəklilər (Xaççiçəklilər) fəsiləsinə aid olan ikiillik bitkidir. Bitki latın 

dilində  «Alliaria»  adlanır.  Lüğəti  mənası  allium-sarımsaq  deməkdir.  Rus  dilində  «Çesnoçnik» 

adlanır.  Sarımsaqotunun  yarpaqları  xalq  arasında  qidada  sarımsağı  əvəzedən  ədviyyat  kimi 

istifadə  olunur.  Toxumlarında  30%-ə  qədər  qatı  yağ  vardır.  Azərbaycan  florasında  2  növü 

yayılmışdır. 

Sarmaşıq- Sarmaşıqkimilər fəsiləsinə aid olan birillik və çoxillik bitkidir. Bitki latın dilində 

«Convolvulus»  adlanır.  Lüğəti  mənası  convolvere-  burulmaq  deməkdir.  Rus  dilində  «Vğönok» 

adlanır.  Dəniz  sahili  qumluqlardan  orta  dağ  qurşağınadək,  ən  müxtəlif  bitmə  şəraitlərində-meşə 

və kolluqlarda, çay kənarlarında, əkin və bostanlarda və s. rast gəlir. Kökləri uzun və budaqlıdır, 

torpaqda  dərinə  getdiyi  və  kök  bicləri  əmələ  gətirdiyindən  alaq  kimi  əkinlərdə  yayılmışdır.  Çöl 

sarmaşığı  bitkilərə  sarmaşaraq  qalxır,  onların  normal  inkişafına  mane  olur.  Bəzi  növləri  xalq 

təbabətində  mədə  xəstəlik-lərinin  müalicəsində  istifadə  olunur,  vitaminli  növləri  də  vardır. 

Azərbaycan florasında 8 növü vardır. MNB-nın kolleksiya sahəsində 50-dən çox növü məlumdur. 

Sarsazan  (Qaraşoran)-  Tərəçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Halocnemum» 

adlanır. Lüğəti mənası qale-duz, knemis-qın deməkdir. Rus dilində «Sarsazan» adlanır. Mal-qara 

tərəfindən  yeyilir.  Tərkibində  çoxlu  miqdarda  qələvi  (potaş)  vardır.  Bitki  zərərvericilərinə  qarşı 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə