Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə26/41
tarix21.10.2017
ölçüsü1,13 Mb.
#6278
1   ...   22   23   24   25   26   27   28   29   ...   41

 

53 


bitkisidir.  Gövdəsi  iplərin,  zənbillərin  və  s.  hazırlanmasında  istifadə  oluna  bilər.  Azərbaycan 

florasında Qızaran murquz növü yayılmışdır. 



Mürgüotu-  Qərənfilçiçəklilər  fəsiləsinə  aid  olan  birillik  və  ikiillik  bitkidir.  Bitki  latın 

dilində  «Elisanthe»,  rus  dilində  «Drema»  adlanır.  Azərbaycan  florasında  2  növü-YapıĢqanlı  və 



Gecə növü vardır. 

Nalotu-  Fabakimilər  (Paxlakimilər)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Hippocrepis», rus dilində «Qippokrepis», «Podkovnik» adlanır. Cavan vaxtı mal-qara tərəfindən 

yeyilir. Balverən bitkidir. Azər-baycan florasında Ġkiçiçək nalotu növü vardır. 



Nar-  Narkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Punica»,  rus  dilində  «Qranat», 

«Qranatnik» adlanır. Çox qiymətli dərman, boyaq və qida bitkisidir. Yabanı nar təbii halda toxum 

və kök pöhrələri ilə artır. Onun meyvəsində 5,5-21% şəkər, 0,2-4% limon turşusu, 0,19% pektin 

vardır.  Qabığında  20-30%  aşı  maddəsi  vardır.  Nar  çiçəyinin  ləçəyindən,  qönçə-lərindən  və 

meyvələrindən  hazırlanmış  narşərab  və  cövhərdən  qanaxmaya,  boğaz  ağrısında,  ishala  qarşı 

istifadə  edilir.  Əhali  narın  qabığından  boyaq  kimi  istifadə  edir.  Nar  şirəsində  14%-ə  qədər  C 

vitamini vardır. Azərbaycan florasında Adi nar növü yayılmışdır. MNB-nın kolleksiya sahəsində 

Tumsuz və Tumlu nar əkilib becərilir. 

Narıngi-  Sədokimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Citrus  reticulata  Blanco»,  rus 

dilində «Mandarin» adlanır. Meyvələrdə 7,4-7,8% şəkərlər (o cümlədən 2,0-3,5%fruktoza, 1-3% 

qlükoza), 0,95%  limon turşusu, 1,5-3,8% pektin maddələri, A  (0,42  mq  /  100  q), B

1

  (0,06  mq / 



100  q),  B

2

  (0,06  mq  /  100  q),  C  (60  mq  /  100  q),  PP  (0,13  mq  /  100  q)  vitaminləri,  mineral 



maddələr (0,4-0,8%) və s. vardır. Narıngi meyvələrinin zəngin kimyəvi tərkibi, sitruslar arasında 

ona  yüksək  yer  və  «mandarin»  (Çin  dilində  «hökmran»  deməkdir)  adı  verilməsinə  səbəb 

olmuşdur. Narıngi meyvələri bəd xassəli şişlərin, ateroskleroz, piylənmə, podaqra, sinqa,anemiya, 

hipertoniya, soyuqdəymə, infeksion xəstəliklər, şişmə, qəbizlik, dəri və d. xəstəliklərin kompleks 

müalicəsində istifadə olunur. Narınginin qabığının sulu məhlulu iştahı artırır, həzmi yaxşılaşdırır, 

öskürəyi yumşaldır, qurudulmuş qabıqdan alınmış həlim öskürəyi kəsir, bronxit, ürək bulanması 

zamanı sakitləşdirici təsir göstərir. MNB-nın şüşəbəndlərində kolleksiyası vardır. 

Nayas-  Nayaskimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Najas»,  rus  dilində  «Rezuxa», 

«Naəda» adlanır. Azərbaycan florasında 2 növü yayılmışdır. 



Nalbənd  (Qarağac)-  Qarağackimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Ulmus  densa», 

rus  dilində  «Vəz»,  «Berest  qustoy»  adlanır.  Nalbənd  öz  gözəl  çətir  (çadır)  formalı,  sıx  şaxlı-

budaqlı  çətirlərinə  görə  başqa  növlərdən  qiymətli  hesab  olunur.  Onun  çətirləri  sıx  yarpaqlı  və 

budaqlı olaraq, möh-kəm  kölgəlik əmələ  gətirir. Nalbənd  ağacının çətiri  o  qədər  sıxdır ki,  onun 

altında  bərk  yağışdan,  doludan  və xüsusən qızmar  günəşdən  asan-lıqla  qorunmaq  olur.  Nalbənd 

ən çox calaq üsulu ilə, bəzən isə toxumlarla artırı-lır. Nalbənd gözəl bəzək bitkisi və çox kölgəli 

ağac olduğuna görə, ondan Azərbaycanın quraqlıq rayonlarında, birinci növbədə Bakı, Sumqayıt, 

Gəncə,  Mingəçevirdə  və  digər  düzənlik  dağətəyi  və  dağlıq  rayonlarında  yaşıllıqlarda  geniş 

istifadə etmək olar. MNB-nın kolleksiyasında becərilir. 

Naz- Fabakimilər (Paxlakimilər) fəsiləsinə aiddir. Bitki latın dilində «Genista», rus dilində 

«Drok» adlanır. Dekorativ və boyaq bitkiləridir. Çiçəklərinin tərkibi efir yağı ilə zəngin olduğuna 

görə azacıq iylədikdə baş gicəllənməsi əmələ gətirir. Parçaların sarı rəngə boyanmasında istifadə 

olunur. Yarpaq və zoğlarından yaşıl boya alınır. Azərbaycan florasında 2 növü vardır. MNB-nın 

kolleksiya sahəsində 2 növü becərilir. 

Nazikbaldır-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Koeleria»,  rus 

dilində  «Tonkonoq»  adlanır.  Yem  bitkisidir  və  mal-qara  tərəfindən  yaxşı  yeyilir.  Azərbaycan 

florasında 3 növü vardır. 

Nazikquyruq-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Lepturus»,  rus 

dilində «Tonkoxvostnik» adlanır. Azərbaycan florasında 3 növü vardır. 



 Nektoroskordum-  Soğançiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Nectaroscordum»,  rus  dilində  «Nektaroskordum»  adlanır.  Bəzək  nöqteyi-nəzərdən  çox 


 

54 


qiymətlidir.  Xalq  arasında  soğanaqlarını  bəd  xassəli  yaraların  müalicəsində  istifadə  edirlər. 

Çoxalmaları  toxumları  və  soğanaqları  vasitəsilədir.  Azərbaycanda  2  növü  bitir.  Hər  2  növ: 



Dioskorid  və  Üçfutlu  nektaroskordum  növləri  keçmiş  ittifaqın  və  Azərbaycanın  «Qır-mızı 

Kitab»larına daxil edilmişdir. MNB-da kolleksiyası vardır. 



Nesliya- Kələmkimilər (Xaççiçəklilər) fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın dilində 

«Neslia», rus dilində «Nesliə» adlanır. Azərbaycan florasında 2 növü vardır. 

Nəfəsotu-  Fabakimilər  (Paxlakimilər)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Cytisus»,  rus 

dilində «Rakitnik» adlanır. Dekorativ, balverən bitkidir. Azərbaycan florasında Qafqaz nəfəsotu 

növü vardır. 

Nəmgül  (Mərcanotu)-  Dodaqçiçəklilər  (Dalamazkimilər)  fəsiləsinə  aid  olan  çoxillik 

bitkidir.  Bitki  latın  dilində  «Betonica»,  rus  dilində  «Bukviüa»  adlanır.  Yaş-piy  verən  bitkidir, 

toxumlarında  42%  yağ  vardır  və  həmçinin  tərkibi  acı  və  aşı  maddələri  ilə  zəngindir.  Olduqca 

dekorativ, həmçinin dərman və texniki bitkilərdir. Azərbaycan florasında 4 növü vardır. 



Nərgiz-  Nərgizçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Narcissus»  adlanır.  Nərgiz 

yunanca «naren» sözündən olub, lüğəti mənası «donub», yaxud «quruyub qalmış» deməkdir. Rus 

dilində  «Narüiss»  adlanır.  Bütün  növlərinin  soğanaqları  zəhərlidir.  Soğanaqlarının  tərkibində 

narsisin alkaloidi vardır ki, bu da hələ uzaq keçmişlərdə təbabətdə çox geniş istifadə olunmuşdur. 

Nərgiz  bəzək-bağçılıqda  əvəzolunmaz  qiymətli bitkidir. Nərgiz  gülü  istiyə,  soyuğa,  xəstəliyə  və 

zərərvericilərə  qarşı  çox  davamlıdır.  Bitkinin  çiçəyindən  eyni  zamanda  yaxşı  gül  dəstəsi 

düzəldilir. Azərbaycanda nərgizin mədəni halda becərilən «yalançı», «poetik», «taset» qrupundan 

olan bir çox sortlarına rast gəlinir. MNB-nın kolleksiya sahəsində 25 çeşidi (sortu) vardır. 



Nikandra-  Badımcançiçəklilər  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Nicandra», rus dilində «Nikandra» adlanır. Dekorativ bitkidir. Toxumlarının tərkibində 24%-ə 

qədər yağ vardır. Azərbaycan florasında 1 növü bitir. 



Nil (bax: Azat ağacı) 

Nilufər  (Suzanbağı)-  Suzanbağı  fəsiləsinə  aid  olub,  çoxillik  köküm-sovlu  ot  bitkisidir. 

Ağçiçək,  narıncı  nilufər  növü  su  hovuzlarında  becərilir.  Cavan  kökümsovlar  bişirilmiş  və  ya 

qovrulmuş  halda  yeyilir.  Azərbaycanda  1  növü-  Ağçiçək  nilufərdir  (Nymphaea  alba)

Azərbaycanda  MNB-da  geniş  yayılmış  Cəhrayı  nilufərdir  (N.  rosea).  Azərbaycanın  «Qırmızı 

Kitab»ına da-xil edilmişdir. 

Nonnea- Sümürgənkimilər fəsiləsinə aid olan birillik, ikiillik və çoxillik bitkidir. Bitki latın 

dilində «Nonnea», rus dilində «Nonneə» adlanır. Azərbaycan florasında 10 növü vardır. 



Noxud-  Fabakimilər  (Paxlakimilər)  fəsiləsinə  aid  olan  birillik  və  çoxillik  bitkidir.  Bitki 

latın  dilində  «Cicer»,  rus  dilində  «Nut»  adlanır.  Noxud  böyük  qida  əhəmiyyətinə  malik  olub, 

zülal  ilə  çox  zəngin  olan  tərəvəz  bitkilərindən  sayılır.  Göy  noxudda  4-6,5%  zülal,  11%-ə  dək 

karbohidrat,  o  cümlədən  4,2%  şəkər,  1%-dək  sellüloza,  25-38  mq%  C  vitamini,  1,7%  A 

provitamini,  2,6  mq%  RR  vitamini  vardır.  Quru  noxud  dənində  isə  30-35%  zülal  olur.  Noxudu 

təzə  halda  şorbaya  tökmək,  dənlərini  pörtlədib  müxtəlif  salatlara  qatmaq  və  marinadlaşdırmaq 

olur.  Göy  noxudun  dəni  çıxarılmış  şirəli  qınları  hüyvanlar  üçün  qiymətli  yemdir.  Azərbaycan 

florasında 2 növü vardır ki, bunlardan biri də mədəni şəraitdə becərilir. 



Nosa-  Tərəçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Noaea»,  rus  dilində  «Nosa» 

adlanır. Azərbaycan florasında Sivriuc nosa növü vardır. 



Notobazis- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan birillik bitkidir. Bitki 

latın  dilində  «Notobasis»  adlanır.  Lüğəti  mənası  notos-bel,  basis-əsası  deməkdir.  Rus  dilində 

«Notobazis» adlanır. Azərbaycan florasında Suriya notobazis növü yayılmışdır. 

Novruzçiçəyi-  Novruzçiçəyikimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Primula»  adlanır.  Lüğəti  mənası  prima-ilk  deməkdir.  Rus  dilində  «Pervoüvet»,  «Primula» 

adlanır.  Novruzçiçəyi  növləri  qiymətli  dərman,  dekorativ,  efiryağlı  və  vitaminli  bitkilərdir. 

Kökümsov və köklərində saponin (5-6%), şəkərli və aşı maddələri, nişasta, pektinlər, C vitamini 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə