Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə27/41
tarix21.10.2017
ölçüsü1,13 Mb.
#6278
1   ...   23   24   25   26   27   28   29   30   ...   41

 

55 


vardır.  Balverən  bitkidir.  Azərbaycan  florasında  8  növü  yayılmışdır.  İki  növü  nadir  və  nəsli 

kəsilməkdə olan bitki kimi Azərbaycanın «Qırmızı kitab»ına daxil edilmişdir.  



Odotu-  Lamiasiyakimilər  (Dodaqçiçəklilər)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın 

dilində  «Phlomis»  adlanır.  Lüğəti  mənası  phlox-od  de-məkdir.  Rus  dilində  «Zopnik»  adlanır. 

Azərbaycan florasında 6 növü vardır. 

Oxçətir-  Kərəvüzkimilər  (Çətirçiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın 

dilində  «Scandix»  adlanır.  Lüğəti  mənası  xandix-qılınc  və  ya  pipik  deməkdir.  Rus  dilində 

«Skandiks» adlanır. Alaq bitkisidir. Azərbaycan florasında 5 növü yayılmışdır. 

Oxlivə-  Kərəvüzkimilər  (Çətirçiçəklilər)  fəsiləsinə  aid  olan  ikiillik  bitkidir.  Bitki  latın 

dilində  «Smyrnium»  adlanır.  Lüğəti  mənası  smyrna-mirra  (ətirli  qətran)  deməkdir.  Rus  dilində 

«Smirniə»  adlanır.  Ətli  kök  hissəsi  və  yarpaqları  güclü  ətirə  malikdilər.  Salata  ədviyyat  kimi 

qatılır.  Bundan  əlavə  ətirli  iy  vermək  üçün  şorbaya  da  qatılır.  Azərbaycan  florasında 

Dəlinmişyarpaq oxlivə növü vardır. 

Oxotu-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Oplismenus»  adlanır. 

Lüğəti  iənası  oplicmenoc-silahlanmış  deməkdir.  Rus  dilində  «Ostənka»  adlanır.  Azərbaycan 

florasında Qumral oxotu növü yayıl-mışdır. 

Oxyarpaq- Süsənbərçiçəklilər fəsiləsinə aiddir. Bitki latın dilində «Sagittaria», rus dilində 

«Strelolist» adlanır. Kökümsovundan nişasta alı-nır. Azərbaycan florasında Üçyarpaq oxyarpaq 

növü vardır. 

Oleandr  (Söyüdgülü)- Kəndirçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Nerium»,  rus 

dilində  «Oleandr»  adlanır.  Xalq  təbabətində  oleandrın  yarpaq  və  qabığını  cövhər  halında 

səpgilərə sürtürlər. Qabıq və yarpaqlarında olan qlükozid nerpin, neriantin, oleandrin (foliperin), 

rozagenin  ürəyə  təsir  edir  və  müxtəlif  fəallığa  malikdilər.  Zəhərli  bitkidilər.  Nə  qurudulmuş,  nə 

də qaynadılmış halda zəhərlilik xüsusiyyətini itirmirlər. Azərbaycan florasında Adi oleandr növü 

mədəni  şəraitdə  becərilir.  Quraqlığadavamlı  olub  3-4  ay  çiçəkləmələri  davam  edir.  MNB-nın 

kolleksiya sahəsində iki növü becərilir. 

Oliqoxeta- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan birillik bitkidir. Bitki 

latın dilində «Oligochaeta» adlanır. Lüğəti mənası oligos-bir qədər, chaete-at yalı deməkdir. Rus 

dilində «Oliqoxeta» adlanır. Azər-baycan florasında Dağınıq oliqoxeta növü vardır. 

Onaqra- Onaqrakimilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində «Epilobium», 

rus  dilində  «Kiprey»  adlanır.  Onaqra  növlərindən  bəziləri  (tüklü  onaqra)  bal  arısı  üçün  qida 

(nektar)  verir  və  yarpaqlarında  145,1  mq%  C  vitamini  vardır.  Azərbaycanda  bu  cinsin  14  növü 

yayılmışdır. 



Ononis-  Fabakimilər  (Paxlakimilər)  fəsiləsinə aid olan  çoxillik  bitkidir.  Bitki  latın dilində 

«Ononis»,  rus  dilində  «Stalğnik»  adlanır.  Köklərində  qlükozid  anonin  vardır.  Sidikqovucu 

xassəyə malik dərman bitkisidir. Azərbaycan florasında 5 növü vardır. 



Onosma- Sümürgənkimilər fəsiləsinə aid olan ikiillik və çoxillik bitkidir. Bitki latın dilində 

«Onosma», rus dilində «Onosma» adlanır. Azərbaycan florasında 7 növü yayılmışdır. 

Orabanş  (Kəhrə)-  Kəhrəkimilər  (Orabanşkimilər)  fəsiləsinə  aid  olan  birillik,  ikiillik  və 

çoxillik bitkidir. Bitki latın dilində «Orobanche», rus dilində «Zarazixa» adlanır. Kənd təsərrüfatı 

bitkilərinə  (bostan,  tərəvəz,  paxlalı  və  s.)  və  dekorativ  bitkilərə  ziyan  vurur.  Azərbaycan 

florasında 49 növü vardır. 



Ortanta-  Qurdağzıçiçəklilər  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Orthantha», rus dilində «Ortanta» adlanır. Azərbaycan florasında bir növü yayılmışdır. 

Öküzboğan (Öküz öldürən)- Kərəvüzkimilər (Çətirçiçəklilər) fəsiləsinə aid olan birillik və 

çoxillik  bitkidir.  Bitki  latın  dilində  «Bupleurum»,  rus  dilində  «Voloduşka»  adlanır.  Alkaloidli, 

saponinli,  vitaminli  və  dərman  əhəmiyyətli  növləri  vardır.  Dekorativ  bitkidir.  Azərbaycan 

florasında 12 növü bitir. MNB-nın kolleksiya sahəsində becərilir. 



Öldürgən-  Tərəçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Anabasis»,  rus  dilində 

«Ejovnik»  adlanır.  Cavan  zoğlarında  anabazin  alkaloidi  vardır  ki,  ondan  dekorativ  və  meyvə 




 

56 


ağaclarının  zərərvericilərinə  qarşı  mübarizədə  istifadə  olunur.  Azərbaycan  florasında  4  növü 

yayılmışdır. 



Ödotu  (Quruçiçək)-  Kəpənəkçiçəklilər  (Mürəkkəbçiçəklilər)  fəsiləsinə  aid  olan  çoxillik 

bitkidir.  Bitki  latın  dilində  «Helichrysum»  adlanır.  Lüğəti  mənası  helix-burulmuş,  qıvrılmış, 

chrysos-qızıl (helios-günəş, chrysos-qızılı) deməkdir. Bitkinin rəngi qızıla oxşadığına və  günəşə 

bənzədiyinə  görə  bitkiyə  bu  ad  verilmişdir.  Rus  dilində  «Ümin»,  «Bessmertnik»  adlanır. 

Tərkibində  flavonoidlər,  qlikozidlər,  aşı  maddələri,  efir  yağı,  piyli  və  qətranlı  maddələr,  üzvi 

turşular,  karotin  və    K  vitamini  vardır.  Çiçəklərindən  çay  dəmləyib,  ödqovucu  dərman  kimi, 

qaraciyər  və  öd  yolları  xəstəliklərində,  böyrək  daşlarına  qarşı  istifadə  olunur.  Dekorativ 

bitkilərdir. Azərbaycan florasında 9 növü yayılmışdır.     



Öskürək otu (bax: Bəlğəmotu)     

Paxladən (bax: Gəvən)  

Paxlakolu (bax: Ononis) 

Palıd- Fıstıq fəsiləsinə aiddir. Bitki latın dilində «Quercus», rus dilində  «Dub» adlanır. İri 

ağaclar olub, hündürlüyü 40 m, diametri 3 m-ə çatır. Uzun ömürlü olub 2000 ildən çox yaşayır. 

Tikintidə, dülgərlikdə, çəllək istehsalında, mebel və gəmiçilik sənayesində geniş istifadə olunur. 

Qozaları çöl donuzları, hindquşu, ayı və s. heyvanlar üçün qida əhəmiyyətlidir. Qabığı, qozası və 

yarpaqları  büzücü  qabiliyyətinə  malik  olub,  başın  tükünün  tökülməsinin  qarşısını  alır  və  ishala 

qarşı  işlədilir.  Həna  və    basmanı  palıd  qabığının  dəmləməsinə  qatıb  istifadə  etdikdə  tükün 

diblərini  möhkəmlədir.  Qabığında  və  oduncağında  aşı  maddəsi  vardır.  Azərbaycan  florasında  6 

növü yayılmışdır ki, bunlardan 3-ü mədəni şəraitdə becərilir. 



Palma- Palmakimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Palmae», rus dilində  «Palğma» 

adlanır.  Otaq  şəraitində  çox  dekorativ  bitki  kimi  becərilir.  Palmaları  əsasən  toxumları  vasitəsilə 

çoxaldırlar.  Lakin  bəzi  növləri  kök  pöhrələri  ilə  də  çoxaldıla  bilər.  Palma  yarpaqları  qədimdən 

sülh,  təntənə  və  qələbə  rəmzi  olmuşdur.  Azərbaycanda  örtülü  şəraitdə  10-a  qədər  palma  növü 

becərilir. MNB-da həm örtülü, həm də açıq şəraitdə kolleksiyası var-dır. 

Pambıq-  Əməköməcikimilər  fəsiləsinə  aid  olub  bizim  şəraitdə  birillik  bitkidir.  Bitki  latın 

dilində «Gossypium» adlanır. Lüğəti mənası ərəb dilində goz-ipək olub, zərif, yumşaq deməkdir. 

Rus  dilində  «Xlopçatnik»  adlanır.  Toxumlarının  qılafında  olan  tüklər  toxuculuq  sənayesində 

işlədilir.  Toxumlarından  (çiyidindən)  alınan  yağ  qida  kimi,  eyni  zamanda  texniki  yağ  kimi 

istifadə  olunur.  Yağı  çıxarıldıqdan  sonra  cecəsi  mal-qara  üçün  yem  kimi  işlədilir.  Balverən 

bitkidir. Azərbaycan florasında 4 növü vardır. MNB-da isti şitillikdə Ağac formalı pambıq növü 

becərilir.  

Pampasotu- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində 

«Cortaderia selloana», rus dilində «Pampasnaə trava» adlanır. Çiçəkləmə dövründən sonra quru 

çiçəkləri müxtəlif rənglərdə boyanır, gül dəstəsi düzəldilir, şənliklərdə, toylarda istifadə olunur. 

Bəzək  əhəmiyyətli  bitki  kimi  iri  hovuzların  kənarında,  memarlıq  cəhətdən  yaraşıqlı  tikililərdə 

tək-tək  və  canlı  çəpər  (bardyur)  kimi  əkilir.  Cinsin  məlum  25  növündən  Azərbaycanın  şərq  və 

cənub  rayonlarında  alaq,  bəzən  də  becərilən  halda  1  növünə  təsadüf  edilir.  MNB-nın 

kolleksiyasında dekorativ bitki kimi becərilir. 



Panderiya- Tərəçiçəklilər fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın dilində «Panderia», 

rus dilində «Panderiə» adlanır. Azərbaycan florasında 2 növü vardır. 



Payızgülü (Xrizantema)-Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsilə- 

sinə aiddir. Bitki latın dilində «Chrysanthemum» adlanır. Lüğəti mənası chrysos-qızılı, anthemos-

çiçək  deməkdir.  Rus  dilində  «Xrizantema»,  «Zlatoüvet»  adlanır.  Payızgülü  torpaqla  çıxarılıb 

başqa yerə köçürüldükdə yaxşı bitir. Buna görə də xırdaçiçəkli çeşidlərindən çiçəkliklər yaratmaq 

üçün  yaşıllaşdırmada  geniş  istifadə  edilir.  Xırdaçiçəkli  payızgülü  çeşid-lərindən  gül  dəstəsi 

düzəltmək  məqsədilə  istifadə  edilir.  MNB-da  bir  neçə  növü  və  onların  çeşidləri  qiymətli 

dekorativ bitki kimi becərilir.  



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə