Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə23/41
tarix21.10.2017
ölçüsü1,13 Mb.
#6278
1   ...   19   20   21   22   23   24   25   26   ...   41

 

47 


mürəbbə  hazırlanır.  Qoz  yarpaqları  qüvvətli  qovucu  xüsusiyyətə  malikdir.  Yetişməmiş 

meyvələrin qərzəyindən C vitamini və vitaminli sirop istehsal edilir. Xalq təbabətində qərzəkdən 

alınmış  şirə  müxtəlif  yaraların  müalicəsində,  həmçinin  ekzema  və  digər  dəri  xəstəlikləri,  dəri 

vərəmi zamanı məlhəm (maz) kimi işlənir. Azərbaycan florasında 2 növü yayılmışdır. MNB-nın 

kolleksiya sahəsində əkilib becərilir. 

Qozqurab-  Zirinckimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Bongardia»,  rus  dilində  «Bonqardiə»  adlanır.  Yarpaqlarında  xoşagələn  turşu  olduğundan  onu 

çiy  və  duza  qoyulmuş  halda  işlədirlər.  Bir  çox  regionlarda  kök  yumrularını  kartof  kimi  buğda, 

küldə  və  yaxud  təndirdə  bişirib  yeyirlər.  Kök  yumrularının  tərkibində  nişasta  və  C  vitamini 

vardır.  Dekorativ  bitki  kimi  bağ  və  bağçaların  bəzədilməsində  geniş  istifadə  etmək  olar. 

Azərbaycan florasında Qızıllı qozqurab növü bitir. MNB-da kolleksiya sahəsində vardır.  Nadir 

və nəsli kəsilməkdə olan bitki olduğuna görə Azərbaycanın «Qırmızı Kitab»ına düşməsi məsləhət 

görülür. 

Quax  (Qovaq,  qələmə)-  Söyüdçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Populus» 

adlanır.  Lüğəti  mənası  populus-xalq  deməkdir.  Rus  dilndə  «Topolğ»  adlanır.  Oduncağı  ağdır, 

yumşaqdır.  Oduncağında  50%-ə  qədər  sellüloza  vardır.  Sellüloza  istehsalında  istifadə  olunur. 

Qabığında  aşı  mad-dəsi  (3-5%),  qlükozid  salisin  və  populin  vardır  ki,  bu  da  dəri  aşılanmasında 

dərman kimi istifadə olunur. Sürətlə boy atmaqla tez böyüyür. Ona görə də ondan tarlaqoruyucu 

kimi  istifadə  edilir.  Azərbaycan  florasında  11  növü  var-dır  ki,  bunlardan  5-i  mədəni  şəraitdə 

becərilir. MNB-da 5 növünün kollek-siyası vardır.   

Qumotu-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Ammochloa»  adlanır.  Lüğəti  mənası  ammoc-qum,  xloa-ot  deməkdir.  Rus  dilində  «Pesoçnik» 

adlanır. Azərbaycan florasında Fələstin qumotu növü yayılmışdır. 



Qurbağaotu-  Qurbağaotuçiçəkkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Sparganium» 

adlanır.  Lüğəti  mənası  sparqanon-lent,  bağlama  deməkdir.  Rus  dilində  «Ejeqolovnik»  adlanır. 

Azərbaycan florasında 4 növü vardır. 

Qurdağzı (Şirağzı)- Keçiqulağıkimilər fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın dilində 

«Antirrhinum»  adlanır.  Lüğəti  mənası  anti-inkar  etmə,  rhinos-burunsuz  deməkdir.  Rus  dilində 

«Lğvinıy  zev»  adlanır.  Çiçəklərinin  forması  qurdun  (şirin)  ağzına  oxşadığına  görə  qurdağzı 

(şirağzı)  adlanırlar.  Çiçək  kompozisiyası  yaratmaq  üçün  geniş  istifadə  olunur.  Azərbaycan 

florasında Ġri qurdağzı (ġirağzı) növü mədəni şəraitdə becərilir. MNB-da kolleksiyada becərilir. 



Quruca- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan 

birillik və çoxillik bitkidir. Bitki latın dilində «Gnaphalium» adlanır. Lüğəti mə-nası gnaphalon-

keçə, yun deməkdir. Rus dilində «Suşeniüa» adlanır. Azər-baycan florasında 5 növü bitir. 

Quşarmudu (Üvəz)- Gülçiçəklilər fəsiləsinə aiddir. Bitki latın dilində «Sorbus», rus dilində 

«Rəbina» adlanır. Quşarmudu qiymətli meyvə bitkisidir. Meyvəsindən mürəbbə, marmelad, jele, 

povidlo  və  s.  hazırlanır.  Dekorativ  və  balverən  bitkidir.  Azərbaycan  florasında  11  növü  vardır. 

MNB-nın kollek-siya sahəsində becərilir. 



Quşdarısı- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aid olan birillik və çoxillik bitkidir. Bitki latın 

dilində  «Milium»,  rus  dilində  «Prosənik»,  «Bor»  adlanır.  Yem  bitkisidir,  mal-qara  və  quşlar 

tərəfindən  həvəslə  yeyilir.  Yarpaqlarında  146,1  mq%,  süpürgəsində  isə  66,5  mq%  C  vitamini 

vardır. Azərbaycan florasında 3 növü bitir. 



Quşəppəyi  (Çoban  çantası)-  Kələmkimilər  (Xaççiçəklilər)  fəsiləsinə  aid  olan  birillik 

bitkidir.  Bitki  latın  dilində  «Capsella»  adlanır.  Lüğəti  mənası  capsella-kisəcik  deməkdir.  Rus 

dilində «Pastuşğə sumka» adlanır. Qidalı tərəvəz bitkisidir. Xalq arasında qida kimi geniş istifadə 

olunur.  Ondan  buğlama,  sıyıq  hazırlanır  və  başqa  göylərə  qatmaqla  kətə  bişirilir.  Quşəppəyi 

yarpağında  198  mq%  C  vitamini  vardır.  Xalq  təbabətində  qan-axmanın  qarşısını  almaq  üçün 

istifadə olunur. Azərbaycan florasında Adi quĢəppəyi növü yayılmışdır. 



Quşqonmaz-  Gülçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Filipendula»  adlanır.  Lüğəti  mənası  filum-tel,  sap,  pendere-asılmaq  deməkdir.  Rus  dilində 


 

48 


«Labaznik»  adlanır.  Yarpaqlarında  250  mq%  C  vitamini  və  104  qamma  A  vitamini  vardır. 

Qarağacyarpaq quşqonmazın cavan budaqları qidada kahı kimi istifadə olunur. Çiçəklərindən çay 

hazırlanır. Yaxşı balverən bitkidir. Kökləri aşı maddəsi ilə zəngindir və aşılanmada istifadə oluna 

bilər. Azərbaycan florasında 2 növü vardır. MNB-da kolleksiyada becərilir. 



Quzuqulağı  (Əvəlik,  turşəng)-  Qırxbuğumkimilər  fəsiləsinə  aid  olan  birillik,  ikiillik  və 

çoxillik  bitkidir.  Bitki  latın  dilində  «Rumex»,  rus  dilində  «Havelğ»  adlanır.  Qurudulmuş 

əvəlikdən  qış  vaxtı  hazırlanan  əvəlikli  aş,  əvəlikli  umac,  əvəlikli  qındı,  əvəlikli  sıyıq  və  s. 

xörəklər dadlı qida olmaqla yanaşı, müalicəvi əhəmiyyətə malikdir. Əvəlikli aş və yaxud əvəlikli 

sıyıq mədə-bağırsaq xəstəliklərinin müalicəsində  istifadə olunur. Əvəlikli  umac soyuqdəyməyə, 

zökəmə  və  sinə  tutulmasına  çox  kömək  edir.  Yarpaqlarında  C  vitamini  vardır.  Kökləri  aşı 

maddəsi ilə zəngindir. Azərbaycan florasında 17 növü bitir. MNB-da kolleksiyada becərilir. 

Lakmusotu-  Südlüyənkimilər  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Chrozophora»  adlanır.  Lüğəti  mənası  chros-boya,  forein-çəkmək  deməkdir.  Rus  dilində 

«Xrozofora»  adlanır.  Meyvə  və  yarpaqlarından  alınmış  şirə  müxtəlif  materialların  göy  rəngə 

boyanmasında  paltarları  yuyarkən  lil  (sinğka)  əvəzinə  istifadə  olunur.  Azərbaycan  florasında 

Yerusəlim lakmusotu növü vardır. 

Lalə (bax: xaş-xaşa) 

Laləvər-  Zanbaqkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Fritillaria»,  rus  dilində 

«Rəbçik»  adlanır.  Bitkinin  latınca  adı  «Fritulus»  olub,  lüğəti  mənası  şahmat  taxtası  deməkdir. 

Toxumları  və  soğanaqları  vasitəsilə  çoxalır.  Xəstəlik  və  zərərvericilərə  qarşı  çox  dözümlüdür. 

Dekorativ əhəmiyyətə malikdir. Azərbaycan florasında 5 növü yayılmışdır. MNB-da kolleksiyası 

vardır. Nadir və nəsli kəsilməkdə olan bitki kimi 3 növü Azər-baycanın «Qırmızı Kitab»ına daxil 

edilmişdir. 



Lavanda- Lamiasiyakimilər (Dodaqçiçəklilər)  fəsiləsinə aiddir. Həmişə-yaşıl  yarımkoldur. 

Güclü  ətirli  iyə  malikdir.  Lavanda  bitkisi  çiçək  açan  zaman  onun  təpə  hissəsində  olan 

yarpaqlarından  buxar-distillə  üsulu  ilə  efir  yağı  alınır.  Efir  yağının  tərkibində  əsas  etibarilə 

ketonlar,  aldehidlər  və  efirlər  vardır.  Təzə  çiçəklərinin  tərkibində  0,8-1,6%  efir  yağı  aşkar 

edilmişdir. Lavanda bitkisi bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Belə ki, onun ürəyə 

sakitləşdirici və möhkəmləndirici təsiri o deməkdir ki, bu bitki yüksək qan təzyiqi olan insanlara 

müalicəvi  təsir  göstərir,  həmçinin  bu  bitkinin  antispazmatik  xüsusiyyətləri  istənilən  növ 

spazmatik  öskürmənin  qarşısının  alınmasında,  qripp,  bronxit,  sətəlcəm  kimi  xəstəliklərin 

müalicəsində onu effektiv edir. MNB-nın kolleksiyasında vardır. 

Ləçəkotu-  Səhləbçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Platanthera» adlanır. Lüğəti mənası platic-hədsiz, antera-tozluq deməkdir. Rus dilində «Löbka» 

adlanır.  Kök  yumruları  xalq  təbabətində  «salep»  adı  ilə  örtücü  xüsusiyyətinə  malikdir. 

Çiçəklərində efir yağı vardır. Azərbaycan florasında 2 növü yayılmışdır. 

Lələk-  Fabakimilər  (Paxlakimilər)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Gleditschia»,  rus 

dilində «Qlediçiə» adlanır. Möhkəm (sıx) oduncağı olan ağac yaxşı balverəndir. Oduncağın və ya 

gövdənin  kənarlarında  ücər  iti  tikanları  vardır.  Azərbaycan  florasında  2  növü  vardır.  MNB-nın 

kolleksiya  sahəsində  vardır.  Nadir  və  nəsli  kəsilməkdə  olan  bitki  kimi  Azərbaycanın  «Qırmızı 

Kitab»ına daxil edilmişdir. 

Lələklivə-  Kərəvüzkimilər  (Çətirçiçəklilər)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın 

dilində  «Smyrniopsis»  adlanır.  Lüğəti  mənası  opsis-zahiri  görünüş  deməkdir.  Rus  dilində 

«Smirniovidka» adlanır. Azərbaycan florasında 1 növü vardır. 

Lərgə-  Fabakimilər  (Paxlakimilər)  fəsiləsinə  aid  olan  birillik,  ikiillik  və  çoxillik  bitkidir. 

Bitki latın dilində «Vicia», rus dilində «Qoroşek», «Vika» adlanır. Yem bitkisidir. Toxumları da 

quşlar  üçün  yem  məqsədilə  istifadə  olunur.  Dekorativdir.  Azərbaycan  florasında  40-42  növü 

yayılmışdır. 




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə