Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə21/41
tarix21.10.2017
ölçüsü1,13 Mb.
#6278
1   ...   17   18   19   20   21   22   23   24   ...   41

 

43 


istifadə edirlər. Azərbaycan florasında 6 növü vardır ki, bunlardan ikisi mədəni şəraitdə becərilir. 

MNB-da kolleksiyası vardır. 



Qarağat-  Daşdələnkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Ribes»,  rus  dilində 

«Smorodina»  adlanır.  Qarağat  meyvələrində  quru  maddənin  miqdarı  12,8-23,5%  təşkil  edir. 

Giləmeyvədə pektin, pentozan, sellüloza, üzvi turşular (2-3%), azotlu maddələr (0,20-1,41%) və 

az miqdarda  A,  B

1

  və  P  vitaminləri  vardır. Qarağat meyvələri  təzə  halda  yeyilir, onlardan  püre, 



jele, mürəbbə, marmelad, şirə, limonad, konfet, şərab və s. hazırlanır. Qarağat yarpaqları ətirli və 

turş olduğundan tərəvəzlərin konservləşdirilməsində ədəva kimi istifadə edilir. Qarağatdan sinqa 

xəstəliyi,  mədə  pozuntuları  zamanı  müalicə  vasitəsi  kimi  də  istifadə  olunur.  Azərbaycan 

florasında 3 növü vardır ki, bunlardan biri mədəni şəraitdə be-cərilir. MNB-da Qırmızı və Qara 



qarağatın kolleksiyası vardır. 

Qaraot- Lamiasiyakimilər (Dodağıçiçəklilər) fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın 

dilində «Origanum», rus dilində «Duşiüa» adlanır. Qaraotun yarpaqlarından kvas içkisinin tamını 

yaxşılaşdırmaq  üçün,  cavan  zoğlarından  isə  ətrinə  görə  xiyar  və  pomidorun  duza  qoyulması 

zamanı  istifadə  edilir.  Onun  tərkibində  2-7%  ətirli  timol  yağı,  258  mq%-ə  qədər  C  vitamini, 

toxumlarında  isə  29,15%  yağ  vardır.  Yerli əhali  yun ipləri qara  və  tünd-qırmızı  rəngə  boyamaq 

üçün qaraotdan istifadə edirlər. Xalq arasında baş, diş ağrıları zamanı, habelə zökəmə qarşı adi 

qaraot  dəmlənməsi  kimi  içilir.  Bundan  əlavə  onu  boymadərənin  qurumuş  çiçəkləri  ilə  birlikdə 

(toz  halında)  müxtəlif  dəri  xəstəliklərinin  müalicəsində  istifadə  edirlər.  Azərbaycan  florasında 



Adi qaraot növü becərilir. 

Qaratikan-  Murdarçakimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Paliurus»,  rus  dilində 

«Derji-derevo»  adlanır.  Xalq  təbabətində  yarpaq  və  qabığı  sidikqovucu  dərman  kimi,  eyni 

zamanda qotur, dəmrov xəstəliyinə qarşı da istifadə edilir. Qaratikanın budaqları yandıqda qaraya 

çalan yağlı külü çıxır. O yağı pambığa hopdurub  qotur, göbələk və dəmrova sürtdükdə müalicə 

edir. Meyvə və qabığının tərkibində aşı maddəsi vardır. Azərbaycan florasında 1 növü becərilir. 

MNB-da kolleksiyası vardır. 



Qarğaayağı-  Kələmkimilər  (Xaççiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  və  ikiillik  bitkidir. 

Bitki  latın  dilində  «Coronopus»  adlanır.  Lüğəti  mənası  korone-qarğa,  ipus-ayaq  deməkdir.  Rus 

dilində  «Voronğə  lapa»  adlanır.  Cavan  (tər)  yarpaqları  qidada  vəzəri  kimi,  kökləri  isə 

qaynadılmış halda istifadə olunur. Azərbaycan florasında  Sürtük qarğaayağı növü becərilir. 



Qarğa  gözü-  Trillialar  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində  «Paris» 

adlanır. Lüğəti mənası par-tən, bərabər, eyni deməkdir. Rus dilində «Voroniy qlaz» adlanır. Xalq 

təbabətində  yarpaqlarından  sarı  və  yaşıl  boya  alınır.  Zəhərli  bitki  olub,  tərkibində  saponin, 

parstifin vardır. Azərbaycan florasında Natamam qarğagözü növü becərilir. 



Qarğa  soğanı-  Süsənkimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Gladiolus»  adlanır.  Lüğəti  mənası  gladius-qılınc  deməkdir.  Rus  dilində  «Şpajnik»  adlanır. 

Qarğasoğanının kərpicvarı və adi növlərinin soğanaqlı yumruları qaynadılmış halda yeyilir. Xalq 

təbabətində  soğanaqlı  yumrularından  qızılçaya  qarşı  yarasağaldan,  diş  və  böyrək  daşı 

xəstəliklərinin müalicəsində geniş istifadə olunur. Azərbaycan florasında 6 növü becərilir. MNB-

da 5 növün kolleksiyası vardır. 

Qarğıdalı-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Zea»,  rus  dilində 

«Kukuruza»,  «Mais»  adlanır.  Qidada  qızardılmış  və  qay-nadılmış  halda,  saçaqları  böyrək 

xəstəliklərinin  müalicəsində  istifadə  olunur.  Qarğıdalı  unundan  qoğal,  kökə  hazırlanır. 

Azərbaycan florasında bostan bit-kisi kimi müxtəlif çeşidləri becərilir. 



Qarğu-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Arundo»,  rus  dilində 

«Arundo» və ya «Trostnik» adlanır. Kökümsovunun tərkibində alkaloid vardır. Xalq təbabətində 

tərlədici  və  sidikqovucu  dərman  kimi  istifadə  olunur.  Dekorativ  bitkidir.  Gövdəsindən  çəpərlər 

hazırlanır,  yaşayış  komaların  (cobustan)  üzərini  örtür  və  müxtəlif  musiqi  alətləri  hazırlanır.  İri 

buynuzlu  mal-qara  tərəfindən  yaxşı  yeyilir.  Azərbaycan  flo-rasında  Qamışvarı  qarğı  növü 

becərilir. MNB-da Alabəzək qarğu növünün kolleksiyası vardır. 




 

44 


Qarpız- Boranıkimilər (Qabaqkimilər) fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın dilində 

«Citrullus», rus dilində «Arbuz» adlanır. Qarpız meyvələri çox şəkərli, sərinləşdirici olub, aclığı 

və susuzluğu aradan qaldırır. Qarpızda 8-12%, bir meyvəsində isə 1-1,5 kq təmiz şəkər olur. Bu 

şəkərin yarısı saxaroza, yarısı qlükoza və fruktozadan ibarətdir. Ona görə qarpız meyvələri insanı 

şəkər xəstəliyindən mühafizə edir. Qarpızda B

1, 

B

2



, PP, C vitaminləri, kalium, manqan, kalsium, 

dəmir  və  s.  minerallar  vardır.  Bu  duzlar  qanın  hemoqlobinini  artırır,  tənəffüsü  asanlaşdırır. 

Qarpızdan şərab, mürəbbə, sukat, nardək hazırlanır. Xırda meyvələri duza qoyulur, toxu-mundan 

40%-dək yağ almaq olur. Azərbaycan florasında: Adi və Yemlik (mal-qara üçün) qarpız mədəni 

şəraitdə geniş əkilib becərilir. 

Qatırquyruğu-  Qatırquyruğukimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Equisetum»,  rus 

dilində  «Xvoh»  adlanır.  Xalq  təbabətində  sidikqovucu  dərman  kimi  istifadə  olunur.  Bataqlıq 

qatırquyruğunun tərkibində alkaloid qrupundan olan ekvizetin olduğuna görə zəhərli hesab olunur 

və  mal-qara  tərəfindən  yeyilmir.  Azərbaycan  florasında  6  növü  vardır.  MNB-da  kolleksiya 

sahəsində vardır. 

Qatran-  Kələmçiçəkkimilər  (Xaççiçəklilər)  fəsiləsinə  aid  olan  ikiillik  və  çoxillik  bitkidir. 

Bitki  latın  dilində  «Crambe»  adlanır.  Lüğəti  mənası  krambe-kələm  deməkdir.  Rus  dilində 

«Katran» adlanır. Yarpaqları və cavan zoğları qidada bişməmiş halda istifadə olunur, ətrinə görə 

gül kələmini xatırladır. Azərbaycan florasında 6 növü yayılmışdır. 



Qayaotu-  Dovşankələmikimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Sempervivum»  adlanır.  Lüğəti  mənası  simper-həmişə,  vivum-diri  deməkdir.  Rus  dilində 

«Molodilo», «Jivuçka» adlanır. Dekorativ bitkidir. Yarpağından alınmış şirə üzə al-qırmızı rəng 

və  təravətlik  verir.  Cavan  (tər)  yarpaqları  qidada  kahı  (salat)  kimi  istifadə  olunur.  Balverən 

bitkidir. Azərbaycan florasında 3 növü vardır ki, bunlardan 2 növü MNB-da becərilir. 



Qaymaqçiçək-  Qaymaqçiçəkkimilər  fəsiləsinə  aid  olan  birillik,  ikiillik  və çoxillik  bitkidir. 

Bitki  latın  dilində  «Ranunculus»  adlanır.  Lüğəti  mənası  rana-qurbağa  deməkdir.  Rus  dilində 

«Lötik» adlanır. Zəhərli bitkidir. Azərbaycan florasında 33 növü yayılmışdır. 

Qaytarma- Gülçiçəklilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində «Potentilla» 

adlanır.  Lüğəti  mənası  potens-qüvvətli,  qüdrətli,  əzəmətli  deməkdir.  Rus  dilində  «Lamçatka» 

adlanır.  Dekorativ  bitkidir.  Yarpaqlarının  tərkibində  C  vitamini,  köklərində  isə  ətirli  efir  yağı 

vardır.  Xalq  təbabətində  qan  damarlarının  daraldılmasına  istifadə  olunur.  Nektarlıdır.  Bitkinin 

bütün hissələrində aşı maddələri vardır. Azərbaycan florasında 31 növü bitir. 

Qazayağı-  Kərəvüzkimilər  (Çətirçiçəklilər)  fəsiləsinə  aid  olan  ikiillik  bitkidir.  Bitki  latın 

dilində  «Falcaria»,  rus dilində  «Rezak»  adlanır.  Cavan  zoğları  çiy  halda  yeyilir.  Eyni  zamanda 

duza qoyulur. Tərkibində efir yağı vardır. Azərbaycan florasında 1 növü vardır. 

Qazsoğanı- Zanbaqkimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Gagea» adlanıb mənası qaz 

deməkdir,  rus  dilində  «Qusinıy  luk»  adlanır.  Mal-qara  üçün  yaxşı  yem  bitkisi  hesab  olunur.  İlk 

yazda  çiçəklərin  az  olduğu  vaxt  yaşıllaşdırma  üçün  çox  əlverişlidir.  Azərbaycan  florasında  18 

növü bitir. 



Qəlbotu- Lamiasiyakimilər (Dodağaçiçəklilər) fəsiləsinə aid olan birillik və ikiillik bitkidir. 

Bitki  latın  dilində  «Acinos»  adlanır.  Lüğəti  mənası  akinos-toxum  deməkdir.  Rus  dilində 

«Duşevka»  adlanır.  Efir  yağlı  dərman  bitkisidir.  Yarpaqlarında  230  mq%  C  vitamini  vardır. 

Azərbaycan florasında 2 növü bitir.  



Qərənfil-  Qərənfilçiçəklilər  fəsiləsinə  aid  olan  birillik,  ikiillik  və  çoxillik  bitkidir.  Bitki 

latın  dilində  «Dianthus»,  rus  dilində  «Qvozdika»  adlanır.  Gözəl  çiçəklərinə  görə  gül  dəstəsi 

düzəltmək,  çiçəkliklər  salmaq  üçün  geniş  istifadə  olunur.  Fiziki  və  əqli  çatışmamazlıqlarda, 

qəbzlikdə,  ciyər  xəstəliklərində  (vərəmdə),  qadın  xəstəliklərində,  qoturluqda,  mədə  yaralarında, 

iltihablı  yaralarda,  revmatizm,  artrit,  diş  ağrılarında  istifadə  olunur.  Eyni  zamanda  qıcolmaya 

qarşı  və  dəridə  yaranan  iltihabın  aradan  götürülməsində  təsirli  dərman  vasitəsidir.  Azərbaycan 

florasında 26 növü vardır ki, bunlardan 3 növü və 10 çeşidi (sortu) MNB-da becərilir. 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə