Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə18/41
tarix21.10.2017
ölçüsü1,13 Mb.
#6278
1   ...   14   15   16   17   18   19   20   21   ...   41

 

37 


olduğu  üçün  zəhərlidir.  Yetiş-məmiş  təzə  meyvələrindən  alınan  cövhər  ishala  qarşı  istifadə 

olunur. Azər-baycan florasında Adi itxiyarı növü bitir. 



İtiqayıq-  Fabakimilər  (Paxlakimilər)  fəsiləsinə  aid  olan  çoxillik  ot  bitkisidir.  Bitki  latın 

dilində  «Oxytropis»,  rus  dilində  «Ostrolodka»,  «Ostrolodoçnik»,  «Ostrokilğniüa»,  «Qolubuşka» 

adlanır. Yem, dekorativ bitkilərdir, bəzi növləri zəhərlidir. Azərbaycan florasında 8 növü bitir. 

İtkərəvüzü- Kərəvüzkimilər (Çətirçiçəkkimilər) fəsiləsinə aid olan bir-illik və  ya ikiillik 

bitkidir. Bitki latın dilində «Aethusa» adlanır. Lüğəti mənası aetousa-parlaq, işıqlı deməkdir. Rus 

dilində «Kokorış» adlanır. Zəhərli bitkidir. Azərbaycan florasında 1 növü bitir. 

İtquyruğu-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Cynosurus» 

adlanır. Lüğəti mənası kynon-it, ura isə quyruq deməkdir. Rus dilində «Qrebennik» adlanır. Yem 

bitkisidir. Azərbaycan florasında Tikanlı itquyruğu növü bitir. 

İtotu  (Güləsovu)-  Lamiasiyakimilər  (Dodağıçiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  və 

çoxillik  bitkidir.  Bitki  latın  dilində  «Marrubium»,  rus  dilində  «Şandra»  adlanır.  Azərbaycan 

florasında 10 növü bitir. 

İtüzümü-  Badımcankimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Lycium»,  rus  dilində 

«Dereza»  adlanır.  Azərbaycan  florasında  3  növü  vardır  ki,  bunlardan  ikisi  mədəni  şəraitdə 

becərilir. MNB-da kolleksiya sahəsində becərilir. 

İydə- İydəkimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Elaeagnus» adlanır. Lüğəti mənası 

elaie-zeytun ağacı, agnos-təmiz, saf deməkdir. Rus dilində «Lox», adlanır. Meyvəsinin tərkibində 

70%  şəkər,  6%  sellüloza,  1,5%  nişasta  və  0,5%  sərbəst  turşu  vardır.  İydə  ağacından  yüksək 

keyfiyyətli kitrə alınır. Həmin kitrədən isə yüksək keyfiyyətli lak, yapışqan, rəng və s. hazırlanır. 

İydə meyvəsinin unundan müxtəlif qənnadı məhsullarının, meyvələrindən isə kompot, zəif spirtli 

içkilər hazırlanmasında  istifadə edilir. Xalq təbabətində iydə unundan hazırlanmış horra südəmər 

uşaqların  mədə  pozulmaları  zamanı  istifadə  edilir.  İydənin  5-15  meyvəsinin  süddə  dəmləməsi 

şəkər  xəstəliyini  müalicə  edir.  Azərbaycan  florasında  2  növü  bitir,  bəzi  növləri  isə  mədəni 

şəraitdə becərilir. MNB-nın kolleksiya sahəsində əkilib becərilir. 

İyəvər-  Lamiasiyakimilər  (Dodağıçiçəklilər)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki 

latın  dilində  «Clinopodium»  adlanır.  Lüğəti  mənası  cline-yataq,  pous  isə  ayaq  deməkdir.  Rus 

dilində  «Paxuçka»  adlanır.  Boyaqçılıqda,  ətirli  ədviyyalı  bitki  kimi  yeyinti  sənayesində  istifadə 

edilir. Efir yağlı və bal verən bitkidir, yağı limon ətirlidir. Azərbaycan florasında 2 növü bitir. 



İyir-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Aira»,  rus  dilində 

«Aira»,  «Luqovik»  adlanır.  Dekorativ  bitki  kimi  qumsal  və  ba-taqlıq  yerlərində  əkilməsi 

məsləhətdir. Azərbaycan florasında Tükvarı iyir növü bitir. 

İynəotu-  Qərənfilçiçəklilər  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Velezia», rus dilində «Veleüiə» adlanır. Azərbaycan florasında Sərt iynəotu növü bitir. 

Kaççin-  Sümürgənçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Caccinia», rus dilində «Kaççiniə» adlanır. Köklərində şirintəhər selikli maddələri olduğuna görə 

qida bitkisi kimi istifadə olunur. İri və  yaraşıqlı yarpaqlarına görə çox dekorativdir. Azərbaycan 

florasında Qalınyarpaq kaççin növü bitir. 

Kafirotu-  Tərəçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Camphorosma»  adlanır. 

Lüğəti  mənası  kamfora-kamfara,  osme-ətir,  iy,  qoxu  deməkdir.  Rus  dilində  «Kamforosma» 

adlanır.  Tərkibində  0,2%-ə  qədər  acı  badam  dadı  olan  efir  yağı  vardır.  Yem  bitkisi  kimi 

yararlıdır. Xalq təbabətində dərman əhəmiyyətinə malikdir. Azərbaycan florasında 2 növü bitir. 



Kağız  ağac-  Tutkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Brous-sonetia»,  rus  dilində 

«Brussoneüiə» adlanır. Kağız ağacının cavan zoğlarının qabığından yüksək keyfiyyətli Aleksandr 

kağızı alınır. Yarapqları və çiçəkləri çox dekorativdir. MNB-da kolleksiya sahəsində becərilir. 

        Kahı (Südləmə)-  Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiəinə aid 

birillik, ikiillik və çoxillik bitkidir. Bitki latın dilində «Lactuca», rus dilində «Molokan», «Latuk» 

adlanır. Onun ərzaqlıq hissələrinin tərkibində quru maddənin miqdarı 11,3%, o cümlədən yarpaq 

kahıda 2,66% şəkər, baş kahıda 3,57% şəkər və 2,93% zülal olur. Tərkibində B

1

, B


2

, K, PP, A, C 




 

38 


vitaminləri  vardır.  Təzə  yarpaqlarında  alma  turşusu,  limon  turşusu,  quzuqulağı  turşusu  və  az 

miqdarda  kəhraba  turşusu  olur.  Kahının  müalicəvi  əhəmiyyəti  də  vardır.  Kahının  şirəsində 

laktutsin  olduğundan  kahı  ilə  normal  qidalananların  əsəb  sistemi  sakitləşir,  yuxusu  yaxşılaşır, 

həzmedici  orqanlarının  fəaliyyəti  nizamlanır  və  qan  dövranı  normallaşır.  Hipertoniya  və  s. 

xəstəliklər  üçün  pəhriz  qida  kimi  istifadə  edilir.  Azərbaycan  florasında  10  növü  vardır  ki, 

onlardan biri də mədəni şəraitdə becərilir.  

        Kakao-  Sterkulyarkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Theobroma»,  rus  dilində 

«Kakao» adlanır. Toxumlarından yağ alınır (tibb məqsədilə), cecəsi isə əzilib toz halına salınır və 

həmin  toz  qənnadı  səna-yesində  istifadə  olunur.  MNB-da  isti  şitillikdə  və  oranjereyalarda 

becərilir. 

         Kaktus-  Kaktusların  vətəni  Cənubi  və  Şimali  Amerikadır.  Burada  onlar  quru  və  isti 

rayonlarda bitir. Lakin Pataqoniya və Kanadanın sərt soyuq iqlim şəraitində yayılmış kaktuslar da 

az deyildir. Kaktuslar ilə ən zəngin ölkə Meksikadır. Bu ölkənin dövlət gerbində kaktusun şəkli 

vardır. Öz vətənində bu bitkilər çox böyük əhəmiyyətə malikdirlər. Sütunvarı formalı kaktusların 

meyvələri  çiy  və  bişmiş  halda  yeyilir.  Bəzən  bu  meyvələrdən  müxtəlif  içkilər  hazırlanır.  «Gecə 

gözəli» adlanan kaktusun külündən ürək dərmanı hazırlanır. MNB-da istixanalarda (oranjereya) 

becərilir. 

         Kalafa gülü (Ağpopur) -Lamiasiyakimilər (Dodağıçiçəklilər) fəsiləsinə         

aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində  «Ballota»,  rus  dilində  «Belo-kudrennik»  adlanır. 

Azərbaycan florasında 1 növü bitir. 

            Kalepina- Kələmkimilər (Xaççiçəkkimilər) fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın 

dilində  «Calepina»,  rus  dilində  «Kalepina»  adlanır.  Toxum-larından  yağ  alınır  ki,  bu  da 

işıqlandırmada  istifadə  olunur.  Yarpaqları  yemə-lidir  və  qidada  istifadə  olunur.  Azərbaycan 

florasında Əyri kalepina növü bi-tir. 

            Kalış- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aiddir. Bitki latın dilində «Sorghum», rus dilində 

«Sorqo»  adlanır.  Yem  bitkisidir.  Taxılları  mal-qara  üçün  yaxşı  yem  hesab  olunur.  Taxılından 

(dənindən)  spirt  və  nişasta  alınır.  Gövdəsinin  tərkibində  12-18%-ə  qədər  şəkər,  kökümsovunun 

tərkibində 27% nişasta və 13% şəkər vardır. Azərbaycan florasında 4 növü bitir. 

            Kalışvər- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aiddir. Bitki latın dilində «Melica», rus dilində 

«Perlovnik»  adlanır.  Dekorativ  bitkidir.  Tam  çiçək  açanda  ondan  quru  gül  dəstəsi  hazırlanır. 

Azərbaycan florasında 9 növü bitir. 

            Kalta-  Qaymaqçiçəkkimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 



«Caltha», rus dilində «Kalujniüa» adlanır. Kaltanın çiçək qönçələrindən sirkə ilə ədviyyat (tutma, 

xuruş)  hazırlanır.  Mal-qara  üçün  zəhərli  olub,  tərkibində  anemonin,  xolin  və  berberin  vardır. 

Dekorativ, bal-verən bitkidir. Suda bişirilmiş, qurudulmuş və döyülüb toz halına salınmış kökləri 

çay surroqatının alınmasında istifadə olunur. Azərbaycan florasında 2 növü bitir. 

            Kanna-  Kannakimilər  fəsiləsinə  aid  olub,  əsas  vətəni  tropik  Amerikadır.  Bitki  latın 

dilində  «Canna»,  rus  dilində  «Kanna»  adlanır.  Yunan  dilində  mənası  «borucuq»  deməkdir. 

Dekorativ bitkidir, bağlarda, parklarda becərilir. MNB-da Hind kannası növü və bir neçə çeşidi 

(sortu) becərilir. 

            Karamış-  Boyaqotukimilər  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  la-tın  dilində 

«Karamyschewia»,  rus  dilində  «Karamışeviə»  adlanır.  Azər-baycan  florasında  Xedotvari 

karamıĢ növü bitir. 

            Kasnı(Cırtdaquş, göyçiçək)-Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) 

fəsiləsinə aid olan birillik və çoxillik ot bitkisidir. Bitki latın dilində «Cichorium» adlanır. Lüğəti 

mənası kio-getmək, chorion-sahə deməkdir. Rus dilində «Üikoriy» adlanır. Cavan yarpaqlarından 

salatların  hazırlanmasında  istifadə  olunur.  Kökündə  inulin,  acı  intibin  qlükozidi,  fruktoza  və  C 

vitamini  olur.  Yoğunlaşmış  kökündən  qəhvə  surroqatı  və  həmçinin  yüksək  keyfiyyətli  spirt 

alınmasında istifadə edilir. Köklərinin həlimi mikroba qarşı işlədilir və büzücü xassəyə malikdir. 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə