Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə17/41
tarix21.10.2017
ölçüsü1,13 Mb.
#6278
1   ...   13   14   15   16   17   18   19   20   ...   41

 

35 


Xortumçiçək-  Keçiqulağıkimilər  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Rhynchocorys»  adlanır.  Lüğəti  mənası  rhynchos-dimdik,  korys-qalpaq,  qapaq,  dəbilqə 

deməkdir. Rus dilində «Xobotnik» adlanır. Azərbaycan florasında 2 növü bitir. 



Xoruzgülü- Qaymaqçiçəkkimilər fəsiləsinə aid olan birillik və çoxillik bitkidir. Bitki latın 

dilində  «Adonis»,  rus  dilində  «Qoriüvet»,  «Adonis»  adlanır.  Zəhərlidir.  Tərkibində  qlükozid 

(C

25

H



40

O

10



)  vardır.  Yay  xoruzgülündən  xalq  təbabətində  böyrək  xəstəliklərinin  müalicəsində 

istifadə olunur. Azərbaycan florasında 5 növü bitir. 



Xostək-  Fabakimilər  (Paxlakimilər)  fəsiləsinə  aid  olan  kol  bitkisidir.  Bitki  latın  dilində 

«Garagana»,  rus  dilində  «Karaqana»,  «Çiliqa»  adlanır.  De-korativ  bitkidir.  Toxumları  ilə 

çoxalırlar.  Yarpaqlarında  9,27  mq%  C  vitamini  vardır.  Mal-qara  tərəfindən  yaxşı  yeyilir. 

Balverən  bitkidir.  Azərbaycan  flora-sında  2  növü  vardır  ki,  bunlardan  biri  də  mədəni  şəraitdə 

becərilən Ağac-varı xostəkdir



Xrizantema(Payızgülü)-  Kəpənəkçiçəkkimilər  (Mürəkkəbçiçəkkimilər)  fəsiləsinə  aiddir. 

Bitki  latın  dilində  «Chrysanthemum»  adlanır.  Lüğəti  mənası  chrysos-qızıl,  anthemos  isə  çiçək 

deməkdir.  Ən  çox  payızda  çiçək  açdığına  görə  bitkiyə  payızgülü  deyirlər.  Rus  dilində 

«Xrizantema»  adlanır.  Dekorativ  bitkidir.  Yaşıllaşdırmada  geniş  istifadə  olunur.  Çiçəklərin 

boyanmasında da  istifadə olunur.  Azərbaycan  florasında  Hind  xrizantema növü  bitir. MNB-da 

kolleksiyasında vardır. 



Xurma  (Xurnik,  pırnıx)-  Ebenakimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Diospyros» 

adlanır. Lüğəti mənası dios-müqəddəs, pyros isə meyvə deməkdir. Rus dilində «Xurma» adlanır. 

Xurma  meyvəsində  13,85%  ümumi  şəkər,  qabığında  2,39%,  yarpağında  isə  4,3%  aşı  maddələri 

vardır.  Arıçılığın  inkişafında  da  müstəsna  əhəmiyyəti  vardır.  Xurmanın  meyvəsi  vitaminlərlə 

zəngindir.  Əhali  meyvəsindən  təzə  və  qurudulmuş  halda  istifadə  edir.  Xurmadan  mürəbbə, 

bəhməz, cem,  povidlo  və s.  hazırlanır.  Xalq təbabətində xurma  meyvəsindən qəbizlikdə  işlətmə 

vasitəsi  kimi  istifadə  edilir.  Azərbaycan  florasında  3  növü  vardır  ki,  bunlardan  ikisi:  Yapon  və 

Virgin xurması mədəni halda becərilir. Adi və Qafqaz xurması isə yabanı halda bitir. Xalq onu 

Cır xurma, xurnik və pırnıx adlandırır. MNB-nın kol-leksiyasında əkilib becərilir. 

İkibaşlı- Kəpənəkçiçəkkimilər (Mürəkkəbçiçəkkimilər) fəsiləsinə aid olan birillik bitkidir. 

Bitki  latın  dilində  «Dichrocephala»  adlanır.  Lüğəti  mənası  dichros-ikirəngli,  kephale-baş 

deməkdir. Rus dilində «Dixroüefala» adlanır. Yem bitkisidir, yarpaqlardan ədviyyat kimi istifadə 

olunur. Azərbaycan florasında Enliyarpaq ikibaĢlı növü bitir. 



İkiləçək- Onaqrakimilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində «Circaea», 

rus  dilində  «Dvulepestnik»  adlanır.  Köklərindən  boyaq-çılıqda  istifadə  olunur.  Azərbaycan 

florasında 2 növü bitir. Sarı ikiləçək nö-vünün köklərindən sarı rəng alınır. 

İksiolirion-  İksiolirionkimilər  fəsiləsinə  aid  olan  çoxillik  soğanaqlı  bitkidir.  Bitki  latın 

dilində  «Ixiolirion»    adlanır.  Lüğəti  mənası  ixia-toxum  növü,  leyrion  isə  zanbaq  deməkdir.  Rus 

dilində  «İksiolirion»  adlanır.  Dekorativ  bitkidir.  Çiçəkçilikdə  geniş  istifadə  olunur.  Toxumla  və 

soğanaqları ilə çoxalırlar. MNB-ın kolleksiya sahəsində becərilir, nadir bitki kimi Azərbaycanın 

«Qırmızı  Kitab»ına  salınması  təklif  edilmişdir.  Azərbaycan  florasında  Dağ  iksiolirionu  növü 

bitir. 


İlanbaşı-  Lamiasiyakimilər  (Dodaqçiçəklilər)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki 

latın  dilində  «Dracocephalum»  adlanır.  Lüğəti  mənası  dracon-əj-daha,  cephale-baş  deməkdir. 

Rus dilində «Zmeeqolovnik» adlanır. Azər-baycan florasında 4 növü bitir. 

İlandili-  Koramalotları  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Ophioglossum»  adlanır. 

Lüğəti  mənası  ofis-ilan,  qlossa-dil  deməkdir.  Bitki  ilan  dilinə  bənzədiyinə  görə  ona  ilandili  adı 

verilib. Rus dilində «Ujovnik» adlanır. Azərbaycan florasında 2 növü bitir. 

İlankölgəsi  (Ferula)-  Kərəvüzkimilər  (Çətirçiçəkkimilər)  fəsiləsinə  aid  olan  çoxillik 

bitkidir.  Bitki  latın  dilində  «Ferula»  adlanır.  Lüğəti  mənası  ferula-tənək,  çubuq,  deməkdir.  Rus 

dilində «Ferula» adlanır. Dərman bitkisidir. Ondan «Baktizin» adında maddə alınır. Yanıq yerlərə 

sürtdükdə yanıq yerində ləkə qalmır. Azərbaycan florasında 8 növü bitir. 




 

36 


İlanotu-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Diplachne»  adlanır.  Lüğəti  mənası  diploc-ikiqat,  axne-yuxarı  təbəqə  deməkdir.  Rus  dilində 

«Zmeevka»  adlanır.  Təzə-tər  vaxtı  heyvanlar  tərəfindən  yeyilir.  İlanotunun  kimyəvi  tərkibi 

11,49%-sudan,  6,98%-küldən,  7,28%-proteindən,  1,165%-azotdan,  2,57%-yağdan,  28,87%-

sellüloz və s.-dən ibarətdir. Toxumları qidada istifadə olunur. Azərbaycan florasında 2 növü bitir. 



İlişən- Kərəvüzkimilər (Çətirçiçəkkimilər) fəsiləsinə aid olan birillik bit-kidir. Bitki latın 

dilində  «Caucalis»  adlanır.  Lüğəti  mənası  kejein-alçalmaq,  sürünmək,  kaulos-gövdə  deməkdir. 

Rus dilində «Priüepnik» adlanır. Azərbaycan florasında YapıĢan iliĢən növü bitir.  

İnciçiçəyi-  İnciçiçəkkimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  la-tın  dilində 

«Convallaria» adlanır. Lüğəti mənası lilium-zanbaq, konvalis-də-rə, vadi deməkdir. Rus dilində 

«Landış»  adlanır.  Dərman  bitkisidir.  Yar-paq  və  çiçəklərindən  alınan  tinkturadan  ürək 

fəaliyyətinin tənzimində dər-man kimi istifadə edilir. Dekorativ və efir yağlı bitkidir. Zəhərlidir. 

Azər-baycan florasında Zaqafqaziya inciçiçəyi növü bitir. MNB-da kollek-siyası vardır. 



İnək  noxudu-  Fabakimilər  (Paxlakimilər)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın 

dilində «Vigna», rus dilində «Viqna» adlanır. İnək noxudu yaxşı dənli yem bitkisi hesab olunur. 

Toxumu  24-28%  zülalla  və  1,45-1,72%  yağla  zəngindir.  Azərbaycan  florasında  1  növü  mədəni 

halda becərilir. 



İnnab-  Murdarça  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Zizyphus»,  rus  dilində  «Unabi» 

adlanır.  İnnab  meyvələrindən  həm  təzə,  həm  də  qurudulmuş  halda  geniş  istifadə  edilir.  İnnab 

meyvələrində  21-25%-şəkər,  0,47-1,87%  müxtəlif  turşular,  2,1-5,8%  pektin  maddələri,  350-735 

mq%  C  vitamini  və  s.  vardır.  İnnab  meyvələri  çox  qədimdən  tibbi  əhəmiyyət  kəsb  edir.  Onun 

meyvələrindən  boğaz  ağrısı,  hipertoniya,  mədə-bağırsaq  və  b.  xəstəliklər  zamanı  dərman  kimi 

istifadə edilir. Yarpağından və kökündən qızdırmaya qarşı istifadə edilir. Azərbaycan florasında 1 

növü bitir. MNB-da və Şamaxı dayaq məntəqəsində 20-yə qədər sortu və 3 növü becərilir.  

İsitməotu- Kələmkimilər (Xaççiçəkkimilər) fəsiləsinə aid olan birillik, ikiillik və çoxillik 

bitkidir. Bitki latın dilində «Erysimum» adlanır. Lüğəti mənası eryuomoy-şəfa vermək deməkdir. 

Rus  dilində  «Jeltuşnik»  adlanır.  Toxumlarında  27,5%-ə  qədər  qatı  yağ  vardır.  Azərbaycan 

florasında 22 növü bitir. 



İstiot  (Bibər)-  Badımcankimilər  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Capsicum»  adlanır.  Lüğəti  mənası  capsa-qutu,  anbar  deməkdir.  Rus  dilində  «Pereü»  adlanır. 

İstiot qidaya ədviyyat kimi qatılır və turşuya qoyulmada da istifadə olunur, C və A vitamini ilə 

zəngindir.  İstiotun  meyvəli  ətinin  tərkibində  23,66-66,17%  şəkər,  10,62-34,04%  fruktoza,  2,12-

19,61%  saxaroza,  3,57-11,49%  qlükoza  və  5,5-9,31%  zülal  vardır.  MNB-da  örtülü  şəraitdə 

(oranjereyada) becərilir. Açıq şəraitdə mədəni əkin şəraitinə keçirilmiş bir neçə sortları becərilir. 

Azərbaycan florasında Birillik istiot nö-vü becərilir. 



İşıq  otu-  Cilkimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində  «Luzula» 

adlanır.  Lüğəti  mənası  luceo-parıldamaq  deməkdir.  Rus  dilində  «Ojika»  adlanır.  Sünbülləmə 

dövründə yem bitkisi kimi istifadə olunur. Azərbaycan florasında 6 növü bitir. 

İtburnu (Dərgil, həmərsin)- Gülçiçəklilər fəsiləsinə aiddir. Bitki latın dilində «Rosa», rus 

dilində  «Roza»,  «Şipovnik»  adlanır.  Kökündə,  gövdəsində  və  yarpağında  aşı  maddəsi, 

meyvəsində  8,09%şəkər,  2,74%  pektin,  2,18%  pentazon,  3,58%  aşı  və  rəngləyici  maddə,  500-

1077mq%  vitamin,  0,071%  efir  yağı  vardır.  İtburnundan  alınan  dərman  preparatları  qan 

dövranının  yaxşılaşdırılmasında,  böyrək,  mədə,  dəri  xəstəliklərinin  və  yaraların  müalicəsində 

istifadə edilir.  Tərkibində çoxlu  miqdarda mikroelementlər,  mürəkkəb  efir,  fitonsid  və s.  vardır. 

Ondan mürəbbə, cem, vitaminli içki, kompot və s. hazırlanır. MNB-nın kolleksiya sahəsində yeni 

növləri vardır. Kolleksiyada becərilən növlər üzərində yeni qızılgül sortları almaq üçün seleksiya 

işləri aparılır. Azərbaycan florasında 34 növü vardır, 6 növü mədəni şəraitdə becərilir. 

İtxiyarı(Dəli  xiyar,  atılan)-Boranıkimilər  (Qabaqkimilər)  fəsiləsinə  aid  olan  çoxillik  ot 

bitkisidir.  Bitki  latın  dilində  «Ecballium»  adlanır.  Lüğəti  mənası  ecballeio-atma,  tullama 

deməkdir.  Rus  dilində  «Beşenıy  oqureü»  adlanır.  Meyvəsində  elaterin  və  profetin  qlükozidləri 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə