Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə13/41
tarix21.10.2017
ölçüsü1,13 Mb.
#6278
1   ...   9   10   11   12   13   14   15   16   ...   41

 

27 


məmulatların  istehsalında istifadə  olunur.  Azərbaycan  florasında  Qafqaz əzgili  növü  bitir. 

MNB-da  kolleksiyada vardır. 



Əzvay-    Melentakimilər  (Zanbaqkimilər)  fəsiləsindəndir  .    Latın  dilində  «Aloe»,  rus 

dilində  «Alog»  və    ya  «Stoletnik»    adlanır.  Adının      mənbəyi  ərəb  dilindən    gələrək  «acı» 

deməkdir.  Geniş    yayılmış  növü  ağacvari    əzvaydır    ki,  bu  ən  çox  dərman    bitkisi  kimi  mədə-

bağırsaq,  göz  ağrıları,  diş  ətinin  bərkidilməsi,  yaraların  müalicəsində  istifadə  olunur.  Müalicə 

təsiri  gös-tərən  maddə  bitkinin    yarpaqlarında    olan  alonindir.  MNB-da  örtülü  şəraitdə  əkilib 

becərilir.  



Feyxoa- Mərsinkimilər fəsiləsinə aiddir. Feyxoanın vətəni Braziliyadır. Bitki latın dilində 

«Feijoa»,  rus  dilində  «Feyxoa»  adlanır.  Bu  ad  bitkiyə  onu  kəşf  edən  Braziliya  təbiət  tarixi 

muzeyinin  direktoru  Covani  De  Silva  Feyxonun  şərəfinə  verilmişdir.  Meyvəsinin  tərkibi  çoxlu 

miqdarda  yodla zəngin  olduğundan, zob xəstəliklərinin müalicəsində  geniş  istifadə  olunur. 1  kq 

təzə  meyvələrində  10  mq-a  qədər  yod  vardır.  Meyvəsinin  tərkibi  59,68%  sudan,  12,46% 

şəkərdən,  2,25%  turşu  və  1,51%  küldən  ibarətdir.  Meyvəsindən  cem,  mürəbbə,  jele  və  s. 

hazırlayırlar.  Bəzək-bağçılıqda  geniş  istifadə  olunur. Feyxoanın  çoxlu sortları  vardır. Toxumları 

ilə çoxaltdıqda müxtəlif formalar əmələ gəlir. Buna görə də yararlı olan sortları yalnız vegetativ 

üsulla çoxaltmaq lazımdır. Azərbaycan florasında 1 növü mədəni şəraitdə becərilir. MNB-da açıq 

və örtülü şəraitdə kolleksiyası vardır. 

Fındıq-  Tozağacıkimilər fəsiləsindən  olub, birevli bitkidir.  Bitki  latın  dilində  «Corylus», 

rus  dilində  isə  «Lehina»,  «Oreşnik»,  «Melkiy  orex»  adlanır.  Fındıq  ləpəsində  58-71%  yağ,  14-

18%  zülal,  2-5%  şəkər,  vitaminlər  və  mikroelementlər  vardır.  Ləpəsi  təzə,  qurudulmuş  və 

qovrulmuş  halda  yeyilir.  Ondan  dadlı  və  təravətli  paxlava,  şəkərbura,  konfet  və  s.  qənnadı 

məmulatı hazırlanır. Azərbaycan florasında 3 növü bitir. MNB-da 2 növün kolleksiyası vardır. 

Fırçaotu-  Fırçaotukimilər  fəsiləsinə  aid  olan  ikiillik  və  çoxillik  ot  bitkisidir.  Bitki  latın 

dilində «Dipsacus» adlanır. Yunan dilində mənası dipsaein-həsrət çəkmək deməkdir. Rus dilində 

«Vorsənka» adlanır. Bir çiçəyinin tərkibində 0,54-0,56 mq-a qədər nektar və 57,5-73%-a qədər 

isə şəkər vardır. Azərbaycan florasında 3 növü yayılmışdır. 



Fıstıq-  Fıstıqkimilər  fəsiləsindəndir.  Latın  dilində  «Fagus»  adlanır.  Lüğəti  mənası  fıstıq 

deməkdir. Rus dilində isə «Buk» adlanır. Fıstıqdan yüksək keyfiyyətli texniki yağ alınır. Təzə və 

qovrulmuş halda yeyilir. Oduncağından yüksək keyfiyyətli mebel hazırlanır. Ləpəsindən qənnadı 

məhsullarının hazırlanmasında istifadə olunur. Respublikamızın meşələrində ancaq 1 növü- ġərq 



fıstığı yayılmışdır. 

Fikus-  Tutkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Ficus»  adlanır.  Fikusun  lüğəti 

mənası  qədim  latın  dilində  əncir  deməkdir.  Bu  ad  həmin  cinsə  daxil  olan  bitkilər  içərisində  ən 

geniş yayılmış əncir ağacına görə verilib. Rus dilində «Fikus» adlanır. Bəzək-bağçılıqda xüsusən 

də otaq şəraitində geniş əkilib becərilir. İri yarpaqları tozu öz üzərinə toplayır və otağın havasını 

saflaşdırır.  Həftədə  bir  dəfə  yarpaqları  silindikdə  daha  gözəl  və  yaraşıqlı  olur.  MNB-nın 

şüşəbəndlərində (oranjereyalarında) kolleksiyası qorunub saxlanılır. 



Filbahar-    Fabakimilər  (Paxlakimilər)  fəsiləsinə  aiddir.  Bitki  latın  di-lində  «Wistaria», 

rus dilində «Vistariə», «Qliüiniə» adlanır. Binaların di-varlarını, çardağları, eyvanları, xəndəkləri 

bəzəmək  üçün  çox  qiymətli  bitki-dir.  Bəzək-bağçılıqda  talvar  düzəltmək,  söhbətkeşlərin 

(besedka),  binaların  divarlarını  bəzəmək  üçün  çox  əhəmiyyətlidir.  Filbaharı  süni  göl  və  nohur-

ların  yaxınlığında  əkmək  məsləhət  deyildir,  çünki  suya  tökülən  yarpaqları  balıqlar  üçün 

təhlükəlidir.  Azərbaycanda  əkilən  növlərindən  biri  də  Çin  filbaharıdır.  MNB-da  kolleksiyada 

əkilib becərilir. 

Firəngotu-  Firəngotukimilər  fəsiləsinə  aid  olan  birillik  və  çoxillik  bitkidir.  Bitki  latın 

dilində  «Lobelia»,  rus  dilində  «Lobeliə»  adlanır.  Alaq  bitkisidir.  Azərbaycan  florasında  Adi 



firəngotu növü geniş yayılmışdır. 


 

28 


Frin-  Kələmkimilər  (Xaççiçəkkimilər)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın 

dilində  «Phryne»,  rus  dilində  isə  «Frina»  adlanır.  Azərbaycan  florasında  Xyut  növü  geniş 

yayılmışdır. 

Froripiya-  Kərəvüzkimilər  (Çətirçiçəkkimilər)  fəsiləsinə  aid  olub,  ikiillik  bitkidir.  Bitki 

latın  dilində  «Froriepia»,  rus  dilində  «Froripiə»  adlanır.  Azərbaycan  florasında  Lələkvarı 



froripiya növü geniş yayılmışdır. 

Fuman- Çobanqarğısıkimilər (Buxur kolu) fəsiləsinə aiddir. Bitki latın dilində «Fumana» 

adlanır.  Lüğəti  mənası  yunan  dilində  fumus-tüstü  deməkdir.  Rus  dilində  «Fumana»  adlanır. 

Azərbaycan florasında Ərəb və Yatıq növləri bitir. 

Fuopsis-  Boyaqotukimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Phuopsis», rus dilində «Fuopsis»  adlanır. Dekorativ bitki kimi bəzək-bağçılıqda  geniş istifadə 

olunur. Azərbaycan florasında Sütuncuqlu fuopsis növü bitir. 



Gavalı-  Gülçiçəklilər  fəsiləsindən  olan  çəyirdəkli  şirəli  meyvə  bitki  cinsidir.  Bitki  latın 

dilində  «Prunus»  adlanır.  Lüğəti  mənası  yunan  dilində  prumnon,  prunus  olub,  Teofrast  və 

Pliniyanın dövründə gavalı ağacı mənasını daşıyır. Rus dilində «Sliva» adlanır. Meyvəsi yetişmiş 

və  qurudulmuş  halda  yeyilir.  Bunlardan  həmçinin  kompot,  mürəbbə,  cem  və  s.  hazırlanır.  Qara 

gavalı  mədə-bağırsaq  xəstəliyi  üçün  çox  müalicəvi  əhəmiyyəti  vardır.  Meyvəsinin  tərkibində  6-

17%  şəkər,  0,2-1,5%  turşuluq  və  10  mq%-ə  qədər  A  vitamini  vardır.  AMEA  MNB-da  3  növün 

kolleksiyası vardır. 

Gecəçiçəyi(Gecəgözəli)- Gecəçiçəyikimilər fəsiləsinə aid olub, birillik və çoxillik bitkidir. 

Bitki  latın  dilində  «Mirabilis»  adlanır.  Lüğəti  mənası  mirabilis-qəribə,  qeyri-adi  deməkdir.  Rus 

dilində  «Mirabilis»  adlanır.  Dekorativ  bitki  kimi  bağlarda,  parklarda  geniş  əkilib  becərilir. 

Azərbaycan florasında 1 növü bitir. 



Gecəgülü-Kələmkimilər  (Xaççiçəkkimilər)  fəsiləsinə  aid  olub,  çoxillik  bitkidir.  Latın 

dilində  «Hesperis»  adlanır.  Lüğəti  mənası  latın  dilində  xesperis-axşam  deməkdir.  Rus  dilində 

«Veçerniüa» adlanır. Toxumlarının tərkibində 150-156 mq yodu olan qatı yağ (30-50%) vardır ki, 

bundan da sabun istehsalında və s. istifadə olunur. İlkin yetişkən vaxtı mal-qara üçün yaxşı yem 

hesab olunur. Balverən bitkidir. Azərbaycan florasında 3 növü yayılmışdır. 

Georgin 

(Kartofgülü,soğangülü)- 

Kəpənəkçiçəkkimilər 

(Mürəkkəb-çiçəkkimilər) 

fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  İlk  dəfə  1803-cü  ildə  Rusiya-ya  gətirilmiş  bitki  Peterburq 

nəbatatçı  alimi Georginin şərəfinə  adlan-dırılmışdır. Yeraltı orqanı kartofa oxşadığına  görə ona 

kartof  gülü  də  deyirlər.  Bitki  latın dilində  «Dahlia»,  rus  dilində  «Qeorqin»  adlanır.  Azərbaycan 

flora-sında DəyiĢkən georgin növü mədəni şəraitdə becərilir. MNB-da bir neçə çeşidi becərilir. 

             Gəcavər-  Danaayağıkimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 



«Acorus», rus dilində  «Air» adlanır. Kökümsovundan efir  yağı (qara  yağ) alınır və ondan likör 

(içki)  istehsalında  da  istifadə  olunur.  Dərman  bitkisidir.  Kökümsovu  iştahanın  artırılmasında  və 

mədə-bağırsaq  sisteminin  fəaliyyətinin  yaxşılaşdırılmasında  istifadə  olunur.  Azərbaycan 

florasında 1 növü bitir. 

           Gəmirici soğan (İlan soğanı)-  Sünbülçiçəkkimilər fəsiləsinə aiddir. Bitkiyə xalq arasında 

ilan  və  siçan  soğanı  da  deyirlər.  Çoxillik  ot  bitkisidir.  Bitkiyə  latın  dilində  «Muscari»  deyilir. 

Lüğəti mənası gəmirici deməkdir. Ona görə də ilan yox, gəmirici soğanı adlandırılması məqsədə 

uyğundur.  Rus  dilində  «Qadöçiy  luk»,  «Mışinıy  qiaüint»  adlanır.  Xalq  təbabətində  gəmirici 

soğanı  (ilan  soğanı)  sidikqovucu  dərman  kimi  işlədirlər.  Bəzək-bağçılıqda  isə  ondan  tək-tək, 

qrupp halında bəzək ləklərinə yaraşıq vermək üçün əkib becərirlər. Azərbaycan florasında 9 növü 

bitir. MNB-da kolleksiya sahəsində becərilir. 

Gəndəlaş-  Doqquzdonkimilər  fəsiləsinə  aid  olan  çoxillik  ot  bitkisidir.  Bitki  latın  dilində 

«Sambucus», rus dilində «Buzina» adlanır. Çiçək və meyvəsi şəraba rəng və müşk dadı vermək 

üçün  yararlıdır.  Çiçəklərindən  çay  dəmləyib  sidikqovucu,  tərqovucu  və  büzücü  dərman  kimi 

işlədirlər.  Eyni  zamanda  meyvələrinin  tərkibi  C  vitamini  ilə  zəngindir.  Durnalar  qatarla  uzaq 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə