Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə12/41
tarix21.10.2017
ölçüsü1,13 Mb.
#6278
1   ...   8   9   10   11   12   13   14   15   ...   41

 

25 


müalicəsində  istifadə  edirlər.  Elə  buna  görə  də  xalq  onu  döyənəkotu  adlandırır.  Giləmeyvələri 

zəhərlidir. Azərbaycan florasında Giləmeyvəli döyənəkotu növü bitir. 



Durnaotu-  Ətirşahçiçəkkimilər  fəsiləsinə  aid  olub,  birillik,  ikiillik  və  çoxillik  bitkidir. 

Bitki  latın  dilində  «Erodium»  adlanır.  Lüğəti  mənası  yunan  dilində  erodios-vağ,  durna  və  ya 

leylək  deməkdir.  Rus  dilində  «Juravelğnik»,  «Listnik»  adlanır.  Meyvələrinin  forması  durnanın 

dimdiyinə  oxşadığına  görə  çox  vaxt  bitkiyə  el  arasında  durna  dimdiyi  deyilir.  Azərbaycan 

florasında 8 növü vardır. 

Düyməotu- Keçiqulağıkimilər fəsiləsinə aid olub, birillik, ikiillik və çoxillik bitkidir. Bitki 

latın dilində «Celsia», rus dilində «Üelğsiə» və ya «Korovək» adlanır. 50-200 sm hündürlüyündə 

ikiillik  və  çoxillik  bitkidirlər.  Toxumları  formalaşan  vaxtı  qutucuq  əməköməcidə  olduğu  kimi 

düyməyə oxşayır. Qədimdə onu bir az dözümlü parçaya büküb, düymə formasında tikib istifadə 

edirdilər. Çiçəkləri çox dekorativdir. Azərbaycan florasında 4 növü vardır. 

Düyü-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Oryza»,  rus  dilində 

«Ris» adlanır. Xeyli növ və sortları vardır. Rütubət və is-tisevən   bitkidir. Düyüdən nişasta, spirt, 

yüksək  keyfiyyətli  yağ,    küləşindən  kağız,  karton,  hörgü  məmulatı  hazırlanır.  Qiymətli    qida 

məhsuludur. Azərbaycan florasında Əkin düyüsü  növü vardır. 



Epimedium-  Zirinckimilər  fəsiləsinə  aid  olub,  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Epimedium»,  rus  dilində  «Gpimedium»,  «Qorənka»  adlanır.  Dekorativ  bitkidir.  Bütün  növləri 

çoxillik  ot  bitkiləridir.  Bəzək-bağçılığında  istifadə  olu-nan  xeyli  hibridləri  vardır.  Azərbaycan 

florasında Lələkvari epimedium növü vardır. 

Eunomiya-    Kələmkimilər  (Xaççiçəkkimilər)  fəsiləsinə  aid  olub,  çoxillik  bitkidir.  Bitki 

latın  dilində    «Eunomia»  və  ya  «Aethionema»  adlanır.  Lüğəti  mə-nası  yunan  di-lində  evnomia-

düzgünlük    deməkdir.    Rus  dilində  «Eunomiə»,  «Krılo-tıçinnik»  adlanır.  Birillik  və    çoxillik 

bitkilərdir.  Əsasən  bozqır  əra-zilərdə  yayılmışlar.  Azərbaycan  florasında  Dəyirmiyarpaq 



eunomiya növü bitir. 

Eupator-  Kəpənəkçiçəkkimilər  (Mürəkkəbçiçəkkimilər)  fəsiləsinə  aid  olub,  çoxillik 

bitkidir.  Bitki  latın  dilində  «Eupatorium»,  rus  dilində  «Poskon-nik»  adlanır.  Pont  çarı  Mitridat 

Eupatorun şərəfinə belə adlan-dırılmışdır. Çoxillik, bəzən birillik  kökümsovlu, ot və ya yarımkol 

bitkilərdir.  Toxumların-da 25%-ə qədər qatı yağ vardır. Gövdə və  yarpağından göy boya alınır.  

Azərbaycan florasında Kənəfvari eupator növü vardır. 

Evkalipt-  Mərsinkimilər  fəsiləsinə  aid  olub,  ağac  və  ya  kollardır.  Bitki  latın  dilində  

«Eucalyptus»    adlanır.  Qabığından  aşı  maddəsi  kimi  və    kağız  istehsalında  istifadə  edilir. 

Yarpağında  müxtəlif    tərkibli    (sineol,  pinen)  tünd  qoxulu    efir  yağı  vardır.  Qiymətli  dərman 

bitkisidir. Əsasən boğaz, bronxların, diş iltihabı zamanı qarqara kimi istifadə edirlər. 

Əqrəbotu-  Fabakimilər  (Paxlakimilər)  fəsiləsinə  aid  olub,  birillik  bit-kidir.  Bitki  latın 

dilində  «Scorpiurus»    adlanır.  Lüğəti  mənası  yunan  dilində  scorpios-əqrəb,  urus  isə  quyruq 

deməkdir.  Bitkinin  forması   əqrəbə oxşa-dığına  görə xalq  onu    əqrəbotu adlandırıb.  Rus dilində 

«Skorpionniüa», «Liçinnik» adlanır. Azərbaycan florasında  Yarıtüklü  əqrəbotu  növü  vardır. 



Əməköməci  (Balba)-  Əməköməcikimilər  fəsiləsindən  olan  birillik,  ikiillik  və  çoxillik 

bitkidir. Bitki latın dilində «Malva» adlanır. Lüğəti mənası yunan dilində malachiso-yumşaltmaq, 

yüngülləşdirmək deməkdir. Rus dilində «Prosvirnik», «Malğva» adlanır. Çiçək və yarpaqlarından 

alınan  cövhər  qarqara  eləmək  üçün  dərman  kimi  istifadə  edilir.  Əməköməcinin  tər-kibində 

müalicə əhəmiyyətli yapışqanabənzər selikli maddə olduğu üçün xalq təbabətində mədə-bağırsaq  

xəstəliklərinə  və  böyrəkdən  sidik  kanalına  düşmüş  daşın  çıxmasına  qarşı  istifadə  edirlər. 

Yarpaqlarında  C  vitamini  və  karotin  vardır.  Çiçəyindən  alınan  rəngdən  yun  boyanmasında  və 

şərabçılıqda istifadə olunur. Azərbaycan florasında 10 növü vardır. 



Əncir- Tutkimilər fəsiləsindən olan bitki cinsidir. Bitki latın dilində «Ficus», rus dilində 

«Smokovniüa»,  «İnjir»,  «Fikus»  adlanır.  Meyvəsində  şəkər  (12-23%),  pektin    maddəsi  (0,5-

4,2%),  sellüloza  (3,4-7,4%),  turşu  (1%-dək),  C,  B

1

,  B



2   

vitaminləri,  karotin,  kalsium  dəmir  və 

fosfor vardır. Ən-cirin meyvələri qidada təzə və qurudulmuş halda istifadə edilir. Meyvə-sindən 



 

26 


mürəbbə  və  cem  hazırlanır.  Yaş  və  qurudulmuş  meyvələri  yoğun  bağırsaqda  olan  xoralara 

(kolitə)  və  ürək  əzələlərini  möhkəmləndirilməsinə  kömək  edir.  Azərbaycan  florasında  2  növü 

vardır. MNB-da 2 növün kollek-siyası vardır. 

Ənginar-  Kəpənəkçiçəkkimilər  (Mürəkkəbçiçəkkimilər)  fəsiləsindən  olan  çoxillik  ot 

bitkisidir.  Bitki  latın  dilində  «Cynara»,  rus  dilində  «Artişok»  adlanır.  Ənginarın  ətli  hissələri, 

cavan  budaqları,  yarpaq  saplağı  və  kökü  bi-şirilmiş,  yaxud  duza  qoyulmuş  halda  yeyilir.  Çiçək 

yatağında  2,5-3%  zülal,  7-15%  karbohidrat,  3-11,1  mq%  C  vitamini,  0,4  mq%  karotin,  B

1

,

 



B

vita-minləri  və  86-88%  su  vardır.  Heyvanlar  tərəfindən  yaxşı  yeyilir.  Balverən  və  dekorativ 



bitkidir.  Boyaq  və  lif  almaq  üçün  də  istifadə  edilir.  Bitkidən  sabun  istehsalında  müxtəlif  rəng 

almaq  üçün  istifadə  olunur.  Azərbaycan  florasında  2  növü  vardır  ki,  bunlar  da  mədəni  şəraitdə 

becərilir. MNB-da əkilib becərilir. 

Ərkəvan- Fabakimilər (Paxlakimilər) fəsiləsinə aiddir. Bitki latın dilində «Cercis» adlanır. 

Lüğəti mənası yunan dilində kerkic-toxuma məkik deməkdir. Rus dilində «Üerüis»,«Baqrənnik», 

«İudino  derevo»  adlanır.  Çox  bəzəkli  bitki  kimi  yaşıllaşdırmada  tək-tək  və  qrupla  əkilir. 

Qayçılanmanı  sevir  və  ona  istənilən  formanı  (şar,  üçbucaq  və  s.)  vermək  mümkündür. 

Oduncağından xarratlıqda istifadə edilir. Azərbaycan florasında Adi ərkəvan növü vardır. MNB-

da əkilib becərilir.  



Ərküdə (Viteks)  – Minaçiçəyikimilər fəsiləsinə aiddir. Bitki latın dilində  «Vitex»  adlanır. 

Lüğəti  mənası  viere  –  toxumaq  deməkdir.  Rus  dilində  «Viteks»  adlanır.  Dekorativ,  ədviyyə, 

balverən  və  vitaminli  bitki  kimi  faydalıdır.  Yarpaqlarında  38-118,1  mq%  C  vitamini  vardır. 

Azərbaycan florasında Adi ərküdə (Çubuqlu viteks) növü məlumdur. MNB-da 2 növü, Adi və 



Çin ərküdəsi növləri kolleksiyada becərilir.  

Əsmə-  Qaymaqçiçəkkimilər  fəsiləsinə  aid  olub,  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Anemone»  adlanır.  Lüğəti  mənası  yunan  dilində  anemos-külək  deməkdir.  Rus  dilində 

«Vetreniüa» adlanır. Əksər növlərinin ləçəkləri küləkdə tökülür. Əksəriyyəti zəhərli, bir çox növü 

isə dekorativ bitkidir. Azərbaycan florasında 5 növü vardır. 

Ətirşah- Ətirşahçiçəkkimilər fəsiləsinə aid olub, birillik, ikiillik və çoxillik bitkidir. Bitki 

latın  dilində  «Geranium»  adlanır.  Lüğəti  mənası  yunan  dilində  geranos,  geranion-durna 

deməkdir. Bitkiyə bəzən «Pelargonium» da deyirlər. Pelorqoniya yunan dilində «durna dimdiyi» 

deməkdir. Bitki meyvəsi durnanın dimdiyinə oxşadığına görə belə adlanır. Rus dilində «Qeranğ» 

adlanır. Ən  geniş  yayılan növü  cəhrayı  ətirşahdır. Həmin  növün  yarpaq-larının tərkibində  çoxlu 

miqdarda ətirli efir yağı vardır ki, bu da ətriyyat səna-yesində çox baha olan qızılgül yağını əvəz 

edir. Azərbaycan florasında 23 növü vardır. 

Əvəlik- Qırxbuğumkimilər fəsiləsindən olub, birillik, ikiillik və çoxillik ot bitkisidir. Bitki 

latın  dilində  «Rumex»  adlanır.  Lüğəti  mənası  yunan  dilində  oksyus-turş  deməkdir.  Rus  dilində 

«Havelğ»  adlanır.  Yerli  əhali  bu  bitkini  çiçəkləməmişdən  əvvəl  may-iyun  aylarında  yığır,  saç 

kimi hörür və qurudaraq qışa tədarük  edirlər. Qurudulmuş əvəlikdən qış  vaxtı müxtəlif xörəklər 

(əvəlikli  aş,  əvəlikli  umac,  əvəlikli  qındı,  əvəlikli  sıyıq  və  s.)  hazırlanır.  Bu  xörəklər  müalicəvi 

əhəmiyyətə  malikdilər.  Məs:  əvəlikli  aş  mədə-bağırsaq  xəstəliklərinin  müalicəsində,  əvəlikli 

umac  isə  soyuqdəymə,  zökəm  və  sinə  tutulmasında  çox  kömək  edir.  Yarpaqlarında    C  vitamini 

vardır.  Onlardan  gön  aşılamaq,  boyaq  hazırlamaq  üçün    istifadə    edirlər.  Azərbaycan  florasında 

17 növü vardır. MNB-nın kolleksiya sahəsində vardır. 

Əzgən- Tərəçiçəkkimilər fəsiləsindən olan  yarımkol və  ya birillik ot cinsidir. Bitki latın 

dilində  «Kochia»,  rus  dilində  «Koxiə»  adlanır.  Alman  botaniki  Vilhelm  Daniyel  Jozef  Koxun 

şərəfinə  adlandırılmışdır.  Şoran  torpaqlı  qış  otlaqlarında  heyvanlar  üçün  yaxşı  yemdir. 

Səmaağacı əzgən növü dekorativ bitkidir. Azərbaycan florasında 3 növü vardır. 

Əzgil-  Gülçiçəkkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Mespilus»,  rus  dilində 

«Muşmula» adlanır. Əzgil meyvəsində 10,6% şəkər, 1,17%-ə qədər alma turşusu vardır. Əzgildən 

kompot,  konserv,  şirə  və  s.  hazırlanır.  Yarpaqları,  qabığı,  yetişməmiş  meyvələrində  aşılayıcı 

maddələr  vardır.  Yarpaq  və    köklərindən  qəhvəyi  və  sarı  rəng  alınır.  Oduncağından  xarratlıq  




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə