Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə10/41
tarix21.10.2017
ölçüsü1,13 Mb.
#6278
1   ...   6   7   8   9   10   11   12   13   ...   41

 

21 


qlükozid,  şəkər,  efir  yağı,  saponin,  yarpaqlarında  isə  13,7-14,4  mq%  karotin  vardır.  Cavan 

yarpaqları qidada istifadə olunur. Balverən bitkidir. Azərbaycan florasında 5 növünə rast gəlinir. 



Danaayağı(Kəcəb)-  Danaayağıkimilər  fəsiləsinə  aid  olub,  çoxillik  bitkidir.  Bitki  latın 

dilində «Arum», rus dilində «Aroynik» adlanır. Yeraltı kökyumruları dananın ayağına oxşadığına 

görə  ona  danaayağı  adı  verilmişdir.  Bitkinin  bütün  hissələrində  zəhərli  maddələr  vardır.  Kök 

yumruları  nişasta  ilə  zəngindir,  bişirildikdən  və  qurudulduqdan  sonra  zəhərlilik  xüsusiyyətini 

itirir və qidada istifadə olunur. Ondan un və nişasta alınır. Qurudulmuş kök yumrularından alınan 

toz xalq arasında yara sağaldıcı kimi istifadə olunur. Azərbaycan florasında 2 növü bitir. Həmin 

növlər AMEA-nın Mərkəzə Nəbatat Bağında kolleksiyada saxlanılır. 

Danaqıran- Melentakimilər (Zambaqkimilər) fəsiləsinə aid olub, dekorativ bitki cinsidir. 

Bitki  latın  dilində  «Merendera»,  rus  dilində  «Merendera»  adlanır.  Çoxillik,  5-12  sm 

hündürlüyündə soğanaqlı yumrulu bitkidir. Qumsal və şoran düzən ərazilərdə, dağlarda isə subalp 

çəmənlərinə  qədər  yayılmışdır.  İlk  yazda  çiçək  açan  bu  bitkinin  çiçəklərini  danalar  yedikdə 

zəhərlənib  öldüyündən  ona  bu  ad  verilmişdir.  Qış  otlaqlarında  yaşayan  heyvanlar  üçün  zərərli 

bitki hesab olunur. Azərbaycan florasında 5 növü yayılmışdır. 5 növü MNB-da becərilir. 



Danaya- Bigəvərkimilər fəsiləsinə aid olub, həmişəyaşıl budaqlı  yarımkoldur. Bitki latın 

dilində  «Danae»,  rus  dilində  «Danaə»  adlanır.  Dekorativ  bitkidir.  Yaraşıqlı  yarpaqları  və  gözəl 

qırmızı rəngli giləmeyvələrindən gül dəstəsi düzəltdikdə çox yaraşıqlı görünür. Xalq təbabətində 

yarpaqlarından  işlətmə  dərmanı  kimi  istifadə  olunur.  Yarpaqlarından  alınan  cövhər  isə 

soyuqdəyməyə qarşı yaxşı vasitədir. 

Darı-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latınca  «Panicum»,  rus  dilində 

«Proso»  adlanır.  Panicum-darının  qədim  roma  adıdır.  Bu  cinsə  daxil  olan  növlərin  əksəriyyəti 

qida və yem bitkisi kimi becərilir. Toxumlarından nişasta alınmasında istifadə olunur. Tərkibində 

yağ  vardır.  Darıdan  hazırlanmış  undan  darı  çadı  (çörəyi)  bişirilir.  Qını  çıxarılmış  darı 

yarmasından südlü sıyıq çox dadlı olur. Kağız istehsalında istifadə olunur. Azərbaycan florasında 

2 növü vardır. 



Darıotu-  Kələmkimilər  (Xaççiçəkkimilər)  fəsiləsinə  aid  olub,  birillik  bitkidir.  Bitki  latın 

dilində  «Drabopsis»,  rus  dilində  «Krupkovnik»  adlanır.  Xırda  meyvələri  olduğuna  və  darıya 

oxşadığına  görə  ona  darıotu  deyilir.  Toxumları  qidalı  olduğundan  ev  və  çöl  quşları  tərəfindən 

həvəslə yeyilir. Azərbaycan florasında Yaz darıotu növü bitir. 



Daşdələn  (Qayaotu)-  Daşdələnkimilər  fəsiləsinə  aid  olub,  birillik  və  çoxillik  bitkidir. 

Latın  dilində  «Saxifraga»  adlanır.  Lüğəti  mənası  saxum-qaya,  frango-qırmaq  deməkdir  Rus 

dilində  «Kamnelomka»  adlanır.  Daşlı  təpəciklərin  yaşıllaşdırılmasında  istifadə  olunur.  El 

arasında qayaotu kimi  tanınır. Bu bitkinin kökləri daşları  dəlməklə  qayada  bitdiyindən  daşdələn 

adlanır.  Üçbarmaqcıxlı  daşdələnin  yarpaqları  qidada  istifadə  olunur.  Azərbaycan  florasında  15 

növü vardır. 



Daşmeyvə-  Kələmkimilər  (Xaççiçəkkimilər)  fəsiləsinə  aid  olub,  birillik  bitkidir.  Bitki 

latın  dilində  «Euclidium»  adlanır.  Lüğəti  mənası  yunan  dilində  eu-yaxşı,  kleyo  isə  bağlamaq 

deməkdir.  Rus  dilində  isə  «Krepkoplodnik»  adlanır.  Qayalarda  və  daşlıqda  bitən  bitki  yaxşı 

inkişaf etdiyinə görə ətrafda olan sahəni örtərək gözəl görkəm yaradır. Dekorativ bitkidir.  

        Daş  sarmaşığı-  Sarmaşıqkimilər  fəsiləsinə  aiddir.  Kol  bitkisidir.  Latınca  «Hedera»,  rus 

dilində «Plöh» adlanır. Lüğəti mənası yunan dilində hedein-oturmaq deməkdir, bitkinin divara və 

ya substrata möhkəm oturması ilə bağlıdır. Sarıgilə daş sarmaşığından ürəkbulanma və işlətməyə 

qarşı  istifadə  olunur.  Meyvələri  acı  olsa  da  quşlar  tərəfindən  yaxşı  yeyilir.  Meyvələrinin 

tərkibində  hederin,  aşı  maddələri:  hederosaponin,  boyayıcı  piqment  və  linolev  turşusu  vardır. 

Bəzək-bağçılıqda  binaların  şaquli  və  üfüqi  yaşıllaşdırıl-masında,  divarların,  söhbətkeşlərin, 

hasarların  bəzədilməsində  istifadə  olunur.  Azərbaycan  florasında  4  növü  vardır,  onlardan  1-i 

mədəni şəraitdə becərilir. 



Dazı  –  (Solmazçiçək,qaxot,  qoyunqıran)  Dazıkimilər  fəsiləsinə  aid  olub,  çoxillik 

bitkidir.  Bitki  latın  dilində  «Hypericum»,  rus  dilində  «Zveroboy»  adlanır.  Dərman    bitkisidir. 




 

22 


Dazının  yarpaqlarından  tənəffüs  yolları  xəstəlik-lərinin  müalicəsində,  ishala  qarşı  və  yaraların 

sağalmasında istifadə olunur. Bitkinin bütün hissələri aşı maddəsi ilə zəngindir. Dazının yarpaq-

larında  135,5  mq%  C  vitamini  vardır.  Azərbaycan  florasında  15  növü  bitir.  Onlar-dan  ən 

əhəmiyyətlisi Zəyif dazıdır. MNB-nın kolleksiya sahəsində vardır.  



Dəfnə  (Lavr)-  Dəfnəkimilər  fəsiləsindən  olan  həmişəyaşıl  ağac  və  ya  kol  cinsidir.  Bitki 

latın  dilində  «Laurus»    adlanır.  Lüğəti  mənası  lavare-yumaq  və  ya  laus-fəxr  deməkdir.  Rus 

dilində  «Lavr»  adlanır.  Yunanlar  Olimpiya  yarışlarında  qalib  çıxan  idmançıları  dəfnədən 

hörülmüş  çələnglə  mükafat-landırırdılar.  Yəqin  ki,  fəxri  sözü  buradan  qaynaqlanır.  Yarpaqları 

ədviyyə kimi kulinariyada işlədilir. Meyvəsindən tibbdə, baytarlıqda və sabun-bişirmədə istifadə 

olunan təbii-efirli yağ alınır. Azərbaycan florasında Əsl lavr (Nəcib dəfnə) növü vardır ki, bu da 

mədəni şəraitdə becərilir. MNB-da kolleksiyası vardır. 

Dəfnəgilənar-  Gülçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Laurocerasus»,  rus 

dilində  «Lavrovişnə»  adlanır.  Yarpaqları  dəfnəyə  oxşa-dığına  görə  bu  adla  adlandırılır. 

Dekorativdir,  meyvələri  iridir,  şirintəhərdir  və  yeməlidir.  Dərman  bitkisidir.  Azərbaycan 

florasında mədəni şəraitdə becərilən Aptek dəfnəgilənarı növü vardır. 



Dəlibəng  (Tatla)-  Badımcançiçəklilər  fəsiləsinə  aid  olub,  birillik  bitkidir.  Bitki  latın 

dilində «Datura», rus dilində «Durman» adlanır. Dəlibəngin bəzi növləri olduqca zəhərli, bəziləri 

isə  dərman  bitkisi  kimi  tanınmışdır.  Tər-kibində  giostsiamin,  atropin,  skopolamin  və  s.  zəhərli 

alkaloidlər  vardır.  Dəlibəngin  yarpaqları  əsəb  sistemini  sakitləşdirmək  xüsusiyyətinə  malikdir. 

Yarpağından  hazırlanmış  preparat  qıcolmaya,  sinir  sistemi  xəstəliklərində  və  revmatizmə  qarşı 

istifadə  olunur.  Bronxial  astmaya  qarşı  işlədilən  astmatin  və  astmatolun  preparatlarının 

hazırlanmasında  dəlibəngin  qurudulmuş  yarpağından  istifadə  edilir.  Bəzək-bağçılıqda  geniş 

istifadə olunur. Azərbaycan florasında Adi dəlibəng növü vardır. 



Dəliçətənə-  Dəliçətənə  fəsiləsinə  aid  olub,  çoxillik  ot  bitkisidir.  Bitki  latın  dilində 

«Datisca»  adlanır.  Lüğəti  mənası  yunan  dilində  datesai-şəfa  verən,  iskeiv-eyni  hesab  etmək 

deməkdir.  Rus  dilində  «Datiska»  adlanır.  Gövdəsindən  kobud  tel  alınır  ki,  bundan  da  çətənə 

lifinin alınmasında istifadə olunur. Yarpağından, kökündən bərk boya alınır. Xalçaçılıqda qırmızı 

boya  almaq  üçün  istifadə  olunur.  Cavan  zoğları  salatlara  qatılır.  Balverən  bitkidir.  Azərbaycan 

florasında Kənaf dəliçətənə növü bitir. 

Dəmirağacı-  Dəmirağacıkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Parrotia»,  rus 

dilində  «Parrotiə»,  «Jeleznoe  derevo»  adlanır.  Oduncağı  çox  möhkəm,  ağır  və  davamlı,  azacıq 

elastik  olduğu  üçün  ondan  bəzi  maşın  hissələri,  bədii  məmulatlar  və  dekorativ  faner  hazırlanır. 

Dəmirağacının  toxumlarının  tərkibində  yağ  vardır  ki,  bu  da  qidada  istifadə  olunur.  Oduncağı 

möhkəm olduğuna görə suda batır. Möhkəmliyinə və uzunömürlüyünə görə xalq onu dəmirağacı 

adlandırıb.  Vaxtilə  toxuculuq  sənayesində  dəzgahlar  üçün  ondan  məkik  hazırlanırdı.  Nadir  və 

nəsli  kəsilməkdə  olan  bitki  kimi  Azərbaycanın  «Qırmızı  Kitab»ına  daxil  edilmişdir.  MNB-da 

kolleksiyada becərilir. Yerə tökülmüş toxumları öz-özünə bərpa olunur. 



Dəmirqara  (Vələs,  ulas)-  Tozağacıkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində 

«Carpinus», rus dilində «Qrabinnik»  adlanır.  Azərbaycanın bir çox bölgələrində vələs, ulas  adı 

ilə  adlandırılır.  Vələsin  Azərbaycan  florasında  6  növü  vardır  ki,  onlardan  biri  də  dəmirqaradır. 

Bitkiyə  bəzən  Şərq  vələsi  də  deyirlər.  Dəmirqaranın  kök  və  yarpaqlarında  aşı  maddəsi  vardır. 

Möhkəm oduncağının közü istiliyini 24 saat  saxlayır. 



Dəmir  səhləbi-  Səhləbkimilər  fəsiləsinə  aid  olub,  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Gymnadaenia» adlanır.  Lüğəti mənası  yunan dilində qimnos-çılpaq,  aden isə dəmir deməkdir. 

Rus  dilində  «Kokuşnik»  adlanır.  Dəmir  səhləbinin  kök  yumrusu  selikli  qişa  ilə  zəngin  olub, 

tərkibində  «salep»  adlı  maddə vardır ki, bundan xalq təbabətində mədə-bağırsaq xəstəliklərinin 

müalicəsində  istifadə  olunur.  Kök  yumrusunu  qurudub,  əzib  və  süddə  dəmləyib  içdikdə  boğaz 

ağrılarının  qarşısını  alır.  Nadir  bitki  kimi  Azərbaycanın  «Qırmızı  Kitab»ına  daxil  edilmişdir. 

Azərbaycan florasında Çılpaq dəmir səhləbi növü vardır. 




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə