Oruc Ġbadlı Aliyə Zərgərli


Güləbrişin  (İpək  və  ya  Lənkəran  akasiyası)-



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə15/41
tarix21.10.2017
ölçüsü1,13 Mb.
#6278
1   ...   11   12   13   14   15   16   17   18   ...   41

 

31 


Güləbrişin  (İpək  və  ya  Lənkəran  akasiyası)-  Fabakimilər  (Paxla-kimilər)  fəsiləsinə 

aiddir.  Bitki  latın  dilində  «Albizzia»,  rus  dilində  «Alğbiüiə»  adlanır.  Bəzi  növlərinin  qiymətli 

oduncağı  və  aşı  maddəsi,  yaxud  saponinlə zəngin  qabığı  vardır.  Nadir  və  nəsli kəsilməkdə olan 

bitki  kimi  Azərbaycanın  «Qırmızı  Kitab»ına  daxil  edilmişdir.  Azərbaycan  florasında  Lənkəran 



güləbriĢini növü geniş yayılmışdır. MNB-da kolleksiyası vardır. 

      Güləvər  (Öküzöldürən)-  Kəpənəkçiçəkkimilər  (Mürəkkəbçiçəkkimilər)  fəsiləsinə  aid  olan 

birillik,  ikiillik  və  çoxillik  bitkidir.  Bitki  latın  dilində  «Centaurea»  adlanır.  Lüğəti  mənası 

kentein-öküz,  tauros-öldürmək  deməkdir.  Çiçəkləri  və  yarpaqları  zəhərli  olduğundan  mal-qara, 

xüsusən  öküz  yedikdə  zəhərlənib  öldüyündən,  bitkiyə  bu  adı  vermişlər.  Rus  dilində  «Vasilek» 

adlanır.  Balverən  bitkidir.  Toxumlarında  28,2%-ə  qədər  qatı  yağ  vardır.  Ət  məhsullarının 

konservləşdirilməsində ədviyyat kimi istifadə olunur.  Azərbaycan florasında 30 növü bitir. 



Gülxətmi-  Əməköməcikimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Alcea»  adlanır.  Lüğəti  mənası  alce-qüvvət  deməkdir.  Rus  dilində  «Ştok-roza»  adlanır.  Xalq 

təbabətində  gülxətminin  qurudulmuş  çiçəklərinin  dəmlənməsindən  soyuqdəymədə  sinə 

yumşaldıcı kimi, başın tükünün tökülməsinə qarşı, habelə sidik yollarının iltihabında və s. istifadə 

edirlər.  Qara-qırmızı  ləçəklərindən  rəng  alınır.  Gülxətminin  kökündən  dərman  hazırlanır. 

Azərbaycan florasında 8 növü vardır ki, bunlardan cəhrayı növü mədəni şəraitdə becərilir. 

Güllücə- Fabakimilər (Paxlakimilər) fəsiləsinə aid olan birillik və çox-illik bitkidir. Bitki 

latın  dilində  «Lathyrus»,  rus  dilində  «Çina»  adlanır.  Lüğəti  mənası  2  yunan  sözünün 

birləşməsindən  əmələ  gəlmişdir,  belə  ki,  la-çox,  thuros-cəlb  edən  deməkdir.  Yem  bitkisidir. 

Tərkibində  21,6%  protein  və  17,1%  zülal  vardır.  Kənd  təsərrüfatı  heyvanları  tərəfindən  yaxşı 

yeyilir. Bal-verən bitkidir. Yarpaqlarında 205 mq% C vitamini vardır. Azərbaycan flora-sında 18 

növü bitir. 



Gülünbahar(Saqqızotu)-Kəpənəkçiçəkkimilər  (Mürəkkəbçiçəkkimilər)    fəsiləsinə  aid 

olan birillik bitkidir. Bitki latın dilində «Calendula», rus dilində «Noqotki», «Kalendula» adlanır. 

Dərman  gülünbaharı  qiymətli  dərman  və  boyaq  bitkisi  kimi  istifadə  olunur.  Çiçəklərdən  alınan 

boyaq maddəsi yeyinti sənayesində, yağ və qənnadı məmulatlarının hazırlanmasında və eləcə də 

yun iplərin boyanması məqsədilə istifadə olunur. Gülünbahardan müxtəlif xəstəliklərin müalicəsi 

üçün təbabətdə geniş istifadə edilir. Dərman kimi tinktura (iltihab prosesi zamanı ağız boşluğunu 

qarqara  etmək)  və  məlhəm  halında  (çiban,  yara  və  xoraların  müalicəsində)  istifadə  edilir. 

Azərbaycan  florasında  3  növü  vardır  ki,  bunlardan  biri  də  mədəni  şəraitdə  becərilir.  MNB-da 

kolleksiyada becərilir.  

Gümüşotu-  Qərənfilçiçəkkimilər  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Queria», rus dilində «Kveriə» adlanır. Azərbaycan florasında Ġspaniya gümüĢotu növü bitir. 

Günəbaxan(Yerarmudu,topinambur)-  Kəpənəkçiçəkkimilər    (Mürək-kəbçiçəkkimilər)  

fəsiləsinə  aid  olan  birillik  və  çoxillik  bitkidir.  Bitki  latın  dilində  «Helianthus»  adlanır.  Lüğəti 

mənası helios-günəş, anthosisə çiçək deməkdir. Rus dilində «Podsolneçnik» adlanır. Balverəndir. 

Günəbaxanın  toxumundan  yağ  alınır.  Ondan  şirniyyatda,  xüsusən  günəbaxan  halvası 

hazırlayırlar.  Yarpaq  və  gövdəsində  26,4  qamm  A  vitamini,  yarpağında  55-153,2  mq%  C 

vitamini  vardır.  Azərbaycan  florasında  2  növü  bitir.  MNB-da  Köküyumrulu  günəbaxan 

növünün kolleksiyası vardır. 

Günotu (Zanbaqca)- Günotukimilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində 

«Hemerocallis»  adlanır.  Lüğəti  mənası  xemera-gün,  kalloc-gözəl  deməkdir.  Rus  dilində 

«Krasodnev» adlanır. Qiymətli bəzək bitkisidir. Xalq arasında çiçəklərinin qurusundan çay kimi 

dəmləyib  içir  və  yeməyə  qatırlar  ki,  rəngini  və  tamını  yaxşılaşdırsın.  Soyuğa,  xəstəlik  və 

zərərvericilərə qarşı davamlı bitkidir. Azərbaycan florasında Kürən günotu növü bitir. MNB-da 

növ və çeşidləri becərilir.  

Güyəmə  (Hüyəmə)-  Quduzotukimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Periploca» 

adlanır.  Lüğəti  mənası  peri-ətrafına,  plecein  isə  burulmaq  deməkdir.  Rus  dilində  «Obvoynik» 

adlanır.  Hündürlüyü  12  m-ə  çatan  sarmaşan  bitkidir.  Şaquli  yaşıllaşdırmada  çox  qiymətlidir. 



 

32 


Yarpağı,  çiçəyi  və toxumu  zəhərlidir. Süd şirəsində kauçuk  olur.  Azərbaycan  florasında Yunan 

güyəməsi növü geniş yayılmışdır MNB-nın kolleksiyasında vardır. 

Güyənə  (Toyçiçəyi,  Süleyman  möhürü)-  Zanbaqkimilər  fəsiləsinə  aid  olan  çoxillik 

bitkidir. Bitki latın dilində «Polygonatum» adlanır. Lüğəti mənası polic-çox, qonum-künc, kənar 

deməkdir.  Rus  dilində  «Kupena»,  «Solomonova  peçatğ»  adlanır.  Dekorativ  bitkidir.  Cavan  zoğ 

və  kökümsovu  suda  təmizlənir,  sonra  bişirilmiş  və  yağda  qızardılmış  halda  istifadə  olunur. 

Bəzək-bağçılığında bordyur bitkisi kimi ağac və kol bitkiləri arasında əkilir. Gül dəstəsi və çiçək 

kompozisiyalarında  istifadə  olunur.  Azərbaycan  florsında  3  növü  bitir.  MNB-da  2  növün 

kolleksiyası vardır. 

Haçalıca- Cilkimilər  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın dilində  «Dichostylis» 

adlanır. Lüğəti mənası dixa-ayrı-ayrı, stiloc-sütuncuq deməkdir. Rus dilində «Dixostilis» adlanır. 

Azərbaycan florasında 2 növü bitir. 

Herikgülü-  Herikgülükimilər  fəsiləsinə  aid  olan  birillik  bitkidir.    Bitki  latın  dilində 

«Tropaeolum», rus dilində «Nasturüiə» və ya  «Qeteraüiə» adlanır. Dekorativ bitki kimi otaq və 

bağlarda  becərilirlər.  Yüksək  dekorativliyi  ilə  yanaşı  torpağı  göbələk  xəstəliklərindən 

sağlamlaşdırır.  Yarpaq  və  gövdəsi  askorbin  turşusu  (C  vitamini)  ilə  zəngindir.  Qönçə  və 

çiçəklərindən ədviyyat kimi istifadə olunur. MNB-da Böyük herikgülü növü kolleksiyada vardır. 



Herniyar-  Qərənfilçiçəkkimilər  fəsiləsinə aid  olan  birillik  və  çoxillik  bitkidir.  Bitki  latın 

dilində «Herniaria» adlanır. Lüğəti mənası qernia-yırtıq (qrıja) deməkdir. Rus dilində «Qrıjnik» 

adlanır.  Hamar  herniyarın  tərkibində  qlükozid-herniarin,  herniarin-saponin,  kumarin  və 

alkaloidlər vardır. Azərbaycan florasında 4 növü bitir. 



Heterasiya-  Kəpənəkçiçəkkimilər  (Mürəkkəbçiçəkkimilər)  fəsiləsinə  aid  olan  birillik 

bitkidir.  Bitki  latın  dilində  «Heteracia»  adlanır.  Lüğəti  mənası  heteros-sökmək,  ayırmaq, 

aralamaq, achenia isə toxumca deməkdir. Azər-baycan florasında ġovis heterasiya növü bitir. 

Heyva- Gülçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın dilində  «Cydonia», rus dilində  «Ayva» 

adlanır.  Heyvanın  meyvəsində  C  vitamini,  şəkər,  aşı  və  s.  maddələri  vardır.  Xalq  təbabətində 

heyvanın  meyvəsi  və  toxumlarından  ürək-damar,  mədə-bağırsaq  sistemi  xəstəliklərinin 

müalicəsində istifadə olunur. Heyva şirəsindən ödqovucu vasitə, qanazlığında qüvvətverici qida, 

göz xəstəliklərində, qanlı öskürəyə qarşı müalicə əhəmiyyətli dərman kimi istifadə edilir. Onun 

toxum,  yarpaq  və  zoğlarından  çay  dəmləməsindən  uşaqlıq  qanaxmasına,  bronxial  asma 

xəstəliyinə  və  ürək  ağrılarına  qarşı  sakitləşdirici  vasitə  kimi  geniş  istifadə  olunur.  Heyvadan 

mürəbbə,  kompot,  povidlo,  marmelad,  jele,  cem  və  s.  hazırlanır.  Azərbaycan  florasında  Adi 



heyva növü bitir. MNB-da kolleksiyada 1 növü becərilir. 

Həlməl-  Həlməlkimilər  fəsiləsinə  aid  olub,  çoxillik  ot  bitkisidir.  Bitki  latın  dilində 

«Zygophyllum»,  rus  dilində  «Parnolistnik»  adlanır.  Zəhərli  olub,  mal-qara  tərəfindən  yeyilmir. 

Zəhərlilik dərəcəsi tərkibində olan saponin maddələrinin və alkaloid birləşmələrinin miqdarından 

asılıdır. Adi həlməlin tərkibi 5,94% su, 11,95% kül, 10,17% protein, 16,66% sellüloza və s.-dən 

ibarətdir. Yarpaqlarında 25-70 mq% C vitamini, meyvəsində isə 10 mq% C vitamini vardır. Adi 

həlməlin təzə tər yarpaqlarından yetişdirici, yumşaldıcı məlhəm kimi istifadə edilir. Azərbaycan 

florasında 2 növü bitir. Bunlardan ən əhəmiyyətlisi Adi həlməldir. 



Həmişəcavan (bax:Bağamburc) 

Hibiskus (Suriya gülü)- Əməköməcikimilər fəsiləsinə aid olan birillik və çoxillik bitkidir. 

Bitki latın dilində «Hibiscus», rus dilində «Qibiskus» ad-lanır. Dekorativ, dərman və lifli bitkidir. 

Yaşıllaşdırmada tək-tək, qrupla park və bağlarda əkmək üçün qiymətlidir. Azərbaycan florasında 

4 növü vardır ki, bunlardan 3-ü mədəni şəraitdə becərilir. MNB-nın kolleksiya sahəsində vardır. 



Hortenziya  (Yapongülü)-  Daşdələnkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində 

«Hydrangea» adlanır. Lüğəti mənası latın dilində qidor-su, alqeyon isə qab deməkdir. Rus dilində 

«Qortenziə», «Qidranqeə» adlanır. Toxumları, qələmləri, kök pöhrələri ilə çoxaldılır. Azərbaycan 

florasında Bağ hor-tenziya növü bitir. MNB-da şüşəbəndlərdə kolleksiyası vardır. 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə