Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə16/41
tarix21.10.2017
ölçüsü1,13 Mb.
#6278
1   ...   12   13   14   15   16   17   18   19   ...   41

 

33 


Hülpə-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Imperata»,  rus 

dilində «İmperata» adlanır. Kağız sənayesində istifadə olu-nur. Mal-qara tərəfindən yaxşı yeyilir. 

Çiçək qrupları quru buket üçün yarar-lıdır. Azərbaycan florasında Ġstivanəvi hülpə növü bitir. 

Xaçəvər-  Boyaqotukimilər  fəsiləsinə  aid  olub,  birillik  və  çoxillik  bitkidir.  Bitki  latın 

dilində  «Crucianella»  adlanır.  Lüğəti  mənası  crux-xaç  deməkdir.  Rus  dilində  «Krestovniüa» 

adlanır. Azərbaycan florasında 5 növü bitir. 

Xaçgülü-  Kəpənəkçiçəkkimilər  (Mürəkkəbçiçəkkimilər)  fəsiləsinə  aid  olan  birillik  və 

çoxillik bitkidir. Bitki latın dilində «Senecio», rus dilində «Krestovnik» adlanır. Xaçgülünün bir 

neçə  növlərinin  tərkibi  qiymətli  alka-loidlə  zəngindir.  Dərman  bitkisidir.  Dərman  məqsədilə 

bitkinin bütün hissə-lərindən müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Azərbaycan flo-

rasında 18 növü bitir. 

Xamerops-  Palmakimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Chamaerops»  adlanır. 

Lüğəti mənası xamai-alçaq, rops-kol deməkdir. Rus dilində «Xamerops» adlanır. Alçaq boylu kol 

bitkisidir.  Avropanın  cənubunda  xameropsun  yarpağından  səbət  hörülməsində  və  şlyapa 

hazırlanmasında  istifadə  olunur.  Azərbaycan  florasında  Alçaq  xamerops  növü  bitir.    MNB-da 

kolleksiyada vardır. 

Xamırmaya  (Maya  sarmaşığı)-  Kənafkimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki 

latın dilində «Humulus», rus dilində «Xmelğ» adlanır. Lüğəti mənası latın dilində humus-torpaq, 

qrunt  deməkdir.  Bitki  yerə  sərildiyindən  ona  bu  ad  verilmişdir.  Efir  və  aşılayıcı  maddələrlə 

zəngindir.  Budaq  və  yarpaqları  ağır  metalların  ionlarını  özündə  adsorbsiya  etmək  qabiliyyətinə 

malikdirlər.  Xamırmayanın  çiçək  qrupunun  tərkibində  və  qozalarında  lupulin  vardır.  Lupulin 

pivənin  hazırlanmasında,  pivəyə  acılıq,  ətir,  şəffavlıq  verilməsində  və  uzun  müddət 

saxlanılmasında istifadə olunur. Təbabətdə lupulin sidik kisəsinin qıcıqlanmasında sakitləşdirici, 

ağrıkəsici  kimi,  yara  xəstəliklərində  məlhəm  kimi  istifadə  olunur.  Yazda  cavan  zoğları  qidada 

istifadə olunur. Dekorativ bitkidir. Azərbaycan florasında Adi xamırmaya növü bitir. MNB-nın 

kolleksiyasında vardır. 



Xanıməli  (Rododendron,  azaliya)-  Erikakimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində 

«Rhododendron»  adlanır.  Lüğəti  mənası  rhodon-qızılgül,  dendron-ağac  deməkdir.  Rus  dilində 

«Rododendron»,  «Azaliə»  adlanır.  Dekorativ  bitki  kimi  bağlarda  geniş  yayılmışlar.  Yarpaqları 

heyvanlar tərəfindən yeyildikdə zəhərlənmə ilə nəticələnir. Dərman bitkisidir. Onun yarpağından 

sidikqovucu və tərlədici dərman kimi, həmçinin yel, podaqra, titrətmə və digər xəstəliklərə qarşı 

istifadə  olunur.  Yarpağından  hazırlanmış  preparat  homeopatiyada  istifadə  olunur.  Balverən 

bitkidir. Azərbaycan florasında 2 növü bitir. 



Xanımotu-  Badımcançiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  ot  bitkisidir.  Bitkiyə  bəzən 

meşə  gözəli  də  deyilir.  Bitki  latın  dilində  «Atropa»  adlanır.  Lü-ğəti  mənası  a-inkar  etmə 

«yoxdur»,  trepein  isə  yönəltmək,  çevirmək,  dön-dərmək  deməkdir.  Rus  dilində  «Krasavka», 

«Belladonna» adlanır. Zəhərlidir. Bitkinin bütün hissələrində alkaloidlər (atropin, hissiamin və s.) 

vardır.  Yarpaq  və  köklərindən  mədənin  xora  xəstəliyində,  öd  daşı  xəstəliyində,  babasil, 

nevralgiya  və  bronxial  astmada  istifadə  edilən  spazmolitik  və  ağrıkəsən  dərman  hazırlanır. 

Tərkibində  olan  atropin  göz  bəbəyinin  böyüdülməsində  istifadə edilir. Yarpaqlarında  20,3  mq% 

C vitamini vardır. Azərbaycan florasında Qafqaz xanımotu növü bitir.   



Xardal-  Kələmkimilər  (Xaççiçəkkimilər)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın 

dilində «Sinapis» adlanır. Lüğəti mənası sinapi-xardal deməkdir. Rus dilində «Qorçiüa» adlanır. 

Çöl  xardalının  cavan  yarpaqları  qidada  salat  və  ispanaq  kimi  istifadə  olunur.  Xardalın 

toxumlarından  qənnadı,  konserv  və  ətriyyat  sənayesində  istifadə  edilən  yağ,  tibdə  xardal  spirti 

kimi işlədilən efir yağı alınır. Balverən bitkidir. Azərbaycan florasında Çöl xardalı növü bitir. 

Xaşa (Esparset)- Fabakimilər (Paxlakimilər) fəsiləsinə aid olan birillik, ikiillik və çoxillik 

bitkidir.  Bitki  latın  dilində  «Onobrychis»,  rus  dilində  «Gsparüet»  adlanır.  Dağlıq  rayonlarda 

yanacaq  kimi  istifadə  olunur.  Yarpaqlarının  gümüşü  rəngli,  çiçəklərinin  rəngbərəng  olması 

bitkinin bəzək-bağçılıqda və  çiçəkçilikdə  geniş istifadə  olunması üçün  çox  yararlıdır. Quraqlığa 




 

34 


davamlı,  balverən  bitkidir.  Torpağı  azotla  zənginləşdirməklə  bərabər,  həm  də  bütün  yazlıq 

bitkilərin sələfidir. Qiymətli yem bitkisidir. Azərbaycan florasında 22 növü bitir. 



Xaş-xaş- Xaşxaşkimilər fəsiləsinə aid olan birillik, ikiillik və çoxillik bit-kidir. Bitki latın 

dilində  «Papaver»,  rus  dilində  «Mak»  adlanır.  Şərq  xaşxaşının  iri  çiçəkləri  dekorativ  məqsədlə 

bağlarda geniş surətdə əkilir. Çiçəklərinin tərkibində alkaloid readin və morfin vardır. Özüyayılan 

xaşxaşın  qurudulmuş  çiçəklərindən  sakitləşdirici  vasitə  kimi  istifadə  olunur.  Bir  çox  növlərinin 

toxumlarında  46-56%  yağ,  20%-dək  zülal  olur.  Yağından  qənnadı  və  konserv  istehsalında, 

ətriyyat  sənayesində,  rəssamlıqda  rəng  hazırlan-masında,  toxumlarından  isə  çörəkbişirmədə 

istifadə edilir. Azərbaycan flora-sında 20 növü vardır ki, bunlardan biri mədəni şəraitdə becərilir. 

Xədicəgülü- Nərgizçiçəyikimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Galanthus» adlanır. 

Lüğəti  mənası  qala-süd,  antos-çiçək  deməkdir.  Azərbaycanın  bir  çox  rayonlarında  yerli  əhali 

bitkiyə  «qarçiçəyi»,  yaxud  «südçiçəyi»  deyirlər.  Rus  dilində  «Podsnejnik»  adlanır.  Xədicəgülü 

tibdə və xalq təbabətində  geniş istifadə olunur.  Bitkinin soğanaqlarında  və  yarpaqlarında 0,07% 

qalantamin  alkaloidi  vardır.  Bu  alkaloiddən  alınan  dərmanlar  iflic,  mərkəzi  sinir  sisteminin 

pozuntularında,  hərəkət  üzvlərinin  fəaliyyətdən  düşməsi,  uşaqlarda  haram  ilik  xəstəliklərinin 

müalicəsində istifadə olunur. Soğanaqları zəhərlidir, yeyildikdə arasıkəsilmədən qusma baş verir. 

Azərbaycan florasında 2 növü bitir. Azərbaycanın «Qırmızı Kitab»ına daxil edilmişdir. MNB-nın 

kolleksiyasında saxlanılır. 

Xəndəkotu-  Sümürgənçiçəkkimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bəzən  helmiqara 

da  deyilir.  Bitki  latın  dilində  «Symphytum»,  rus  dilində  «Okopnik»  adlanır.  Dərman 

xəndəkotunun  kök  və  kökümsovunda  alkaloid  və  aşı  maddələri  vardır.  Tibbdə  və  baytarlıqda 

iltihaba qarşı və qankəsən dərman kimi istifadə edilir. Azərbaycan florasında 3 növü bitir. 



Xəşənbül  (Barınc)-  Fabakimilər  (Paxlakimilər)  fəsiləsinə  aid  olan  bir-illik  və  ikiillik 

bitkidir.  Bitki  latın  dilində  «Melilotus»,  rus  dilində  «Donnik»  ad-lanır.  Tərkibində  efiryağlı 

maddə-kumarin olduğundan heyvanlar tərəfindən 1-2 gün həvəslə yeyilmir. Sonralar onlar bitkini 

həvəslə  yeyirlər. Şoran tor-paqları azotla zənginləşdirir. Yarpaqlarından mətbəx ədviyyatlarında 

istifadə  olunur.  Yarpaqlarında  240-370  mq%  C  vitamini  vardır.  Azərbaycan  flora-sında  7  növü 

bitir.  



Xımı- Kərəvüzkimilər (Çətirçiçəkkimilər) fəsiləsinə aid olan çoxillik bit-kidir. Bitki latın 

dilində  «Pastinaca»  adlanır.  Lüğəti  mənası  pastus-yem  de-məkdir.    Rus  dilində  «Pasternak» 

adlanır. Azərbaycan florasında 3 növü bi-tir. 

Xırdaləçək-  Kəpənəkçiçəkkimilər  (Mürəkkəbçiçəkkimilər)  fəsiləsinə  aid  olan  birillik-

ikiillik və çoxillik bitkidir. Bitki latın dilində «Erigeron» adlanır. Lüğəti mənası eri-erkən, geron-

löhnə  deməkdir.  Rus  dilində  «Melko-lepestnik»  adlanır.  Gövdə  və  yarpaqlarından  «eriqeron 

yağı»  alınır  ki,  bu-nun  tərkibində  də  limonen  vardır.  Yarpaqlarında  18,9  mq%  C  vitamini  və 

0,84%  kauçuk vardır. Azərbaycan  florasında  7  növü  bitir. Bunlardan  ən  əhə-miyyətlisi  Kanada 

xırdaləçəyidir

Xiyar  (Yelpənək)-  Boranıçiçəklilər  (Qabaqkimilər)  fəsiləsinə  aid  olan  birillik  bitkidir. 

Bitki  latın  dilində  «Cucumis»,  rus  dilində  «Oqureü»  adlanır.  Geniş  yayılmış  tərəvəzdir,  qidada 

çiy və duza qoyulmuş halda istifadə olunur. Xiyarın tərkibində 94-97% su, 0,8-1,6% azotsaxlayan 

maddələr, 0,03-0,2% yağ, 0,7-1,5% şəkər, 1-1,6% digər azotsuz ekstrakt maddələr, 0,3-0,6% kül 

və s. vardır. Meyvəsində 10-20 mq% C vitamini, 0,87-1,5 qamm B

1

 vitamini və qabığında isə 0,8 



qamm  A  provitamini  vardır.  Azərbaycan  florasında  Adi  xiyar  növü  vardır  ki,  bu  da  mədəni 

şəraitdə becərilir. 



Xoraotu- Fabakimilər (Paxlakimilər) fəsiləsinə aid olan ikiillik və çox-illik bitkidir. Bitki 

latın  dilində  «Anthyllis»,  rus  dilində  «Əzvennik»  adlanır.  Qiy-mətli  yem  bitkisidir.  Tərkibində 

15,3%  protein,  2,5%  yağ,  26,3%  sellüloz  və  45,4%  azotsuz  ekstrakt  maddələr  vardır. 

Çiçəklərindən göy boya alınır. Xalq təbabətində mədə-bağırsaq xoralarının müalicəsində istifadə 

olunur. Azər-baycan florasında 2 növü bitir. 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə