Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə29/41
tarix21.10.2017
ölçüsü1,13 Mb.
#6278
1   ...   25   26   27   28   29   30   31   32   ...   41

 

59 


kolleksiyada vardır. Nadir və nəsli kəsilməkdə olan bitki kimi Azərbaycanın «Qırmızı Kitab»ına 

daxil edilmişdir. 



Püstə  -  Sumaqkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Pistacia»,  rus  dilində 

«Fistaşnik»,  «Fistaşka»  adlanır.  Püstə  ləpəsində  42-65%  yağ,  18,44%  azotlu  maddələr  (o 

cümlədən  17,43%  zülal),  4,61%  sellüloza,  3,32%  kül  elementləri,  9,6%  saxaroza  və  s.  vardır. 

Ləpəsindən  təzə  halda  və  qovrulmuş  şəkildə  istifadə  edilir.  Müxtəlif  qənnadı  məmulatlarının 

hazırlanmasında işlənir. Yüksək keyfiyyətli  yağ alınır. Ləpəsi kofe üçün dadlı surroqatdır. Püstə 

yağı  qidada  və  əczaçılıqda  istifadə  edilir.  Yarpaqlarında  6,9  mq%  C  vitamini  vardır.  MNB-da 

kolleksiyada  becərilir.  Nadir  və  nəsli  kəsilməkdə  olan  bitki  kimi  Azərbaycanın  «Qırmızı 

Kitab»ına daxil edilmişdir. 



Raqadiolis-Kəpənəkçiçəklilər(Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan birillik bitkidir. Bitki 

latın  dilində  «Rhagadiolus»  adlanır.  Lüğəti  mənası  rhagas-yarıq  deməkdir.  Rus  dilində 

«Raqadiolös»  adlanır.  Azərbaycan  florasında  Yeməli  raqadiolis  (Rhagadiolus  edulis)  növü 

vardır. 


Ramişiya-  Pirolasiyakimilər  fəsiləsinə  aid  olan  çoxillik  ot  bitkisidir.  Bitki  latın  dilində 

«Ramischia», rus dilində «Ramişiə» adlanır. Azərbaycan flora-sında Əyri ramiĢiya (Ramischia 

secunda) növü yayılmışdır. 

Rapontikum-Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan 

çoxillik bitkidir. Bitki latın dilində «Rhaponticum», rus dilində «Rapontikum» adlanır. Dekorativ 

bitkidir. Azərbaycan florasında Gözəl rapontikum (Rhaponticum pulchrum) növü yayılmışdır. 

Raps-  Xaççiçəklilər  fəsiləsindəndir.  Latın  dilində  «Brassica»,  rus  dilində  isə  «Raps» 

adlanır. Onun toxumunda 45-49% yarımquruyan texniki yağ olur. Bu yağdan sabun, əlif yağı və 

digər  məhsullar  hazırlanır.  Yer  kürə-sində  ən  çox  Hindistanda,  Rumıniya  və  Argentinada 

becərilir. Azər-baycanda 1 növü becərilir. 



Rayqras  (Qazanotu)-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində 

«Arrhenatherum»,  rus  dilində  «Rayqras»  adlanır.  İdman  meydançalarının,  bəzək  əhəmiyyətli 

çəmənliklərin yaradılmasında geniş istifadə olunur. Azərbaycan florasında 2 növü vardır. MNB-

nın kolleksiya sahəsində vardır. 

Razyana (Boyana)- Kərəvüzkimilər (Çətirçiçəklilər) fəsiləsinə aid olan 

ikiillik  bitkidir.  Bitki  latın  dilində  «Foeniculum»  adlanır.  Lüğəti  mənası  foenum-ot,  quru  ot 

deməkdir.  Rus  dilində  «Fenxelğ»  adlanır.  Efir  yağlı  olduğundan  qiymətli  ədviyyə  bitkisi  hesab 

olunur.  Razyana  C  vitamini,  karotin,  rutin  və  şəkər  mənbəyidir.  Adi  razyananın  yarpaqları  və 

körpə  zoğları  salatlarda,  şorba  və  plov  hazırlanmasında  istifadə  edilir.  Razyana  çox  qiymətli 

qədim dərman bitkisidir. Toxumlarından oyadıcı  və möhkəmləndirici  efirli dərman kimi, habelə 

soyuqdəymə,  mədə-bağırsaq  spazmaları,  sidik  qovucu,  öd  qovucu,  süd  qovucu  vasitə  kimi 

öskürək zamanı sakitləşdirici kimi, habelə gözün görmə qabiliyyətini artırmaq məqsədilə istifadə 

olunur.  Azərbaycan  florasında  Adi  razyana  növü  yayılmışdır.  MNB-nın  kolleksiya  sahəsində 

becərilir. 



Reyxardiya- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan 

çoxillik bitkidir. Bitki latın dilində «Reichardia», rus dilində «Reyxardiə» ad-lanır. Azərbaycan 

florasında Haçabudaq reyxardiya növü yayılmışdır. 

Reyhan- Lamiasiyakimilər (Dodaqçiçəklilər) fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın 

dilində «Ocimum» adlanır. Lüğəti mənası ozein-iy verən (ətirli) deməkdir. Rus dilində «Bazilik» 

adlanır. Bu bitkinin tərkibində bir çox yararlı elementlər, o cümlədən şəkər, qələvi xassəli mineral 

duzlar, vitaminlər və kifayət qədər efir yağı vardır. Efir yağı tibbdə qarqara üçün, mədə-bağırsaq, 

böyrək  və  ödün  müalicəsində  istifadə  olunur.  Reyhan  bitkisi  çox  ətirli  olduğundan  ondan  təzə 

halda  salat  kimi  istifadə  edilir.  Qurudulmuş  reyhan  qış  dövründə  müxtəlif  çeşidli  xörəklərin 

hazırlanmasında  istifadə  olunur.  Reyhandan  kosmetika  sənayesində,  ətriyyatda,  qənnadı 

məmulatlarının  hazırlanmasında  geniş  istifadə  olunur.  Qiymətli  ədviyyət  bitkisi  olmaqla  xalq 




 

60 


təbabətində  təngənəfəslik,  əsəb  sarsıntılarında,  ürək-damar  xəstəliklərində    istifadə  olunur. 

Azərbaycan florasında 1 növü vardır ki, bu da mədəni şəraitdə becərilir. 



Rəngotu-  Kələmçiçəklilər  (Xaççiçəklilər)  fəsiləsinə  aid  olan  birillik,  ikiillik  və  çoxillik 

bitkidir.  Bitki  latın  dilində  «Isatis»  adlanır.  Lüğəti  mənası  isadzo-düzəltmək,  sağaltmaq 

deməkdir. Rus dilində «Vayda» adlanır. Azərbaycan florasında 12 növü məlumdur. 

Rəvənd (Uşğun, qabalaq)- Qırxbuğumkimilər fəsiləsinə aid olan çoxillik ot bitkisidir. Bitki 

latın dilində «Rheum» adlanır. Lüğəti mənası rha olub, Volqa çayının kökü deməkdir. Rus dilində 

«Revenğ» adlanır. Qədim zamanlardan İran və Ərəbistanda qida və dərman bitkisi kimi istifadə 

olunub.  Qarağatvarı  rəvəndin  yarpaq  saplağı  vitamin  və  alma  turşusu  ilə  zəngindir,  mədə  və 

bağırsaqlara  müsbət  təsir  göstərir.  Kökümsovu  aşı  maddəsi  ilə  zəngindir.  Azərbaycanda  2  növü 

məlumdur. Azərbaycan florasında ehtiyatı azaldığından onun qorunması çox vacibdir. 



Rindera-  Sümürgənkimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Rindera», rus dilində «Rindera» adlanır. Azərbaycan florasında Tüklü rindera növü məlumdur. 

Rizosefalis-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Rhizocephalus» 

adlanır.  Lüğəti  mənası  risa-kök,  kefale-baş  deməkdir.  Rus  dilində  «Rizoüefalös»  adlanır. 

Azərbaycan florasında ġərq rizosefalis növü yayılmışdır. 

Rododendrom (bax: Xanıməli) 

Roxeliya-  Sümürgənkimilər  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Rochelia», rus dilində «Roxeliə» adlanır. Azərbaycanın təbii flora-sında 4 növü vardır. 

Rotal-  Ağlarotkimilər  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində  «Rotala»,  rus 

dilində «Rotala» adlanır. Azərbaycan florasında Hind rotal (Rotala indica) növü vardır. 



Rozmarin-  Lamiasiyakimilər  (Dodaqçiçəklilər)  fəsiləsinə  aiddir.  Bitki  la-tın  dilində 

«Rosmarinus» adlanır. Lüğəti mənası ros-şeh, marinus-dəniz kənarındakı deməkdir. Rus dilində 

«Rozmarin» adlanır. Bitkinin çiçək və yarpaqlarından  təbii efir yağları ayrılır. 100 ildən artıqdır 

ki, tibdə  dərman bitkisi  kimi istifadə olunur. O ürək xəstəliklərinin müalicəsində, eyni za-manda 

immunitetin  yüksəldilməsində,  baş  ağrılarının  aradan  qaldırıl-masında,  həmçinin  kulinariyada 

geniş tətbiq olunur. Soyuqdəymə, bronxit və asmaya qarşı da əvəzedilməz təsir vasitəsidir. Şəkər 

xəstəliklərinin  müalicəsində  işlədilir,  eyni  zamanda  qan  dövranını  yaxşılaşdırır.  Saçların 

tökülməsinin  qarşısını  alır,  yaddaşı  gücləndirir,  yorğunluğu  aradan  qaldırır.  Bəzək-bağçılıqda 

müxtəlif çiçək kompozisiyaları yaratmaq üçün yararlıdır. Azərbaycan florasında 1 növü vardır ki, 

bu da mədəni şəraitdə becərilir. MNB-da kolleksiyası vardır. 

Ruppiya-  Ruppiyakimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Ruppia»,  rus  dilində 

«Ruppiə» adlanır. Azərbaycan florasında 2 növü vardır. 



Rus  alçası  (Motmotu)ı-  Rus  alçasıkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində 

«Grossularia»  adlanır.  Lüğəti  mənası  groseille-rusalçasının  adı  ilə  bağlıdır.  Rus  dilində 

«Krıjovnik» adlanır. Rus alçasının giləmeyvəsində 6-12% şəkər, 0,4-0,74% alma turşusu, pektin 

maddələri,  çoxlu  miqdarda  B,  P,  C,  A  vitaminləri  vardır.  Rus  alçası  park  və  bağlarda  canlı 

çəpərlər  və  bardür  salınmasında,  eləcə  də  qrup  halında  və  tək-tək  əkilmək  üçün  istifadə  edilir. 

Meyvələri  yeyilir, vitamin və üzvi turşularla zəngindir. Xalq təbabətində mədə-bağırsaq, böyrək 

daşı xəstəliklərində istifadə olunur. Ge-niş becərilir. Azərbaycan florasında Əyri rusalçası növü 

yayılmışdır. MNB-nın kolleksiya sahəsində becərilir. 

Sabahgülü(Məxmərgülü)- Kəpənəkçiçəklilər(Mürəkkəbçiçəklilər) fəsi- 

ləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində  «Tagetes»,  rus  dilində  «Barxatüı»  adlanır. 

Qiymətli  boya,  dərman,  efir  yağlı  bitkilərdir.  Yeyinti  sə-nayesi  üçün  karotinoid  mənbəyidir. 

Azərbaycan  florasında  3  növü  vardır  ki,  mədəni  şəraitdə  geniş  əkilib  becərilirlər.  MNB-da 

kolleksiyası vardır. 

Sabunağacı-  Sabunağacıkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Koelreuteria»,  rus 

dilində «Kelğreyteriə» adlanır. Meyvələrində sabunu əvəz edəcək maddələr olduğundan öz vətəni 

Cənubi  Amerikada  ondan  sabun  kimi  istifadə  olunur.  Tərkibi  saponin  maddəsindən  ibarət  olan 

meyvə  ləti  qurudulduqdan  sonra  tibbdə  gigiyenik  sabun  kimi,  sulu  məhlulu  isə  xəstəlik  və 




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə