Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə31/41
tarix21.10.2017
ölçüsü1,13 Mb.
#6278
1   ...   27   28   29   30   31   32   33   34   ...   41

 

63 


mübarizədə ge-niş istifadə olunur. Azərbaycan florasında YoğunlaĢmıĢ sarsazan (Halocnemum 

strobilaceum) növü yayılmışdır. 

Sekvoyya- Sərvkimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Sequoia», rus dilində «Sekvoə» 

adlanır.  Oduncağı  inşaat  (tikinti)  materialları,  mebel,  teleqraf  dirəyi,  kağız,  şpal  və  s. 

hazırlanmasında istifadə olunur. İyinin olmaması səbəbindən ondan tütün və yeyinti sənayesində 

bal  saxlamaq  üçün  xüsusi  çəlləklər  hazırlanmasında  istifadə  olunur.  Dünyada  nəhəng  və  uzun 

ömürlü  ağac  kimi  tanınır.  MNB-da  HəmiĢəyaĢıl  sekvoyya  və  Nəhəng  sekvoyya  ağaclarının 

kolleksiyası vardır. 



Selaginella-  Selaginellalar  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Selaginella»,  rus  dilində 

«Plaunok»  adlanır.  Azərbaycan  florasında  Ġsveçrə  selaginellası  (Selaginella  helvetica)  növü 

vardır. 

Seloziya- Pəncərçiçəklilər fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın dilində «Celosia», 

rus  dilində  «Üeloziə»  adlanır.  Olduqca  dekorativ  ot  bitkisi  kimi  Azərbaycanın  Lənkəran 

zonasında  və  bəzi  iri  şəhərlərdə  yaşıllaşdırmada  istifadə  olunur.  Çiçək  qrupu  bənövşəyi-qırmızı 

rəngli, həmçinin müxtəlif rəngli yarpaqları bu bitkini bəzəkli göstərir. Çoxlu dekorativ formaları 

vardır.  Cavan  yarpaq  və  zoğları  qida  kimi  istifadə  olunur,  toxu  mundan  yağ  alınır.  Azərbaycan 

florasında Daraqlı seloziya (Celosia cristata) növü vardır. 



Seradel-  Fabakimilər  (Paxlalılar)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Ornithopus»  adlanır.  Lüğəti  mənası  ornis-quş,  pous-ayaq  deməkdir.  Rus  dilində  «Seradella» 

adlanır. Azərbaycanda  yem bitkisi  və  yaşıl  gübrə  (azot)  kimi  əkilir. Mal-qara  tərəfindən  yeyilir. 

Azərbaycan flora-sında Əkin seradel (Ornithopus sativus) növü mədəni şəraitdə becərilir. 

Səbur (bax: Əzvay) 

Sədbər (Mixəkgülü, şəbbugülü)- Kələmçiçəklilər (Xaççiçəklilər) fəsi- 

ləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində  «Matthiola»  adlanır.  Bu  görkəmli  İtaliya 

botaniki  R.  A.  Mattiolinin  şərəfinə  adlandırılmışdır.  Rus  dilində  «Levkoy»  adlanır.  Çiçəklərin 

ətirli  olmasına  görə  bu  bitkidən  ətriyyatda  və  çiçəkçilikdə  müxtəlif  kompozisiyaları  yaratmaq 

üçün  geniş  istifadə  etmək  olar.  Azərbaycan  florasında  5  növü  bitir.  Onlardan  bir  növü:  Gül 

Ģəbbugülü mədəni əkin şəraitində becərilir. MNB-nın kolleksiya sahəsində becərilir.  

Sədo (Ruta) -  Sədokimilər fəsiləsinə  aid olan çoxillik bitkidir. Bitki latın dilində «Ruta»

rus  dilində  «Ruta»  adlanır.  Əczaçılıqda,  şərabçılıqda  istifadə  olunur,  dərman,  ədviyyat  bitkisi 

kimi  də faydalıdır.  Bakının  yerli  əhalisi  ilk  yazda  onun  cavan  uc  yarpaqlarından  qidada  istifadə 

edir.    Bu  qan  təzyiqini  aşağı  salır  və  ömrü  uzadır.  Timov  (  qripp)  xəstəliyi  zamanı  burun 

dəliklərinin tutulmasının qarşısını almaq üçün bitkinin yarpağını balaca əzib iylədikdə nəfəsalma 

rahatlaşır, timov virusu məhv olur. Azərbaycan florasında 1 növü becərilir. MNB-nın kolleksiya 

sahəsində becərilir. 

Səfərotu-    Sümürgənkimilər  fəsiləsinə  aid  olan  birillik  və  çoxillik  bitkidir.  Bitki  latın 

dilində «Lithospermum» adlanır. Lüğəti mənası litnos-daş, sperma-toxum deməkdir. Rus dilində 

«Vorobeynik»  adlanır.  Bitkiyə  meşənin  tala  yerlərində,  kolluqlarda,  yol,  arx  kənarları,  subalp 

çəmənliklərində, alaq kimi əkinlərdə rast gəlinir. Azərbaycan florasında 4 növü vardır.  



Səhləb – Səhləbçiçəklilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində «Orchis» , 

rus  dilində  «Ətrışnik»  adlanır.  Bu  yunan  sözü  olub,  lüğəti  mənası  «toxumluq»  və  yaxud 

«yumurtalıq»  deməkdir.  Çiçək  ləçəklərinin  al-əlvan    olması    həşəratları  özünə  cəlb  etməsi  ilə 

əlaqədardır.  Səhləbin  kök  yumurtalarından,  kökümsovlarından  və  çiçəklərindən  Azərbaycanda, 

İndoneziyada  və  Cənubi  Amerikada  dəri  iflici,  sidikqovucu  və  qurda  qarşı  vasitə  kimi,  

Bolqarıstan  və  Polşada  mədə-  bağırsaq,  nəfəs  yollarının  kəskin  iltihabı  və  ishal  xəstəliklərinin 

müalicəsində  istifadə  olunur.  Ağbirçək  nənələrin  və  müdrik  babaların  deyimlərinə  görə  Bakı 

bazarlarında  vaxtı  ilə  xüsusi  qablarda  səhləb  məlhəmi  satılardı.  Müharibə  illərində    boğaz 

nahiyyəsindən  yaralananlar    səhləb  məlhəmi  ilə  qidalandırırdılar.  Kök  yumrularının  tərkibində 

50%  -dən  çox  selikli  maddə,  5  %  zülal  və  1  %  şəkər    vardır.  Azərbaycan  florasında  21  növü 

vardır. MNB-nın kolleksiya sahə-sində vardır. 



 

64 


Səhra dişəsi- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aiddir. Bitki latın dilində «Eremopoa», rus 

dilində  «Pustınnomətlik»,    «Grgmopoa»  adlanır.  Aşağı  çiçək  pulcuğu  və  tozluğun  əlamətləri 

növlərin  fərqləndirilməsində  istifadə  olunur.  Azərbaycan  florasında  Ġran  səhra  diĢəsi  növü 

məlumdur.  



Səhrakökü-  Kərəvüzkimilər (Çətirçiçəklilər) fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın 

dilində «Eremodaucus», rus dilində «Pustınnomorkovnik», «Grgmodaukus» adlanır. Azərbaycan 

florasında Leman səhrakökü növü məlumdur.  

Səna  (Sənaməki)  –  Fabakimilər(Paxlalılar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Cassia», 

rus  dilində  «Kassiə»,  «Senna»  adlanır.  İşlətmə  dərmanı    və  bəzək  bitkisi  kimi  Abşeronda 

becərilir.  Yarpaqlarda  antraqlükozidin  ümumi  miqdarı  0,8-1,2  %,  meyvələrində  isə  1,3%-dir. 

Toxumlarla çoxalırlar. Sənanın bir çox növləri dekorativ əhəmiyyətə malikdir və bağlarda geniş 

yayılmışlar. Azərbaycan florasında 3 növü bitir. 

Sərtdişə-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Scleropoa»  adlanır. 

Lüğəti  mənası  skleros-sərt,  poa-dişə  deməkdir.  Rus  dilində  «Jestkomətlik»  adlanır.  Azərbaycan 

florasında 3 növü məlumdur. 

Sərtək (Sərtçiçək)- Qərənfilçiçəklilər fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın dilində 

«Scleranthus»  adlanır.  Lüğəti  mənası  scleros-sərt,  antos-çiçək  deməkdir.  Rus  dilində  «Divala» 

adlanır.  Bitki  Azərbaycanın  əksər  rayonlarında,  arandan  subalp  qurşağadək  quraq  daşlı-qayalı 

yerlərdə, çay və yol kənarlarında yayılmışlar. Kasacığın ölçüləri və əlamətləri növlərin təyinində 

istifadə olunur. Azərbaycan florasında 3 növü yayılmışdır. 



Sərv-  Sərvkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Cupressus»,  rus  dilində  «Kiparis» 

adlanır.  Qədim  zamanlardan  sərv  ağacı  tibbdə  dərman  vasitəsi  və  dini  məqsədlərlə  istifadə 

olunur.    Azərbaycanda  küçə  və  xiyabanların  yaşıllaşdırılmasında  mədəni  həmişəyaşıl  ağac  kimi 

geniş  istifadə  edilir.  Eyni  zamanda  bu  bitkidən  alınan  təbii  efir  yağları  lasyon  və  odekolon 

istehsalında  istifadə olunur. Bitkinin bioloji fəal maddələri əsas etibarı ilə monoterpenlər və efir 

yağlarıdır. Sərv ağacından alınan efir yağları sarı və yaşıl rəngdə olur. Efir yağı bitkinin iynə və 

çubuqlarından  buxar-distillə  üsulu  ilə  ayrılır.  Bu  yağlardan  masaj  zamanı,  vanna  qəbulunda, 

buxar  inqalyasiyasında  istifadə  olunur.  Azərbaycan  florasında  5  növü  mədəni  şəraitdə  becərilir. 

MNB-da  Bağa  xüsusi  gözəllik  verən  Ehramvari,  HəmiĢəyaĢıl  sərvlərin  100-200  metrlik 

xiyabanları (alleyaları) vardır.  



 Sərvotu (bax: Santolina) 

Sxenus-  Cilçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində  «Schoenus» 

adlanır. Lüğəti mənası sxonnos-cığ (alaqotu) deməkdir. Rus dilində «Sxenus» adlanır. Dekorativ 

bitki  olub,    qurudulmuş  yarpaqlarından  toxunma  əşyalar  (səbət,  həsir,  çətir  və  s.)    hazırlayırlar. 

Azərbaycan florasında Qaramtıl sxenus növü məlumdur. 



Sığırdili  (Dirçək,  diricə  alaq)-  Dodaqçiçəklilər  (Dalamazkimilər)  fəsi-ləsinə  aid  olan 

çoxillik ot bitkisidir. Bitki latın dilində «Ajuda», rus dilində «Jivurka» adlanır. Bitkidən çox vaxt 

keyfiyyətli saqqız hazırlanır. Azərbaycan florasında 6 növü məlumdur.   

Sığırgözü(Çobanyastığı)-  Kəpənəkçiçəklilər  (Mürəkkəbçiçəklilər)  fəsi-ləsinə  aid  olan 

birillik  və  çoxillik  bitkilərdir.  Bitki  latın  dilində  «Anthemis»,  rus  dilində  «Pupavka»  adlanır. 

Kəskin  iyi  və  acı  dadı  olan  bu  bitkinin  dərman,  boya,  dekorativ,  intektisid  əhəmiyyəti  vardır. 

Bitkinin çiçək verən hissəsində 0,15 % efir yağı vardır. Bir çox xəstəliklərin müalicəsində istifadə 

olunur.  Bitkinin  çiçəyindən  həzm  sistemində  baş  verən  pozuntuların,  eləcə  də  ümumi 

yorğunluğun  və  yuxusuzluğun  aradan  qaldırılmasında  istifadə  olu-nur.  Bitkidən  alınan  efir 

yağları  mədə  və  bağırsaq  yarasının  müalicəsində,  yuxusuzluqda,  baş  gicəllənmələrində,  iştahın 

kəsilməsində  istifadə  edilir.  Bu  yağlar  böyrəklərin  funksiyasının  pozulması,  depressiya  və  sinir 

gər-ginliyinin aradan qaldırılmasında da işlədilir. Azərbaycan florasında 16 növü vardır.  

Sıxismus – Qırtıckimilər (Taxıllar) fəsiləsinə aiddir. Bitki latın dilində «Schismus» adlanır. 

Lüğəti mənası sxismos- səngər deməkdir. Azərbaycan florasında 2 növü məlumdur. 




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə