Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə28/41
tarix21.10.2017
ölçüsü1,13 Mb.
#6278
1   ...   24   25   26   27   28   29   30   31   ...   41

 

57 


Pazotu-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Atropis»  adlanır. 

Lüğəti  mənası  a-inkar,  tropis-gil  deməkdir.  Rus  dilində  «Beskilğniüa»  adlanır.  Tozluğun, 

gövdənin  və  çiçək  pulcuqlarının  əlamətləri  növlərin  təyinində  istifadə  olunur.  Azərbaycan 

florasında 4 növü vardır. 



Pekan  (Gikori,  Kariya)- Qozçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latınca  «Pekan»,  rus  dilində 

də  «Pekan»  adlanır.  Lənkəranda,  Göyçayda  və  Zaqatalada  geniş  yayılmışdır.  Tədqiqatçıların 

müşahidəsi nəticəsində məlum olmuşdur ki, hündürlüyü 18-20m-ə çatmış 60 yaşında ağac vardır. 

Meyvəyanlığının  əlaməti  ilə  fəsilənin  digər  cinslərindən  fərqlənir.  Oduncağı  qiymətlidir, 

meyvələri  qida  kimi  yağlılığı  və  yüksək  kaloriliyi  ilə  fərqlənir.  Azərbaycan  florasında  1  növü 

vardır. MNB-nın təcrübə sahəsində becərilir. 



Petuniya-  Badımcançiçəklilər  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Petunia»,  rus  dilində  «Petunğə»  adlanır.  Petuniya  əsasən  toxumları  ilə  çoxaldılır.  Petuniya 

müxtəlif formalı bəzək ləklərində çiçəkliklər salmaq üçün çox qiymətli bitki hesab olunur. Çiçək 

saplağı  uzun  olduğuna  görə  gül  dəstəsi  üçün  də  yararlıdır.  Azərbaycan  florasında  Hibrid 

petuniya (Petunia hybrida) növü yayılmışdır. MNB-nın kolleksiya sahəsində becərilir. 

Pəncər  (Tərə,  Amarant)-  Pencərçiçəklilər  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın 

dilində  «Amaranthus»,  rus  dilində  «Hiriüa»,  «Amarant»  adlanır.  Təbii  növlərinə  respublikanın 

demək  olar  bütün  rayonlarında  düzən  zonadan  orta  dağ  qurşağınadək  yol  kənarlarında,  çay 

kənarlarında, bağ və bostanlarda rast gəlinir. Bəzi növlərinin cavan yarpaqları tərəvəz kimi (qara 

pəncər (Amaranthus retroflexus), qırmızıbaldır pəncər (A. Blitum), göy pəncər (A. Lividus)) bəzi 

növlərin  toxumundan  hazırlanan  un  quşçuluq  təsərrüfatlarında  yem  kimi  istifadə  olunur, 

toxumlarında  yağ,  zülal,  nişasta,  C  vitamini  vardır.  Azərbaycan  florasında  9  növü  vardır  ki, 

bunlardan 2-i də mədəni şəraitdə becərilir. MNB-nın kolleksiya sahəsində vardır. 



Pərxun  (Qaraşəngi)-  Qurdağzıçiçəklilər  fəsiləsinə  aid  olan  birillik,  ikiillik  və  çoxillik 

bitkidir. Bitki latın dilində «Scrophularia», rus dilində «Noriçnik» adlanır. Azərbaycan florasında 

26 növü vardır. 

Pərpərən (Pərpətöyün)- Pərpərən fəsiləsinə aid olan birillik və çoxillik bitkidir. Bitki latın 

dilində  «Portulaca»,  rus  dilində  «Portulak»  adlanır.  Alaq  bitkisi  kimi  əkin  sahələrində, 

bostanlarda,  bağlarda  geniş  yayılmışdır.  Tərkibində  179,7-300  mq%  C  vitamini  vardır. 

Respublikamızın  əksər  rayonlarında  bu  bitkinin  cavan  budaqları  çiçəkləməzdən  əvvəl  yığılır, 

ondan  dovğa,  şorba,  qutab  bişirilir.  Konserv  zavodlarında  pərpərəndən  konserv  hazırlanır. 

Pərpərəndən    çiy  halda  salatlar  da  hazırlanır.  Tərkibində  selikli  maddələr  olduğu  üçün  mədə-

bağırsağın  yumşalmasına  kömək  edir,  asan  həzm  olunur.  Yarpaq,  gövdə  və  toxumları  ilə  ev 

quşları  qidalanır.  Azərbaycan  florasında  2  növü  vardır  ki,  bunlardan  biri  də  mədəni  şəraitdə 

becərilir. 

Pıtraq-Kəpənəkçiçəklilər  (Mürəkkəbçiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Latın 

dilində  «Xanthium»  adlanır.  Lüğəti  mənası  xanthos-sarı  deməkdir.  Rus  dilində  «Durnişnik», 

«Kolöçka»  adlanır.  Yarpaqlarında  31,8  mq%  C  vitamini  vardır.  Adi  pıtrağın  yarpaq  və 

köklərindən  sarı  rəngli  boya  alınır.  Toxumlarında  39-40%-ə  qədər  qatı  yağ  vardır.  Azərbaycan 

florasında 3 növü yayılmışdır. 

Pion (bax: Buynuzbaş). 

Pirola  (Armudgülü)-  Pirolasiyakimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın 

dilində «Pyrola», rus dilində «Qruşanka» adlanır. Azərbaycan florasında 3 növü məlumdur. 



Pişik dırnağı- Fabakimilər (Paxlalılar) fəsiləsinə aiddir. Bitki latın dilində «Lagonychium», 

rus  dilində  «Mimozka»  adlanır.  Köklərində  və  çiçəklərində  boyayıcı  maddələr  vardır. 

Meyvələrinin  tərkibində  5,9%  şəkər  vardır,  şirin  dada  malikdir  və  az  miqdarda  qidada  istifadə 

olunur. Azər-baycan florasında Çöl piĢik dırnağı (Lagonychium farctum) növü yayıl-mışdır. 



Pişikquyruğu-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın 

dilində  «Phleum»,  rus  dilində  «Timofeevka»,  «Arjaneü»  adlanır.  Otlaq  bitkisidir,  mal-qara 

tərəfindən yeyilir. Azərbaycan florasında 5 növü vardır.  



 

58 


Pişiknanəsi-  Lamiasiyakimilər  (Dodaqçiçəklilər)  fəsiləsinə  aid  olan  bir-illik  və  çoxillik 

bitkidir. Bitki latın dilində «Nepeta», rus dilində «Kotovnik» adlanır. Balverən və dekorativ bitki 

olub,  güclü  limon  ətrinə  malikdir.  Efir  yağlı  olduğundan,  ətriyyat  sənayesində  istifadə  olunur. 

Pişiknanəsinin efir yağının tərkibi (3%) qeraniol, limonen, dipenten, sitral və s. ibarətdir. Qida-da 

ədviyyə bitkisi kimi istifadə olunur. Macar pişiknanəsinin  yarpaqlarının tərkibində 124 mq%  C 

vitamini vardır. Azərbaycan florasında 26 növü yayılmışdır. MNB-da kolleksiyada becərilir. 



Pişikotu (Valerian)- Pişikotukimilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində 

«Valeriana», rus dilində «Valeriana» adlanır. Əsəb sakitləşdirici, ürək fəaliyyətini yaxşılaşdıran, 

yuxusuzluğa qarşı istifadə olunan dərman bitkisidir. Azərbaycan florasında 8 növü vardır. 



Pişikpəncəsi-  Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid 

olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində  «Antennaria»  adlanır.  Lüğəti  mənası  antenna-bığcıq 

deməkdir.  Rus  dilində  «Koşaçğə  lapka»  adlanır.  Azərbaycan  florasında  Qafqaz  piĢikpəncəsi 

(Antennaria caucasica) növü yayılmışdır. 

Pittosporum-  Pittosporkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Pittosporum»  adlanır. 

Lüğəti mənası pitta-qatran, spera-spor deməkdir. Rus dilində «Pittosporum» adlanır. Qələmləri və 

toxumları  ilə  çoxaldılır.  Tobira  pittosporumu  (Pittosporum  tobira)  həmişəyaşıl  bitki  kimi 

dibçəklərə  əki-lərək  binaların  daxili  yaşıllaşdırılmasında  geniş  istifadə  olunur.  MNB-nın 

kolleksiya sahələrində 2 növü becərilir. 

Polliniya-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Pollinia»,  rus  dilində  «Polliniə»  adlanır.  Polliniya  bitkisi  mal-qara  tərəfindən  həvəslə  yeyilir. 

Azərbaycan florasında Saqqalsız polliniya (Pollinia imberbis) növü yayılmışdır. 



Pomidor-  Badımcançiçəklilər  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Lycopersicon»  adlanır.  Lüğəti  mənası  lycos-canavar,  persicon-şaftalı  deməkdir.  Rus  dilində 

«Tomat»,  «Pomidor»  adlanır.  Pomidor  respublikamızda  əkin  sahəsinə  görə  birinci  yerdə  durur. 

Meyvələrinin  tərkibində  5-12%-ə  qədər  quru  maddə, o  cümlədən 3-7%-ə  qədər  şəkər, 0,2-0,9% 

üzvi turşular, 0,84-0,90% sellüloz, 0,10-0,15% pektin maddəsi, 0,70-0,85% zülal və 0,05-0,09% 

nişasta,15-60 mq% C vitamini, 1-4 mq% A provitamini, həmçinin B

1

, PP və D vitaminləri vardır. 



Külündə  kalium,  natrium,  kalsium,  maqnezium,  dəmir,  fosfor,  kükürd  aşkar  olunmuşdur. 

Pomidor  təzə  halda  salat  kimi,  duza  qoyulmuş  və  sənaye  üsulu  ilə  konservləşmiş  şəkildə  geniş 

istifadə edilir. Azərbaycan florasında 1 növü vardır ki, o da mədəni şəraitdə becərilir. 

Portağal (Apelsin)- Sədokimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Citrus sinensis», rus 

dilində  «Apelğsin»  adlanır.  Meyvələrində  müxtəlif  şəkərlər,  pektin  maddələri,  efir  yağları, 

mineral  maddələr,  vitaminlər  vardır.  Portağal  meyvələri  yüksək  diyetik  xüsusiyyətə  malikdir. 

Portağalın  meyvələrindən  əsasən  təzə  halda  istifadə  edilir.  Nisbətən  aşağı  keyfiyyətli  meyvələri 

emal  üçün  (şirə,  marmelad,  efir  yağları  və  s.)  istifadə  edilir.  MNB-da  örtülü  şəraitdə 

(şüşəbəndlərdə) kolleksiyası vardır. 



Poruq-  Lamiasiyakimilər  (Dodaqçiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  və  çoxillik  bitkidir. 

Bitki  latın  dilində  «Stachys»,  rus  dilində  «Çisteü»  adlanır.  Xalq  təbabətində  qandayandırıcı 

dərman kimi istifadə olunur. Toxumlarında 36,69%-ə qədər qatı  yağ vardır. Dekorativ, balverən 

və efir yağlı bitkidir. Azərbaycan florasında 23 növü yayılmışdır. 



Pulcuqluot-  Kələmçiçəklilər  (Xaççiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın 

dilində  «Aethionema»  adlanır.  Lüğəti  mənası  aytos-alov  dili,  nema-tel  deməkdir.  Rus  dilində 

«Krılotıçinnik» adlanır. Dekorativ bitkidir. Azərbaycan florasında 14 növü vardır. 

Puşkiniya-  Sünbülçiçəkkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Puschkinia»,  rus 

dilində  «Puşkiniə»  adlanır.  Azərbaycanın  bir  sıra  regionlarında,  xüsusən  Qarabağda  çiçəkləri 

firuzəyə bənzədiyinə görə bu bitkiyə «Firuzə çiçəyi», Naxçıvan MR-nın bir çox rayonlarında isə 

«Ələyəz  otu»,  yaxud  «Ələyəz  pencəri»  deyilir.  Ələyəz  otunun  yarpaqlarından  Naxçıvan 

zonasında qida bitkisi kimi geniş istifadə edilir. Yarpaqlarından səbzi-qovurma, şorba, südlü düyü 

çəkməsi, müxtəlif salatlar düzəldilir. Ordubadda soyuqdəymə, öskürək, zökəm, baş ağrısı zamanı 

Ələyəz  pencərindən  çəkmə  bişirilir.  Azərbaycan  florasında  2  növü  yayılmışdır.  MNB-da 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə