Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə188/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   183   184   185   186   187   188   189   190   191

 

 

772 



 

          «Onda  Doğuya  yox,  Batıya  getməlisən»,  – 

Leylək qısqanclıqla dedi. 

«Doğu  da,  Batı  da  Allahındı»,  –  rəhmətlik  ƏniĢtə 

kimi ərəbcə dedim. 

          «Amma Doğu doğuda, Batı batıdadı», – Qara 

dedi. 


          «NəqqaĢ  özünü  dartmamalıdı»,  –  Kəpənək 

dedi.  «Doğunun  və  Batının  dərdini  çəkməkdənsə, 

yalnız içindən gəldiyi kimi nəqĢ eləməlisən».  

          «Bu  çox  doğru  sözdü»,  –  sevgili  Kəpənəyə 

dedim. «Səni öpmək istədim». 

           Amma  ona  doğru iki  addım  atmamıĢdım  ki, 

Qara  özünü  göstərən  tərzdə  üstümə  atıldı.  Bir 

əlimdə  içi  camaĢır  və  qızıl  dolu  boğçam, 

qoltuğumun  altında  da  da  rəsmlərlə  dolu  cildbənd 

vardı.  Onları  qorumaq  istəyəndə  ehtiyatı  əldən 

verdim.  Xəncər  tutan  qolumu  ələ  keçirdi.  Ancaq 

onun  da  bəxti  gətirmədi,  ayağı  rəhləyə  iliĢdiyinə 

görə bir  anlığa  müvazinətini itirəndə qolumu  tutan 

əli  boĢaldı.  Bir  yandan  var  gücümlə  təpikləyə-

təpikləyə  barmaqlarını  diĢləyib  onu  silkələdim. 

Canı  ağrıdığına  görə  uladı.  Bu  dəfə  əzab  verib, 

ayağımı  əlinin  üstünə  basdım,  xəncəri  o  birilərə 

tutub qıĢqırdım: 

         «Oturun oturduğunuz yerdə!» 

         Oturdular. 

Xəncərin 

ucunu 


əfsanədə 

Keykavus  elədiyi  kimi,  Qaranın  burun  deĢiyinə 

downloaded from KitabYurdu.org



 

 

773 



 

soxdum. 


Qanamağa 

baĢlayanda 

yalvaran 

gözlərindən acı yaĢlar axdı.  

         «Ġndi  de  görək,  –  soruĢdum,  –  mən  kor 

olacağammı?»  

         «Əfsanəyə  görə,  qan  bəzilərinin  gözündə 

laxtalanır,  bəzilərinin  gözündə  laxtalanmır.  Allah 

nəqĢindən məmnundusa, səni yanına aparmaq üçün 

öz  möhtəĢəm  qaranlığını  verəcək.  Onda  bu  səfil 

dünyanı  yox,  onun  gördüyü  misilsiz  mənzərələri 

görəcəksən.  Yox,  nəqĢindən  məmnun  deyilsə, 

indiki kimi görməyə davam eləyəcəksən».  

          «Mən  əsl nəqĢi  diyari-hinddə  çəkəcəyəm»,  – 

dedim. «Allahın məni ittiham eləyəcəyi rəsmi hələ 

çəkməmiĢəm».  

          «Firəng  üsullarından  qaçmağına  artıq  çox  da 

ümid  bəsləmə»,  –  dedi.  «Əkbər  xanın nəqqaĢlarını 

öz  rəsmlərini  imzalamağa  təĢviq  elədiyini 

bilirsənmi? Portəgizli iezuit keĢiĢləri firəng rəsm və 

üsullarını  ora  çoxdan  aparıblar.  Onlar  artıq  hər 

yerdədilər».  

          «HəmiĢə  saf  qalmaq  istəyənin  görməli  iĢi, 

qaçmalı yeri var», – dedim. 

          «Əlbəttə,  kor  olmaq  və  mövcud  olmayan 

ölkələrə qaçmaq», – Leylək dedi. 

          «Bütün  ömürləri  boyu  Ģəxsi  üslubları 

olmasına  görə  firəngləri  təqlid  eləyəcəklər»,  – 

downloaded from KitabYurdu.org



 

 

774 



 

dedim.  «Firəngləri  təqlid  elədikləri  üçün  də  Ģəxsi 

üslubları heç olmayacaq». 

          «BaĢqa  eləməli  bir  Ģey  yoxdu»,  –  Qara 

Ģərəfsizcəsinə dedi. 

          Əlbəttə,  onun  yeganə  xoĢbəxtliyi  nəqĢ  yox, 

gözəl  ġəkurəydi.  Ucu  qanlı  xəncəri  Qaranın  qanlı 

burnundan  çəkib  baĢının  üzərinə  boyun  vurmağa 

hazırlaĢan cəlladın qılıncı kimi qaldırdım. 

           «Ġstəsəm,  sənin  boynunu  indi  vuraram»,  – 

açıq-aĢkar olan Ģeyi elan elədim. «Amma ġəkurənin 

uĢaqlarına  və  xoĢbəxtliyinə  görə  səni  bağıĢlaya 

bilərəm. Onunla yaxĢı davran, heyvanlıq və cahillik 

eləmə. Mənə söz ver!» 

           «Söz verirəm!» – dedi. 

           «Səni ġəkurəyə bağıĢladım», – dedim. 

           Amma  qolum  ağzımdan  çıxan  sözün 

tamamilə əksini elədi. Var gücümlə xəncəri Qaraya 

endirdim. 

           Son  anda  həm  o,  yerindən  qımıldandığına 

görə, 

həm 


də 

mən 


zərbənin 

yönünü 


dəyiĢdirdiyimdən  xəncər  boynuna  yox,  çiyninə 

dəydi.  Qolumun  öz-özünə  elədiyinə  mən  də 

qorxuyla  baxdım.  Ətə  batan  xəncəri  çəkdiyim  yer 

qıpqırmızı  oldu.  Həm  qorxdum,  həm  də 

elədiyimdən utandım. Amma yaxın müddətdə bəlkə 

də  ərəb  dənizlərində,  gəmidə  kor  olsam,  intiqam 

downloaded from KitabYurdu.org



 

 

775 



 

üçün  nəqqaĢ  qardaĢlarımdan  heç  birini  yanımda 

tapmayacağımı bilirdim.  

           Növbənin  ona  çatmasından  haqlı  olaraq 

qorxan  Leylək  içəri,  qaranlıq  otaqlara  keçdi. 

Əlimdə  lampa  kölgəmlə  birgə  ardınca  getdim, 

amma qorxub qayıtdım. Ən axırıncı iĢim Kəpənəklə 

öpüĢüb-vidalaĢmaq  oldu.  Aramıza  qanın  qorxusu 

girdiyindən  onu  istədiyim  qədər  ürəkdən  öpə 

bilmədim. Gözlərimdən yaĢ axdığını gördü. 

           Aradabir Qaranın iniltilərinin kəsildiyi ölüm 

sükutu  içində  olan  təkkədən  çıxdım.  Ġslaq  və 

palçıqlı  həyətdən,  qaranlıq  məhəllədən  az  qala 

qaça-qaça  uzaqlaĢdım.  Məni  Əkbər  xanın 

nəqqaĢxanasına  aparacaq  gəmi  səhər  azanından 

sonra  yola  çıxacaq,  həmin  vaxt  bir  qayıq  Kadırğa 

limanından ona doğru son dəfə gedəcəkdi. Qaçanda 

bir tərəfdən də gözlərimdən yaĢ axırdı.  

          Aksaraydan 

oğru  kimi  səssiz-səmirsiz 

keçəndə  üfüqdə  günün  ilk  Ģəfəqlərini  açıq-aydın 

gördüm.  Ara  küçələrin,  dar  keçidlərin,  divarların 

arasından  qabağıma  çıxan  ilk  məhəllə  çeĢməsinin 

qabağında iyirmi beĢ il əvvəl Ġstanbula ilk gəldiyim 

günün gecəsini keçirdiyim daĢ ev vardı. Orada açıq 

həyət  qapısının  arasından  iyirmi  beĢ  il  əvvəl  uzaq 

bir  qohumun  məni  mərdliklə,  xeyirxahlıqla  qonaq 

eləyib  açdığı  yatağa  yuxumda  iĢəyəndə  on  bir 

yaĢında  gecəyarısı  günahkarlıqla  özümü  atdığım 

downloaded from KitabYurdu.org




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə