Основные термины информационной безопасности



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/42
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8893
1   ...   22   23   24   25   26   27   28   29   ...   42

91 
 
PHP (PHP: Hypertext Preprocessor
əvvəllər Personal Home Page 
Tools;  “pi-eyç-pi  kimi t
ələffüz edilir)  –  server tərəfdə  veb 
proqramlaşdırma  üçün  yaradılmış  proqramlaşdırma  dili;  ümumi 
t
əyinatlı proqramlaşdırma dili kimi də istifadə edilir. 
 
Phreaking    
Frikinq  – 
telefon  şəbəkələrinə  qoşulmuş  cihazlar və  avadanlıqlar 
kimi telekommunikasiya sisteml
ərini  araşdıran,  eksperimentlər 
aparan, öyr
ənən insanların fəaliyyətini təsvir edir. 
 
Physical security 
Fiziki t
əhlükəsizlik − sistemin resurslarına və kritik informasiyaya 
fiziki t
əhdidlərə  (sındırma,  oğurluq,  terror  aktı,  həmçinin  yanğın, 
daşqın  və  s.)  qarşı  tədbirlərin  və  ya fiziki maneələrin və  yoxlama 
prosedurlarının həyata keçirilməsi. 
 
Piggyback entry 
“Donuz belind
ə” giriş – səlahiyyətli istifadəçinin qanuni bağlantısı 
vasit
əsilə verilənlərin emalı sisteminə səlahiyyət olmadan giriş. 
 
Ping of Death Attack 
Ölümcül pinq hücumu –  1990-
cı  illərdə  Unix, Linux, Mac, 
Windows, 
şəbəkə  printerləriu və  marşrutizatorlar  daxil  olmaqla 
müxt
əlif  əməliyyat sistemlərində  və  şəbəkə  qurğularında  yayılmış 
DoS hücum növüdür
, hazırda əksər sistemlərdə bu problem aradan 
qaldırılıb.  Uzunluğu  65 535  baytdan böyük ICMP-paketin 
gönd
ərilməsi  kompüterin  şəbəkə  stekini dolduraraq kompüteri 
çökdürm
ək mümkündür. Bu uzunluqda paketi şəbəkədə bir dəfəyə 
gönd
ərmək olmur, ona görə  onu hissələrə  (fraqmentlərə) bölüb 
gönd
ərirlər.  Windows-da  olan  pinq  proqramı  paketləri  asanlıqla 
fraqmentl
əşdirdiyi üçün bu hücum növü belə adlandırılmışdı. 
 
Point-To-Point Tunneling Protocol (PPTP) 
Nöqt
ə-nöqtə  tunel protokolu  –  virtual  xüsusi  şəbəkələrin 
yaradılması üçün protokol. Ascend Communications, Microsoft və 


92 
bir  sıra  digər  şirkətlər tərəfindən  işlənmişdi.  Əsasən,  şəbəkə 
resurslarına  məsafədən  girişin  təşkili  üçün  nəzərdə  tutulmuşdu 
(m
əsələn, mobil istifadəçilər üçün). Bu protokol Microsoft 
şirkətinin məhsullarına, o cümlədən Windows NT və  Windows 98 
əməliyyat sistemlərinə  daxil  edilmişdi. PPTP protokolu parol 
generatorlarının köməyi ilə istifadəçilərin autentifikasiyası sxemləri 
v
ə şifrəmə üçün güclü vasitələri dəstəkləmir. Autentifikasiya üçün 
PAP istifad
ə edilir. 
 
Polyinstantiation     
Çoxnüsx
əlilik  birdən çox müstəqil nüsxədə (obyektlər, nüsxələr) 
kimi 
reallaşdırılan  növ  konsepsiyası  (kateqoriya, verilənlər  bazası 
s
ətri və s.). 
 
Port 
Port  –  IP-paketin 
hansı tətbiqi proqram üçün nəzərdə tutulduğunu 
göst
ərən 1-dən 65535-ə kimi şərti ədəd. Portlardan istifadə edilməsi 
bir kompüterd
ə  bir neçə  tətbiqi  proqramın  eyni  vaxtda  TCP 
protokolundan istifad
ə  etməsinə  imkan verir.  Məsələn, HTTP 
protokolu 80, SMTP is
ə 25 nömrəli TCP portundan istifadə edir. 
 
Port scanning 
Portların  skanlanması  –  xüsusi  proqramlardan  istifadə  etməklə 
sistemd
ə  hansı  portların  açıq  olmasının  məsafədən  müəyyən 
edilm
əsi.  
 
Precursor   
Prekursor  –  hücum ed
ənin insidentə  səbəb  olmağa  hazırlaşmasını 
göst
ərən əlamət. 
 
Preferred Products List (PPL) 
Üstün m
əhsulların siyahısı − TEMPEST proqramı üzrə sınaqlardan 
keç
ən və  ABŞ  Milli  Təhlükəsizlik Agentliyinin (MTA)  digər 
t
ələblərinə  cavab verən kommersiya məhsullarının  (aparatlar  və 
avadanlıq) siyahısı. Üstün məhsullar siyahısı MTA tərəfindən nəşr 


93 
edil
ən  “Information System Security Products and Services 
Catalogue” kataloquna daxildir. 
 
Privacy 
M
əxfilik – istifadəçinin və ya etibarlı tərəfin məlumatlarına girişin 
qanunvericilik  v
ə  informasiya təhlükəsizliyi  siyasəti  əsasında 
m
əhdudlaşdırılması. 
 
Privacy Enhandced Mail (PEM) 
E-poçt m
əlumatlarının  mühafizəsi  standartı    məlumatların 
şifrlənməsini və  rəqəmsal  imzalanmasını  təmin edir. Bu standart 
RFC 1421-1424 s
ənədlərində təsvir olunur. 
PEM-d
ə aşağıdakı təhlükəsizlik mexanizmləri reallaşdırılır:  

 
m
əlumatın imzalanması; 

 
m
əlumatın şifrlənməsi və imzalanması. 
H
ər bir PEM-məlumatda göndərənin rəqəmsal imzası olur.  
 
Privacy protection 
M
əxfiliyin  qorunması  –  məxfiliyi təmin etmək üçün görülən 
t
ədbirlər. 
 
Private Key 
Gizli açar  –  ad
ətən  rəqəmsal imza və  ya məlumatın  şifrlənməsi 
üçün istifad
ə edilən asimmetrik açar cütünün məxfi hissəsi. 
 
Privileged Accounts 
İmtiyazlı  hesablar  –  verilən sistemdə  digər  istifadəçilərə  “giriş 
hüquqları”  vermək  hüququna  malik olan istifadəçilərə  məxsus 
hesablar.  
 
Profiling   
Profill
əmə  (profaylinq)    verilənlərin analizi sistemi  tərəfindən 
generasiya edil
ən profillərin  hazırlanması  və  istifadə  edilməsi 
prosesi. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə