Основные термины информационной безопасности



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/42
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8893
1   ...   20   21   22   23   24   25   26   27   ...   42

83 
Non-repudiation 
İmtinanın  qeyri-mümkünlüyü  –  informasiyanı  göndərəninin 
çatdırmanın  sübutu  ilə  təmin etdiyi zəmanət və  qəbul edən 
gönd
ərənin eyniliyinin (şəxsiyyəti) sübutu ilə təmin edilir, beləliklə 
sonra heç biri inkar ed
ə bilməz ki, informasiyanı o emal edib. 
 
Notarization 
Əslliyin təsdiqi – sonradan verilənlərin kontenti, mənşəyi, vaxtı və 
ya çatdırılması kimi xarakteristikalarının dürüstlüyünün təminatına 
imkan ver
ən etibarlı üçüncü tərəf vasitəsilə verilənlərin qeydiyyatı. 
 
National Vulnerability Database (NVD) 
İnformasiya təhlükəsizliyi boşluqları üzrə vahid baza – boşluqlar 
üzr
ə  əlyetər  bütün  resursları  vahid  bazada  birləşdirir,  CVE 
standartına  əsaslanır  və  ona tam uyğundur. NVD veb-saytında 
axtarış,  statistika,  NVD məlumatlarının  bazadan  XML  formatında 
yükl
ənməsi  xidmətləri  var,  onlardan  qeydiyyatdan keçmədən və 
pulsuz  istifad
ə  etmək olar.  2005-ci ildə  Milli Standartlar və 
Texnologiyalar İnstitutu tərəfindən istifadəyə verilib. NVD saytında 
(http://nvd.nist.gov/) US-CERT m
əlumatları, o cümlədən boşluqlar 
haqqında qeydlər və texniki həyəcan siqnalları da yerləşdirilir. 
 


84 

 
Oakley 
Diffi-Helman alqoritmin
ə  əsaslanan  açarların  mübadiləsi 
protokoludur. Bir qayda olaraq ISAKMP il
ə birlikdə istifadə edilir. 
 
Obfuscation   
Obfuskasiya 
– 
ilkin kodun v
ə ya yerinə yetirilən kodun proqramın 
funksionallığı  saxlanılmaqla  kodun  analizini,  iş  alqoritmlərinin 
anlaşılmasını  və  dekompilyasiya  zamanı  modifikasiyanı 
ç
ətinləşdirən  şəklə  salınması.  Obfuskasiyanı  yerinə  yetirmək üçün 
xüsusi proqram t
əminatı (ing. obfuscator) da mövcuddur. 
 
Object 
Obyekt 
−  sistemin  informasiyanı  saxlayan,  qəbul edən və  ötürən 
passiv komponenti. Obyekt
ə  giriş  onda  olan  informasiyaya  girişi 
n
əzərdə  tutur. Obyektlərə  misallar:  yazılar,  bloklar,  səhifələr, 
seqmentl
ər, fayllar, direktoriyalar və  proqramlar, həmçinin  ayrıca 
bitl
ər, baytlar, sözlər, sahələr; müxtəlif  qurğular  (terminallar, 
printerl
ər,  disk  qurğuları  vəs.); müxtəlif  şəbəkə  qurğuları  (ayrıca 
qovşaqlar, kabellər və s.). 
 
Object reuse 
Obyektin t
əkrar  istifadəsi  −  əvvəl bir və  ya bir neçə  obyektin 
yerl
əşdiyi  yaddaş  sahəsinin (məsələn, səhifənin, freymin, diskin, 
maqnit lenti sektorunun) yeni  obyekt üçün 
ayrılması  və  təkrar 
istifad
əsi. Təhlükəsizliyi  təmin etmək  üçün  yaddaş  sahəsinin  yeni 
obyekt üçün ay
rılması zamanı orada köhnə obyektlərin məlumatları 
olmamalıdır. 
 
OCTAVE 
(Operationally Critical Threat, Asset, and 
Vulnerability Evolution)  –  t
əşkilatda  informasiya  təhlükəsizliyi 
riskl
ərinin  idarə  edilməsi metodologiyasıdır. Karnegi-Mellon 
Universitetinin 
Proqram 
Mühəndisliyi  İnstitutu  tərəfindən 


85 
yara
dılmışdır.  Metodologiyanın  tam  təsviri  www.cert.org/octave  
saytında var.  
 
Offset track 
Kompensasiya cığırı – surətçıxarma əleyhinə qorunma metodunun 
bir hiss
əsi kimi diskə qeyri-standart mövqeyə yazılan cığır. 
 
One-time pad  
Bird
əfəlik bloknot –  Vernam  şifri  də  adlanan kriptosistem, tam 
t
əsadüfi generasiya olunan bitlər sətrindən istifadə edir. Açar axının 
uzunluğu açıqmətnin uzunluğuna bərabərdir. Şifrmətni almaq üçün 
açıq  mətn və  açar  axını  bitləri XOR əməlindən istifadə  etməklə 
toplanır.  Belə  sistem mütləq düzümə  malikdir.  Əsasən hərbi və 
diplomatik m
əqsədlər üçün istifadə edilir. Əsas nöqsanı – açarların 
idar
ə edilməsindəki çətinliklərdir. 
 
One-time signature  
Bird
əfəlik imza – istənilən məlumat üçün rəqəmsal imzanın yalnız 
bir d
əfə  istifadə  edilə  biləcəyi rəqəmsal imza sxemi, hər yeni 
m
əlumat üçün yeni açar cütü istifadə edilir. Belə sxemin üstünlüyü 
– yüks
ək sürət, nöqsanı – böyük həcmdə informasiya (açıq açarlar) 
n
əşr etmək zərurətidir, çünki açar cütü yalnız bir dəfə istifadə edilir. 
 
One-way function  
Biristiqam
ətli funksiyalar  –  biristiqamətli  funksiyaların  varlığı 
indiy
ədək  isbat edilməyib. Məlumatın  şifrlənməsi üçün 
biristiqam
ətli funksiyalar istifadə  edilmir,  çünki  onların  köməyilə 
şifrlənmiş mətni hətta şifrləyən şəxs belə aça bilmir. Şifrləmə üçün 
m
əxfi girişli biristiqamətli funksiyalar istifadə edilir.  
 
One-way trapdoor function 
M
əxfi  girişli  biristiqamətli funksiyalar–  əsasında  məxfi  açarların 
mübadil
əsi və  açıq  açarlı  kriptosistemlər təklif edilmişdir.  Belə 
funksiyaların tədqiqi əsasən aşağıdakı istiqamətlər üzrə aparılır: 

 
diskret loqarifm m
əsələsi – Diffi-Helman sxemi, DSA və s. 


86 

 
tam 
ədədlərin vuruqlara ayrılması məsələsi – RSA və s. 

 
s
əhv düzəldən kodlar – Mak-Ellis sxemi, Niderrayter sxemi və s. 

 
NP-tam m
əsələlər – "çanta" məsələsi və s. 

 
elliptik 
əyrilərdə diskret loqarifm məsələsi – ECDSA və s. 
 
On-Line Certificate Status Protocol (OCSP) 
Onlayn  sertifikat statusu protokolu  – 
açıq  açar sertifikatının 
statusunu onlayn mü
əyyən etmək üçün istifadə edilən protokol. 
 
Online predators  
Onlayn  yırtıcılar  –  İnternet  üzərindən  uşaqların  cinsi  istismarıyla 
m
əşğul olan insanlar. 
 
Open-source intelligence (OSINT)  
Açıq  mənbə  kəşfiyyatı  –  açıq  mənbələrdən  toplanmış  kəşfiyyat 
m
əlumatları. 
 
OSSIM (Open Source Security Information Management  
İnformasiya  təhlükəsizliyinin  açıq  kodlu  təminat  əsasında  idarə 
edilm
əsi  –  vahid  açıq  arxitektura  çərçivəsində  müxtəliv tipli 
utilitl
ərin mümkün olduqca geniş inteqrasiyası. Nəticədə verilənləri 
toplamaq v
ə toplanmış verilənlərdə qanunauyğunluqları tapmaq və 
izl
əmək  imkanı  yaranır.  Verilənlərin mənbəsi kimi real zamanda 
sistem v
ə  şəbəkə  verilənlərini analiz edən istənilən  utilit  çıxış  edə 
bil
ər.  Hazırda  OSSIM  çərçivəsində  inteqrsiya  olunmuş  alətlərin 
siyahısı  kifayət qədər genişdir: Arpwatch, P0f, pads, 
Nessus/OpenVAS, Ntop, Snort, tcptrack, tcpdump, Nmap, Spade, 
Nagios, Osiris, OCSInventory-NG, OSSEC, RRDTool (
əlavə olaraq, 
preludeIDS, NTsyslog, Snare, Cisco Secure IDS t
ərəfindən toplanan 
veril
ənlərin analizi də mümkündür). 
 
Open Source Vulnerability DataBase (OSVDB) 
Boşluqlar  üzrə  açıq  verilənlər  bazası  –  proqram və  aparat 
t
əminatındakı boşluqlar haqqında məlumatlar yayımlayan müstəqil 
v
ə  açıq  mənbə.  Yaradılması  2002-ci ildə  Black Hat və  Defcon 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə